Month: May 2019

  • Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində dəhşətli hadisə baş verib.

    Median.Az xəbər verir ki, 1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başından zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb.

    Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb.

    Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qadın bədəninin müxtəlif hissələrində 1-2-ci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

  • В Сабаильском районе “Chevrolet” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 4-го мая примерно в 21 часов на улице М.Гусейнова автомобиль марки “Chevrolet”, управляемый жителем столицы О.Мусаевым сбил насмерть жителя столицы Джамиля Мамедова.

    В Сабаильском РУП по факту ведется расследование.

  • Səbail rayonunda “Chevrolet” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, mayın 4-ü saat 21 radələrində M.Hüseynov küçəsində, Bakı şəhər sakini O.Musayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə paytaxt sakini Cəmil Məmmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.

  • В России азербайджанец упал в шахту лифта

    В строящемся доме на улице Стрелецкой в Калининграде рабочий сорвался в шахту лифта.

    Как передаёт Median.Az, об этом сайту klops.ru сообщил источник в экстренных службах.

    ЧП случилось утром 2 мая. По предварительным данным, 28-летний штукатур получил серьезные повреждения. С черепно-мозговой травмой и с переломами конечностей мужчина был доставлен в реанимацию.

    Собеседник издания уточнил, что пострадавший – уроженец Азербайджана, зарегистрирован в Гурьевском районе. Полиция выясняет обстоятельства происшествия.

  • Житель столицы совершил 4 квартирные кражи в Бинагадинском районе

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Н.Гусейнова, который как показало расследование украл из четырех домов апарат комби, ремонтные инструменты, самовар, водяной насос и электрические провода.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Binəqədi rayonunda 4 evdən oğurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini N.Hüseynov saxlanılıb.

    Araşdırma zamanı, onun rayon ərazisindəki 4 evdən kombi, təmir-tikinti alətləri, samovar, su mühərriki və elektrik naqili oğurlaması məlum olub.

    Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Баку будет до 27 градусов тепла

    В Баку и на Абшеронском полуострове 7 мая ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Утром в некоторых местах туман. Ветер южный.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 14-17, днем – 22-27, в Баку ночью – 14-16, днем – 25-27 градусов тепла.

    Атмосферное давление снизится с 761 мм до 757 мм ртутного столба. Относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана завтра будет преимущественно без осадков. Однако ночью и вечером в отдельных западных районах ожидаются дожди, которые местами могут принять интенсивный характер, грозы, град. Ночью и утром в некоторых местах туман. Ветер восточный.

    Температура воздуха составит ночью 10-15, днем – 24-29, в горах ночью – 6-11, днем – 12-17 градусов тепла.

    Что касается медико-метеорологического прогноза, то 7-8 мая на Абшеронском полуострове ожидаются комфортные погодные условия, что благоприятно для метеочувствительных людей.

  • Bakıda 27 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında mayın 7-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında mayın 7-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 7-8-də Abşeron yarımadasında əsasən komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Mirzə Babayevin nəvəsi həbs olundu

    “Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb.

    Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

    Bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.

    Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.

    Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb. Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin.

    Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb.

    Bu xəbəri onun vəkili Şəhla Hümbətova da “Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

    Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: “Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

    Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

    E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir.

  • Uşaqlar oruc tutmalıdırmı? – Həkim MƏSLƏHƏTİ

    “Bu sözü deyəndə dindarlar hücuma keçir, hətta məni söyürlər”

    “Böyüyən orqanizm heç nədən korluq çəkməməlidir. Lazımi qidaları vaxtında və ölçüsündə qəbul etməlidir”

    Pediatr Vaqif Qarayev Ramazan ayının başlanması ilə bağlı valideynlərə xəbərdarlıq edib. Feysbuk səhifəsində paylaşım edən həkim bunları yazıb:

    “QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verib… yenə təkrar etmək məcburiyyətindəyik — uşaqlar oruc tutmasa yaxşıdır, səhhətlərinə ziyanlıdı. Hər il görürük, “özü istəyir” arqumenti ilə özünüzü aldatmayın, ona qalsa bütün istəklərinə əməl etməlisiniz, amma etmirsiniz axı… Yerli-yersiz kifayət qədər qadağalar qoyursunuz. Unutmayaq, uşaq orqanizmi aclığa dözmür”.

    Pediatrın xəbərdarlığına şərh yazan sosial şəbəkə istifadəçisi Dilqəm Şabanlı da uşaqların oruc tutmağının ağır fəsadlara gətirib çıxaracağını yazıb:

    — Xüsusən yay günlərində susuz qalmaq uşaq beyni üçün geridönməz dəyişikliklərə səbəb ola bilər. Elə böyüklər üçün də. Mənim bir tanıdığım var, hər orucluqdan sonra İQ-i (immun qabiliyyəti) daha da enir.

    Mövzunun aktuallığını nəzərə alıb pediatr Vaqif Qarayevlə əlaqə saxladıq və həkim mülahizələrində tibbə əsaslandığını bildirdi:

    — Mən “uşaqlar oruc tutmasın” deyəndə, dindarlar hücuma keçir. Hətta məni söyürlər. Mənim üçün fərqi yoxdur, dindarın uşağıdır, ya qeyrisinin. Mənim üçün əsas təbabətin yanaşmasıdır. Təbabətsə bunu deyir:

    — Uşaqlar üçün vacib olan düzgün qidalanma və keyfiyyətli qidalanmadır. Son vaxtlar mədə-bağırsaq problemi olmayan uşaq yoxdur. Bunun tibbi səbəbləri də var, amma bunlar kütləvi deyil. Düzgün qidalanma nədir; uşağın rejimlə qidalanması. Keyfiyyətli qida isə uşaq orqanizmi üçün vacib olan zülallar, yağlar, karbohidratlardır. Düzgün qidalanmamaya görə valideyn günahkardır. Dəfələrlə demişəm, uşağını müayinəyə gətirən analara da deyirəm; qazlı, rəngli içkilər, çipslər, fəst-fudlar, aşırı şirniyyat uşaq orqanizmi üçün ziyanlıdır. Bunlar uşaq orqanizminə ziyan vurur. Avropada fəst-fud yeməkləri qadağan olunub.

