Month: May 2019

  • Tereza Mey yeni müdafiə naziri təyin edib – YENİLƏNİB

    Böyük Britaniyanın Baş Naziri Tereza Mey Krallığa yeni müdafiə naziri təyin edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə hökumətin dəftərxanası məlumat yayıb.

    Məlumata görə, müdafiə naziri vəsifəsi Penni Mordonta həvalə olunub.

    21:08

    Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyamson Milli Təhlükəsizlik Şurasının iclasında məlumat sızmasının araşdırılmasından sonra istefaya göndərilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Tereza Meyin dəftərxanasına istinadən “Sky News” məlumat yayıb.

    Bildirilir ki, Baş Nazir ona qarşı etibarını itirib.

  • Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur

    Azərbaycan mədəniyyətinə, incəsənətinə ciddi dövlət dəstəyi lazımdır. Xüsusilə də, klassik musiqinin inkişafına, pop demirəm, klassik musiqi ifaçılarının yetişdiriləmsinə ehtiyac var.

    Median.Az oxu.az istinadən xəbər verir ki, bunu millət vəkili Asim Mollazadə deyib.

    O, qeyd edib ki, klassik musiqi ifaçılarının yetişdirilməsi üçün Bakı Musiqi Akademiyasına ciddi maliyyə dəstəyi göstərilməlidir:

    “Azərbaycan Şərqdə ilk operanı yaradan, səhnələşdirən bir ölkədir. Azərbaycan Şərq ölkələri içərisində ilk dəfə balet əsəri yaradan bir dövlətdir. Azərbaycan Şərqdə cazın vətənidir. Ümumiyyətlə, Azərbaycan həm Şərq mədəniyyətinə, həm bütövlükdə dünya mədəniyyətinə, incəsənətinə bir çox və ilk töhfələr verən bir məmləkətdir.

    Ona görə də klassik musiqinin inkişafı və klassik musiqi ifaçılarının yetişdirilməsi, əvvəlki gözəl ənənənin davam etdirilməsi, bunun üçün də ciddi maliyyə dəstəyi lazımdır”.

    Millət vəkili eyni zamanda, ali təhsil müəssisələrinin, bir çox universitetlərin diplom satan qurumlardan əsl təhsil ocaqlarına çevrilməsinin vacibliyini vurğulayıb.

    “Bu gün inkişafımızı əngəlləyən, təhsilimizə, elmimizə ciddi problem yaradan məsələlərdən biri savada, biliyə deyil, kağız parçası olan diploma üstünlük verilməsidir. Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir. Onlar elm, bilik, təhsil verməklə deyil, adi kağız parçası olan diplom satmaqla məşğuldurlar.

    Hansı ki, onlar əsl təhsil ocaqlarına çevrilməli, biliklli, savadlı, peşəkar mütəxəssüslər hazırlamalıdırlar. Çünki bizdə əsl mütəxəssislərə, peşəkarlara ciddi ehtiyac var” – deyə, millət vəkili sözlərinə əlavə edib.

  • Təhsil Nazirliyi yayılan videoya aydınlıq gətirdi

    Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” profilində yayılan videoyla bağlı məlumat paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, C.Valehov qeyd edib ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan video görüntü 25 aprel tarixinə aiddir: “Belə ki, K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib”.

    “Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb. Təhsil nazinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib. Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb” – deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

    O qeyd edib ki, hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir.

  • Qazdan sonra işığa tətbiq olunmuş limit artırıla bilər, yaxın günlərdə məsələyə baxılacaq

    Bu gündən etibarən təbii qazın əhaliyə pərakəndə satış tarifi üzrə illik istehlak həcminə tətbiq olunmuş limit 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb. Maraqlıdır, bu limitin də aradan qalıdırılması yaxud tamamilə ləğv edilməsi necə, müzakirə predmetidirmi?

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov və iqtisadçı-ekspert Rəşad Həsənov mövzunu şərh ediblər.

    V.Əhmədov limitin artırılması məsələsinin bir neçə aydır müzakirə olunduğunu deyib: “Belə bəlli oldu ki, əhalinin 70 faizi, təxminən 1700 kub metrədək qaz istehlak edir və əhalinin yalnız 30 faizi bu limiti keçir. Ona görə əhali üçün nəzərdə tutulan qazın gəlir xərclərinə baxanda görürük ki, burda o qədər yüksək gəlir yoxdur. Yəni “Azəriqaz”ın gəliri, təxminən 50 milyon manata yaxındır. O səbəbdən qazın limitini kifayət qədər qaldırmağı çox da uğurlu hesab etmək olmaz”.

