Month: May 2019

  • “Starbucks” fincanı “Taxt oyunları”na necə düşüb?

    HBO-nun fentezi janrında lentə aldığı “Taxt oyunları” serialının səkkizinci mövsümünün dördüncü bölümünü diqqətlə seyr edən tamaşaçılar kadrda olan maraqlı bir səhvi tutublar.

    “Metro” nəşri xəbər verir ki, serialın masa arxası səhnəsində Deyeneris Tarqariyenin önündə olan “Starbucks” brendinə məxsus kofe fincanı kadrlarının “screen”ləri yayımlanıb.

    “Taxt oyunları”nı yayımlayan HBO telekanalı (ABŞ) kadrlardan birində “Starbucks”a aid plastik qəhvə stəkanının peyda olması məsələsinə aydınlıq gətirib.

    Bu barədə “New York Post” yazır.

    HBO rəsmisi bunu özünəməxsus yumorla izah edib.

    “Epizodların birində lattenin ekranlarda görünməsi səhvən baş verib. Əslində, Deyneris yaşıl çay sifariş vermişdi”, – deyə nəşrin müsahibi bildirib.

    Serialın icraçı prodüseri Berni Kolfild də “WNYC” radiostansiyasına verdiyi müsahibədə qalmaqallı kadrı şərh edib.

    “Bildiyiniz kimi, “Starbucks”ın ilk kafesi məhz Vesterosda açılıb”, – deyə Kolfild istehza edib.

    Onun sözlərinə görə, baş verən xəta ən yaxşı dram serialı nominasiyasında “Emmi” mükafatçısı olmuş “Taxt oyunları” üçün olduqca nadir bir haldır. Çünki rekvizitçilər və dekorçular yüz deyil, min faiz dəqiqliklə işləyir.

    “Əgər bu, onların serialda tapdıqların ən pis nöqsandırsa, deməli, biz yaxşı formadayıq”, – deyə prodüser bildirib.

    Qeyd edək ki, “Taxt oyunları”nın sonuncu mövsümü sosial şəbəkələrdə ən çox müzakirə olunan mövsüm olub. Belə ki, seriala beş milyondan çox tvit həsr olunub.

  • В Насиминском районе карманник украл у гражданина 105 манатов

    Как сообщает Median.Az, сотрудники 19-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Сумгайыт, ранее судимого Ф.Сафарова, который 3-го мая украл из кармана жителя столицы Р.Гасанова 105 манатов.

    При личном осмотре у задержанного изъяли героин.

    По факту возбуждено уголовное дело.

  • Nəsimi polisi vətəndaşın cibindən 105 manat oğurlayan şəxsi saxlayıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də rayon ərazisində, paytaxt sakini R.Həsənovun cibindən 105 manat oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılıb.

    Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə – heroin götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Названа главная причина преждевременной смерти

    Ученые Северо-Западного университета в США пришли к выводу, что в одних только Штатах миллионы людей страдают от сердечной недостаточности, вызванной ожирением и диабетом. При этом снижается ожидаемая продолжительность жизни, а заболевания сердца являются основной причиной попадания в больницу и смерти.

    Как передаёт Median.Az, об этом сообщается в пресс-релизе на EurekAlert!.

    Исследователи проанализировали данные Центров по контролю и профилактике заболеваний об основных и сопутствующих причинах смерти около 48 миллионов человек в период с 1999 по 2017 год. При этом они скорректировали по возрасту коэффициент смертности от сердечной недостаточности среди людей в возрасте от 35 до 84 лет.

    Оказалось, что с 2012 года все больше людей погибает от проблем с сердцем, несмотря на значительные успехи в лечении дисфункции сердечной мышцы. По оценкам, шесть миллионов человек страдает от этого состояния, а прогноз для больных в целом неблагоприятен.

    По словам ученых, для борьбы с тревожной ситуацией необходимо сосредоточиться на снижении факторов риска, включая высокое кровяное давление, высокий уровень холестерина и диабет.

  • Азербайджанка чудом избежала смерти в сгоревшем самолете

    В московском аэропорту Шереметьево два дня назад случилась трагедия. Самолет SSJ-100 авиакомпании Аэрофлот выполнял рейс в Мурманск, но вскоре после взлета экипаж запросил экстренную посадку.

    После аварийного приземления стойки шасси лайнера подломились и баки, полные горючего, вспыхнули. Сильнее всего пострадала хвостовая часть фюзеляжа. Из 78 человек, находившихся на борту, выжили лишь 37.

    Но были и люди, которым по счастливому стечению обстоятельств удалось избежать этой трагедии в последний момент. Одной из таких несостоявшихся пассажирок рейса SSJ-100 стала наша соотечественница, азербайджанка Фарида Русланова.

    Она чудом избежала полета на злополучном лайнере и согласилась поделиться с Day.Az своей историей.

    «Я работаю в сфере кредитования и страхования. В силу специфики своей работы постоянно летаю в разные города России на тренинги и в командировки. На работе предложили поездку в Мурманск, я согласилась», – рассказывает Ф.Русланова.

