Month: May 2019

  • Bakıda qəza: 12 yaşlı qız yan şüşədən çıxaraq maşına çırpılıb

    Bakının Səbail rayonunda 5 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində qeydə alınan hadisə zamanı 3 minik maşını toqquşub.

    Muradov Şahin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yol hərəkəti qaydasını pozaraq “anidən dönmə” əməliyyatı edib.

    Arxadan gələn Qadir Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil “Jiquli”yə çırpılıb.

    Zərbənin təsirindən “VAZ 2107” markalı avtomobildə olan 2007-ci il təvəllüdlü Zöhrə Muradlı yan şüşədən çıxaraq arxadan gələn “Toyota” markalı avtomobilə dəyib.

    “Hyundai” markalı maşın isə Dənizkənarı Bulvarın hasarına dəyərək dayanıb.

    Qəza zamanı “Jiquli”nin sürücüsü Şahin Muradov, onun qardaşı sərnişin 2009-cu il təvəllüdlü Məhəmməd Muradov və bacısı Zöhrə Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

    “Hyundai” markalı avtomobilin sürücüsü Qadir Məmmədov və onun anası da yüngül bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

    “VAZ 2107”markalı avtomobildə olan yaralılardan Zöhrə Muradlının vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda içki məclisində bədbəxt hadisə

    Tovuz rayonunun Əsrik kənd sakini ehtiyatsızlıqdan xəsarət alıb.

    Median.Az xəbər verir ki, sərxoş şəxs iştirak etdiyi məclisdə oynayan zaman ehtiyatsızlıqdan pəncərəyə toxunub.

    Nəticədə pəncərənin şüşəsi qırılaraq onun üzərinə düşüb və əl-qolunu kəsib.

    Yaralı dostları tərəfindən xəstəxanaya aparılıb.

    O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

  • В Баку пешеход после автонаезда попал в реанимацию

    В Сабунчинском районе Баку автомобиль сбил пешехода.

    Автонаезд зарегистрирован в поселке Бакиханова.

    Салманов Бахлул Аскер оглу, 1984 года рождения, был сбит при попытке перехода дороги в неположенном месте.

    Водитель доставил пострадавшего в больницу. Б.Салманов, получивший различные травмы, помещен в реанимацию.

    Полиция выясняет обстоятельства происшествия.

  • Yolu düz keçməyən piyada ağır yaralandı

    Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıxanov qəsəbəsində qeydə alınan qəza zamanı 1984-cü il təvəllüdlü Salmanov Bəhlul Əsgər oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçmək istəyərkən yaralanıb.

    Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona bel-ombanın və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Dolça bürcünün təhlili – UĞURLU GÜNÜ, RƏNGİ, ÖZƏLLİKLƏRİ

    Dolça bürcünün latınca adı Aquariusdur. 21 yanvardan 19 fevrala qədərki müddəti əhatə edir. Havanın dəyişməsi Dolça bürcünün bütün əhval-ruhiyyəsini dəyişə bilir. Çünki onlar hava ünsürlüdürlər. Dolçanın bürcünün rəmzi elə dolçadır. Bu bürcün sevimli rəngi mavinin müxtəlif çalarlarıdır. Bütün dolçaların himayəçi planeti Saturndır (Uran).

    Median.Az medicina.az-a istinadən Dolçalar haqqında geniş təhlili təqdim edir.

    Dostluq münasibətləri

    Dolça bürcü altında doğulan insanlar ömür boyu həqiqəti axtarırlar. Həqiqəti tapsalar belə, yenə də axtarmağa davam edirlər. İdealist olan Dolça bürcü humanistliyi ilə seçilir. Azadlıq onlar üçün önəmli məsələdir.

    Dostları və yaxınları ilə səmimi olmağa çalışırlar. İstənilən məsələdə iradələri güclüdür. Yaradıcı təfəkkürə malik olan bu insanlar daim sədaqətli olmağı üstün tuturlar. Bəzən bu bürc altında doğulan insanları başa düşmək çox çətin olur.

    Çünki müxtəlif fikirlərə dolurlar. Hətta qıraqdan dikbaş görünə bilirlər. Ənənələrə ən çox qarşı çıxan bürclərdən biri də Dolçadır. Adətən emosional və həssas olurlar. Bu bürc altında doğulan insanlar dostun pis günündə yanında olmağı özlərinə borc bilirlər. Həmişə özlərinə güvənən Dolçalar bir az da təvazökar olurlar. Dolça bürcü öz sirlərinə xəzinə kimi baxır, ən yaxın dostlarına belə demək istəmirlər.

