Month: May 2019

  • “Maşın”ın maşını hara yoxa çıxıb? – Bir il keçib…

    Azərbaycanın ən reytinqli realiti şousu olan “Maşın”ın 16-cı sürəti ətrafında yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

    Median.Az axşam.az-a istinadəm xəbər verir ki, verilişin bitməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, qalibə hədiyyə kimi təqdim edilməli olan avtomobilin aqibəti qeyri-müəyyən olaraq qalıb.

    Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov isə bugünədək məsələyə geniş izahat verməyib. Xalq artisti sonuncu dəfə ötən ilin oktyabrında bildirib ki, maşını tamaçılardan birinə verməyi düşünür:

    “Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. Əsas odur ki, maşın kiməsə veriləcək”.

    Bu açıqlamanın üstündən aylar keçməsinə baxmayaraq, maşının taleyinin necə olduğu indiyə kimi qaranlıq olaraq qalır.

    Xatırladaq ki, keçən ilin mayın 28-də başlayan “Maşın” şounun tarixində bir ilk yaşanıb. Verilişin qalibi olan Roza Zərgərli sonda hər kəsi təəccübləndirərək, avtomobildən imtina edib. Sənətçi üzünü Murad Dadaşova tutaraq bildirib ki, o verilişə maşın üçün deyil, oyun üçün gəlib.

    “18 nəfər iştirakçının adından xahiş edirəm, bu maşını xeyriyyə məqsədilə istifadə edin”.

    Məsələylə bağlı layihənin təşkilatçısı “M Group” prodakşnla əlaqə cəhdi nəticəsiz qalıb.

  • Şəmkirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

    Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyadanı (onun adı hələ məlum deyil – red) avtomobil vurub.

    Nəticədə piyada ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, hadisəni törədən sürücü avtomobillə ərazidən uzaqlaşıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Гяндже женщину избили соседи

    В Гяндже женщина избита соседями.

    Как передает Median.Az со ссылкой на ONA, инцидент произошел в поселке Джавад Хан.

    Проживающая в этом поселке 51-летняя Дильбар Мамедова была избита. Она была доставлена в больницу. Ее состояние оценивается как удовлетворительное.

    По словам близких пострадавшей, женщина была избита несколькими людьми в результате конфликта с соседями.

    В связи с произошедшим были начаты оперативно-розыскные мероприятия. Проводится расследование.

  • Dəhşətli partlayışdan sonra ana-ata öldü, uşaqlar körpələr evinə verildi

    Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.

    Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.

    Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı – TƏQVİM

    Sabah Ramazan ayının üçüncü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də Bakıda imsak saat 03:54, iftar isə saat 19:58-dədir.

    Ramazan ayının 3-cü gününün duası:

    “Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver”.

    Allah orucunuzu qəbul etsin!

  • “Şeremetyevo”da yanan təyyarənin qara qutusu açıldı

    Moskvanın “Şeremetyevo” aeroportunda qəzaya uğramış təyyarənin qara qutularından ilk məlumatlar əldə edilib.

    Rusiya mətbuatının hadisənin təhqiqat qrupuna yaxın mənbələrə əsasən yayığı xəbərə görə, havaya qalxandan sonra təyyarə ildırımlı sahəyə düşüb. Pilotlar bu ərazidən yan keçməyə çalışıblar. Lakin generatorda baş verən gərginlik sıçrayışları üzündən təyyarənin sistemi sıradan çıxıb. Bundan sonra ekipaj aeroporta qayıtmaq üçün icazə istəyib. Eniş zamanı pilotlar naməlum səbəbdən sürəti artıraraq enmə əməliyyatını saatda 240 kilometr əvəzinə saatda 287 kilometr sürətlə yerinə yetiriblər.

    Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsi eniş zamanı yanıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.

  • Чемпион мира покончил с собой

    Ушел из жизни бывший вратарь сборной Чехии по хоккею Адам Свобода.

    Как передает Median.Az со ссылкой на Report, по информации чешских СМИ, 41-летний спортсмен покончил с собой.

    Отметим, что в 2015 году Адам Свобода в составе сборной Чехии стал чемпионом мира.

  • Azərbaycanın Rusiyadakı səfirliyi ermənilərin təxribatının qarşısını alıb

    Son günlər sosial şəbəkələrdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) erməni tələbə təşkilatı tərəfindən mayın 7-də “Qarabağ müharibəsinin fədailəri” ilə “Şuşanın azad edilməsi günü”nə həsr olunmuş görüş keçirilməsi barədə informasiya yayılıb.

    Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda MDU həmin tədbirin tərəfdaşı kimi təqdim olunub.

    Bununla əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfirliyi MDU rəhbərliyinə müraciət edib və bu mötəbər ali məktəbin həmin hadisəyə aidiyyəti olmaması, habelə bütövlükdə ali məktəbdə buna bənzər tədbirlərin keçirilməsinin yolverilməzlıiyi barədə birmənalı cavab alınıb.

    Eyni zamanda, bu məsələdə səfirliyin narahatlığını nəzərə alan universitetin rəhbərliyi tədbirin təşkilatçıları ilə söhbət aparıb. Nəticədə tədbir barədə informasiya sosial şəbəkələrdən silinib.

    Fürsətdən istifadə edərək, səfirlik öz vətəndaşlıq mövqeyini nümayiş etdirdiyinə görə Rusiyadakı Azərbaycan ictimaiyyətinin nümayəndələrinin hamısına təşəkkür edir.

  • Çində məscidlər sökülür

    2016-cı ildən etibarən Çinin Sincan Uyğur Muxtar Bölgəsində 20-dən artıq məscid və İslam dininə aid müxtəlif tikili tamamilə və ya qismən sökülüb.

    Median.Az “The Guardian”a istinadən xəbər verir ki, peyk fotoşəkilləri vasitəsilə 100 məscid və ziyarətgahın xəritələrdə yeri yoxlanılıb.

    Araşdırılan 91 tikili arasında 31 məscid və 2 mühüm ziyarətgahın, o cümlədən Təkləməkan səhrasındakı Hotan şəhəri yaxınlığında yerləşən və hələ ötən ilə qədər uzaq bölgələrdən də zəvvarların kütləvi şəkildə ziyarət etdiyi, həmçinin sufi mərasimlərinin icra olunduğu İmam Asim xanəgahı, yaxud zəvvarların səhrada 70 kilometr yol qət etməklə ziyarət etdikləri Cəfəri Sadıq piri kimi müqəddəs sayılan yerlərin 2016-2018-ci illər ərzində zədələndiyi və ya dağıdıldığı ortaya çıxıb.

    Foto şəkillərindən 15 məscid və 2 ziyarətgahın bütövlüklə söküldüyü bəlli olur. Digər zədələnmiş məscidlərin qübbələri, minarələri, yaxud avluları sökülüb.

  • Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq

    Bu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq.

    Median.Az-ın məlumatına görə, milli.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

    Məlumatda bildirilir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Baqdad Amreyevlə görüşüb.

    Görüş zamanı qurumun cari işləri müzakirə olunub, eləcə də əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi ilə bağlı danışıqlar aparılıb.

    Görüşdə həmçinin ixracın stimullaşdırılması üçün həyata keçirilmiş mexanizmlər çərçivəsində Azərbaycanın ticarət evlərinin yaradılmasının əhəmiyyəti müzakirə olunub. Qeyd edilib ki, görülən işlər nəticəsində bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və yüksək nəticələr göstərir.