Month: May 2019

  • Qriqori Lepsin daha bir ölkəyə girişinə qadağa qoyuldu

    Rusiyalı müğənni Qriqori Leps Litvada arzuolunmaz şəx siyahısına daxil edilib.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, sənətçinin ölkəyə girişinə qadağa qoyulub. Bu barədə Litvanın daxili işlər naziri Eymutis Misyunas göstəriş verib. Qərara səbəb Lepsin ABŞ-da kriminal hadisədə günahlandırılması göstərilib.

    Belə ki, müğənni 2013-cü ildə ABŞ-da “qara siyahı”ya salınıb. Amerika hökuməti Lepsin “Qardaşlıq dairəsi” cinayətkar qruplaşması ilə əlaqəsi olduğunu irəli sürüb. Müğənninin ölkəyə girişinə İsrail və Ukrayna da qadağa qoyub.

  • Tovuzda bıçaqlanma hadisəsi olub

    Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bıçaq xəsarəti ilə yerli xəstəxanaya yerləşdirilib.

    Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

    Daha əvvəl Sumqayıt şəhərindəki ticarət mərkəzində kişi arvadını və özünü bıçaqlayıb.

  • Azərbaycanda tütün istehsalı artıb

    2018-ci ilin yekunlarına əsasən Azərbaycanda tütün istehsalı təxminən 20 faiz artıb.

    Median.Az bildirir ki, bunu Trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib.

    Onun sözlərinə görə, istehsalın analoji artım həcmi bu il də gözlənilir:

    “Bu il qurutma kameralarının sayını artırmaq planlaşdırılır. Bu gün parniklərin hazırlanması üzrə işlər aparılır, yüksək keyfiyyətli tütün sortları seçilir. Yerli tütün məhsulunun keyfiyyətini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bir sıra yeni tütün növünün idxalı nəzərdə tutulur. Ölkədə istehsal olunan hazır tütün məhsulu hələ ki, daxili tələbatı tam ödəmir”.

    Qeyd edək ki, hazırda ölkədə daha çox Balakən, Şəki, İsmayıllı, Qəbələ, Lerik və Masallıda tütün istehsal olunur.

    Rəsmi statistikaya əsasən, 2017-ci ildə Azərbaycanda 5213,2 ton tütün istehsal edilib.

  • Yaponiyada vulkan 600 metr hündürlüyə kül və tüstü püskürüb

    Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının kraterlərindən biri 600 metr hündürlüyə kül və tüstü püskürüb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, püskürmə çox hündür hesab edilməsə də, Nakadake-1 kraterinə bir kilometrdən artıq yaxınlaşmaq təhlükəlidir.

    Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

    Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından biri sayılan Aso son dəfə aprelin ortalarında püskürüb.

  • В Сумгаите в торговом центре муж ранил ножом жену и себя – ВИДЕО

    В Сумгаите произошла поножовщина.

    Как передает Median.Az со ссылкой на Report, перед ТЦ «Cavid Mall» поссорившийся с женой муж нанес ей несколько ножевых ранений, а затем и себе.

    Причина происшествия неизвестна. На место привлечены сотрудники правоохранительных органов. В настоящее время определяются личности пострадавших.

    По факту ведётся расследование.

  • Heydər Əliyev Fondu növbəti konsert proqramını Şəkidə təşkil edib – FOTO

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə növbəti konsert proqramı mayın 3-də Şəki şəhərində reallaşıb.

    Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında xalq, bəstəkar və estrada mahnıları, müxtəlif rəqslər təqdim edilib.

    Tədbirdə bildirilib ki, yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlıq, mərhəmət, humanistlik, milli-mənəvi dəyərlərə sadiqlik prioritet istiqamətlər kimi müəyyən edilib. On beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib. Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

    Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bölgələrdə silsilə tədbirlərə mayın 2-də Ağdam rayonunun Quzanlı qəsəbəsindən start verilib. Şəkidən sonra mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər təşkil olunacaq. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim olunacaq.

  • Göyçayda qadını ilan vurub

    Göyçayda qadını ilan vurub.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hacıhətəmli kəndində baş verib.

    Kənd sakini, 1958-ci il təvəllüdlü Osmanova Rahilə Seyfəddin qızını ilan sancıb.