    Qadın dolçalar

    Dolça bürcü altında doğulan qadınlar zərif və incə olurlar. Yaxşı rəqs etməyi sevirlər. Təəssüf ki, bu bürcün qadınları çox vaxt ailə həyatında uğursuzluqlarla qarşılaşırlar. Xoşbəxtlik sanki onlardan gen qaçır. Bütün bunlara baxmayaraq, maraqlı və şirindil olurlar. Görünüşə üstünlük vermək onların ətraf aləmi qiymətləndirməsində çaşqınlıqlar yaradır.

    Karyerası

    Karyera Dolça bürcü üçün önəmlidir. Həmişə yüksək vəzifələri hədəfləyir. İstədikləri yerə çatmayanda bir anlığa həyatdan küsürlər. Amma əksər halda istədikləri hədəfə ulaşırlar.

    Bu bürcün adamları hardasa məhdudiyyət hiss etsələr, dərhal o yerdən uzaqlaşırlar. Çünki azadlıq onlar üçün hər şeydir. Bəzən sanki özlərindən bezirlər və öz bədənlərinin onların azadlığını aldıqlarını fikirləşirlər.

    Dolça bürcü üçün uğurlu rəqəmlər 1 və 7-dir. Enerji ala biləcəkləri əşyanı özləri ilə daşımaq onlara uğur gətirir. Yaşıl və sarı rəngləri onların düşərli rəngləridir.

  • Nə üçün Azərbaycan polisləri rus dilini bilməyə məcbur deyillər?

    Bu bahar Azərbaycana gəlmiş rusiyalı turistlərin Facebook sosial şəbəkəsində paylaşdıqları videogörüntülər xoş olmayan rezonans doğurdu.

    Videogörüntüdə rusiyalı ər-arvad polis maşını tərəfindən izləndiklərinə görə narazılıq edirlər. Onlar asayiş keşikçilərinin şəxsiyyət vəsiqələrini göstərmək tələbinə rədd cavabı verirlər. Eyni zamanda videgörüntüdə azərbaycanlı polislərin nəzakətlə davranması diqqət çəkir.

    Məsələ bundadır ki, Bakıda çimərlikdə gəzən turistlər ətrafdakı bağ evlərinin və insanların fotoşəkillərini çəkirlər. Lakin, tezliklə polislər yaxınlaşaraq həmin ərazidə şəkil çəkməyin yasaq olduğunu bildirirlər. Rus dilini pis bildiklərinə görə, polislər məhz hansı obyektlərin çəkilməsinin qadağan olduğunu izah edə bilmirlər və turistlərdən fotoaparatı göstərməyi xahiş edirlər.

    Turistlər imtina edincə polislər də onların arxasınca düşməli olur. Maşınla qaçmağa çalışan turistləri yol polisi saxlayır.

    Rus turistlər azərbaycanlı polislərin rus dilini bilməməsinə qəzəblənərək özlərini etiketə uymayan şəkildə, çox kobud aparırlar. Qadın turist isə, hətta polislərin üstünə qışqırır. Cütlük bu anları telefonla kameraya çəkib, sosial şəbəkələrdə yayımlayıb.

    Bu müddət ərzində azərbaycanlı polislər turistlərə hökumət nümayəndələrinin bağ evlərini çəkməyin qadağan olduğunu, sadəcə fotoaparatda təhlükəli kadrların olmadığına əmin olmaq istədiklərini bildirirlər. Turistlər inadlaşmayıb fotoaparatı təqdim etsəydilər əslində bu xoşagəlməz anlar da yaşanmayacaqdı.

    Turistlərin azərbaycanlı polislərin rus dilini bilməməsinə lağ etməsinə gəlincə. Əlbəttə, xarici dilləri bilmək hər insan üçün bir üstünlükdür. Lakin rus turistlər unudurdular ki, onlar Rusiyada deyil, dövlət dili Azərbaycan dili olan Azərbaycanın ərazisindədirlər. Bu azərbaycanlı turistin Rusiyada rus polisidən azərbaycan dilində danışmağı tələb etməsi ilə eyni məsələdir.

