Month: May 2019

  • Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər

    “Rusiya Dəmir Yolları” ASC Çindən Bakıya müntəzəm konteyner daşımaları təşkil etməklə Azərbaycan ərazisində paylayıcı hub yaratmaq təklifini irəli sürüb.

    Median.Az xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları”nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerov Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla görüşü zamanı bildirib.

    Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müştərək tədbirlərin müzakirə olunduğu görüşdə Bakı-Tbilisi- Qars dəmir yolunun imkanlarını yüksək qiymətləndirən rusiyalı qonaq bu yolun imkanlarından daha dolğun istifadə etmək üçün müvafiq nəqliyyat vasitələri və yüklər təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.

    Şimal-Cənub dəhlizinin inkişafından söhbət açan baş direktor bu istiqamətdəki daşımalar üçün əsas tarifləri və logistika göstəricilərini işləyib hazırladıqlarını, əlavə yüklər cəlb etmək üçün Hindistan şirkətləri ilə danışıqlar apardıqlarını bildirib. “Eyni zamanda İranda Rəşt-Astara xəttinin tikintisi də müntəzəm daşımaların illik həcmini 100 min TEU həddinə çatdırmaq imkanı yaradardı”, – deyə “Rusiya Dəmir Yolları”nın məlumatında göstərilir.

    Tərəflər elektron əməkdaşlığın da əhəmiyyətini qeyd ediblər. O.Belozerov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında göndərilən yüklərin keçən il 50%-i elektron yolla rəsmiləşdirildisə, hazırda bu göstərici 87%-ə çatıb.

    C.Qurbanov “Rusiya Dəmir Yolları”nı “Azərbaycan Dəmir Yolları” üçün əsas tərəfdaş olaraq qaldığını deyib: “İstər əməkdaşların səriştəsi, istərsə də Rusiya dəmir yollarının inkişaf səviyyəsi bizim dəmiryolçular üçün gözəl nümunədir”. O, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların bundan sonra da müsbət dinamikasını saxlayacağına, birgə layihələrin həyata keçiriləcəyinə əmin olduğunu vurğulayıb.

    Görüşdə sərhəd-gömrük prosedurlarını daha da təkmilləşdirmək, Bakı- Mahaçqala sərnişin qatarını açmaq imkanlarını araşdırmaq üçün hakimiyyət qurumları ilə birgə fəaliyyəti davam etdirmək barədə razılıq əldə olunub.//report.az

  • Oğuzda 68 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL

    Oğuz rayonunda 68 yaşlı kişi intihar edib.

    Hadisə rayonun Bayan kəndində baş verib.

    Kənd sakini, 1951-ci il təvəllüdlü Nərman İsmayıl oğlu Soltanov yaşadığı kənddə özünü asaraq öldürüb.

    Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır./report

  • Меган Маркл родила мальчика

    У британского принца Гарри и его супруги герцогини Сассекской Меган родился первенец.

    Как сообщается в издании Daily Mail, мальчик появился на свет 6 мая.

    Он будет носить титул графа Дамбартона и займет седьмое место в очереди на британский престол после деда – принца Чарльза, дяди – принца Уильяма, его детей – принца Джорджа, принцессы Шарлотты и принца Луи, и отца – принца Гарри. При рождении он не получит титул принца, если королева Елизавета II не решит пожаловать его.

    Сами родители заявляли, что не хотели бы, чтобы ребенку дали какой-либо титул при рождении, так как мечтают обеспечить ему «нормальное детство».

    Новорожденный имеет британское гражданство, но может претендовать и на американское, так как его мать – гражданка США.

    Принц Гарри присутствовал при родах. Мать ребенка, Меган Маркл, чувствует себя хорошо.

    Вероятно, паре будет помогать ухаживать за ребенком мать Меган – Дория Рэгланд. Она посещала курсы по уходу за младенцами в Лос-Анджелесе.

  • Bakıda sərnişin avtobusu piyadanı vurub, yolda tıxac yaranıb

    Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, “Neftçilər” metro stansiyası yaxınlığında yolu keçmək istəyən orta yaşlı qadını avtobus vurub.

    Hazırda yaralının vəziyyətinin kafi olduğu bildirilir. Yolda sıxlıq var.

  • Bakıda həyat yoldaşını öldürməyə cəhd edən şəxsə 7 il 10 ay cəza verildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 7 il 10 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, ötən il Bakının Zığ qəsəbəsində R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.

    Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib.

