Month: May 2019

  • В Гусарском районе “Chevrolet” cбил насмерть пешехода

    Как сообщает Median.Az, на территории села Гухур-оба Гусарского района автомобиль марки “Chevrolet”, управляемый жителем села Г.Фатуллаевым сбил жительницу села Д.Атаханову, вследствии чего потерпевшая скончалась по дороге в Центральную районную больницу.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Qusarda “Chevrolet” rayon sakinini vurub, öldürüb

    Median.Az xəbər verir ki, Qusar rayonunun Quxur-oba kəndi ərazisində kənd sakini G.Fətullayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə həmkəndlisi C.Ataxanovanı vurub.

    Nəticədə zərərçəkən xəstəxanaya aparılarkən yolda ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Şadlıq saraylarına XƏBƏRDARLIQ! — Zəhərlənməmək üçün BUNLARI EDİN – VİDEO

    Qarşıdan isti yay aylarının gəldiyini nəzərə alsaq, daha da diqqətli olmaq vacibdir.

    Belə havalarda qida məhsullarında kimyəvi reaksiyalar güclənir və köhnə, vaxtı keçmiş, eləcə də düzgün saxlanılmayan qida məhsullarından zəhərlənmələr daha çox olur.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

    Sakin: “Həm qane edir, həm də qane etmir”.

    Sakin: “Şadlıq evi möhürü olmayan əti nə üçün qəbul etməlidir? Zəhərlənmənin elə çox pis ətdən əmələ gəlir”.

    Bəzi sadlıq sarayları və restoran sahibləri bu məsələdə üzərinə düşən məsuliyyəti dərk etmir. Nəticədə əvvəlki məclislərdən yığılıb qalmış köhnə qidalar süfrələr yol açır. Bundan əlavə, tez xarab olan salat və digər qidaların vaxtın tez süfrəyə düzülərək saatlarla ortada qalması, mətbəxdə təmizlik normaların əməl edilməməsi də insanların toyda yediklərini burnundan tökə bilər.

    Rəşad Qasımov – Şadlıq sarayının icraçı direktoru: “Saraya ət məhsulları gələndə, əgər bunu ev yiyəsi edirsə, biz onlardan sənət götürürük ki, bu təmizdir. Ancaq öz mətbəximizdə bişməlidir. Çox vaxt gigiyenik tərəfləri ilə maraqlanmırlar. Onlar üçün qiymət daha önəmlidir”.

    Qida Təhlükəsizliyi Dövlət Agentliyi də məsələni nəzarətdə saxlayır. Qurumun əməkdaşları məclislərdən öncə ət və ət məhsullarının keyfiyyətini yoxlayır və sağlamlığını təsdiq edən sənəd verirlər.

    Yaşar Süleymanov – Şəki 1 saylı Qida Təhlükəsizliyi Nəzarət məntəqəsinin baytar həkimi: “Şadlıq evlərinə gələn bütün ət və ət məhsulları ekspertiza laboratoriyasından keçmiş sənətlə birlikdə qəbul edilsin.

    Təbii ki, toy sahiblərinin də üzərinə də böyük məsuliyyət düşür. Onlar özlərinin və dəvət etdikləri qonaqların sağlamlığını düşünərək hər bir qidalanın keyfiyyətinə əmin olduqdan sonra masaya düzülməsinə icazə verməlidirlər.

    Qazanclarını düşünərək keyfiyyətsiz qida məhsullarını qonaqlara təqdim edən, yaxud bu məsələyə nəzarəti yalnız restoran sahibin öhdəsinə buraxlanların xoş günləri isə xoşagəlməz hadisələrlə yekunlaşa bilər.

  • MTRŞ sədrindən ANS-lə bağlı açıqlama (FOTO)

    Ötən gün ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev sosial şəbəkədə bildirmişdi ki, Baş Prokurorluq 3 ildən sonra ANS-lə bağlı qərar verib.

    V.Mustafayevin sözlərinə görə, qərarda ANS-in günahsız olduğu bildirilib.

    Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi!

    Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!

    Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!”

    Median.Az həmin məktubu təqdim edir:


    Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.

    N.Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat “ANS Müstəqil və Media Yayım Şirkəti”nin fəaliyyətinin bərpası ilə bağlı deyil:

    “ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apellyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur”.

