Month: May 2019

  • Azərbaycanda meşələr yanğından bu üsulla mühafizə olunacaq

    Meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə təsdiq edilən tədbirlər planına uyğun olaraq may ayından etibarən ərazilərdə əsaslı hazırlıq işlərinə start verilib.

    Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, baş verən yanğınların meşələrə keçməsinin qarşısını almaq üçün meşəyə yaxın tikililərin ətrafında 15 metr, meşəyə yaxın magistral avtomobil yollarının kənarında isə 3 metr enində şumlanma işləri başlayıb.

    Bundan başqa, F.Əliyev bildirib ki, meşələrdə müşahidə qüllələrinin və gözətçi postlarının qurulmasına da start verilib.

    Onun sözlərinə görə, indiyədək baş verən meşə yanğınlarının araşdırılması zamanı bu hadisələrinin 98 faizinin insan amilinin təsiri nəticəsində meydana gəldiyi müəyyən edilib.

    Nazir müavini təbiət qoynuna istirahətə gedən vətəndaşları odla ehtiyatlı davranmağa, fermerləri biçənəkləri yandırmamağa, təhlükəsizlik qaydalarına riayət etməyə, eləcə də siqaret kötüklərini ətrafa atmamağa çağırıb.

  • Qanadcıqsız ilk dron sınaqdan keçirildi

    Böyük Britaniyanın Mançester Universitetinin və BAE Systems Plc müdafiə şirkətinin birgə bazasında aviasiya tarixində ilk dəfə olaraq qanadcıqsız (qanadın mexanizasiya elementi – red.) olmadan manevr edə biləcək təyyarə hazırlanıb və sınaqdan keçirilib.

    Bu haqda Bloomberg yazır.

    Agentliyin məlumatına görə, “Magma” pilotsuz uçan aparat modeli yeni texnologiya ilə təchiz olunub. Bu texnologiya uçuş zamanı qanadcıq əvəzinə hava axınları ilə idarə olunmasına əsaslanır: hava axınları mühərrikin köməkliyi ilə səs sürətini üstələyən sürətlərdə qanadın arxa hissəsindəki məsamələrdən yönləndirilir.

    Pilotsuz təyyarə dartıcı vektorun köməkliyi ilə manevr edə və işlənmiş qazın hesabına hərəkəti nizamlaya bilir.

    Müdafiə şirkətinin rəsmisi, bu texnologiyanın istismarının həm təhlükəsizlik baxımından etibarlı olduğunu, həm də az xərc tələb etdiyini dilə gətirib.

  • График движения поездов Баку-Сумгайыт изменен на один день

    Четвертого мая поезда Баку-Сумгайыт-Баку будут курсировать по измененному расписанию.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщила начальник отдела по связям с общественностью ЗАО «Азербайджанские железные дороги» Севиндж Гадирова.

    «В связи с ремонтными работами на участке железной дороге Баку-Кешля кроме не функционирующих в субботу, воскресенье и праздничные дни поездов, не будут курсировать и электропоезда №№ 6012, 6014, 6016 и 6018, отправляющиеся из Сумгайыта в 08:40, 09:05, 09:50 и 16:55 соответственно, а также поезд №6007, отправляющийся из Баку в 16:00», – отметила представитель ЗАО.

  • Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik – Birgünlük

    Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

    Oxu.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

    “Dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq sabah – şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08:40-da yola düşən 6012 nömrəli, Sumqayıtdan saat 09:05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09:50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16:55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16:00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq”, – deyə qurum rəsmisi qeyd edib.

  • В Исмаиллы и Агдаше задержаны наркоторговцы

    Как сообщает Median.Az, сотрудники Исмаиллинского РОП в результате оперативно-розыскных мер задержали жителя города Э.Пашаева, у которого в автомобиле отца и в доме обнаружили свыше 2 кг. марихуаны.

    Кроме этого, в доме полицейские нашли охотничье ружье марки “Винчестер”, 130 патронов, пневматический пистолет, обойма и 371 штук дробилок.

    Сотрудники Агдашского РОП задержали жителя города Н.Мамедова, у которого при личном осмотре изъяли спичечные коробки и бумажные свертки с марихуаной, в доме
    дополнительно 608 грамм марихуаны, а во дворе 55 кустов конопли, выращенных агротехническим путем.