    Polislər başa salmağa çalışırlar ki, turist gəldiyi ölkənin qanunlarına uymalıdır. Onu da yaxşı bilirik ki, rusiyalı polislər ölkələrində olan əcnəbilərlə hər hansı şübhəli vəziyyət yarananda heç də xoş davranmırlar. Heç inanmıram ki, rus polis hansısa şəmkirli və ya qazaxlı turistə bir saat nəzakətlə davranıb, qayda-qanun izah edərdi.

    Bax bu kadrlar Rusiyada çəkilib Niyə görəsə bu xarici vətəndaş rus polisdən onunla ingilis dilində danışmasını tələb etmir.

    Bu videogörüntülər isə, ABŞ-ın Miçiqan ştatında çəkilib. Polislər sürücüdən sənədlərini tələb edir, sürücü etiraz edincə isə.. Ən yaxşısı özünüz baxın.

    Bütün bu xoşagəlməz anlar əlbəttə ki, həm turistlərin, həm də bizim polislərin əsəblərini korladı. Son nəticədə rusiyalı turistlər əlbəttə ki, vəziyyətlə barışmalı oldular. Amma dəyərdimi?//oxu.az

  • Раскрыты подробности разговора Трампа с Путиным

    Телефонный разговор между президентами России и США Владимиром Путиными Дональдом Трампом состоялся по инициативе американской стороны.

    Об этом в пятницу, 3 мая, сообщается на сайте Кремля.

    Как отмечается в сообщении, лидеры двух стран обсудили текущее состояние двусторонних отношений, а также перспективы их развития. При этом акцент был сделан на экономическое сотрудничество, в частности, главы государств отметили важность взаимовыгодных торгово-инвестиционных связей.

    В ходе беседы российский лидер обсудил с американским коллегой итоги встречи с главой КНДР Ким Чен Ыном, которая состоялась во Владивостоке 25 апреля, а также важность последовательной работы по денуклеаризации на Корейском полуострове.

    Отдельно стороны затронули и обстановку на Украине после прошедших там президентских выборов. Путин выразил надежду на то, что новое руководство страны предпримет «реальные шаги по реализации минских договоренностей, имеющих ключевое значение для разрешения внутриукраинского конфликта».

    Также российский президент призвал американские власти не вмешиваться во внутренние дела Венесуэлы, подчеркнув, что подобные действия мешают процессу политического урегулирования в стране.

    Ранее сообщалось, что разговор Путина и Трампа длился почти полтора часа. В Белом доме отметили, что в целом он прошел «в позитивном ключе».

  • Putinlə Tramp telefonla 90 dəqiqə nədən danışdılar?

    Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığı olub.

    RİA Novosti xəbər verir ki, rusiyalı liderin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Putinlə Trampın telefon söhbəti 90 dəqiqə davam edib.

    Prezidentlər Şimali Koreya və Venesueladakı vəziyyəti, Rusiya, ABŞ və Çin arasında mümkün nüvə razılaşmasını, həmçinin, Müllerin məruzəsini müzakirə ediblər.

    Verilən məlumata görə, söhbət zamanı Trampın Şimali Koreya lideri Kim Çın Inla görüşü xüsusi müzakirə olunub. Tramp Putindən Şimali Koreyaya nüvə silahlarının azaldılması üçün təzyiq göstərməyi xahiş edib.

    Söhbət zamanı Ukrayna mövzusuna toxunan Putin bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Minsk sazişinə əməl etməyin vacibliyini anlamalıdır.

  • Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşüb, 3 yaralı var

    Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində iki minik maşınının toqquşması nəticəsində ad günündən qayıdan bir ailənin 3 üzvü xəsarət alıb.

    Məlumata görə, “90-CF-723” dövlət qeydiyyat nişanlı avtomobildə olan 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

  • FHN əməkdaşları uşağı belə xilas etdi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakıda 3-4 yaşlarında uşağının əlinin ət çəkən maşının içində qalmasına dair məlumat daxil olub.


    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, dərhal çağırış ünvanına cəlb edilən xilasetmə qüvvələri xüsusi alətlərlə ət çəkən maşını kəsərək uşağı xilas ediblər.

    Xilasetmə əməliyyatından əldə etdiyimiz eksküliziv görüntünü təqdim edirik: