Month: May 2019

  • В Барде 3 человека совершили квартирную кражу

    Как сообщает Median.Az, сотрудники Бардинского РОП в ходе оперативно-розыскных мер задержали жителей района А.Магсудова, Х.Везирова и Э.Искяндарова, которые 5-го мая украли из дома 1730 манатов и золотые украшения на сумму 1800 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана

  • Bərdədə evdən oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən mayın 5-də rayon ərazisindəki evdən 1730 manat və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan rayon sakinləri A.Maqsudov, X.Vəzirov və E.İsgəndərov saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Koçaryan Paşinyana rəqib olacaq

    Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan ölkədə yeni siyasətçilərin və müxalifət partiyalarının meydana gəlməsinin “güclü siyasi qüvvə”nin yaranmasına gətirib çıxaracağını bildirib.

    “Reuters” agentliyinin məlumatına görə, Koçaryan belə müxalifətdə yer almaq fikrində olduğunu deyib.

    Onun sözlərinə görə, ötən il Ermənistanı bürüyən etiraz dalğası cəmiyyətin narazılıq kasasının dolması və dəyişiklik istəyi ilə bağlı olub.

    “Mən bunu heç də inqilab adlandırmazdım, çünki ümumi götürəndə ölkədə heç nə dəyişmədi. Dəyişən bircə cəmiyyətdə aqressiyanın və rəhbərlikdə isə populizm və diletantlığın daha geniş təzahürü olub”, – deyə Koçaryan bildirib.

  • В Баку будут организованы выступления военных оркестров

    По случаю 74-й годовщины Победы над фашизмом с 17:00 до 19:00 9-го мая в различных местах города Баку будут организованы показательные выступления военных оркестров.

    Об этом сообщается на сайте Министерства обороны.

    Оркестры будут выступать в 6-и точках города:
    – на Бакинском приморском бульваре (перед площадью Азадлыг);
    – в парке Гейдара Алиева рядом с Украинским кругом в поселке Ахмедлы;
    – в парке Зарифы Алиевой;
    – в парке офицеров;
    – в Ясамальском парке (возле телеканала «LİDER»)
    – на Площади фонтанов.

    По случаю 74-й годовщины Победы над фашизмом в 12:00 9 мая во дворе Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики (по адресу Баку, Наримановский район, улица Каверочкина, 34) для гостей будет развернута полевая солдатская кухня, а также представлена концертная программа в исполнении коллектива Идеологического и культурного центра Азербайджанской Армии имени Ази Асланова и военного оркестра.

    Девятого мая в Нахчыване, Гяндже, Шамкире, Сумгайыте, Барде, Агдаме, Тертере, Бейлагане, Ленкоране, Гусаре и Хырдалане также планируется проведение различных мероприятий в связи с празднованием 74-й годовщины Победы над фашизмом.

  • Bakının altı yerində hərbi orkestrlərin çıxışları olacaq – SİYAHI

    Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

    Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş altı yerində çıxış edəcək:

    – Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

    – Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

    – Zərifə Əliyeva parkında;

    – Zabitlər parkında;

    – Yasamal parkında (Lider TV yaxınlığında)

    – Fəvvarələr meydanında.

    Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 12.00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının həyətində (Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34 ünvanda) qonaqlar üçün səhra əsgər mətbəxi açılacaq, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi, eləcə də hərbi orkestrin ifasında konsert proqramı təqdim ediləcək.

    Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Ağdam, Tərtər, Beyləqan, Lənkəran, Qusar və Xırdalan, şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

  • Bakıda məktəbdə şok olay: Dərsdən qaçmaq üçün özünü ikinci mərtəbədən belə atdı (VİDEO)

    239 saylı məktəbdə dərsdən qaçan şagirdin videosu yayılıb.

    Dərsdən qaçmaq üçün məktəbin ikinci mərtəbəsindən atlanan şagird həyatını təhlükəyə atıb. Videonu prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşıb. O, paylaşdığı videoya bu şərhi yazıb:

    “Bu nədir? Məktəbdən qacmaq belə vacibdir ? Bu uşaq anlamır ki , ayağı sınar və şikəst olar ? Yəni bu məktəbin direktoru bu şagirdin valideynlərinə heç nə deyə bilmir ? Pəncərədən çantanı atan kimdir?”

    Sözügedən videonu təqdim edirik:

  • За совершение краж в Гяндже задержаны 5 человек

    Как сообщает Median.Az, сотрудники Кяпазского РУП в результате оперативно-розыскных мер задержали двух несовершенолетних жителей г.Гянджа, которые в период времени с 20-го по 27-е апреля украли из одного дома 2000 манатов и золотые украшения на сумму 2800 манатов, из четырех магазинов деньги, спиртные напитки и сигареты.

    Кроме этого, сотрудники Кяпазского РУП задержали жителя города Н.Аббасова, который украл из 6 автомобилей аккумуляторы, жителя города Э.Аскерова, который в период времени с 14-го марта по 27-е апреля украл из двух административных зданий 2 мотора кондиционера и 5 аккумуляторов.