    Çünki bu qidaların müalicəyə tabe olmayan onkoloji xəstəliklər yaratdığı sübut edilib. Amma bizim valideynlər nə edir? Uşaqları da yanlarına salıb kafeyə aparır, qarşısına fəst-fud, qızardılmış kartof alıb qoyur. Qızardılmış kartofu sevməyən insan tapılmaz. Amma bunu niyə evdə bişirmirlər? Konkret ünvanlarda müştərilərə təklif olunan qızardılmış kartoflara zərərli inqridiyentlər əlavə edilir. Onkoloji xəstəlikləri yaradan da məhz bu inqridiyentlər – qida əlavələridir. Uşaq gün ərzində bir neçə dəfə qidalanmalıdır. İl boyu mütləq meyvə-tərəvəz və ət yeməkləri olmalıdır. Uşaq orqanizmi inkişaf mərhələsindədir.

    Böyümə prosesi gedir. Siz onu gün ərzində, saatlarla ac saxlamaqla inkişaf prosesini ləngidirsiniz, mədə-bağırsaq pozğunluğu yaranır, beyin normal qidalanmır və rəy yazan “fb” dostu kimi geridönməz dəyişikliklər yaradır. Nədir geridönməz dəyişikliklər? Buna beynin ac qalması da deyilir. Beyin davamlı olaraq ac qalırsa, əlbəttə, ağır nəticələri olacaq. Beyin daim qidalanmalıdır. Zülal, qlükoza və şəkərlə. Təbii ki, burada söhbət süni, qida əlavəli şəkərdən getmir. Əsl şəkərdən gedir. Beyin bu qidaları almadıqda arterial təzyiq düşür, ürək zəifləyir, bu da uşaqda baş ağrısı, yorğunluq, süstlük, yuxuya meyillilik yaradır. Beynin ac qalması davamlıdırsa, artıq ürək-damar sistemi xəstəliklərinə gətirib çıxaracaq. Valideynlər də görür ki, uşaq yorğundur, çox yatmaq istəyir, süstlük var və sairə. Mənə müraciət edən valideynlər bu əlamətləri sadalayanda, ehtimallarını soruşuram ki, sizcə bu nədəndi? Deyirlər, uşaq oruc tutub. Bəlkə ona görə yorğundu, başı ağrıyır. Bəli, əksər hallarda məhz buna görədir.

    Mədə-bağırsaq sistemi də pozulur, çünki gün ərzində, saatlarla mədə heç nə qəbul etmir, lakin axşam saatlarında, yəni iftar vaxtı mədə birdən-birə yüklənir. Uşaq orqanizmi zəif və formalaşma dövründə olduğu üçün mədə qəbul etdiyi qidanı həzm edə bilmir. Nəticədə həzm sistemi pozulur, bağırsaqlar da yaxşı işləmir. Təsəvvür edək, uşaq məktəblidir, bir tərəfdən məktəbin dərs yükü, bir tərəfdən repetitor yanına getməyin yükü. İndi mən soruşuram, onsuz da ağır yük altında olan uşaq bir də ac qalmaq yükünü daşıya bilərmi? Mən belə deyəndə, dindar kəsim inciyir. İnciməsinlər, mən dinsiz deyiləm. Sadəcə, oruc tutmağın uşaqlar üçün ziyanlı olduğunu anlatmağa çalışıram və bu mənim şəxsi fikrim deyil, bunu elm, təbabət deyir. Böyüyən orqanizm heç nədən korluq çəkməməlidir. Lazımi qidaları vaxtında və ölçüsündə qəbul etməlidir.

    V.Qarayev hətta həkimlər arasında da fikir ayrılığı yarandığını bildirdi:

    — O gün bir həkimlə bu mövzuda mübahisəmiz yarandı. Təsdiq etməyə çalışırdı ki, oruc tutmaq orqanizm üçün faydalıdır. Mən bu savadlı həkimə başa sala bilmirdim ki, söhbət uşaq orqanizmindən gedir. Bəli, artıq formalaşmış orqanizmin oruc tutması xeyirlidir, amma məsələ uşaq orqanizmidirsə, oruc tutmaq ziyanlıdır.

    Həkim bu məsələdə valideynlərin günahkar olduğunu da dedi:

    — 6 yaşında uşağı gətirirlər, səhhət problemləri ilə. Yüzdəyüz bilirsən ki, oruc tutmağa məcbur ediblər. Valideyn də deyir ki, uşaq özü istəyir, oruc tutsun. Mən də cavabında deyirəm ki, uşaq çox şey istəyir, hamısını yerinə yetirirsiniz? Uşaq nə bilir ac qalsa nə olacaq? Özü istəmir e, siz məcbur edirsiniz. Lap tutalım, uşaq özü istəsə belə, valideyn qarşısını almalıdır, orqanizmdə formalaşma başa çatanadək, orqanizm möhkəmlənənədək. Mən məsələyə sırf tibbi baxımdan yanaşıram.

    Mektebgushesi.az