Month: May 2019

  • В Вашингтоне раскрыли, чего хотят США от Ирана

    США не хотят войны с Ираном или смены «режима», хотят изменения курса властей страны, заявил спецпредставитель США по Ирану Брайан Хук.

    «Мы постоянно говорим, что мы хотим изменения поведения режима (Ирана – ред.)», – заявил Хук на брифинге, отвечая на вопрос, хотят ли США «смены режима» в Иране.

    При этом он отметил, что США «не ищут войны» с Ираном. Брифинг прошел вскоре после заявления Ирана о намерении «прекратить выполнение некоторых обязательств» в рамках соглашения о ядерной программе. Президент Ирана Хасан Роухани также заявил, что дает 60 дней европейским странам на переговоры. Соответствующая информация была доведена до Великобритании, Франции, Германии, Китая и России.

    США 8 мая 2018 года объявили о выходе из соглашения о ядерной программе с Ираном и восстановлении всех санкций против страны, в том числе вторичных, то есть в отношении других стран, ведущих бизнес с Ираном. Вашингтон заявил о цели довести экспорт иранской нефти до нуля и призвал ее покупателей отказаться от таких закупок.

  • Deputatlara əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb

    Milli Məclisin deputatlarına əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, deputatlara əlavə xərclər üçün verilən vəsaitin həcmi aprel ayından etibarən 730 manat məbləğində müəyyən edilib.

    Qeyd edək ki, bundan əvvəl deputatlara əlavə xərclər üçün 360 manat verilib.

    “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

  • Bakıda gecə bu küçələrdən keçməyin

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

    Verilən məlumata görə, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.//Baku.ws

  • Azərbaycan millisinin futbolçusu “Səbail” klubundan ayrıldığını açıqlayıb

    Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanov “Səbail”dən ayrılıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu barədə 28 yaşlı hücumçu şəxsi “Facebook” hesabı vasitəsi ilə açıqlama verib.

    Forvard bildirib ki, bu qərarı qəbul etmək çətin olub. O, özü üçün ən əsas şeyin futbol oynamaq olduğunu vurğulayıb: “Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Kluba isə bizə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”.

    Qeyd edək ki, Ruslan Qurbanov 2018-ci ilin yayından “Səbail”də çıxış edir.

  • Şirvanda 27 yaşlı gənc ölü tapılıb

    Şirvanda evdən meyit tapılıb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, Şirvan sakini, 27 yaşlı Ağayev İxtiyar Nəcəf oğlunun meyiti yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 21, mənzil 67 ünvanında aşkar edilib.

    Onun yüksək dozada narkotikin təsirindən öldüyü ehtimal edilir.

    Faktla bağlı Şirvan Şəhər Polis tərəfinən araşdırma aparılır.

  • Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı – Dedilər toy gecəsi… – FOTO

    İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.

    Median.Az xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib.

    Mahirənin dayısı mərhuma zülümlər verildiyini iddia edib:


    Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:

    “Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi “Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam”. Güya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan”.


    Mahirənin anası isə qızının ölüm xəbərini kürəkənindən aldığını bildirib:

    Biz xəstəxanaya çatanda qızımı morqa saldılar. Prokurorla girdik morqa. Elə bil qızım yuxuya gedib. Dodağı Babadağının qarı kimi idi. Boğazında təkcə ip izi var idi. Səhərdən öldürmüşdülər nə idi bilmirəm, təzə ölən bu dəqiqə soyumadı ki. Elə bil ki, qızımı don vurmuşdu. Heç vaxt mənim qızım özünü asmaz. Ona görə ki, o, namaz qılan, Quran oxuyan, Allaha inanan adam idi. Həmişə deyirdi ki, “Allahın işinə qarışmaq olmaz. Allah adama necə can verirsə, elə də alacaq. Mən kürəkəndən şübhələnirəm”.

    Qeyd edək ki, bəy toyunda Mahirənin cəmi bir dəfə rəqsinə icazə verib. Ailə üzvlərinin dediyinə görə, onlara qonaq gələn valideynlərini Mahirə əri Seyhunun icazəsi olmadan evə buraxmırmış. “Zəng edin Seyhuna deyin, sonra” deyirmiş.//milli.az

  • Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək – FOTO

    Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərə şirkəti arasında birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

    Nazirlikdən verilən məlumata görə, institutun ərazisində belə bir müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda giləmeyvə sortlarının artırılması ilə bağlı layihənin icrasını həyata keçirmək, həmçinin fermerləri məhsuldar giləmeyvə şitil və tingləri ilə təmin etməkdən ibarətdir.

    Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, bu istiqamətdə işlərə 3 il əvvəl başlanılıb. İngiltərədən gətirilən çiyələk, moruq və böyürtkən bitkiləri sınaq müddətində institutun təcrübə bazasında becərilib. Bu bitkilərin yerli iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı istiqamətində müsbət nəticələr əldə edilib. Xarici şirkət nümayəndələri ilə həmin təcrübə sahələrinə baxış keçirildikdən sonra bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun sayılıb.

    İki ay müddətində yaradılması nəzərdə tutulan birgə müəssisədə işlər üç mərhələdə həyata keçiriləcək. Əvvəlcə İngiltərədən yerli iqlim şəraitinə uyğun giləmeyvə sortları gətiriləcək. Daha sonra həmin sortların şitil və tingləri yetişdirilərək artırılacaq. Son mərhələdə isə giləmeyvə becərmək istəyən fermerlər aşağı qiymətlə həmin şitil və tinglərlə təmin olunacaqlar.

    İ.Qurbanov bildirib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müasir biotexnologiya laboratoriyası fəaliyyət göstərir. Gələcəkdə xaricidən gətirilən giləmeyvə sortlarının bu laboratoriyada artırılması və idxalın qarşısının alınması mümkün olacaq.//milli.az

  • Şahzadə Harri və Meqan Marklın körpə şahzadə ilə ilk – FOTOLARI

    Xəbər verdiyimiz kimi, Böyük Britaniya kraliçasının kiçik nəvəsi, Sassek hersoqu Harri və xanımı Meqan Marklın övladları dünyaya gəlib

    Şahzadə Harri və xanımı Meqan Markl cütlüyü övladlarının şəklini cəmiyyətə təqdim ediblər.

    Vindzor qəsrindən verilən məlumata görə, körpəyə hələlik ad verilməyib. “Bir qucaq kiçik sevincimizə sahib olduğumuz üçün çox həyəcanlıyıq”.Bu açıqlamanı da xoşbəxt ata -ana verib.

  • “ASAN xidmət” mərkəzlərində işləmək istəyənlər üçün ŞAD XƏBƏR

    Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

    Median.Az xəbər verir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.

    Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.

    Müsahibəyə hazırlaşarkən Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.

  • Rusiyalı futbolçulara hökm oxundu

    Rusiyanın Zenit klubunun hücumçusu Aleksandr Kokorinlə Krasnodar-ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.

    Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə A.Kokorinin 1,5 il, P.Mamayevin isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

    Davanın digər iştirakçıları – A.Kokorinin qardaşı Kirillə 1,5 il, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib. Onlar qərar qüvvəyə minənə qədər həbsdə qalacaqlar.

    Qeyd edək ki, futbolçularla yanaşı, A.Kokorinin qardaşı Kirill və onların dostu A.Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.
    //goal.az