  • Məşhurlarımızdan kim oruc tutur? – SORĞU

    Bu gündən etibarən müqəddəs ay başladı. İslam dünyasında “11 ayın sultanı” kimi tanınan Ramazan ayında insanlar oruc tutur, namaz qılır, yaxşı əməllər, xeyirli işlər görərək savab qazanmağa çalışırlar.

    Bəs görəsən, şou əhli bu ayda oruc tutub, “əməl dəftərləri”nə nə yazdıracaqlar?

    Median.Az xəbər verir ki. Oxu.az-ın əməkdaşı bu mövzuda məşhurlarımızı sorğu-suala çəkib.

    Əməkdar artist Elza Seyidcahan:

    “Allahın müqəddəs ayıdır. Hər bir insan oruc tutmalıdır. Oruc tutmaq borcumuzdur. Allah güc versin, orucumuzu tutaq”.

    Müğənni Şəbnəm Tovuzlu:

    “Hər zaman Ramazan ayında 5-6 gün də olsa, oruc tututam. Bu il də beş gün mütləq oruc tutacağam”.

    Bəstəkar-müğənni Murad Arif:

    “Keçən və ötən illərdə bir ay boyunca oruc tutmuşam. Müəyyən səbəblərə görə bu il oruc tutmayacağam. Səfərlərim var, bilirsiniz ki, İsrailə gedəcəyəm. Bir yerdə qalmayacağam”.

    Müğənni Nadir Qafarzadə:

    “Mən, ümumiyyətlə, oruc tutmuram. Səhhətimdə problemlər var. Mədəmdə qastrit var. Aclığa dözümüm yoxdur. Pəhriz saxlayanda da kalorisiz də olsa, bir şey yeyirəm ki, mədəm boş qalmasın. Ac qalanda sinirlərimə təsir edir. Halım pisləşir. Təbii ki, hamı oruc tutmalıdır. Bu vacibdir. Amma təəssüf ki, məndə alınmır.

    Ətrafımda olan valideynlərim, qohumlarım, dostlarım oruc tutular. Yəqin, iradəsizəm, bunu belə adlandırmaq olar. Özünü çətinliyə salmaq, əziyyət çəkmək, məncə, Allaha da xoş getməz. Kiməsə xatir, kiməsə göstərmək üçün oruc tutmaq günahdır. Hətta indi bu kimi şeylər trenddir. Belə şeylər mənə yaddır.

    Əslində, gecə yemək adamı kökəldir. Elə insanlar var ki, səhərdən axşama kimi ac qalırlar, sonra da əllərinə gələni yeyirlər. Axşam yemək isə çox ziyandır. Hər şey sonda piylənməklə nəticələnir. Mədə-bağırsağı gücə salırlar. Yeməyin də, orucu tutmağın da qaydası var. Oruc saxlamaq özü bir mədəniyyətdir. Sən bu yolla öz bədəninə və mədənə qulluq etmiş olursan”.

    Müğənni Elnarə Xəlilova:

    “Hər il oruc tuturam. Bu il də Allahın izni ilə oruc tutacağam”.

    Müğənni Mətanət Əsədova:

    “Ağrılarım olduğuna görə oruc saxlaya bilmirəm. Səhhətimdə problemlərim var. Çox zəifəm, taqətim yoxdur”.

    Müğənni Musa Musayev:

    “Hər il çalışıram ki, oruc tutum. Amma işlərim çıxanda və ya hansısa səfərə yola düşəndə, əfsuslar olsun ki, tutmaq alınmır. Həyat yoldaşım Təranə xanım bu il oruc tutmayacaq. Səbəb isə dişlərini düzəltdirməsidir”.

    Müğənni Xatirə İslam:

    “Hazırda Bakıda deyiləm. Heç bilmirəm. Çalışacağam ki, oruc saxlayım. Ötən illərdə hər zaman oruc tutmuşam”.

    Əməkdar artist Ülviyyə Əliyeva:

    “Keçən il olduğu kimi, bu ildə oruc tutacağam. Allah hər bir oruc tutanın orucunu qəbul etsin. Dünən gecə niyyət axşamı idi. Allah bizə can sağlığı versin ki, hər il orucumuzu tuta bilək”.

    Əməkdar artist Tünzalə Əliyeva:

    “Səhhətimdə olan problemlərə görə oruc saxlamıram. Keçən il və bu ilin mart ayında 15 gün oruc tutdum. Amma oruc saxladığım üçün immunitetim aşağı düşdü. Həkim də icazə vermir. Səhhətimdə yenə də problemlərim var. Analizlərimin nəticəsi qənaətbəxş deyil”.

