Month: May 2019

  • Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – PROBLEM VAR

    Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – PROBLEM VAR

    Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb.

    Median.Az Finans.az-a istinadən xəbər verir ki, vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.

    Məsələni araşdırmaq üçün “ASAN Xidmət”ə edilən müraciətə cavab olaraq problemin mövcudluğu təsdiqlənib. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirilib: “Sürücülük vəsiqələri bütün “ASAN xidmət” mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib”, -deyə xidmət mərkəzindən sorğumuza cavab verildi.

    Qeyd edək ki, vətəndaşlar problemin plastik çatışmazlığından ortaya çıxdığını iddia edir.

  • Bakı sakinlərinin qorxusuna çevrilən “Qaqaş” ələ keçdi – FOTO

    Bağ evlərindən silsilə oğurluqlar edən “Qaqaş”ın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Verilən məlumata görə, Binəqədi rayonu ərazisində cari ilin yanvar-mart ayları ərzində bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

    Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı “Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib.

    Saxlanılan şəxslərin Binəqədi və ərtaf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib.

    Qeyd edək ki, dəstə üzvləri mənzillərdən əsasən kombi aparatları, televizorlar, xalçalar, müxtəlif məişət əşyaları, hətta bir neçə evin pəncərisini belə sökərək oğurlayıblar. Həmin əşyalar Valeh Əsədullayevin Binəqədi qəsəbəsində yerləşən obyektinə gətirilərək orada gizlədilib.

    Obyektə baxış zamanı oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Onların yaşadıqları evlərdən oğurluqlara gedən zaman istifadə etdikləri maskalar, papaqlar, həmçinin mənzilə daxil olan zaman istifadə etdikləri alətlər də aşkar edilib.

    İstintaq zamanı həmçinin dəstə üzvlərinin başqa bir şəxsə məxsus yük avtomobilini qaçırdıqları və bağ evlərindən oğurladıqları əşyaları həmin nəqliyyat vasitəsilə daşıdıqları da müəyyən edilib.

    Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
     

     

     

     

     

  • “Nadzor”u güllələyənə 2 maddə ilə cinayət işi açıldı – Axtarılır

    Baş Prokurorluq Ədliyyə Nazirliyinin “nadzor”unun güllələnməsi ilə bağlı açıqlama verib.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

    Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçisi 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

  • Ayna Sultanovanın heykəli götürüləcək? – RƏSMİ AÇIQLAMA

    Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb.

    Median.Az “modern.az”a istinadən xəbər verir ki, parkda yenidənqurma işlərinin ləngiməsi bu ərazidə yaşayanları da narazı salmışdı.

    Nəhayət Ayna Sultanova parkı ilə bağlı “buzlar əriməyə” başlayıb. Son günlər burada canlanma müşahidə olunmaqdadır. Bununla yanaşı, Ayna Sultanovanın heykəlinin götürüləcəyi barədə də söz-söhbət gəzir.

    Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

    Binəqədi Rayon İcra Hakimiyyətidən verilən açıqlamada qeyd edilir ki, parkda ağacların kəsilməsi ilə bağlı son günlər yayılan xəbərlər əsassızdır:

    “Ağaclar kəsilmir, sadəcə olaraq budanır. Park təmir olunan zaman orada yeni dekorativ ağaclar da əkiləcək”.

    Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib:

    “Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

    İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

    Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

    O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın, uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub.

    1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

    A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

    A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.

  • Bakı metrosunda oğlan qıza təcavüz etdi – Qızın ürəyi getdi

    Dünən axşam 18:30 radələrində paytaxtın “İçərişəhər” metrostansiyasından “Hərzi Aslanov” istiqamətində hərəkətdə olan qatarda iyrənc olay baş verib.

    Median.Az Milli.Az-a istinadla xəbər verir ki, metrodakı sıxlıqdan istifadə edən 28-30 yaşlarında şəxs təxminən 20-21 yaşlarında olan qıza təcavüz edib.