    “Amma bütün bunlara baxmayaraq, hər zaman çıxışlarımda limitin qaldırılmasının vacibliyini vurğulamışam. Bu isə 1 milyon 500 nəfərə yaxın şəxs üçün böyük vəsait, hər kəs üçün, təxminən 50 manat dəyərində əlavə ödənişdir” – deyə deputat vurğulayıb.

    O, mavi qaza tətbiq olunan limitin, tamamilə ləğv olunmasına isə belə münasibət bildirib: “Prezident tərəfindən aparılan islahatlar daha da dərinləşdirilir. Ola bilər ki, mavi yanacaqda limitin tamamilə ləğv olunması üçün dövlət büdcəsinin müəyyən qədər ehtiyatları var və düşünürəm ki, bu, o qədər də böyük problem olmamalıdır. Bu, ya Dövlət Neft Şirkətinə hansısa bir dotasiyanın verilməsi, ya da Dövlət Neft Şirkətinin gəlirləri hesabına baş tuta bilər”.

    Millət vəkili işıqla bağlı bənzər addımın atılması istiqamətində görülən işlərdən də danışıb: “”Azərişıq”la bağlı problem o qədər də ciddi deyil. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı rəqəmlərə baxdıqda bəlli olub ki, əhalinin 80 faizi 300 kilovatadək işıq istehlak edir. Düzdür, Milli Məclisdə biz bu məsələyə də toxunmuşuq. Yəqin ki, yaxın günlərdə bu məsələyə də baxılacaq”.

    İqtisadçı R.Həsənovun fikrincə isə, gələcəkdə ümumiyyətlə bütün sahələrdə limitlər ləğv olunmalıdır: “Çünki istehsalatın xərcləri aşağı düşməlidir. Belə olarsa, Azərbaycanda həm istehsalat prosesində maya dəyəri azalar, həm də biznes mühiti daha da aktivləşər. Lakin bu, o demək deyil ki, biz bu addımın hansısa bir halda dövlət büdcəsindən subsidiyalaşdırılmasını iddia edirik”.

    “Burada əsas xətt “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətinin şəffaflaşdırılması, xətlər üzərində çox ciddi nəzarət mexanizmlərinin qurulması, texniki infrastrukturun təkmilləşdirilməsinə yönəldilməlidir. Yalnız bu yolla itkilərin qarşısını alaraq mavi qazın maya dəyərini əhəmiyyətli səviyyədə azaltmaq mümkün olar. Belə olan halda həm də əhalinin ailə büdcəsinin idarəsi üçün optimal bir şərait formalaşmış olacaq və son bir neçə ildə dəyərsizləşən gəlirlərin müqabilində alıcılıq gücü müəyyən qədər artacaq” – deyə ekspert əlavə edib.

    R.Həsənovun sözlərinə görə, elektrik enerjisinin satışı ilə bağlı da bənzər problemlər qalmaqdadır: “Ötən il baş verən qəza onu göstərdi ki, əslində, bu sahədə də korrupsiya, mənimsəmə faktı baş verib və bu, o demək deyil ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti artıq bu problemlərdən təmizlənib. Çünki bu istiqamətdə hələ ki, hansısa ciddi addımlar atılmayıb. Bu istiqamətdə köklü dəyişikliklərin edilməsi və özəl sektorun da prosesə cəlb edilməsi yolu ilə elektrik enerjisinin maya dəyərini aşağı salmaq olar. Bununla da əhaliyə elektrik enerjisinin satışını daha aşağı qiymətə həyata keçirmək mümkün olacaq”.

    “Gələcəkdə əsas istiqamət dövlət büdcəsindən subsidiya almaqla bu sahədə hansısa güzəşt tətbiq etməyə fokuslanmamalıdır. Sadəcə olaraq bu qurumların fəaliyyəti təkmilləşdirilməli, infrastrukturun keyfiyyəti artırılmalıdır. Hesablama Palatası da bu istiqamətdə daha çox səy göstərməlidir. Çünki həm “Azəriqaz” İstehsalat Birliyi, həm “Azərişıq” və “Azərenerji” ASC-lərin fəaliyyəti kiçik sosial qrupu təsirləndirmir. Bu proses, ümumilikdə götürdükdə, ölkə əhalisinin hər bir fərdinə toxunur” – deyə mütəxəssis əlavə edib.

    Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.//sputnik.az 

  • Daha 981 müəllim işə qəbul olundu

    Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb.

    Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

    Qeyd olunan göstəricilər ötən ilin anoloji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq.