  • В Баку задержан водитель автобуса

    В результате неотложных следственных и оперативно-розыскных мероприятий сотрудников полиции и прокуратуры Сабунчинского района задержан и привлечен к следствию водитель, совершивший ДТП на территории района.

    Об этом говорится в совместной информации Главного управления полиции и Прокуратуры города Баку.

    Авария зарегистрирована 5 мая в поселке Забрат Сабунчинского района.

    В результате столкновения пассажирского автобуса №217 марки İsuzu, управляемого Алиевым Самиром Сабир оглу 1981 года рождения, с припаркованным на обочине грузовым автомобилем марки Ford Transit, пострадали семь человек.

    Водитель С.Алиев после аварии скрылся с места происшествия.

    По факту возбуждено уголовное дело по статье 263.1-1 (Нарушение правил дорожного движения и эксплуатации транспортных средств, повлекшее по неосторожности тяжкий вред здоровью потерпевшего лица) и 264 (Оставление места дорожно-транспортного происшествия).

    На месте происшествия был проведен осмотр, назначены экспертизы и проведены другие следственные мероприятия.

    В результате оперативно-следственных мер С.Алиев был задержан 6 мая и допрошен в присутствии адвоката.

    В настоящее время продолжаются следственные действия.

  • At arabasını vurub qaçan sürücü tapıldı

    Mayın 3-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurulub.

    V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.

    Xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.//milli.az

  • Şahzadə Harri və Meqan Marklın övladı dünyaya gəldi

    Böyük Britaniya kraliçasının kiçik nəvəsi, Sassek hersoqu Harri və xanımı Meqan Marklın övladları dünyaya gəlib.

    Bu barədə Sky News telekanalı məlumat yayıb.

    “Körpə və anası özlərini yaxşı hiss edirlər. Şahzadə Harri uşaq dünyaya gələrkən xanımın yanında olub. Körpə oğlan saglamdır və 3,3 kilo çəki ilə doğulub”,- deyə məlumatda bildirilir.

    Şahzadə Harri mətbuat nümayəndələrinə açıqlama verərkən bildirib ki, həyatında heç yaşamadığı bir təcrübə ilə qarşılaşıb və böyük həyəcan keçirib.

    Yeni doğulan oğlan kraliçanın yeddinci nəticəsidir.

  • AQTA-nın mətbuat katibi xanım jurnalistlərə çağırış edib

    Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva xanım jurnalistlərə müraciət edib.

    Agentlikdən verilən məlumata görə, A.Fərziyeva bildirib ki, AQTA qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə tədbirləri ilə paralel olaraq maarifləndirmə işlərini də həyata keçirir.

    Məqsəd sağlam qidalanmanı təşviq etməklə əhalinin sağlamlığlını qorumaqdır: “Qadınların cəmiyyətdə və ailədə aparıcı qüvvə olduğunu nəzərə alaraq sizə müraciət edib, hamınızı bu statusda toplamaq istədim. Çünki qida təhlükəsizliyi bir qurumun yox bütöv bir cəmiyyətin problemidir. Peşənizi, cəmiyyətdəki mövqeyinizi və təsir imkanlarınızı nəzərə alaraq bu sahədə sizin də çox şey edə biləcəyiniz çox şey var deyə bilərik. Dəyərli xanım həmkarlarım, gəlin bu işdə gücümüzü birləşdirək. Sağlam gələcək sizdən, bizdən, hamımızdan başlayır. Övladlarınızı, sevdiklərinizi, ətrafınızdakı hər kəsi sağlam qidalanmağa yönəltməklə bizə dəstək olun və öz təkliflərinizi bizə yazın. Buradan, inboxda və ya istənilən platformada sizi dinləməyə və sizə hər cür metodiki köməklik etməyə hazırıq”

    Qurum rəsmisi qeyd edib ki, bu sahədə birgə əməkdaşlığı genişləndirməyə ehtiyac var: “AQTA-nın qapıları hər zaman hər kəsin üzünə açıqdır. Həftədə və ya ayda bir dəfə vaxt təyin edib övladlarınızın da iştirakı ilə qeyri-rəsmi formatda görüşməyə nə deyirsiz? Bu istiqamətdə təkliflərinizi gözləyirik”.//Baku.ws