Month: May 2019

  • “Kazbek”in ifaçısı azadlıqda

    Narkotik vasitələrin istifadəsində ittiham edilən “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev azadlığa çıxıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, meyxanaçıya Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilən 30 sutkalıq inzibati həbs müddəti başa çatıb.

    O, Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerindən azadlığa buraxılıb.

    Qeyd ki, bir müddət əvvəl sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılmışdı.

    Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub:

    “DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

    Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib”.

    V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilir.

  • Президент вернул Халафа Халафова на старую должность

    Распоряжением Президента Азербайджана Ильхама Алиева Халаф Халафов назначен заместителем министра иностранных дел.

    Как передаёт Median.Az со ссылкой на Trend, другим распоряжением главы государства на Халафова возложены обязанности специального представителя Президента по вопросам границ и Каспийского моря.

    Отметим, что ранее Халаф Халафов занимал пост руководителя Аппарата Кабинета министров.

  • Prezident Xələf Xələfovu əvvəlki vəzifəsinə qaytardı

    Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

    Trend-in məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

    Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

  • Notr-Damın yeni şpili üçün müsabiqə elan olunacaq

    Fransa hökuməti Məryəm Ana kilsəsinin şpilinin tikintisi ilə bağlı beynəlxalq arxitektura müsabiqəsi keçiriləcəyini bildirib.

    Mədəniyyət naziri Frank Rister deyib ki, kilsənin şpilinin tikintisi ilə bağlı fransızların fikrini bilmək üçün geniş debat və məsləhətləşmə təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, “YouGov”ın keçirdiyi sorğuya görə, fransızların 54 faizi şpilin əvvəlki formada tikilməsini istəyir. Ancaq nazir Frank Rister ölkədə kilsələrin tikintisində yeniliklərə də yer verildiyini bildirib.

    Bununla belə o, kilsəsinin bərpasında fransızların fikri ilə razılaşacağını diqqətə çatdırıb. Məryəm Ana kilsənin yeni şpilinin əvvəlkindən fərqli olmasının mümkünlüyü istisna deyil.

  • Задержан водитель “Opel”, скрывшийся после летального наезда в Говсане

    Как сообщает Median.Az, 27-го апреля примерно в 22 часа в поселке Говсан автомобиль неустановленной марки сбил насмерть мужчину примерно 35-40 лет и скрылся.

    Сотрудники Сураханского РУП в ходе оперативно-розыскных мер установили что, покойным является житель столицы Ильгар Мамедова, а дтп на автомобиле марки “Opel” совершил житель столицы И.Гашимов.

    Водитель задержан.

    В Следственном отделе Сураханского РУП возбуждено уголовное дело.

  • Hövsanda piyadanı vurub, öldürən “Opel” sürücüsü saxlanılıb

    Median.Az xəbər verir ki, aprelin 27-i saat 22 radələrində Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə 35-40 yaşlı kişi vurulub.

    Nəticədə piyadan hadisə yerində ölüb.

    Suraxanı RPİəməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İ.Həşimov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • КНДР запустила ракету в сторону Японии

    Северная Корея совершила очередной запуск ракеты малой дальности.

    Как сообщает Gazeta.ru, информацию об этом предоставил Объединенный Комитет начальников штабов южной Кореи.

    Как отмечается, пуск был осуществлен из района города и порта Вонсан, расположенном на восточном побережье страны, в направлении Японского моря.

    Власти Южной Кореи и США анализируют данные о запуске.

  • Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb

    Şimali Koreya yaxın mənzilli ballistik raketi sınaqdan keçirib.

    Gazeta.ru xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargah Rəisləri Birgə Komitəsi bildirib.

    Məlumata əsasən, raket atəşi Vonsan şəhəri yaxınlığından Yapon dənizi istiqamətində keçirilib.

    Bildirilir ki, hazırda Cənubi Koreya və ABŞ məlumatı təhlil edir.

  • Dubaydakı “Jara”da yaşananlar: Peskov da qatılıb – FOTO/VİDEO

    Dubay şəhərində “Jara” beynəlxalq musiqi festivalı baş tutub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın məşhur pop ulduzları Qriqoriy Leps, Valeriya, Olqa Buzova, Leonid Aqutin, eləcə də Ukraynanın tanınmış ifaçısı Maruvun iştirak etdiyi gecəyə Rusiya Federasiyanının mətbuat katibi Dmitriy Peskov ilə onun həyat yoldaşı, buz üstündə idman rəqsləri üzrə Olimpia çempionu Tatyana Navko və qızı Nadya təşrif buyurublar.

    Festival Dubayın ən məşhur və dəbdəbəli otellərindən birində keçirilib. Gecəyə qatılanlar sırasında rusiyanın pop kralı Filipp Kirkorov da olub. Müğənni orada həm çıxış edib, həm də ad gününü qeyd edib.

    Valeriya həmkarı Yeqor Krid ilə bərabər duet şəklində “Çasiki” mahnısı səsləndirib. Leonid Aqutin isə sevilən hit mahnıları ilə gecəyə əlavə rəng qatıb. Daha sonra səhnədə “İvanuşki İnternational” qrupu görünüb. Onlar “Topoliynıy pux, jara iyul” mahnısını ifa ediblər.

    Maruv isə səsi və səhnə perfomansı ilə izləyicilərin diqqətini cəlb edib.

    Gecəyə möhtəşəm ifası ilə damğa vuran isə Qriqoriy Leps olub. Sənətçi İngiltərənin əfsanəvi rok-qrupu “Queen”in ifa etdiyi “Show must go on” hitini səsləndirib.

    Qeyd edək ki, paytaxt Bakıda keçiriləcək festival 4 gün davam edəcək və 25, 26, 27 və 28 iyul tarixlərinə təsadüf edəcək. “Jara” beynəlxalq musiqi festivalı ilk dəfə Azərbaycanda 2016-cı ildə keçirilib. Festival günlərində Rusiya ilə yanaşı, Azərbaycan estradasının ən parlaq ulduzları iştirak edirlər.

  • ДТП в Баку: 12-летнюю девочку выбросило из окна машины

    В Сабаильском районе Баку ДТП стало причиной ранения 5 человек.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, в посёлке Баилово столкнулись 3 легковых автомобиля.

    «ВАЗ 2107», за рулем которого был Шахин Мурадов, нарушил правила дорожного движения, в результате чего в него врезался ехавший следом автомобиль марки «Hyundai».

    Из-за силы удара, пассажир «Жигулей», 12-летняя Захра Мурадлы вылетела в боковое окно машины и ударилась об ехавшую рядом машину марки «Toyota».

    В результате аварии были госпитализированы 5 человек: водитель и 2 пассажира «Жигулей», а также водитель и пассажир «Hyundai».

    Состояние девочки, вылетевшей из машины, оценивается как тяжелое, остальные пострадавшие находятся в удовлетворительном состоянии.

    Факт аварии расследуется полицией.