Month: May 2019

  • В Агдаше с банковского счета женщины украли деньги

    Как сообщает Median.Az, сотрудники Ашдашского РОП в ходе оперативно-розыскных мер задержали жителя города М.Исмайылова, который 1-го мая украл с банковского счета жительницы села Араб 225 манатов.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело.

  • Ağdaşda qadının bank hesabından pul oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Ağdaş RPŞ-nə müraciət edən Ərəb kənd sakini olan qadın, mayın 1-də bank hesabından 225 manat pulunun çıxarılaraq, oğurlandığını bildirib.

    Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəhər sakini M.İsmayılov saxlanılıb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı – FOTO

    Samux rayonunda anti-sanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Məlumata görə, agentlik əməkdaşları rayonunun Nəbiağalı qəsəbəsində fəaliyyət göstərən quş emalı sexinə baxış keçiriblər.

    Baxış zamanı sexin qeyd olunan ünvanda heç bir dövlət qeydiyyatı olmadan gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

    Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saxlanıldığı aşkarlanıb. Həmçinin, baxış zamanı sexdə kəsilən toyuqların qanının sanitar-gigiyenik normalara zidd olaraq kanalizasiya xəttinə axıdıldığı məlum olub.

    Eyni zamanda, müəssisədə toyuqların saxlanılması üçün hər hansı bir soyuducu kameranın (anbar) olmadığı, toyuqların polietilen torbalara yığılaraq döşəmədə saxlanıldığı və daha sonra normativlərə cavab vermədən daşındığı məlum olub.

    Faktla bağlı ekspertizanın aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Emal sahəsində araşdırmalar davam edir.






  • Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur – VİDEO

    Bakıda Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, döngə 2 ünvanında yaşayan sakinlər qəsəbədəki mövcud vəziyyətdən narahatdırlar.

    Sakinlərin sözlərinə görə, qəsəbədə nə kanalizasiya sistemi, nə yol, nə də marşrut xətti var.

    Qəsəbə sakinləri vəziyyətlə bağlı həm icra nümayəndəliyinə, həm də “Azərsu” ASC-ə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qəsəbəyə kanalizasiya sistemi quraşdırılmamış yolun bərpa olunması mümkün deyil.

    Qəsəbə icra nümayəndəliyindən isə məsələyə aydınlıq gətirməsi üçün heç kim tapılmayıb.

    Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

  • Yanan təyyarədən təxliyyənin yeni görüntüləri yayıldı – VİDEO

    Sosial şəbəkənin Rusiya seqmentində Moskvanın Şeremetyevo aeroportunda yanan “Sukhoi Superjet 100” təyyarəsindən sərnişinlərin təxliyyəsini əks etdirən yeni görüntü yayılıb.

    Bu barədə “Ren TV” məlumat yayıb.

    İki gün əvvəl Moskva-Murmansk reysi ilə ilə uçan “SSJ-100” sərnişin təyyarəsi havaya qalxdıqdan 28 dəqiqə sonra geri dönərək qəza enişi edib. Baş verən yanğından sonra göyərtədə olan 78 nəfərdən 41-i həyatını itirib.

    Qəza səbəbləri kimi – başlıca olaraq pilotların lazımi səviyyədə səriştəli olmamaları, əlverişsiz hava şəraiti və texniki nazaslıq kimi versiyalar nəzərdən keçirilir.

  • Əli Əhmədov: Pulsuz dərmanları hamı əldə edə bilməz

    Kiminsə adı dövlət tərəfindən pulsuz verilən dərman siyahısında yoxdursa, bu, artıq ayrı məsələdir. Çünki həmin şəxsin siyahıya salınması üçün əsasları olmalıdır.

    Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, hər il əhalinin müxtəlif təbəqələri dövlət tərəfindən pulsuz dərmanlarla təmin edilir:

    “Bu xəstələrin siyahısı xəstəxanalar tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Onların xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Konkret faktlar varsa ki, hansısa yerdə kiməsə dərman çatmayıb, bunu ayrıca araşdırmaq lazımdır”.

    Əli Əhmədov qeyd edib ki, Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır:

    “Bu vəsaitlə də ünvanlı, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur. Pulsuz verilən dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər pulsuz dərman vasitələri ilə təmin oluna bilər. Tərtib edilən dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına görə tərtib edilir”.
    //oxu.az

  • Задержан житель Сабирабада, скрывшийся после автонаезда

    Как сообщает Median.Az, 3-го мая примерно в 21 часов на территории села Кюркенди автомобиль неустановленной модели сбил телегу с лошадью, на котором находился житель села Вагиф Акперов и скрылся.

    В результате потерпевший был доставлен в Центральную районную больницу.

    Сотрудники Сабирабадского РОП в результате оперативно-розыскных мер задержали жителя села Мурсалли Р.Гахраманова, который совершил наезд на автомобиле марки “Mercedes”.

    По факту ведется расследование.

  • Sabirabadda at arabasını vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, mayın 3-də saat 21 radələrində Kürkəndi kəndi ərazisində, müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub.

    Xəsarət alan V.Əkbərov Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib və ərazidən yayınmış sürücü, Mürsəlli kənd sakini R.Qəhrəmanov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Salam Sarvanın bacısı oğlu polisin keçirdiyi əməliyyat zamanı özünü binadan atıb – RƏSMİ

    Şair Salam Sarvanın bacısı oğlunun ölümünün təfərrüatları məlum olub.

    Abşeron rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, AAAF Park yaşayış kompleksində yaşayan, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qəmbərov özünü yaşadığı binadan atıb.

    M.Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Məlum olub ki, M.Qəmbərovun şəriki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. O ifadəsində satış məqsədi üçün əldə etdikləri narkotik vasitələri şəriki M.Qəmbərovla birgə yaşadıqları evdə saxladığını bildirib.

    Dərhal əməliyyat qrupu həmin şəxslərin yaşadığı evə gedib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    M.Qəmbərovun yaşadığı evdən xeyli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

  • Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

    2020-ci ildə “Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.

    Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    B.Məmmədov bildirib ki, həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur.

    “Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir”.

    B.Məmmədovun sözlərinə görə, 2018-ci ildə “Avtovağzal” stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub.

    “2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq”.