Month: May 2019

  • Полицейские спасли мужчину в Геранбое – ВИДЕО

    В Геранбое сотрудники дорожной полиции спасли мужчину, которому внезапно стало плохо.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, у жителя района Билала Исмаилова резко ухудшилось самочувствие посреди улицы. Очевидцы вызвали скорую помощь на место происшествия. Однако, сотрудники дорожной полиции, не дожидаясь кареты скорой помощи, срочно госпитализировали мужчину на служебном автомобиле.

    Мужчину удалось спасти благодаря своевременной медицинской помощи.

  • Halı pisləşib küçədə yıxılan kişiyə polislər kömək etdilər – VİDEO

    Goranboyda halı pisləşən şəxsin həyatını yol polisləri xilas ediblər.

    Goranboy sakini Bilal İsmayılovun halı küçədə gedərkən qəfil pisləşib. Hadisə yerinə Təcili Yardım çağırılıb. Lakin onların gecikdiyini görən yol polisləri küçədə yıxılmış adamı özləri xəstəxanaya çatdırıblar.

    Vaxtında göstərilən yardım nəticəsində Bilal İsmayılovun vəziyyəti sabitləşib.

    //oxu.az

  • В столице за угон автомобилей задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Р.Садигова, который угнал автомобиль марки “ВАЗ 2107”, принадлежащий жителю столицы Н.Агаеву.

    Кроме этого, сотрудники 29-го отделения полиции Ясамальского РУП в результате проведенной операции на улице Р.Рустамова в Низаминском районе задержали жителя Апшеронского района А.Рустамова, который в ночь на 29-е апреля с улицы Талыблы угнал автомобиль марки “Нива”, принадлежащий жителю столицы Р.Гаджиеву.

    По фактам ведется расследование.

  • Paytaxtda avtomobillər qaçıran 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Ağayevin “VAZ-2107” markalı avtomobilini qaçıran paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Sadıqov saxlanılıb.

    Bundan başqa, Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev, aprelin 29-da Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə saxlanılıb, onun Abşeron rayon sakini A.Rüstəmov olması məlum olub.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Qəzaya düşən aktrisa: Allah mənə bu möcüzəni yaşatdı

    Xəbər verdiyimiz kimi ötən həftə Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzasına düşüb. Aktrisa ilə bərabər avtomobildə olan ailənin tibb bacısı və yaxın qohumu ciddi şəkildə zədə alıb. 1 saylı Tibbi Kliniki Mərkəzə çatdırılan yaralılara dərhal tibbi yardım göstərilib.

    Mehriban Xanlarova səhhəti və başına gələn bədbəxt hadisə ilə bağlı Oxu.Az-a açıqlama verib.

    “Dəhşətli hadisə idi. Baxmayaraq ki, qəzanın üstündən bir neçə gün keçib, amma hələ də özümə gələ bilməmişəm. Şokdan ayıla bilmirəm. Möcüzə nəticəsində sağ qaldıq. Səhhətim stabildir. Ayağımı gipsə salıblar. Ev şəraitində müalicəmi davam etdirirəm. Amma, mənimlə bu qəzada xəsarət alan ailəmizin tibb bacısının vəziyyəti ağırdır. O kəllə-beyin travması alıb. Hələ də xəstəxanadadır”.

    Sənətçi qəzanın səbəbləri haqqında bunları söyləyib.

    “Qəza anidən baş verdi. Hadisə bir saniyənin içərisində baş verdi. Avtomobilim özümə aid deyil. Hamı mənim kirayə avtomobil sürdüyümdən xəbərdardır. Baş verən qəza ilə bağlı araşdırmalar gedir. Hadisə ilə bağlı informasiya verə bilmirəm. Mənim avtomobilimlə toqquşan “Mercedes” markalı avtomobilin sahibi hər gün mənə baş çəkir. Vəziyyətimlə maraqlanır. Məni hamı kasıbların yanında olan bir insan kimi tanıyır. Heç kəsdən heç nə ummuram. Ondan da heç bir maddi yardım istəməmişəm”.