    Namizədlər mayın 17-nə qədər aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir.

    Apelyasiya ilə bağlı müraciətlər 5 may saat 23:59-a qədər irm@tipii.edu.az e-poçt ünvanına göndərilə bilər.

    Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

  • Bayram Nurlunun həbsi – RƏSMİ

    Sosial şəbəkədə falçı Bayram Nurlunun polis tərəfindən saxlanılması barədə xəbər yayılıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, Nurlunun saxlanılmasının səbəbi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri onun məhz falçılıq fəaliyyətinə görə, həbs edildiyini iddia edirlər.

    Daxili İşlər Nazirliyi ilə məlumatı təsdiq etməyib. Bildirilib ki, nazirlikdə bu barədə məlumat yoxdur.

  • Azərbaycan üzərindən ən çox poçt göndərişləri aparan ÖLKƏLƏRİN ADLARI açıqlandı

    Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində 3 ildir ki, beynəlxalq layihə həyata keçirilir. Bu məqsədlə “Azərpoçt” MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik “Silk Way” aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanılıb.

    MMC-dən verilən məlumata görə, layihə dünyanın əsas yük mərkəzi olan Cin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən “Silk Way” aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və “Azərpoçt” tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.

    Honq Konq şirkəti ilə bağlanmış müqavilə əsasında 2019-cu ilin 1-ci rübündə 4 min 892 kq, yəni 18 min 891 ədəd poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə göndərilib. Almaniya, Avstriya, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya Federasiyası, Türkiyə, Ukrayna kimi ölkələrə 11 min 230 ədəd sifarişli, 7 min 661 ədəd sadə kiçik paket poçt həcmi çatdırılıb.

    Eyni zamanda “Azərpoçt” MMC-nin EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan sürətli poçt göndərişləri “Azərpoçt” MMC üzərindən Rusiya Federasiyasına göndərilir.

    Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır.

    Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən “Azərpoçt” MMC vasitəsilə xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır.//milli.az

  • Prezident təqaüdünün təyini üçün sənəd qəbuluna başlanıb

    Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezidentin təqaüdünün təyin edilməsi üçün onlardan sənəd qəbuluna artıq başlanıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanlarının icrası olaraq, nazirlik tərəfindən aprel ayı üzrə 460 000 nəfər şəxsə sosial müavinət və təqaüdlərin artırılmış məbləğlərdə avtomatlaşdırılmış şəkildə ödənilməsi təmin edilib.

    Eyni zamanda, həmin Fərmanlara əsasən, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün həmin vətəndaşlardan artıq sənəd qəbuluna başlanılıb.

    Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər.

    Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir.

    I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.

    Həmin təqaüdün I dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənəd tələb olunmayacaq.

    Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək.

    Bu təqaüdlərin hər birinin 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ödənilməsi təmin ediləcək.//Baku.ws

  • 70 yaşlı arvadıma “gözü düşmüşdü” – Bakıda DƏHŞƏTLİ QƏTL

    Bakıda qətl törətdikdən sonra polisə zəng edərək, narahat olmamalarını, yaxın zamanda özünü təslim edəcəyini bildirən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən şəxs 46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğludur.

    Belə ki, R.İlyasov Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçi qətlə yetirib.

    Daha sonra polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini söyləyib.

    İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb.

    Bildirib ki, Musayevin onun həyat yoldaşına “gözü düşübmüş”. Hətta ona sataşıb.

    Hüquq mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq, bu ifadənin inandırıcı səslənmədiyini bildirir.

    İlyasovun xanımı ilə arasındakı böyük yaş fərqi özü də polis müstəntiqlərində bir çox suallara yol açıb: “Onların bu nikahı necə baş tutub?”

    Saxlanılan şəxs əmin edir ki, qadına təşəkkür əlaməti olaraq onunla evlənib.

    İlyasovun bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olub, onu təhqir edən şəxsi doğrayıb.

  • На норвежской нефтедобывающей платформе произошел пожар

    Пожар возник на нефтедобывающей платформе Snorre B в Северном море, оператором которой является норвежская компания Equinor.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, об этом заявили в норвежской спасательной службе.

    “На платформе Equinor в Северном море возник огонь и пошел дым, – сообщил агентству представитель координационного центра спасательных служб южной Норвегии. – Добыча прекращена. Представляется, что ситуацию удается взять под контроль”.

    Представитель компании Equinor сообщил Reuters, что в момент возникновения пожара добыча нефти на платформе Snorre B не велась, производство было остановлено в марте для проведения ремонтных работ.