  • Azərbaycanlı iş adamını girov götürüb, 7 il kölə kimi işlətdilər – DƏHŞƏTLİ FAKTLAR

    Bu gün ömrünün yeddi ilini çeçen əsirliyində keçirmiş azərbaycanlı haqqında danışacağıq. Ötən əsrin 90-cı illərində insanların girov götürülməsi bəziləri üçün gəlirli “biznes”ə çevrilmişdi. Xüsusilə belə qara əməllər Şimali Qafqazda geniş vüsət alırdı. Orada təkcə Rusiyadan yox, eyni zamanda, Azərbaycandan kölələrin “idxal”ını həyata keçirirdilər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 1995-ci ildə 30 yaşlı qubalı iş adamı T.Məmmədxanov dağıstanlı quldurlar tərəfindən oğurlanır. Məmməxanov kiçik sahibkarlıqla məşğul idi. Onun hekayəsi 1995-ci ilin may ayından başlayır. Mayın əvvəllərində Məmmədxanov onun mağazasına gələn üç Dağıstan avarı ilə tanış olur.

    Həmin dəstənin başçısı Maqomed Xudiyamaqomedov, üzvləri Yunus və Rəcəb olub.

    Dağıstanlılar qubalı sahibkara gəlirli təklif irəli sürüb: onun müvəqqəti olaraq öz anbarına 25 ton şəkər tozu qəbul etməsini istəyirlər. Geri döndükdən sonra malın saxlanılmasının “xəcalət”indən çıxacaqlarına əmin ediblər. Azərbaycanlı bununla razılaşıb.

    Həmin vaxt, yəni mayın 4-də Məmmədyarov öz ad gününü qeyd edirdi. Doğum günü şənliyinə yeni “dost”larını da dəvət etmişdi. Şənlik başa çatandan sonra dağıstanlılar çıxıb gedirlər. Beş aydan sonra qayıdırlar. Qayıdıb, biznesmendən pul tələb edirlər. Çaşqın vəziyyətə düşən sahibkar, əslində, onların malın saxlanılmasına görə ona 15 milyon rubl verməli olduğunu bildirir (həmin vaxtın məzənnəsi ilə təxminən üç min dollara yaxın olub).

    Ancaq dağıstanlılar pul ödəmək əvəzinə, əslində, sahibkara şəkər tozunu satdıqlarını və ödəniş vaxtının çatdığını deyiblər. “Dostlar” özlərini çox “yuxarı”dan aparıb, aqressiv davranıblar. Məmmədxanov anlayıb ki, onlardan qurtula bilməyəcək. Ona görə tələb olunan məbləği onlara verib.

    “Xatırlayıram ki, əvvəl onlara 15 milyon rubl verdim. Ancaq sonra yenə geri döndülər. Növbəti dəfə məndən 25 milyon rubl aldılar. Münaqişə vəziyyəti yaranmışdı, vəziyyət getdikcə daha da gərginləşirdi”, – deyə Məmmədxanov 2002-ci ildə yeddi illik əsirlikdən qurtulduqdan sonra verdiyi ifadədə bildirmişdi.

    1995-ci ilin noyabr ayınının ortalarında T.Məmmədxanovun mağazasına mavi və göy rənglərində iki “09” yaxınlaşır. Maşından 10 nəfər, o cümlədən, ona çox yaxşı tanış olan üç “sima” çıxır. Məmmədxanova hücum edərək, onu döyürlər. Yumruq və təpiklərə fasilə verib, bıçağı işə salıblar. Qaça bilməməsi üçün hər iki ayağını bıçaqlayıblar. Quldurlar onu avtomobilə oturdaraq, yüksək sürətlə ərazidən uzaqlaşıblar. Avtomobildə girov huşunu itirib. Yalnız Mahaçqalaya çatanda özünə gəlib.

    Yol boyu quldurları nə Azərbaycan, nə də Dağıstan sərhəd buraxılış məntəqəsində saxlayan olub. Maşınlar şəhərkənarı qəsəbələrin birində dayanıb. Quldurlar orada gecələmək qərarına gəlib.

