Month: May 2019

  • Задержаны карманники, совершавшие кражи на станции “28 мая”

    Как сообщает Median.Az, cотрудники отделения полиции метрополитена ГУП г.Баку и Бинагадинского РУП в результате проведенной совместной операции задержали жителя г.Сумгайыт, ранее судимого Э.Гусейнова, который как показало расследование 4-го мая на платформе станции метро “28 мая” украл у жительницы Кюрдамирского района Г.Азизовой кошелек, где были деньги, банковские карты и документы.

    Кроме этого, сотрудники отделения полиции метрополитена задержали жителя Апшеронского района, ранее судимого М.Джафарова, который 13-го и 22-го апреля на платформе станции “28 мая” украл у жителей Апшеронского района М.Мирзоева и С.Набизаде мобильные телефоны.

    По фактам ведется расследование.

  • “28 may” metrostansiyasında oğurluq edən cibgirlər saxlanılıb

    Median.Az xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini Q.Əzizova mayın 4-də metronun “28 May” stansiyasının platformasında çantasından içərisində pulu, bankomat kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib

    Metropolitendə Polis Şöbəsi və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.

    Bundan başqa, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində aprelin 13-də metronun “28 May” stansiyasının platformasında Abşeron rayon sakini M.Mirzəyevin mobil telefonunu oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılıb.

    Araşdırma zamanı, onun aprelin 22-də “28 May” stansiyasında Abşeron rayon sakini S.Nəbizadənin cibindən mobil telefonunu oğurlaması müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Джейхун Байрамов высказался об уроках религии в школах

    Министр образования Джейхун Байрамов прокомментировал вопрос о проведении уроков религии в школах.

    Министр заявил журналистам, что согласно законодательству, преподавание данного предмета не предусмотрено:

    «Включение сведений об этой сфере (религии) в различные предметы не является преподаванием религии. Это всего лишь сведения о различных религиях».

    «Информацию о религии вы можете найти как в учебниках истории, так и в предмете «Знание жизни». Ничего нового здесь нет. С 2018 года, то есть с начала преподавания по новому курикулуму, знания о религии включаются в упомянутые мною учебники. Преподавание нового предмета о религии в школах не предусмотрено», – отметил министр.

  • Təhsil nazirindən məktəblərdə dini dərslərin tədrisi barədə – AÇIQLAMA

    Təhsil naziri Ceyhun Bayramov məktəblərdə dini dərslərin keçirilməsi məsələsinə münasibət bildirib.

    Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən, dini fənnin tədrisi nəzərdə tutulmayıb:

    “Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahədə məlumatların verilməsi dini tədris deyil. Sadəcə olaraq, müxtəlif dinlərə bağlı məlumatlar verilir”.

    “Dinlə bağlı məlumatlara həm tarix dərsliklərində, həm də “Həyat bilgisi” fənnində rast gələ bilərsiniz. Burada yenilik yoxdur. 2018-ci ildən etibarən, yeni kurikulum tədris edilən müddətdən bu dinlə bağlı bilgilər adlarını çəkdiyim dərsliklərdə verilir. Dinin tədrisinə dair yeni bir fənnin orta məktəblərdə tədrisi nəzərdə tutulmayıb”, – deyə nazir qeyd edib.

  • 300-dən çox kişi zorakılığın qurbanı oldu – Azərbaycanda

    Ötən il Azərbaycanda qeydə alınmış cinayətlər nəticəsində 331 nəfər qadın dünyasını dəyişib.

    Median.Az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq, bildiriblər ki, bu göstərici 2017-ci ildə 337 olub.

    Ümumilikdə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ümumi sayı 2017-ci ildə 21 561 nəfər, 2018-ci ildə 21 382 nəfər olub. Onlardan 2017-ci ildə 1 268 nəfəri, 2018-ci ildə 1 221 nəfəri məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib.

    Məişət zorakılığından daha çox qadınlar zərər çəksə də, zərərçəkənlər arasında kişilər də olub.

    2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 304-ü kişi, 964-ü qadın, 2018-ci ildə 306-sı kişi, 915-i qadın olub.

    Son iki il ərzində qadınlara qarşı törədilmiş qeydə alınmış cinayətlərin sayı bir qədər azalıb. 2017-ci ildə belə cinayətlərin sayı 5 755, 2018-ci ildə 5 603 olub.

  • Böyrəklərini satan ər-arvad: “Ev tikdirəcəkdik…” – DƏHŞƏTLİ ETİRAFLAR

    Böyrək alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində tanınan ər-arvad Rauf və Sevinc Şirəliyevlər çağrılıb.