    M. Xanlarova sənət yoldaşlarının bu vəziyyətdə onu tək buraxmadıqlarını dilə gətirdi.

    “Sağ olsun məni yada salıb, yanıma gələn hər bir sənət yoldaşımı. Bir çox müğənnilər və həmkarlarım eləcə də çalışdığım Akademik Milli Dram Teatrının bütün kollektivi vaxtaşırı mənə baş çəkirlər. Hər birinə öz minnətdarlığımı bildirirəm. Dəhşətli qəza nəticəsində mənim sağ qalmağım bir möcüzədir. Allah mənə bu möcüzəni həm yaşatdı, həm görsətdi”.

  • İngiltərənin müdafiə naziri işdən qovuldu – “Huawei”ə məlumat ötürübmüş

    Böyük Britaniyanın baş naziri Tereza Mey Çinin “Huawei” telekommunikasiya şirkətinə informasiya sızdırmaqda ittiham edilən müdafiə naziri Qevin Uilyamsonu istefaya göndərib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Britaniya hökumətinin dəftərxanasının yaydığı açıqlamada baş nazir Meyin artıq Uilyamsona güvənmədiyi vurğulanıb.

    Nazir Milli Təhlükəsizlik Şurasının toplantısından məlumat sızdırmaqda günahlandırılıb. Belə ki, şuranın iclasından sonra KİV-də “Huawei” şirkətinin Böyük Britaniyada beşinci nəsil mobil rabitə sistemi yaradacağına dair məlumat getmişdi.

    Uilyamsonu bu postda Penni Mordont əvəzləyəcək. Hazırda o, beynəlxalq inkişaf naziri vəzifəsini tutur.

    Qeyd edək ki, Qevin Uilyamson 2017-ci ildən Müdafiə naziri postunu tutub.

  • “İnstaqram”ın işində problem yarandı

    Bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

    Median.Az Trend-ə istinadən bildirir ki, sosial şəbəkənin işindən ən çox şikayətlənən ABŞ, Böyük Britaniya, İtaliya və Portuqaliya istifadəçiləridir.

    İstifadəçilərinin əksəriyyəti (53%) xəbərlər lentasının baxması porblemi ilə üzləşiblər, 31% -i isə sosial şəbəkəyə daxil ola bilməyəcəyindən şikayət edir, 14% -i isə sosial şəbəkə saytına daxil ola bilmir.

  • Bakı-Sumqayıt yolunda qəza böyük tıxaca səbəb olub – VİDEO

    Bakı-Dairəvi-1 avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, “Renault” və “Kamaz” markalı avtomobillərin toqquşması nəticəsində yük maşınının qoşqusu minik avtomobilinin üzərinə aşıb.

    Nəticədə “Renault” yararsız hala düşüb, sürücü isə xəsarət alıb. Hazırda qəzaya görə Sumqayıtdan Bakıya gələn istiqamətdə böyük tıxac yaranıb.

  • Lənkəranda orta yaşlı şəxs bıçaqlanıb

    Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən verdiyi xəbərə görə Lənkəran şəhəri M.Əsədov küçəsi dalan 1, ev 2-də yaşayan 1986-cı il təvəllüdlü Nurlan Nurəli oğlu Qurbanov sol döş nahiyəsində, sol qabırğanın alt hissəsində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Yaralı dərhal əməliyyat olunub. Hadisənin detalları hələlik məlum deyil. Polis əməkdaşları xəstəxanada olub, yaralını xəstəxanaya gətirən şəxsin izahatını alıb. Hələlik şəxsiyyəti açıqlanmayan kişinin N.Qurbanovu şəxsi mübahisə zəminində vurduğu söylənilir.

    Faktla bağlı hələlik saxlanılan yoxdur. Fakt üzrə araşdırma aparılır.

  • Instagram протестирует возможность скрывать количество лайков

    Instagram протестирует в Канаде возможность скрыть от других пользователей количество лайков под публикациями, чтобы их число мог знать только автор.

    Об этом сообщает издание TechCrunch, передает Median.Az.

    Отмечается, что количество лайков все еще влияет на то, как соответствующие алгоритмы определяют расположение поста в ленте. Тем не менее, пользователи будут менее склонны к удалению поста, если оно не набрало достаточной популярности.

    “Позже на этой неделе мы протестируем данную систему в Канаде. Мы хотели бы, чтобы люди сосредоточились собственно на фотографиях и видео, которыми делятся, а не на том, сколько лайков они получают».