Month: May 2019

  • Eldar Əzizov 100-dən çox ağacın kəsildiyi ərazidə

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ağacların icazəsiz kəsildiyi Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib.

    Eldar Əzizov orada yaşayan vətəndaşlarla görüşüb, məsələ barədə maraqlanıb.

    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

    Ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğuna göndərilib.
    //oxu.az

  • Заявление МИД в связи с годовщиной оккупации Шуши

    Министерство иностранных дел Азербайджана распространило заявление в связи с 27-й годовщиной оккупации Шуши.

    В заявлении говорится:

    8 мая 1992 года древний азербайджанский город Шуша был оккупирован Вооруженными силами Армении. В результате оккупации город Шуша и 30 сел района были разрушены, погибли 195 мирных жителей, 165 были ранены, 58 пропали без вести, более 24 тыс. местного населения подверглось этнической чистке.

    Оккупация города Шуши – составная часть систематической агрессии и оккупантской политики Армении в отношении Азербайджана. В результате этой оккупантской политики Арменией с применением силы были оккупированы Нагорно-Карабахский регион Азербайджана и семь прилегающих районов, на оккупированных территориях более 1 млн азербайджанцев подверглись кровавой этнической чистке, во время войны Арменией совершены тяжкие преступные деяния военные и против человечества.

    Находящийся под оккупацией город Шуша, являясь неотъемлемой частью признанной на международном уровне территорий Азербайджана, имеет для азербайджанского народа историческое, культурное, духовное и материальное значение. С оккупацией города Шуши, называемого “Колыбелью азербайджанской музыки” и “Консерваторией Востока” материально-духовному и духовному наследию азербайджанского народа был нанесен большой урон.”

    В рамках целенаправленной политики Армении по разрушению на оккупированных территориях Азербайджана материально-культурных и религиозных памятников, их уничтожению и оскорблению, присвоению, только в Шуше разрушено более 170 жилых зданий, считающихся памятником архитектуры, и около 160 исторических и культурных памятников, молельни и мечети подверглись осквернению и вандализму, уничтожены многочисленные редкие рукописные образцы. Среди них дворец и библиотека Панах хана, ханский дворец и карвансарай, мечети “Ашагы Гевхарага” и “Саатлы”, мавзолей Вагифа, дом Натаван и другие памятники.

    В Шуше проводится незаконное заселение, в город было переселено около 4 тыс. человек.

    Посещение политическим руководством Армении находящегося под военной оккупацией этой страны города Шуша и празднование здесь т.н. “день победы” является очередной провокацией армянской стороны и в то же время еще раз доказывает непосредственное участие этой страны в оккупации азербайджанских земель.

    Позиция международной общественности в данном вопросе однозначна, в позициях всех международных организаций и стран мира подтверждается, что Нагорный Карабах является составной частью Азербайджана и у захватнических сил требуется незамедлительно, полностью и безоговорочно покинуть все оккупированные азербайджанские территории.

    Азербайджан – самая заинтересованная страна в скорейшем урегулировании конфликта переговорным путем и установлении в регионе устойчивого мира. Если переговоры не завершатся прекращением оккупации Арменией азербайджанский территорий, Азербайджан в соответствии с Уставом ООН сохраняет за собой право обеспечить восстановление суверенитета и территориальной безопасности в рамках признанных на международном уровне границ», – сообщили в МИД.

  • XİN-dən Şuşanın işğalı ilə bağlı – BƏYANAT

    Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

    Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

    İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

    Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi və onların görkəminin süni şəkildə dəyişdirilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.

    İşğalçı Ermənistan tərəfi beynəlxalq humanitar hüququnun tələblərinə zidd olaraq Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdləri etməkdədir.

    Belə ki, Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

    Lakin bütün bu cəhdlərin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq.

    Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir.

    Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasınn qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir.

    Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır”.

  • Прекращены 43 тысячи судебных дел по проблемным кредитам

    В рамках выполнения Указа Президента Азербайджана Ильхама Алиева «О дополнительных мерах, связанных с решением проблемных кредитов физических лиц», до сих пор было прекращено более 43 тысяч судебных дел.