    Məhkəmədə məlum olunub ki, ər-arvad hər ikisi böyrəyini satıb.

    Prosesdə ifadə verən Rauf Şirəliyev deyib ki, yoldaşı hamilə olduğu üçün məhkəməyə gələ bilməyib.

    Zərərçəkən heç bir şikayət və tələbinin olmadığını deyib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

    R.Şirəliyev istintaqa ifadəsində də bildirib ki, daimi işi olmadığından çox adama borcu yaranıb və kirayə pulunu ödəyə bilməyib:

    “2016-cı ildən özümüzə kiçik bir ev tikdirmək istədik, amma başa çatdıra bilmədik. İş axtarmaq məqsədilə internetdə elanlara baxanda gördüm ki, böyrək donoru axtaranlar var. O elanın altında yerləşdirilən telefon nömrəsinə zəng elədim. Cavab verən adam dedi ki, qohumu üçün böyrək axtarır. Zəngləşdik, Bakıya dəvət etdi. Sonradan adının Vahib olduğunu bildiyim adam mənə özünü Sahib kimi təqdim etdi”.

    Qiymət məsələsində R.Şirəliyev öncə böyrəyini 15 minə satmaq istədiyini deyib, amma qarşı tərəf razılaşmayıb: “Sahib dedi ki, camaat bu qiymətə ciyər, ürək alır. Böyrəyə görə heç kim 8 mindən yuxarı pul verməz. Mən də 8 minə razılaşdım. Bakıda Tibb Universitetinin klinikasında analiz verib, daha sonra böyrəyin respientə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün hər ikimiz İrana getdik. Böyrək köçürülməsi əməliyyatı isə Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutdu. O, əməliyyatdan sonra da razılaşdıqları məbləği aldım.”

    Zərərçəkənin həyat yoldaşı Sevinc Şirəliyeva istintaqa ifadəsində deyib ki, kirayə qalırdılar, maddi baxımdan çətinlik çəkirdilər, Ucarda özlərinə ev tikmək istəsələr də, tikib başa çatdıra bilmirdilər. Ona görə Rauf bir sıra adamlardan borc alıb, ancaq qaytara bilmirdi. Maddi çətinliyə görə həyat yoldaşı böyrəyini satandan sonra V.Xudadatovdan eşidiblər ki, bir ərəb var, donor axtarır, 12 min dollar verməyə razıdır. O da razılaşıb.

    S.Şirəliyevanın sözlərinə görə, əməliyyatdan sonra böyrək köçürülən şəxsin qohumları onun həyat yoldaşı Raufa 12 min dolları ödəyib.

    Prosesdə zərərçəkən qismində Cavidan Hüseynov dindirilib. O da şikayətçi olmadığını, böyrəyini öz istəyilə satdığını bildirib. Deyib ki, hətta bu məqsədlə saytların birində elan da yerləşdirib. O, məhkəmədə bildirib ki, böyrəyinə görə 10 min 500 manat pul alıb.

    C.Hüseynov istintaqa ifadəsində deyib ki, Tacikistanda baş tutan əməliyyatdan sonra Bakıya qayıdanda vəziyyəti pisləşib, yarada çirk yaranıb. Xəstəxanaya gedəndə məlum olub ki, əməliyyat vaxtı tənzifi unudub içəridə saxlayıblar. C.Hüseynov yenidən əməliyyat edilib, tənzif oradan çıxarılıb.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

    Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

    Cinayət işində 27 zərərçəkmiş var.

    BöyrÉklÉrini satan Ér-arvad: âEv tikdirÉcÉkdik...â - DÆHÅÆTLİ ETİRAFLAR

  • Bakıda gənc qız özünü 10-cu mərtəbədən atmaq istədi – VİDEO

    Milli.Az-ın əldə etdiyi məlumata görə, özünü 10-cu mərtəbədən atmaq istəyən qızı mülki geyimdə olan bir gənc oğlan xilas edib.

    * * * * *

    Paytaxtda gənc qız yaşadaığı binanın eyvanından özünü atmaq istəyir.

    Təxminən 20-21 yaşlarında olan qız binanın 10-cu mərtəbəsindən intihara cəhd edir.

    Hadisə yerinə çağırılan DİN əməkdaşları 1 saatdan çox gənc qızı fikrindən daşındırmağa çalışır.

    Artıq FHN-nin xilasediciləri də hadisə yerinə gəliblər.

    Qızın intihara cəhd səbəbləri hələlik məlum deyil.

    Hadisə yerindən video:

  • Xəzəri çirkləndirən obyektlər bağlanacaq – Nazirlikdən son xəbərdarlıq

    Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı tərəfimizdən aidiyyəti üzrə vəsatət qaldırılacaq.