    Qadın xəstəxanaya yerləşdirilib.

  • Qəbiristanlıqda 87 yaşlı bibisini zorlayıb, öldürdü – Ağır cəza tələbi

    Qubada 87 yaşlı bibisini zorlayaraq öldürməkdə təqsirli bilinən Mişi Miqirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az Oxu.az-a istinadən bildirir ki, bu il aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı qətlə yetirib.

    Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

    Quba rayon Polis Şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıblar. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında baş verib.

    Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra o, ahıl qadını zorlayıb.

    Mişi Miqirov hadisə zamanı sərxoş olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Mişi Miqirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, istintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə, adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) 149-cu (zorlama), 150-ci (seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

  • Sumqayıtda kişi ticarət mərkəzində arvadını və özünü bıçaqlayıb – VİDEO

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az report-a istinadən məlumatına görə, “Cavid Mall” ticarət mərkəzinin qarşısında həyat yoldaşı ilə mübahisə edən kişi ona bir neçə bıçaq zərbəsi vurub, ardınca isə özünü bıçaqlayıb.

    Hadisənin nə üstündə törədildiyi məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Elektromobillər adi avtomobillərdən daha ucuz olacaqlar

    Hal hazırda elektromobilləri əksər hallarda yalnız yüksək təminatlı şəxslər ala bilirlər. Lakin 3 ildən sonra bu vəziyyət dəyişə bilər.

    Median.Az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər verib.

    Məlumatda bildirilir ki, 10 il bundan öncə heç kim elektrikləşdirilmiş nəqliyyat növünün bu cür məşhurlaşacağına inanmırdı. 2010-cu ildə bütün dünya üzrə ümumilikdə təqribi olaraq 12500 ədəd elektromobil modeli var idi. 2018-ci ildə isə bütün dünya üzrə 2 milyondan çox elektromobil modeli satılmışdı. Bu isə ümumi avtomobil bazarının 2%-ni təşkil edir. Hal hazırda yollarda elektromühərriklərə sahib 5 milyon ədəd avtomobil modeli var.

    Bu cür yüksəlişinn əsas səbəbi elektromobil qiymətlərinin mütəmadi aşağı düşməsi, batareya həcmləri və Tesla şirkətinin uğuru oldu. Bu isə öz növbəsində məşhur avtomobil şirkətlərinin direktorlarının öz prioritetlərini dəyişməsinə və onların elektromobillərə milyardlarla dollar investisiya yatırmalarına səbəb olur. Lakin buna baxmayaraq bu avtomobillər öz qiymətləri, qətt etdikləri yol və şarj olunduqları zaman baxımından daxili yanacaq mühərrikli standart avtomobillərə uduzurlar.

    Son iki göstərici artıq indiki zamanda mübahisəlidir. Belə ki, elektromobillərin qətt etdikləri yollar yüzlərlə kilometr ilə ölçülür və orta səviyyəli avtomoilin gündəlik tələblərini üstələyirlər. İndiki halda əsas məsələ elektromobillərin qiymətlərindədir.

    Bildirilib ki, 2 il bundan öncə daxili yanacaq mühərrikli avtomobillərin ölçüləri ilə eyni olan elektromobil modellərinin qiymətləri 2026-cı ildə aşağı düşəcəyi düşünülürdü. Keçən il bu müddət 2024-cü ilə dəyişildi. Bu ilin əvvəlində olan tendensiyaların analizi ümid etməyə imkan verir ki, qiymətlər 2022-ci ildə aşağı düşəcək. Söhbət, təkcə Avropa Birliyi ölkələrindən gedir. Bu ilk növbədə litium-ion batareyalarının qiymətlərinin aşağı düşməsi nəticəsində baş verəcək.

    Əgər bir neçə il bundan öncə bu cür batareyanın qiyməti avtomobil qiymətinin yarısına bərabər idisə, indiki gündə bu qiymət göstəricisi 33% təşkil edir. 2050-ci ilə kimi isə qiymət göstəricisi 20% təşkil edəcək.

    Bu tendensiya elektromobil modellərinin genişləndirilməsinə imkan verəcək.