    Об этом в эфире АзТВ сообщил глава Управления методологии и регулирования Палаты надзора за финансовыми рынками Азербайджана Орхан Исмайлов.

    Он отметил, что лица, недовольные работой Апелляционной Комиссии, созданной при Палате надзора за финансовыми рынками для решения в стране вопроса проблемных кредитов, могут обратиться в суд.

    «Апелляционная Комиссия отказывает гражданам лишь в том случае, когда их дело не соответствует критериям, определенным известным указом президента», – сказал Орхан Исмайлов.

  • Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

    Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

    Bunları Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AzTV-nin “Günün nəbzi” verilişinin efirində səsləndirib.

    O həmçinin bildirib ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.

    “Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda “yox” cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın”, – deyə Orxan İsmayılov qeyd edib.

  • В школах будут формировать навыки учеников XXI века

    Применение поэтапного подхода в общем образовании является приоритетной задачей.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сказал министр образования Азербайджана Джейхун Байрамов на церемонии награждения победителей конкурса «Лучшая презентация».

    «Этот подход включает в себя преподавание природоведения, технологии, инженерии и математики не отдельно, а взаимосвязано, формирование навыков учеников XXI века. В следующем учебном году в школах планируется использовать контент, охватывающий такие области, как робототехника, нанотехнологии, искусственный интеллект и механика», – сказал он.

    Д.Байрамов сказал, что в 2003-2018 годах в стране было построено и отремонтировано более 2 200 школ:

    «В результате условия обучения более двух миллионов школьников были значительно улучшены. Мероприятия будут продолжены в этом году. Проблема аварийных зданий школ в стране будет решена».

  • Məktəblərdə nanotexnologiya, süni intellekt tədris olunacaq

    Ümumi təhsildə step yanaşmanın tətbiqi prioritet məsələdir.

    Oxu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbirində çıxışı zamanı deyib.

    “Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda yox, əlaqəli şəkildə öyrədilməsi, şagirdlərdə XXI əsr bacarıqlarının formalaşmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilində məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır”, – deyə nazir qeyd edib.

    Ceyhun Bayramov bildirib ki, 2003-2018-ci illərdə ölkədə 2200-dən çox məktəb binası tikilib, əsaslı təmir edilib:

    “Nəticədə bir milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu istiqamətdə tədbirlər bu il də davam etdiriləcək. Ölkədə qəzalı məktəblərin problemi həll ediləcək”.

  • На Сицилии продают дома за один евро

    Власти города Муссомели на юге Сицилии выставили на продажу ветхие дома за €1.

    Как передаёт Median.Az со ссылкой на The Sun, от будущих владельцев недвижимости требуется лишь провести капитальный ремонт дома в течении года.

    В противном случае он будет лишен гарантийного депозита в размере около €7 тысяч.

    В настоящий момент за €1 можно купить одно из 100 заброшенных зданий.

    Ожидается, что в ближайшее время появятся еще около 400 предложений.

    Стоимость ремонта домов обойдется новым собственникам примерно в €95 за кв. м.

  • Siciliyada bir avroya evlər satılır

    Siciliya adasının cənubunda, Mussomeli şəhərində köhnə tikililəri bir avroya satışa çıxarıblar.

    The Sun bildirir ki, yeni ev sahiblərinə bir il ərzində mənzili əsaslı təmir etmək şərti qoyulub. Əks halda onlar 7 min avroluq zəmanət depozitini itirəcəklər.

    Hazırda satışda 100 ev olsada yaxın zamanda daha 400 evin hərraca çıxarılacağı gözlənilir.

  • В Шамахе за квартирную кражу задержана женщина

    Как сообщает Median.Az, сотрудники Шамахинского РОП в результате оперативно-розыскных мер задержали жительницу села Чухурюрд М.Бабирову, которая 3-го мая украла из дома на территории района 8500 манатов и 300 долларов.

    В РОП по факту ведется расследование.