    Сотрудники Низаминского РУП задержали жителя города Н.Исмайылова, который 1-го мая украл из автомашины марки “ЗИЛ” 2200 манатов и золотое кольцо.

    По фактам возбуждены уголовные дела.

  • Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-dən 27-dək olan müddətdə rayon ərazisindəki bir evdən 2000 manat və 2800 manat dəyərində qızıl-zinət əşyaları, 4 mağazadan pul, spirtli içki və tütün məmulatı oğurlayan Gəncə şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

    Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini N.Abbasov saxlanılıb.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-dən aprelin 27-dək olan müddətdə rayon ərazisindəki inzibati binadan 2 ədəd kondisioner mühərriki, habelə 5 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini E.Əsgərov saxlanılıb.

    Nizami RPİ-nin əməkdaşları tərəfindən mayın 1-də rayon ərazisində “ZİL” markalı avtomаşınından 2200 manat və qızıl üzük oğurlayan Gəncə şəhər sakini N.İsmayılov saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • “Popkorn” satan yeniyetmədən Rasim Musabəyova AÇIQ MƏKTUB

    Median.Az 7news.az-a istinadən Səbuhi Abbasovun popkorn satan yeniyetmənin dilindən deputat Rasim Musabəyova xitabən yazdığı felyetonu təqdim edir:

    Bilmirəm müraciətimi necə başlayım, hardan başlayım, əmi deyim, dayı deyim, deputatmı deyim…

    Yüz illik insanın mənəvi yükü indidən məni çökdürüb, dizlərim əsir. Soyuqdan, şaxtadan, aclıqdan deyil, məhz üzərimə vaxtından 50 il qabaq düşən bu mənəvi yük dizlərimi əsdirir. İndi də yeni tapdığım iş əlimdən çıxdı, yüküm ikiqat artdı…eybi yox, birtəhər vəziyyətdən çıxacam. Amma və lakin…

    Əziz Rasim əmi, mənim 12 yaşım var, ailəmiz 4 nəfərdən ibarətdir. 6 yaşım olanda atamı itirdim, anam və 2 azyaşlı bacımla kirayə tutduğumuz daxmada yaşayırıq. Sizin iyrəndiyiniz, qəzəbləndiyiniz o iy əslində mənimçün dünyanın ən gözəl ətrindən daha təravətlidir. Çünki o iyə görə mən 2 azyaşlı bacıma, xəstə anama günün sonu yemək alıb apara bilirdim. Mən də istərdim hər şey başqa cür olsun. Çox istərdim sizin övladlarınız, nəvələriniz kimi bahalı evdə yaşayım, bahalı avtomobildə gəzim, hər gün müxtəlif yeməklər yeyim, geyimlər geyinim, hər gün məktəbə gedim-gəlim, dərslərimi oxuyum, gələcəkdə ədalətli hakim olum…

    Amma və lakin…

    Atam tikinti şirkətində fəhlə işləyirdi. Bir gün xəbər gəldi ki, atanız yıxılıb, yaralanıb, bir müddət sonra öldü. Sizin Milli Məclisdə qəbul etdiyiniz qanunların gücünü onda gördük. Xəstə atama xəstəxanada yaxın duran olmurdu. Adam elə gözümüzün qabağında can verirdi, 6 yaşım var idi, amma onun ağrıdan, əzabdan çıxardığı səs hələ də qulağımdadır. Sonra sizin qurduğunuz səhiyyə sistemi atama II qrup qan yerinə I qrup qan vurdu, bu azmış kimi sağ ayağı əvəzinə, sol ayağını kəsdilər. Yalvardıq, anam az qala bədənini belə satmağa hazır idi. Atam dünyasını dəyişdi. Az qala atamın ölməsinə görə biz hökümətə pul ödəyəcəkdik, anam evdə nə var idisə hamısını satıb xəstəxanalara tökdü, atama məzar daşı düzəltdi.

    Rasim əmi, onda bacılarımın birinin 1, digərinin 2 yaşı var idi. Heçnə başa düşmürdülər, anam isə şok vəziyyətində idi. Mənim 7 yaşım tamam olacaqdı, 1ci sinifə gedirdim. Dilənmək, nə də anamı diləndirmək istəmirdim. Elə bil kimsə qulağıma nəsə deyirdi, möhkəm ol, sən kişisən deyə pıçıldayırdı. Bəli, məktəbi atdım, ailəm üçün, anam, bacılarım üçün dolanmaq məcburiyyətində qaldım. İndi 12 yaşım var, demək olar hər ay bir işdə işləyirəm. Azyaşlı olduğuma görə heç kəs məni işə götürmür. Amma bəzi vicdanlı adamlar pop-corn kimi “üfunət” iyi verən aparatları mənə etibar edir, 10 saat işlədib, 5-10 azn gündəlik pulumu qazanıram. Dörd nəfərli ailə üçün azdır, ancaq yoxa lənət, buna min şükür. Amma mənim səbəblərim bununla bitmir axı…Dəfələrlə təhsilimi davam etdirmək istədim. Amma və lakin…