    Çünki bunun digər alternativi yoxdur. Tərəfimizdən dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalacağıq.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

    “Xəzər dənizinin şimaldan cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir.

    Birmənalı olaraq bildiririk ki, Xəzərin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, tərəfimizdən onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq”, – nazirlik nümayəndəsi qeyd edib.

    Onun sözlərinə görə, keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir:

    “Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu, gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq. Artıq çimərlik mövsümü yaxınlaşır. Lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir. Ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.

    Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmasa, çirkləndiricilər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.

    O bildirib ki, bu gün nazirliyin əsas fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib:

    “Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin”.
    //oxu.az

  • Müavini məhkəmədə Cahangir Hacıyevi ittiham etdi: O göstəriş verib

    “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində C.Hacıyevin müavini və bankın Kreditorlar Komitəsinin sədri olmuş Emin Mustafayev ifadə verib.

    O, qaytarılmayan böyük kreditlərə, veksel əməliyyatlarına görə Cahangir Hacıyevi ittiham edib. E.Mustafayevin sözlərinə görə, bankda Aktivlərin və Passivlərin İdarə Olunması Komitəsinə də C.Hacıyev rəhbərlik edirdi:

    “Birinci günlər Komitənin iclasları keçirilirdi. Orada veksel əməliyyatları müzakirə olunmurdu. Amma qərar verilirdi ki, veksel əməliyyatları reallaşdırılsın. Bu əməliyyatları, əsasən, bankın törəmə qurumu olan Moskva filialı həyata keçirirdi. Bakıdan – baş ofisdən vəsait Moskvaya göndərilirdi, orada da şirkətlərə ödənilirdi.

    Uzun müddət bankda durum yaxşı deyildi, maliyyə çatışmazlığı vardı. Mərkəzi Bankdan, xarici maliyyə qurumlarından maliyyə cəlb edirdik. Bankın likvidlik problemi vardı. Buna baxmayaraq, veksel əməliyyatları həyata keçirilirdi. Əməkdaşlar da deyirdi ki, Cahangir Hacıyev göstəriş verib, bu əməliyyatlar rəsmiləşdirilsin”.

    Onun sözlərinə görə, hazırda məhkəmədə araşdırması aparılan şirkətlərə kreditlər C.Hacıyevin göstərişilə verilib:

    “Demişdi ki, Dünyamin Xəlilovun idarə etdiyi şirkətlərə kreditlər ayrılsın”.

    E.Mustafayev xatırladıb ki, bankın Müşahidə Şurası 2009-cu ildə bir qərar vermişdi:

    “Qərara görə, 1.5 milyondan yuxarı kreditlərin ayrılması üçün Müşahidə Şurasının razılığı olmalı idi. Amma bir çox hallarda Müşahidə Şurasına həmin kreditlər haqda məlumat verilməyib”.

    Vəkillər E.Mustafayevdən soruşub ki, C.Hacıyevin qanunsuz göstərişlərini görürdüsə, bəs niyə ona əməl etmək əvəzinə, vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyib, illər ərzində onun vəzifədən çıxmasını gözləyib? E.Mustafayev belə cavab verib:

    “Birbaşa İdarə Heyətinin sədrinə tabe olduğuma görə onun göstərişlərindən kənara çıxa bilmirdim. Amma özünə bildirirdim. Sonradan mən İdarə Heyətinin sədri vəzifəsini icra edəndə hüquq-mühafizə orqanlarına məlumat verdim”.

    Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

    Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb.

    İstintaqla C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il, İ.Hidayətzadə isə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını beş ilə endirib.

  • 26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir – FOTO

    İyirmi altı ildir Ukraynada itkin hesab edilən həmyerlimiz Şükürov İlham Ağamirzə oğlu Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Vətənə yola salınıb.

    AZƏRTAC xəbər verir ki, həmyerlimiz bu müddət ərzində Dnepr şəhərində baxımsız vəziyyətdə yaşayıb.

    Doğmaları onun itkin düşdüyünü hesab ediblər. Bu günlərdə səfirliyimiz və həmyerlimiz Ruslan Seyidovun səyi nəticəsində İ.Şükürov tapılaraq ilkin olaraq xəstəxanada müalicə etdirilib.

    İ.Şükürovla keçirilən görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq vətəndaşlarımızın problemlərinin həlli səfirliyin prioritet istiqamətlərindən biridir. Artıq səfirlik tərəfindən bir neçə vətəndaşımıza qayğı göstərilərək Vətənə yola salınıb. İ.Şükürovun da sənədləri düzəldilərək Azərbaycana, doğmalarının yanına göndərilib.