    T.Məmmədxanovu əlindən isitmə sisteminin batareyasına qandallayıb, yenidən döyməyə başlayırlar. Girovun bütün ön dişlərini sındırırlar. Onu belə vəziyyətdə kamera ilə çəkirlər. Lentə alınmış video azərbaycanlının əzizləri üçün nəzərdə tutulurdu. Videoda onun qohumlarına müraciət etməsini və azad edilməsi üçün iki yüz min dollar girov pulu istəməsini tələb ediblər. Əks təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər.

    Videoçəkilişdən sonra Məmmədxanovu Dağıstanın Qunib rayonunun Kuyaqa kəndinə aparıblar. Orada girov bir qədər özünə gəlib. Acından və ya susuzluqdan ölməməsi üçün ona gündə bir fal çörək və soyuq çay verirmişlər.

    Quldurlar təhdid dolu videokaseti əsirin böyük qardaşına göndərirlər, cinayətkarlar onunla görüşməyi təklif edirlər. Görüş Mahaçqalanın “İnturist-Leninqrad” mehmanxanasına təyin olunur. T.Məmmədxanovun qardaşı çox düşünmədən “oğru”larla görüşə yollanır.

    Bu arada, söhbət əsnasında T.Məmmədxanov dəstə üzvləri arasında avarlarla yanaşı, çeçenlərin də olduğunu anlayır.

    Girovluğunun 11-ci günündə sahibkar qaçmaq qərarına gəlir. Biləyində olan qandal batareyaya o qədər də sərt bərkidilmədiyindən, azad ola bilir.

    Azad olan kimi ilk növbədə Qunib rayon Polis Bölməsinə üz tutub, orada təhlükəsizlikdə olacağını sanıb. Onun ağlına da gələ bilməzdi ki, quldurların polisdə belə öz adamları var. Ağ rəngli “07” onu təqib etməyə başlayıb. Avtomobil ona çatanda sükan arxasında U.X. adlı polis serjantının əyləşdiyini görüb. Ardınca quldur dəstəsinin üzvləri də ona çatıblar. Onlar serjantın “hörmət”ini edib, girovu geri alıblar.

    Məmmədxanova qol gücünə külli miqdarda araq içiriblər. Mədəsi boş olduğundan, yəni ac olduğuna görə dərhal özündən gedir. Bunu onun yolu xatırlamaması üçün ediblər.

    Geri qayıtdıqdan sonra quldur dəstəsinin üzvləri girovu qaçdığına görə cəzalandırıblar. Ayağına ağır girya atırlar, ayağının baş barmağı qopur. Onu mütəmadi olaraq döyməyə başlayırlar. Əzablı günlər iki ay çəkib.

    Sonradan onu Dağıstanın Qızılyar şəhərinə aparırlar. Orada 1998-ci ilə kimi əsirlikdə qalır. Belə ki, quldurlar, T.Məmməxanova görə heç kimin pul ödəməyəcəyini anlayırlar. Bu arada, T.Məmmədxanovun qardaşı ilə mehmanxanada keçirilən görüş dəstə üzvlərinin onu da girov götürməsi ilə nəticələnir. T.Məmmədxanovdan fərqli olaraq, o, altı aydan sonra qaçmağa nail olur.

    Yeddi illik əsarətdən qaçan T.Məmmədxanov sonradan öyrənib ki, quldurlar, sən demə, qardaşları bir-birinə yaxın beşmərtəbəli evin qonşu mənzillərində saxlayıb.

    Azad olan T.Məmmədovun qardaşı Bakıya gələrək, Quldurluq və Terrora qarşı Mübarizə İdarəsinə (indiki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) ərizə yazır. Həmin vaxt idarənin rəisi Sevindik Səfərov idi. Ancaq cinayətin üstü açılmır.

    Quldurlar T.Məmmədxanovun nə birinci, nə də axırıncı olduğundan dəm vursalar da, digər yandan, ona sərf olunan bu qədər zamanın heç bir gözlənilən nəticə vermədiyinə qəzəblənirdilər.

    Bir dəfə T.Məmmədxanova “Jiquli” göstərib, onu elə indicə sahibkarı ilə birlikdə Azərbaycandan qaçırdıqlarını bildirirlər. Ancaq həmin “zavallı”nın kim olduğu indiyə kimi sirr olaraq qalır.

