Month: May 2019

  • Bakıda yaşlı kişi avtobusda namaz qıldı – VİDEO

    Bakıda avtobusda maraqlı video çəkilib.

    Görüntülər 29 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

    Videodan görüntüyü kimi yaşlı kişi oturduğu yerdə ibadət edir. Bu vəziyyət avtobusdakı sərnişinlərin diqqətini çəkib.

    Həmin anlar qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb.

  • Bakıda oyuncaq mağazasından oğurluq edildi – VİDEO

    Bakıda mağazada oğurluq olub.

    Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, oğurluq Bakı Beynəlxalq Avtovağzalında oyuncaq mağazasında baş verib.

    Avtovağzalda oyuncaq satılan mağazaya bir nəfər daxil olub. Mağazaya daxil olan kişi satıcının diqqətini yayındırıb. Satıcının diqqətsizliyindən istifadə edən şəxs 400 manat oğurlayıb.

  • Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq – RƏSMİ

    İyulun 21-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında 2 ölkə iştirak etməyəcək.

    Bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

    O bildirib ki, qeyri-müəyyən səbəblərdən Ermənistan və Lüksemburq yığmaları Bakı-2019-a qatılmayacaqlar. Nəticədə Azərbaycanda baş tutacaq yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.

    Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışdan çəkilib: “Lüksemburqu biz də hələ tam dəqiqləşdirməmişik. Sadəcə hansısa səbəblərə görə qatılmayacaqlar. Bu, Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin iclasının sonlarında bilinəcək. Ermənistanla bağlı məsələyə gəldikdə, yarışla bağlı öncədən müəyyənləşdirilən son tarix bitib. Nə Avropa Olimpiya Komitəsi, nə də biz heç bir təzyiq göstərmək fikrində deyilik. O mənadakı, gəlin, iştirak edin. Avropa Olimpiya Komitəsinə üzv ölkələrdən könüllü kim istəyir, gəlib iştirak edirlər”.

    A. Rəhimov vurğulayıb ki, ermənilər Bakı-2019-la bağlı heç bir tədbirə də qatılmayıblar: “Bu gün şef-de-missionların iclası keçirilir. Ondan öncə 2 dəfə Koordinasiya Şurasının toplantısı baş tutub. Burada çox mühüm bir sual var. Hər bir nümayəndənin də sualı olur. Bu, yığma komanda, yerləşmə, nəqliyyat və digər məsələlərlə bağlıdır. Bu günədək bütün yarışlar, məsələn, voleybol və ya həndbolu götürək. Komandaların adları, siyahıları həll olunub. Püşkatma mərasimi də keçirilib. Bundan sonra Ermənistan və ya Lüksemburq gəlib desə ki, mən də yarışa qatılmaq istəyirəm, onlara görə bütün sistemi dəyişə bilmərik. Ona görə ki, kifayət qədər vaxtımız yoxdur. Komanda idman növlərində Ermənistan deyil, digərləri də olsa qatıla bilməyəcəklər. Bu səbəblərdən yarışa 50 deyil, 48 ölkə qatılacaq”.

    Festival 10 idman növü üzrə keçiriləcək. Bunlar arasında basketbol, həndbol, voleybol kimi komanda idman növləri ilə yanaşı, gimnastika, atletika, velosiped idmanı, cüdo, üzgüçülük, tennis və güləş kimi fərdi növlər də yer alıb. Nazirin sözlərinə görə, Ermənistan və Lüksemburq müraciətlər etsələr, bəzi istisnalar mümkündür: “Ancaq fərdi idman növləri ilə bağlı Avropa Olimpiya Komitəsindən müraciət olsa, bunu istisna hal kimi müzakirə edə bilərik. Baxarıq ki, belə olan halda tədbirin təşkilində bizim üçün hansı risklərin əmələ gəlir”.

    Qeyd edək ki, yarışlar 12 idman obyektində keçiriləcək yarışda 3600-ə yaxın idmançının iştirakı gözlənilir.

