Month: May 2019

  • Nərimanovda avtomobil qaçıran şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini K.Xəlilovu saxlayıblar.

    Məlum olub ki, o aprelin 28-də Bakı şəhər sakini R.Musayevin yaşadığı evin qarşısından “Saipa” markalı avtomobilini qaçırıb. Qeyd edək ki, avtomobil Atatürk prospektində tapılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı bulvarında möhtəşəm əyləncə – 3 gün hər şey pulsuz olacaq – VİDEO

    Bakı bulvarında 3 gün, iyun ayının 21-dən 23-nə qədər möhtəşəm şənlik keçiriləcək.

    Bu barədə “Proaktiv” şirkətinin direktoru Şahənə Sarı Baku.ws-ə bildirib. Onun sözlərinə görə, 3 gün ərzində Dənizkənarı Milli Parkda uşaq və böyüklər üçün möhtəşəm tədbirlər keçiriləcək. Əyləncələr, musiqilər təşkil olunacaq. Hər kəs bu tədbirlərdə pulsuz iştirak edə bilər.

    Yay həyəcanı yaşamaq istəyən uşaqlar və valideynlər dəvətlidir”, – deyə şirkət rəsmisi bildirib.

  • Leysan, dolu, şimşək – Sabahın hava proqnozu

    Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

    Mayın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

    Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

  • Обучение детей с ограниченными возможностями оплатит государство

    Президент Ильхам Алиев подписал распоряжение «Об оплате расходов на образование инвалидов первой и второй групп, а также детей до 18 лет с ограниченными возможностями здоровья».

    Соответствующий документ опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, начиная с 2019-2020 учебного года, расходы на образование обучающихся на платной основе в вузах Азербайджана на уровнях бакалавриата и магистратуры (основное (базовое высшее) медицинское образование и резидентура), на уровне магистратуры Национальной академии наук Азербайджана и в средне-специальных образовательных учреждениях лиц с первой и второй группами инвалидности, а также детей в возрасте до 18 лет с ограниченными возможностями здоровья за период их учебы будут оплачиваться за счет средств государственного бюджета.

  • Bu şəxslərin təhsil haqqı xərclərini dövlət ödəyəcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

  • В Кюрдамире и Гаджигабуле за кражи задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Кюрдамирского РОП в ходе следственно-розыскных мер задержали жителя города, ранее судимого З.Шихалыева, который как показало расследование украл 4 крышки скважин связи, водяной бак с кладбища в селе Хырдапай, со дворе жителя города М.Гаджиева 210 кг. металлического лома и кондиционер из парикмахерской жителя района М.Аббасова.

    Кроме этого, сотрудники Гаджигабульского РОП в результате оперативно-розыскных мер задержали жителя города К.Аббасова, который украл из парка отдыха 2 электрических столба и 9 световых плафонов.

    Возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

    Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

    Aparılmış araşdırma ilə, rayon telekommunikasiya qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbristanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kq. metal qırıntılarının və rayon sakini M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması müəyyən edilib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

    Bundan başqa, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki istirahət parkından 2 ədəd elektrik dirəyi və 9 ədəd işıq plafonu oğurlayan şəhər sakini K.Abbasov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В «ДНР» выстроились очереди за российскими паспортами

    В так называемой «ДНР» выстроились очереди из желающих получить российские паспорта по упрощенной системе.

    Как передаёт Median.Az со ссылкой на РИА Новости, прием документов начался в 09:00.

    На тот момент у здания республиканской миграционной службы МВД уже собралось более 80 человек.

    При этом некоторые жители так называемой «ДНР» пришли к зданию в 5:30 утра.

  • Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər – CİNAYƏTİN TƏFƏRRÜATI

    Dünən Şəmkir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Median.Az bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayramlı kəndində yaşadığı evdə güllələnərək öldürülən 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov Ədliyyə Nazirliyinin işçisi olub. O, Gəncədə yerləşən həbsxanada nəzarətçi vəzifəsində çalışırmış. Hələlik hadisənin kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə törədilməsi məlum deyil.

    İlkin araşdırmalar zamanı məlum olub ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. Yaxınları onun silahının olmadığını və intihar ehtimalını inkar ediblər.

    Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin director müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.

    Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Qətlə yetirilən oğlanın dayısı qızı isə kənd bələdiyyəsinin sədridir.

  • Daha 3413 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək – Nazirlik

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

    Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günüərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.

    Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.