Month: May 2019

  • Названа основная причина катастрофы SSJ-100

    Следственный комитет РФ назвал попадание молнии основной на данный момент причиной катастрофы Sukhoi Superjet 100 в Шереметьево, сообщает RT.

    Источник в ведомстве пояснил, что датчик задымления сработал через несколько минут после взлета, что говорит о попадании молнии.

    По его мнению, покореженные ударом молнии детали пробили баки, вызвав пожар.

    Вечером 5 мая во время жесткой посадки в Шереметьеве у самолета подломились стойки и загорелись двигатели. В результате ЧП погиб 41 человек.

  • Mayda Bakıda avtomobil QİYMƏTLƏRİ necə olacaq?

    “Mayda Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözlənilir”.

    Median.Az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib

    Onun sözlərinə görə, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək:

    “Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından başlayaraq bazarda cüzi ucuzlaşma müşahidə olunub”.

    Ekspert bildirib ki, bu tendensiya azı iki ay davam edəcək.

    Qeyd edək ki, 2018-ci il dekabrın yekunlarına əsasən mühərrik həcmi iki litrədək avtomobillərin orta qiyməti 20 489 manat, üç litrədək olan avtomobillərin orta qiyməti 40 314 manat, mühərrik həcmi üç litrdən çox avtomobillərin orta qiyməti isə 82 160 manat təşkil edib.

  • “Adlarını çəkməyim onlara şərəf olar” – Tünzalə küsülü olduğu həmkarları haqda

    Əməkdar artist Tünzalə Ağayeva “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramının qonağı olub.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı söhbət zamanı küsülü olduğu həmkarları barədə söz açıb:

    “Röya ilə davam olmayıb. Xırda-para olub. O, getdiyi yolu, işini çox yaxşı bilən qızdır. Onun xasiyyətin sevirəm. Gördüyü işlərə sevinirəm. Heç vaxt düşünməmişəm ki, kiməsə söz atım, gündəmə gəlim. Bu, mənim üçün boş gündəmdir. Gözümün qarşısında olan hadisələr məni iyrəndirməsəydi, yenə də səthi baxardım. Vəziyyət o yerə gəldi ki, gözümdə çox şey əyildi və aşağı düşdü. Adlarını açıqlamaq istəmirəm, onlara böyük şərəf olar. Bu barədə danışmaq da istəmirəm. Heç vaxt mən yaxşıyam, başqaları pisdi deyə fikirləşməmişəm. Məni şou-biznes tərbiyyə etməyib, atam-anam edib. Bu gün adım mənə pul gətirir. Ona görə şou-biznesdə varam ki, gerçək musiqiçiyəm. Hədəfim bu olmayıb, müəllim işləyirdim. Mən 6 yaşımdan Tünzalə Ağayevayam. Kiminsə gözündə əyri görünməyimin, həyatıma istisi-soyuğu yoxdur. Kimsə nədənsə qıcıqlanırsa, deməli, onun psixoloji problemi var”.

    O, daha sonra aparıcı Samir Bayramlının “Səs Azərbaycan” layihəsində jüri kimi hansı müğənnilər görmək istəyərdiniz” sualına belə cavab verib:

    “Röyanı, Samirə Allahverdini, Sevda Ələkbərzadəni, Samir Cavadzadə, Elnur Hüseynovu həm kütlələrinin olmağı, həm də zövq baxımından jüridə görmək istəyərdim”.

  • Cəlilabadda avtomobil aşdı: 2 ölü

    Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az bildirir ki, Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, mayın 5-i saat 5 radələrində Cəlilabad şəhər sakini Məmməd Məmmədov idarə etdiyi “Hyundai Tucson” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü və sərnişin Fərəcağa Fərəcov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

  • Bakıda avtobus sürücüsü tutuldu

    Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğun birgə məlumatda bildirilir.

    Hadisə mayın 5-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.

    1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər zərər çəkib.

    Sürücü Samir Əliyev isə hadisə yerindən qaçıb.

    Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

    Aparılmış istintaqla hadisənin Samir Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

    İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

  • Bakıdakı tarixi bina sökülür? – Eldar Əzizov həmin məkanda (FOTO)

    Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var. 

    Bunu “Salaam Cinema Baku” kinoteatrını məhz burada kirayələyən şəxslər iddia edirlər. Onlar bir müddətdir ki, burada kino nümayişləri, sərgilər və təlimlər keçirir, müzakirələr aparır. Təşəbbüskarların sözlərinə görə, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var. Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.

    Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir. 

    Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nizami Mayılov isə binanın sökülməyəcəyini və araşdırmalardan sonra qərar veriləcəyini bildirib: “Əgər bina tarixi əhəmiyyət kəsb edirsə, heç bir dağıntı işi aparılmayacaq. Qapısı möhürlənəcək və araşdırma işlərinə başlanılacaq”.

    Bakı Şəhər İcra başçısı Eldar Əzizov da binaya baş çəkib və vəziyyətlə maraqlanıb.

    Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib. Məqsədi bütün malakanları bir məkanda birləşdirmək olub. 
     


     
    //qafqazinfo.az

  • Baş Prokurorluq: ANS-in fəaliyyətinin bərpası müzakirə predmeti deyil

    Respublika Baş Prokurorluğu “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacağı barədə məlumatlara aydınlıq gətirib.

    Baş Prokurorluqdan məlumatında bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.

    “Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.

    Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyəti 18 iyul 2016-cı ildə dayandırılıb.

    29 iyul 2016-cı il tarixində keçirilən məhkəmə ilə ANS-in lisenziyası ləğv edilib.

  • Президент наградил сотрудников Фонда Гейдара Алиева

    Президент Ильхам Алиев 6 мая подписал распоряжение о награждении сотрудников Фонда Гейдара Алиева.

    Документ опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, по случаю 15-летия Фонда Гейдара Алиева и за эффектинвую деятельность в общественно-культурной жизни Азербайджана награждены следующие сотрудники Фонда Гейдара Алиева:

    орденом «Шохрат» («Слава»)

    Алекперов Анар Сахиб оглу

    медалью «Терегги» («Прогресс»)

    Агаева Шамира Вахид гызы

    Байрамов Азер Новруз оглу

    Алиева Гюльшан Шафа гызы

    Мамедов Эмин Салхаб оглу

    Мамедов Солтан Теймур оглу

  • İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarını təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:

    “Şöhrət” ordeni ilə

    Ələkbərov Anar Sahib oğlu

    “Tərəqqi” medalı ilə

    Ağayeva Şəmirə Vahid qızı

    Bayramov Azər Novruz oğlu

    Əliyeva Gülşən Şəfa qızı

    Məmmədov Emin Səlhab oğlu

    Məmmədov Soltan Teymur oğlu.

  • Təranə Səmədova azadlıqda

    İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova azadlığa buraxılıb.

    Bu barədə oxu.az-a T.Səmədovanın vəkili Janna Bağırova məlumat verib.

    O deyib ki, Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə prodüserin cəzasının azaldılması barədə qərar verilib:

    “Artıq qərar icra olunub və Təranə Səmədova bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb”.

    Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi.

    İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

    O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

    İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.