  • Qəbul imtahanının vaxtı açıqlandı

    Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

    Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

    Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

  • Kran fəhlənin başına düşdü – Azərbaycanda dəhşət

    Abşeronda fəhlə faciəli şəkildə ölüb.

    Bir nəfərin Aşağı Güzdək kəndində yerləşən daş üzləmə sexində ölməsi barədə Abşeron RPİ-dəm rayon Prokurorluğuna məlumat daxil olub.

    Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları gəlib.
    İlkin araşdırmalar zamanı, Oğuz rayon Xaçmaz kənd sakini 1989-cu il təvəllüdlü Qərib Hüseynov daş üzləmə sexində iş görən zaman həmin daşların bir ərazidən digərinə aparılması üçün istifadə olunan yükqaldırıcı kranın mühərrikin sınaraq başına düşməsi nəticəsində hadisə yerində ölüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq davam edir.

    ///Lent.az

  • Əhaliyə şad xəbər: elektrik enerjisinin limiti…

    Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

    Mənbə bildirir ki, hazırda “Azərenerji” ASC-də prezident Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

    Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

  • “Xəyanət alışqanı” – Mirşahin Əli İnsanovu darmadağın etdi – VİDEO

    Tanınmış jurnalist Mirşahin Ağayev Real TV-də efirə gedən müəllif proqramında Əli İnsanov ilə bağlı ifşa xarakterli sərt çıxış edib.

    Median.Az həmin materialı öz oxucularına təqdim edir:

    – Təsəvvür edin. Azərbaycan dünyanı dəyişmək istəyən, onu daha ünsiyyətcil, abad və ümumbəşəri etməyə, daha yaxşı gələcəyə aparmağa çalışan dövlətlərlə bir sıradadır. Var gücü ilə işləyir. Bütün dillərə və bütün dinlərə təhrifsiz tərcümə olunur. Haralardasa bir ovuc qüvvə də var ki, Azərbaycanı dəyişməyə, geriyə, ən azı 30 il keçmişə qaytarmağa çalışır.

  • В Ширване и Исмаиллы задержаны похитители автоаккумуляторов

    Как сообщает Median.Az, сотрудники Ширванского городского отделения полиции (ГОП) в ходе оперативно-розыскных мер задержали жителей города С.Гюняшова и ранее судимого П.Мамедова, которые 2-го мая украли из трех грузовых автомашин марки “Shacman” аккумуляторы.

    Кроме этого, сотрудники Исмаиллинского РОП задержали жителя города А.Мамедова, который 10-го марта украл из автомобиля марки “ВАЗ 2103” аккумулятор.
    В ходе разбирательства выяснилось, что он в ночь на 14-е марта украл еще из двух автомобилей аккумуляторы.

    По фактам ведется расследование.

  • Şirvan və İsmayıllıda avtomobillərdən akkumulyator oğurlayanlar tutulub

    Median.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də şəhər ərazisində 3 “Shacman” markalı yük avtomaşınından akkumulyatorlar oğurlayan şəhər sakinləri S.Günəşov və əvvəllər məhkum olunmuş P.Məmmədov saxlanılıblar.

    Anoloji cinayətlər İsmayıllı rayonunda törədilib. Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlayan şəhər sakini A.Məmmədov saxlanılıb. Onun martın 14-nə keçən gecə daha 2 avtomobildən akkumulyator oğurlaması məlum olub.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Вышел тизер пятой серии финального сезона «Игры престолов» – ВИДЕО

    В сети появился тизер-трейлер пятой серии восьмого сезона сериала «Игра престолов». Ролик опубликован на YouTube-канале HBO.

    В новом трейлере нет слов, диалогов или действия. Некоторые главные герои сериала задумчивостью смотрят вдаль, оставляя зрителей в напряжении.

    На кадрах, в частности, можно увидеть королеву Серсеею Ланнистер.