    1998-ci ilin sentyabr ayında qubalının saxlanıldığı otağa Yunus daxil olur. Həmin ana qədər heç vaxt onun saxlanıldığı otağa məlum tərəfdaşları olmadan girməmişdi. Yunusun ardınca otağa bir neçə kişi daxil olur. Həmin şəxslər çeçenlər idi. Kənarda dayanıb nəyisə müzakirə edirdilər, daha sonra çeçenlər onu tutub, özləri ilə aparırlar.

    Girov quldurların onu kölə kimi satdığını anlayır. “Yeni sahibləri” onu Dağıstan-Çeçenistan sərhədindən 50 km aralıda yerləşən Najavyurt rayonunun dağlı aullarıdan birinə aparırlar. Onu dərin dərəyə salırlar. Sonradan belə dərələrdə ondan başqa beş rusun saxlanıldığını öyrənir. Rusları o ki var işlədirlər, onlar mal-qaranı otarır, ən ağır işləri yerinə yetirirdilər. Onlar iş tapmaq üçün Minvoda gəlmiş, ancaq aldadılmış insanlar idilər. 32 yaşlı kölələrdən birini qaçmaq istədiyinə görə T.Məmmədxanovun gözləri qarşısında güllələyiblər.

    Ruslardan fərqli olaraq, onu işləməyə məcbur etmirdilər. Ona “sahibləri” ruslarla müqayisədə nisbətən daha yumşaq davranırdılar.

    Məmmədxanovun “yeni sahibi” İsmayıl əvvəllər stomatoloq işləyib. Qubalıya yazığı gələrək, onun dişlərini düzəldib. Çeçenlər onları pis yedirsələr də, hər halda orada verilən qida avarların qidasından daha yaxşı idi. Ən kiçik qaçış riskini belə aradan qaldırmaq üçün qaranlıq düşəndən sonra dərələri beton plitə ilə bağlayırdılar. Gündüz saatlarında isə kölələri yuxarı çıxarırdılar. Beləcə, illər keçirdi.

    Çeçen Məmmədxanova “Quran”dan surələr oxuyurdu, ona duaları öyrədib, namaz qılmasını tələb edirdi. T.Məmmədxanov isə imtina edərək, yalnız vətəninə döndükdən sonra Tanrıya ibadət etməyə başlayacağını bildirirdi. İsmayılın buna cavabı isə soyuq və qısa olurdu: “Geriyə yol yoxdur”.

    Dini tövsiyyələrindən başqa, İsmayıl azərbaycanlıya çevik döyüşçü qruplar barədə danışıb, ona “Kalaşnikov” avtomatından atəş açmağı öyrədib. “Sahibi” sərrast atıcılığı ilə seçilirdi.

    “Fikrimcə, məndən döyüşçü hazırlamaq istəyirdilər. Çeçen aulunda olan hər kəsin dişə qədər silahlandığı diqqətimdən yayınmamışdı”, – deyə T.Məmmədxanov bildirib.

    Bir dəfə qubalının əlinə bağça qayçısı keçir. Onunla əvvəl nə edəcəyini bilmir, ancaq çox düşünmədən, gələcəkdə lazım olar deyə, dərədəki saman altında gizlədir. Həmin qayçı dörd ay sonra onun işinə yarıyır.

    26 iyul 2002-ci ildə onu nədənsə dərədən çıxaran olmur. Bundan istifadə edərək iyulun 26-dan 27-nə keçən gecə qaçmaq qərarına gəlir. Həmin qayçı ilə bir neçə saat fasiləsiz şəkildə torpağı qazmağa başlayır. Torpaq təbəqəsi yumşaq olduğundan, bir müddətdən sonra açığa çıxmağa nail olur. Ətrafa nəzər salır və iki gənc mühafizəçinin bərk yatdığını görür. Məmmədxanov yaxınlıqdan ağır əşya – idman çəkiləri taparaq, yatanların başına var gücü ilə vurur.

    “Onların sağ qalıb-qalmadığını bilmirəm. Amma deyəsən, onlardan birini öldürmüşdüm. Bunu müəyyənləşdirməyə vaxt yox idi”, – deyə T.Məmmədxanov bildirib.

