Month: May 2019

  • В Губе ограбили иностранца

    Как сообщает Median.Az, сотрудники Губинского РОП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого Р.Тахирова.

    Установлено, что задержанный 5-го мая путем грабежа отобрал у иностранного гражданина кошелек, где было 200 манатов, 60 евро, водительское удостоверение и 9 банковских карт.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Qubada əcnəbiyə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Quba RPŞ-nə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən, içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tahirov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Новый клип Рои: «Нужно забыть» – ВИДЕО

    Заслуженная артистка Азербайджана Роя Айхан представила новый клип.

    На своем Youtube-канале певица разместила клип на песню Unutmaq lazım («Надо забыть»), снятый в Турции.

    Музыку и слова песни сочинил Ильгар Садыгов, аранжировка принадлежит Туралу Алиеву. Режиссер клипа – Муждат Купшир.

    Над образом азербайджанской певицы работал знаменитый стилист Бенер Хамамджи. В яркой композиции заслуженная артистка привлекла внимание своим откровенным нарядом.

    Отметим, что на прошлой неделе несколько тизеров клипа Ройи, опубликованные в Instagram, удивили и взволновали поклонников.

  • Röyadan yeni klip: “Unutmaq lazım” – VİDEO

    Əməkdar artist Röya Ayxan yeni ekran işini təqdim edib.

    Röya Türkiyədə çəkdirdiyi “Unutmaq lazım” klipini “Youtube” hesabında yayımlayıb.

    Sözləri və musiqisi İlqar Sadıqova, aranjimanı Tural Əliyevə məxsus olan mahnının ekran işini rejissoru Müjdat Küpşirə həvalə olunub.

    Klipdə müğənninin stili və imici üzərində Türkiyənin məşhur stilisti Bener Hamamcı çalışıb. Rəngarəng klipdə Əməkdar artist əyninə geyindiyi açıq-saçıq libasları ilə diqqət çəkib.

    Qeyd edək ki, ötən həftədə Röya klipinin bir neçə tizerini “Instagram” hesabında yayımlayaraq izləyicilərini həm təəcübləndirib, həm də həyəcanlandırıb.

  • İş adamı Xoşqədəmə görə arvadını döydü – VIDEO

    Bakıda iş adamı Xoşqədəm Hidayətqızına görə arvadını döyüb.

    Bu barədə aparıcı özü “Səni axtarıram” proqramında danışıb:

    “Səhər idmandan çıxıb maşınıma otiranda mənə bir qadın yaxınlaşdı. Çox pis vəziyyətdə idi. Danışdıq. Məlum oldu ki, həyat yoldaşı onu məşhur bir xanımla aldadır.

    Hələki, kişinin və həmin məşhurun özü ilə danışmamış ad açıqlamayacam. Ərinə deyib ki, bax a, məni çox aldatma, yoxsa Xoşqədəmə deyəcəm. Bu da onu o ki var döyüb”.

    Qeyd edək ki, X.Hidayətqızı ailəli iş adamlarının məşuqəsi olan müğənniləri ifşa edəcəyini elan edib.
    //Baku.ws

  • Azərbaycan dili imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi mayın 5-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirdiyi Azərbaycan dili fənnindən test imtahanının nəticələrini elan edib.

    Abituriyentlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

  • Prezident fərman verdi

    Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman” imzalayıb.

    Fərmanda qeyd olunur ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alınır:

    1. Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılsın.

    2. “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

    3. Müəyyən edilsin ki:

    3.1. “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

    3.1.1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

    3.1.2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

    3.2. bu Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    5. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

  • Ramil Usubovdan yeni təyinat

    Daxili işlər orqanlarında daha bir təyinat olub.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

    Sözügedən xəbəri Ağcabədi Rayon Polis Şöbəsindən təsdiqləyiblər.

    Qeyd edək ki, A.Həsənov bundan əvvəl Yevlax Rayon Polis şöbəsi rəisinin xidmət üzrə müavini olub.

  • Bakıda dəhşət: Kişi arvadını diri-diri yandırdı

    Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.

    Median.Az ONA-ya istinadla xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.

    Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Обнародованы результаты экзаменов по азербайджанскому языку

    Государственный экзаменационный центр (ГЭЦ) обнародовал результаты экзаменов по азербайджанскому языку для учеников 9 и 11 классов общеобразовательных учреждений, а также абитуриентов, сдающих приемный экзамен в вузы и ссузы на иностранном языке.

    Как сообщает ONA, с результатами экзаменов можно ознакомиться на сайте ГЭЦ.

    Также результаты можно узнать посредством мобильных операторов (Азерсель, Баксель, Нар), отправив «номер дела» на 7727.