    В Следственных отделах РОП по фактам возбуждены уголовные дела.

  • İsmayıllı və Ağdaşda narkotik satan şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Paşayev saxlanılıb. Onun atasına məxsus avtomobildə, habelə yaşadığı evdə gizlətdiyi 2 kq-dan artıq marixuana aşkar ediib. Bundan əlavə, ondan qanunsuz saxladığı 1 ədəd “ Vinçestr” markalı ov tüfəngi, həmin silaha məxsus 130 ədəd karteç, pnevmatik tipli tapança, bir ədəd sandıq və 371 ədəd qırma götürülüb.

    Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı üzərindən kibrit qutularında və kağız bükümlərdə qurudulmuş marixuana götürülüb. Onun yaşadığı evdən əlavə 608 qramdan artıq marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 55 ədəd çətənə bitkisi aşkar edilib.

    RPŞ İstintaq bölmələrində faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Hostel yoxsa əxlaqsızlıq yuvası? – Milli Məclisdə MÜZAKİRƏ

    Deputat Tahir Kərimli Milli Məclisdə qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyəti qarşısında qaldığını bildirib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, deputat T.Kərimli parlamentdə çıxışı zamanı paytaxtın Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşadığını deyib, burada mövcud olan hostellərlə bağlı problemləri qabardıb:

    “Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır. Artıq qonşularla bezmişik. Oradan köçmək məcburriyyətində qalmışıq.

    Kimsə özünü qanundan yuxarı göstərir, belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.

    Öz növbəsində parlamentdə hesabat verən daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov məsələyə münasibət bildirib.

    V. Eyvazov bildirib ki, bununla bağlı izahat tədbirləri olmalıdır:

    “Bu problemi həll etmək mümkündür. Biz inzibati yolla yox, ancaq maarifləndirmə yolu ilə bunu edə bilərik”.

    Deputat Araz Əlizadə isə hesab edir ki, belə halların yaranmaması üçün hostellərin girişi ayrı olmalıdır.

  • В Азербайджане начинает действовать институт налогового омбудсмена

    В пятницу, 3 мая, в Министерстве налогов состоялся брифинг для журналистов.

    В ходе брифинга советник министра налогов Эльчин Мамедов проинформировал участников о создании и деятельности института налогового омбудсмена в Азербайджане на основе существующей международной практики.

    Как отметил Э.Мамедов, институт призван решать проблемы налогоплательщиков на основании их обращений без вмешательства судебных органов, а также содействовать урегулированию их отношений с налоговыми органами в форме взаимного сотрудничества.

    На днях приказом министра налогов было утверждено Положение о налоговом омбудсмене, которое определяет направления деятельности, права и обязанности налогового омбудсмена.

  • Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır

    Mayın 3-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün brifinq keçirilib.

    Brifinqdə Vergilər nazirinin müşaviri Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.

    Bildirilib ki, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə Vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı İnstitutu yaradılıb.

    Bu institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq və vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.

    Qeyd olunub ki, Vergilər nazirinin növbəti əmri ilə bu günlərdə vergi ombudsmanının fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini müəyyən edən “Vergi ombudsmanı haqqında Əsasnamə” təsdiq edilib. Həmin əmrlə Vergilər nazirinin müşaviri Elçin Məmmədov vergi ombudsmanı təyin edilib.

    Bildirilib ki, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Vergi Ombudsmanı İnstitutunun yaradılması ilə vergi ödəyiciləri ilə üfüqi əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər.

    E.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması mövqeyindən çıxış edəcəkdir. Bu, həmçinin, vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşımasına da böyük təsir göstərəcəkdir.

    Brifinqdə vergi ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, Vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır.

    Brifinqdə KİV nümayəndələrinin sualları cavablandırılıb.

  • Житель столицы угнал автомобиль в Наримановском районе

    Как сообщает Median.Az, cотрудники 16-го отделения полиции Наримановского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы К.Халилова, который в ночь на 28-е апреля угнал автомобиль марки “Saipa”, принадлежащий жителю столицы Р.Мусаеву.

    Отметим, что угнанный автомобиль полицейские нашли на проспекте Ататюрка.

    По факту ведется расследование.