Month: May 2019

  • Şamaxıda evdən pul oğurlayan qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də rayon ərazisindəki evdən 8500 manat və 300 dollar oğurlayan Çuxuryurd kənd sakini M.Bəbirova saxlanılıb.

    RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • “İnterpol” 43 yaşlı Azərbaycan vətəndaşını axtarır

    İnterpol daha bir Azərbaycan vətəndaşını axtarışa verib.

    1976-cı ildə Qusar rayonunda anadan olan Faiq Musayev qanunsuz silah saxlamaq və qanunsuz silahlı cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilir.

    F.Musayev Azərbaycanın məhkəmə orqanının qərarı ilə axtarışa verilib.

  • Bakıda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda törədilib.

    1979-cu il təvəllüdlü Gülməmmədov İlqar Teyyub oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • В Баку горит общежитие – ФОТО

    В Бинагадинском районе Баку произошел пожар.

    Как передает Median.Az со ссылкой на ONA, возгорание зафиксировано в одном из общежитий, расположенных в 7 микрорайоне.

    Некоторое время назад общежитие заселяли вынужденные переселенцы, часть из которых была переселена в поселок Гобу. В настоящий момент в здании проживает около 10 семей. Пожар произошел на 4 этаже здания.

    На место привлечены пожарные МЧС.

  • Həcc ziyarətinə gedənlərdən vergi tutulacaq

    Tacikistan Parlamentinin aşağı palatası hökumətin təklifi əsasında “Digər büdcə ödəmələri öhdəlikləri haqqında” Qanuna düzəlişi qəbul edib.

    Median.Az xəbər verir ki, maliyyə naziri Fayziddin Qəhharzadənin sözlərinə görə, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsümu ödəməli olacaqlar: “Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər”.

    Nazir qeyd edib ki, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar bu vergini ödəməkdən azaddırlar.

  • Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

    Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

    Bunları Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AzTV-nin “Günün nəbzi” verilişinin efirində səsləndirib.

    O həmçinin bildirib ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.

    “Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda “yox” cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın”, – deyə Orxan İsmayılov qeyd edib.

  • Mikayıl Cabbarov vergi islahatlarından danışdı (VİDEO)

    Vergilər naziri Mikayıl Cabbarov ARB 24 kanalının “Müsahibə vaxtı” proqramında çıxış edib.

    Nazir öz müsahibəsində Azərbaycanda vergilər sahəsində aparılan islahatlardan və vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən danışıb.

    Həmin müsahibəni təqdim edirik:

  • Чингиз Мустафаев провел первую репетицию – ФОТО

    Представитель Азербайджана на «Евровидении-2019» Чингиз Мустафаев провел первую репетицию на сцене Экспо-центра в Тель-Авиве.

    Как передает Median.Az со ссылкой на oxu.az, Чингиз исполнил композицию Truth («Правда»). Зрелищный сценический номер включает в себя графическое оформление и визуальные эффекты. По сценарию, два робота на сцене чинят разбитое сердце артиста.

    Выступление Ч.Мустафаева в сопровождении пяти профессиональных бэк-вокалистов было встречено аплодисментами в пресс-комнате.

    Репетиция Ч.Мустафаева повлияла на прогнозы букмекеров – представитель Азербайджана поднялся в рейтинге с 13 позиции на пятую строчку.

    Отметим, что Ч.Мустафаев выступит во втором полуфинале 16 мая под номером 18.

  • Binəqədidə köçkünlərin yataqxanasında yanğın başladı

    Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, yanğın paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən yataqxanaların birində qeydə alınıb.

    Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

  • Tərtərdə polis qəzaya düşdü – Etibarnaməsiz sürürmüş… – FOTO

    Tərtərdə polisin iştirakı ilə yol qəzası baş verib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə mayın 4-də Bərdə-Tərtər yolunda qeydə alınıb. Dəmirlər kənd sahə polisi Rasim Əlizadənin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili “VAZ 2106” ilə toqquşub.

    Nəticədə hər iki maşının sürücüsü yüngül xəsarət alıb, “07”nin qadın sərnişini isə başından aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    R.Əlizadənin maşını etibarnamə olmadan idarə etdiyi məlum olub. Qəza baş verən vaxt xidmət başında olduğu bildirilir.

    Hazırda iş Tərtər rayon tədqiqatlar şöbəsində araşdırılır.