    Mühafizəçilərdən birinin formasını əyninə keçirir. Kamuflyajın cibində T.Məmmədxanov 2650 rubl tapır. Bu pullar onun işinə yarıyır. Belə ki, onunla taksi ilə Botlix rayonuna, oradan isə Xasavyurta çatır.

    Dərbənddə olanda T.Məmmədxanov artıq qorxu hissini itirir. Axtın dağlarının dolayı yolları ilə Rusiya-Azərbaycan sərhədini keçir. Həmin vaxt bu mümkün idi, çünki sərhədlər o qədər də yüksək səviyyədə qorunmurdu. İki günə Qubaya çatır. Köləlikdən azad olmuş Məmmədxanovun qayıdışı hamını sevindirir, hətta onu uzun müddət axtardıqlarını deyən yerli polisləri belə…

  • В столице 23-летняя девушка пропала без вести

    В Баку без вести пропала 23-летняя девушка, передаёт Median.Az со ссылкой на ONA.

    Инцидент произошел в Ясамальском районе столицы.

    Согласно сообщению, Абыева Нюбар Адалят гызы (1996 г.р.) шестого мая, около 23:00 вышла из дома и не вернулась.

    По факту ведется расследование.

  • Байрам Нурлу совершит паломничество в Мекку – ВИДЕО

    Экстрасенс Байрам Нурлу совершит паломничество в Мекку.

    Об этом он сообщил в социальной сети.

    «Дай Бог, я соберу денег и совершу Хадж. В священный месяц Рамазан нельзя проклинать кого-то. Старайтесь делать добро в это время. Мы заберем с собой в мир иной только благие деяния, а не виллы, машины, драгоценности и одежду. Я буду поститься во время Рамазана, чтобы мои грехи были прощены», – сказал Байрам.

  • Bayram Nurlu Həcc ziyarətinə getməyə hazırlaşır – VİDEO

    Ekstrasens Bayram Nurlu sosial şəbəkədə yeni video paylaşıb.

    Nurlu videosunda müsəlmanlar üçün vacib olan 5 şərtdən danışıb.

    O, gələcəkdə bu şərtlərdən biri olan Həcc ziyarətinə getməyə hazırlaşdığını deyib:

    “Allahın 5 şərtini yerinə yetirmək lazımdır. Məsələn, mən həcc ziyarətinə də gedəcəm. Özümlə iki adamı da ora aparacam.Qəlbi kinli insanlara üzümü tuturam. Bu ayda bizə ancaq savablar qalır. Nə villa, nə maşın, nə də zinət əşyaları aparmayacağıq. 4 metrlik bir parça aparacağıq”.

    Bayram Nurlu HÉcc ziyarÉtinÉ getmÉyÉ hazırlaÅır - VİDEO

  • Təhsil müəssisələrindən alınacaq dövlət rüsumu – 15 min manata qədər

    Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib.

    Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

    Mövcud qanuna əlavə edilən 32-1-ci maddəyə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən üç min manat, ümumi təhsil müəssisələrindən beş min manat, məktəbdənkənar təhsil müəssisələrindən yeddi min manat, peşə təhsili müəssisələrindən 10 min manat, orta ixtisas təhsili müəssisələrindən 15 min manat, ali təhsil müəssisələrindən 20 min manat, əlavə təhsil müəssisələrindən 15 min manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15 min manat dövlət rüsumu tutulacaq.

    Qanun layihəsi plenar iclasa tövsiyə edilib.
    //oxu.az

  • Эльчин Гулиев обсудил с грузинским коллегой ситуацию на границе

    Делегации во главе с начальником Государственной пограничной службы Азербайджана генерал-полковником Эльчином Гулиевым и начальником Пограничной полиции Грузии Теймуразом Кекелидзе провели рабочую встречу на служебной территории пограничного отряда «Шамкир».

    Об этом сообщила пресс-служба Госпогранслужбы.

    Согласно информации, на встрече была обсуждена ситуация на азербайджано-грузинской границе, совместная борьба с угрозами пограничной безопасности, продолжение обмена опытом и информацией, развитие сотрудничества.

    Стороны положительно оценили динамику двустороннего развития, подчеркнув, что уровень существующих отношений между пограничными структурами Азербайджана и Грузии вносит вклад в совместное пресечение незаконных действий на границе.

    Встреча прошла в атмосфере дружбы и взаимного доверия.