    По словам девушки, уже были куплены билеты, и она собиралась лететь – но по счастливой случайности планы изменились в последний момент.

    «К нам в Москву неожиданно приехал мой отец: он работает в другом городе и приезжает раз в год. Никого не предупредил, решил сделать сюрприз. Я была вынуждена отказаться от командировки: вместо меня полетела моя коллега. Мы поговорили с ней, я сказала: «Езжай ты». Сейчас она в реанимации – отравилась дымом и получила ожоги», – сказала Ф.Русланова.

    Девушка отметила, что с того момента, как узнала о катастрофе, испытывает страх.

    «Моей коллеге в самолете не давали прохода. Она могла погибнуть там из-за людей – они вытаскивали свой багаж вместо того, чтобы скорее эвакуироваться. Ее буквально вытолкнул из салона бортпроводник Моисеев.

    Бедный парень метался туда-сюда, пытался всем помочь, спасти как можно больше людей. Мне искренне жаль, что сам он погиб», – сказала азербайджанка.

    «Я часто летаю Аэрофлотом. Теперь мне очень страшно», – заключила она.

  • Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

    İki gün əvvəl Moskvanın Şeremetyevo aeroportunda dəhşətli faciə baş verib. “Aeroflot” hava yolları şirkətinə aid “SSJ-100” təyyarəsi Murmanska uçan zaman, ekipaj üzvləri təcili eniş üçün dispetçerdən icazə istəyib. Qəzalı enişdən sonra laynerin şassizi sıradan çıxıb və yanacaq dolu bak partlayaraq yanmağa başlayıb. Yanğından ən çox füzelyajın qanad hissəsinə ziyan dəyib. Göyərtədə olan 78 nəfərdə 37-si sağ qalıb.

    Ancaq hadisələrin gözlənilməz inkişafı nəticəsində bu faciədən qurtulmuş insanlar da var. Həmyerlimiz Fəridə Ruslanova bəxti gətirənlərdəndir.

    O, hekayəsini Day.Az portalına danışıb.

    “Mən kredit və sığorta sahəsində çalışıram. İşimlə əlaqədar, mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram, treninqlərə və ezamiyyətlərə qatılıram. Bu dəfə Murmanska yollanmağı təklif etdilər, mən razılaşdım”, – deyə Ruslanova danışır.

    Onun sözlərinə görə, o, artıq məlum reysə bilet də alıb və uçmağa hazırlaşıb, ancaq xoş bir təsadüf nəticəsində ən son anda planları dəyişib.

    “Gözlənilmədən atam Moskvaya gəldi. O, başqa şəhərdə işləyir və ildə bir dəfə bura gəlir. Heç kimi xəbərdar etməmişdi, sürpriz etmək istəyirdi. Buna görə məzuniyyətdən imtina etməli oldum: mənim əvəzimə həmkarım getdi. Onunla danışırdıq, dedim, “Sən get”. İndi o reanimasiyadadır, tüstüdən zəhərlənib və yanıq xəsarətləri alıb”, – deyə Ruslanova bildirib.

    Qızın dediyinə görə, qəza barədə xəbəri öyrənəndən bəri özünü pis hiss edir, daima təşviş və qorxu içindədir.

    “Təyyarədən mənim həmkarımın çıxmasına imkan vermirdilər. Çevik şəkildə təxliyyə olunmaq əvəzinə, öz baqajını qurtarmağa çalışan insanlara görə o, ölə bilərdi. Onu göyərtənin bələdçisi Moiseyev faktiki olaraq yaxasından dartaraq, salondan çıxarıb.

    Zavallı bələdçi, bacardıqca çox insan xilas etmək üçün əlindən gələni edirdi. Özü də həyatını itirdi. Onun ölümünə təəsüflənirəm. Tez-tez “Aeroflot”la uçuram, indi isə, həqiqətən, çox qorxuram”, – deyə Fəridə Ruslanova bildirib.

  • Житель столицы ограбил дом в Сумгайыте

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП в ходе оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Ш.Мирзоева, который 3-го апреля украл из дома на территории города 800 манатов и золотые украшения.

    В Следственном отделе Сумгайытского ГУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda evdən oğurluq edən paytaxt sakini tutulub

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də şəhər ərazisindəki evdən 800 manat və qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Mirzəyev saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Tanınmış şair dünyasını dəyişdi

    Azərbaycanın tanınmış şairi Etibar Eibarlı bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Median.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat yayıblar.

    Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin üzvləri də tanınmış şair-jurnalist Etibar Etibarlının vəfatı ilə bağlı başsağlığı yayıb.

    Allah rəhmət eləsin.

  • Bakıda itkin düşən şəxs 4 gün sonra tapıldı

    Bakıda itkin düşən şəxs tapılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhər sakini Orucov Rəfail Müzəffər oğlu aprelin 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxs mayın 3-də tapılaraq ailəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.