    Tələbə qız “Koroğlu”ya çatan qatarın qapıları açılanda “Get anana, bacına o hərəkəti elə” sözlərini yüksək səslə qışqırıb. “Manyak” qızın reaksiyasından dərhal sonra qatarın dayanmağından istifadə edərək, metronu tərk edib. Sinirdən əsən qızın ürəyi gedib. Digər sərnişinlər qızın dilinin qatlanmasının qarşısını almaq üçün xeyli əziyyət çəkiblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Sərnişinlərin və polislərin köməyi ilə qız platformadan çıxarılıb.

    Hadisə şahidi olan qadınların Milli.Az-a verdikləri məlumata görə, olayın şahidi olan bəzi kişilər buna heç bir reaksiya verməyiblər.

  • Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü

    Şəmkirdə güllələnmə olub.

    Rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

    Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

    Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

    ***

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu faktla bağlı onlarda məlumat var: “Hazırda araşdırma aparılır, yekunda mətbuata açıqlama veriləcək”.

  • Samiraldo deputat olmaq arzusuna düşdü

    Ekstravaqant stilist Samiraldo deputat olmaq istəyir.

    Stilist bu barədə instaqramda məlumat verib.

    “Çox istəyirəm ki, bu seçkilərdə deputat olum. Əgər nə vaxtsa deputat olsam, insanlara xidmət edəcəm, onların qayğısına qalacam. Camaat görər ki, əsl deputat necə işləməlidir”- deyə qeyd edib.

    Xatırladaq ki, öz qeyri-adi görünüşü ilə gündəmdə olan stilist Samiroldanun əsl adı Samir Əliyevdir.
    //olke.az

  • Двуполая азербайджанка просит помощи у народа – ВИДЕО

    Минувшим днем, появившийся в эфире программы «Səni axtarıram» на Xəzər TV двуполый гость шокировал публику.

    Он попросил у народа оказать ему финансовую помощь для проведения операции:

    «Мне 31 год. Биологически я девушка, но чувствую себя мужчиной. Я двуполый человек. Прошу помощи у зрителей и врачей. Пожалуйста, помогите мне. У меня никого кроме вас нет. К сожалению, меня в детстве не лечили. У меня постоянные боли. Пальцы немеют, зрение ослабло. Моя жизнь в опасности».

  • Azərbaycanda canlı yayıma çıxan iki cinsli şəxs hər kəsi şoka saldı – VİDEO

    Kəskin ağrılarının olduğunu söyləyən şəxs ölüm riskinin olduğunu deyib

    Ötən gün “Səni axtarıram” verilişinə müraciət edən şəxs hər kəsi şoka salıb.

    AzNews.az xəbər verir ki, həmin şəxs iki cinsli olduğunu bildirib və əməliyyat edilməsi üçün yardım istəyib. O, özünü hazırda oğlan kimi hiss etdiyini bildirib. Kəskin ağrılarının olduğunu söyləyən şəxs ölüm riskinin olduğunu deyib.

    Qeyd edək ki, dünyada hər 2000-dən çox uşaqdan biri hermafrodit doğulur.

    Sözügedən xəstəlik anadangəlmə olur. Körpənin valideynləri və ətrafdakı şəxslər isə bunu 2-5 yaşından sonra hiss etməyə başlayır: Həkimlər isə bu xəstəliyi daha tez hiss edir. Hermafroditizm daşıyıcıları nə kişidir, nə də qadın. Belə şəxslər nə ərə gedə bilər, nə də evlənə. Bu xəstəliyin daşıyıcısı olan qadınlarda yumurtalıq inkişaf eləmir. Eləcə də kişilərdə cinsiyyət orqanları inkişafdan qalır.

  • В Баку водитель автобуса спас жизнь молодой девушке

    В пассажирском автобусе № 18 едва не случилась трагедия, передаёт Median.Az со ссылкой на xezerxeber.az.

    Состояние одной из пассажирок, резко ухудшилось. У девушки случился приступ эпилепсии.

    Водитель автобуса Вугар Керимов незамедлительно вмешался. Он остановил движение и оказал девушке помощь. Благодаря усилиям водителя пассажирка пришла в себя.

    Ставшие свидетелями инцидента пассажиры автобуса отметили важность проведения среди водителей общественного транспорта тренингов, чтобы каждый из них мог оказать неотложную помощь в подобных ситуациях.