    Anam dedi ki, bizim kimi ailələrə dövlət sosial yardım verir, onu alaq, sən də məktəbini davam elə, bacın da birinci sinifə getsin. Razılaşdıq, anamla üz tutduq Sosial Müdafiə nazirliyinə. Rasim əmi, sizin deputat kimi əməyinizin nəticəsində qurulan sistemə görə biz yardımı da ala bilmədik. Anamın təhsili yoxdur, mən isə 12 yaşlı uşaq. Nazirlik sosial yardımla bağlı o qədər sənəd istədi ki, düşündüm ki, ömrümün axırına qədər də çalışsam bu sənədləri bir araya gətirə bilmərəm. Dərin fikrə dalmışdım ki, birdən bir dayday içəri girdi, bahalı avtomobillə gəlmişdi, filan deputatın qohumu mənəm deyib, 20-dən çox bank kartını götürüb getdi. Yanında elə mən yaşda uşaq vardı, hər şey cəhənnəm, həmin an ən böyük arzum uşağın əlindəki sendviçdən biraz da olsa dadmaq idi. Səmimiyyətimə tam inanın, bəlkə də o dayday sizin qohum idi, bəlkə də yox, ola bilsin o, 20 kartdan biri mənim haqqıma düşən idi, bu mənə heç maraqlı deyildi. Sadəcə uşağın əlindəki sendviçdən istədim, özümçün də yox, bacılarım üçün, axı yazıqlar sonuncu dəfə ət nə zaman yeyiblər özləri belə bilmirlər.

    Böyük bacım ötən il 1-ci sinifə getməli idi. Bir neçə aydan sonra onu da məktəbdən çıxardım. Elə bilməyin ki, gücsüzəm, ona paltar və ya sumka ala bilmirəm, xeyir, əksinə. Sadəcə sizin parlamentdəki əməli fəaliyyətiniz nəticəsində təhsil sistemimiz çöküb, işləmir, tam rüşvətləşib. Məktəb 100 adda pul yığır, fond pulu, süpürgə pulu, işıq pulu, su pulu, qaz pulu, 8 mart pulu, novruz pulu, yeni il pulu, müəllimlər günü pulu və s və ilaxır. Bunları çatdıra bilmədim deyə çıxardım məktəbdən.Üstəgəl sizin parlamentdəki yüksək fəaliyyətinizdən dolayı təhsilimiz intihar moduna keçibdir. #Elinadan sonra növbəti qurbanın bacım olmasını istəmədim. Sonu nə olacaq bilmirəm. Axı siz də pop-corn iyini qəbul etmirsiniz…

    Anam indi xəstədir, atam rəhmətə gedəndən sonra küçələri süpürməyə başladı. Son 3 ildə 2 dəfə anamı avtomobil vurub. Bir dəfə Range Rover, bir dəfə də Gallenwagen, hər ikisinin sürücüsü maşından düşüb anama “korsan, hara baxırsan” deyib və yoluna davam ediblər. Xəstəxanada polislər anamın üstünü elə kəsdirdilər ki, qorxduq, hər 2 oliqarx sürücüdən maşınlarına vurduğumuz ziyana görə üzr istədik. Sağ olsunlar, bizi bağışladılar, biz də bir daha onların avtomobillərin altına girməyəcəyimizə söz verdik. Sizin parlament bizi bu günə qoyub Rasim əmi…

    Elə bilirsiniz Sizin dediklərinizi mən başa düşmürəm? Elə bilirsiniz mənim arzularım yoxdur? Elə bilirsiniz qışda, Bakının ağır küləyində gündə 10-15 saat küçədə işləməkdən zövq alıram? Elə bilirsiniz sizlərə görə işsiz qalıb evə qayıdanda bacılarımla ac qarına qucaqlaşıb nəfəsimlə onları doyuzdurmağım mənə xüsusi zövq verir? Bəli, biz fərqliyik. Çünki mən nə uşaqlığımı yaşadım, nə də yeniyetməliyimi yaşayıram. Mənimçün ən böyük problem şikəst anamı və 2 azyaşlı bacımı qida ilə təmin etməkdir. Bilirəm, vaxt gələcək qova-qova məni ölkədən də çıxardacaqsınız, amma vətənimin dar günündə mən yenidən geri qayıdacam…Bir də, heç vaxt nəvələrinizə deməyin ki, pop-corndan pis iy gəlir, heç olmasa onlar gələcəkdə kimisə çörəksiz qoymasınlar!

    İmza: Popkorn satan azyaşlı

  • Azərbaycanda internet ucuzlaşacaq

    Azərbaycanın magistral operatoru olan “Delta Telecom” MMM may ayının 10-dan provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim təklif edəcək.

    Şirkətdən ONA-ya verilən məlumata görə, endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.

    Maraqlı olan provayderlər endirim paketi haqqında ətraflı məlumat almaq üçün müəssisəyə müraciət edə bilərlər.