Month: May 2019

  • Abşeronda iki piyadanı maşın vurub, biri ölüb

    Abşeron rayonunun Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Bakıdan Saray istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu və adı hazırda məlum olmayan başqa bir piyadanı vurub.

    E.Cəfərzadə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər piyada isə hadisə yerində keçinib.

  • “Sumqayıt” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb

    Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı müəyyənləşib.

    Median.Az report-a istinadən xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Zirə” arasında keçirilmiş ilk oyunda hesab açılmasa da, cavab matçında 6 qol vurulub.

    İlk hissədə “Sumqayıt”ın heyətində Peyman Babayi het-trik edib. Cənubi azərbaycanlı forvard 19-cu, 27-ci və 45-ci dəqiqələrdə fərqlənib. “Zirə” isə ikinci yarıya qolla başlayıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Pərdis Fərcad-Azad rəqib qapısına yol tapıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Xulio Sezar Rodriqes fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Şafik Tiqruca qoyub – 3:3.

    Beləliklə, “Sumqayıt” səfər qolları sayəsində tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada rəqib “Qəbələ” olacaq.

  • Bakıda bu sahələrdə çalışanların əməkhaqqı daha yüksək olub

    2019-cu ilin yanvar-fevral aylarında Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 794,1 manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

    Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.

  • Известный футболист попал в больницу после инфаркта

    Голкипер «Порту» Икер Касильяс находится в больнице из-за проблем с сердцем.

    Как передает РИА Новости, об этом сообщает Marca.

    По информации источника, бывший голкипер «Реала» и сборной Испании перенес инфаркт миокарда. В настоящее время футболист перенес операцию и находится под пристальным наблюдением врачей, его жизни ничего не угрожает.

    Отмечается, что в текущем сезоне 37-летний Касильяс больше не выйдет на поле.

    Напомним, Касильяс выступает за «Порту» с 2015 года. В текущем сезоне голкипер провел 10 матчей за португальскую команду в Лиге чемпионов и пропустил 15 голов.

  • Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib

    Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib və əmindir ki, hər iki ölkənin limanları arasında əməkdaşlıq üçün imkanlar var.

    Median.Az bildirir ki, bunu Trend-ə Sloveniya Xarici İşlər Nazirliyindən deyiblər.

    Məlumatda qeyd olunur ki, Koper limanı malların Avropa İttifaqı bazarlarına və əks istiqamətdə çatdırılması üçün əla marşrut təmin edir.

    Nazirlikdən onu da bildiriblər ki, investisiyalar sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur:

    “Sloveniya Mərkəzi Bankının məlumatlarına əsasən, 2018-ci ildə ölkələr arasında birbaşa investisiyalar reallaşdırılmayıb. Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasından aldığımız məlumata görə, Azərbaycanın Sloveniyadan investisiyalara artan marağı var. Sloveniyanın işgüzar dairələri 2016-cı ilin martında Lyublyanada Sloveniya-Azərbaycan işgüzar şurasının yaradılmasını alqışlayıb. Şübhəsiz ki, bu sahədə əməkdaşlığın təkmilləşməsi üçün imkanlar mövcuddur”.

    İki ölkə arasında birbaşa aviareyslərin açılması perspektivlərinə gəldikdə isə nazirlikdən bildiriblər ki, hazırda bu real deyil:

    “Hesab edirik ki, Azərbaycanla Sloveniya arasında turist axınının artırılması üçün daha çox səy göstərmək lazımdır. Hazırda birbaşa reys açmaq real deyil, çünki turist sayı tələb olunan səviyyədə deyil”.

  • Birinci arvadını bacısı adı ilə elçiliyə göndərdi – Masallıda inanılmaz OLAY

    Evindən 500 min manata yaxın qızıl- zinət əşyaları oğurlanan, əlavə 360 min manat ziyana düşən qadının hekayəti.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu günlərdə cenubxeberleri-nə bir qadın müraciət edib. Özünü Bənövşə Əliyeva kimi təqdim edən qadın bildirib ki, Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Hazırda Masallı şəhərində, “Köhnə bazar” adlanan ərazidə qızıl alveri ilə məşğuldur.

    Qadının dediklərini sizə təqdim edirik:

    “Uşaqlığım zülmlə keçib. Atam maldar olduğu üçün elə mən də uşaq vaxtından qoyun, mal-qara otarmışam. İşimiz çöl-bayırla olduğu üçün əməlli-başlı savadım da olmayıb.

    3 bacı, 5 qardaş idik. Tale elə gətirdi ki, 2 qardaşım Rusiyaya getdi. Babat pul qazanmağa başladı. Qərara gəldik ki, bizə də sərmayə versin, burada çörək qazanaq. Beləcə, qızıl alverinə başladıq. 20 ildən artıqdır ki, bu alverlə məşğulam.

    Ürəyim istəyən adam olmadığı üçün taleyimlə barışmış, tənha yaşamağa qərar vermişdim. 42 yaşım olanda o vaxt Təzə bazarda işlədiyim dükanda mənə bir nəfər cəlilabadlı yaxınlaşdı, dedi ki, saatsaz axtarıram, haradan tapım? Beləcə tanış olduq. Daha sonra 2 dəfə də gəldi. 3-cü dəfə isə bir qadınla gəldi.

    Sonra Köhnə bazara yerimi dəyişəndə yenə əl çəkmədi.

    Yaxınlarıma bildirdim ki, belə bir adam mənə yaxınlaşır, evlənmək təklif edir. Bacım razı deyildi. Lakin ətrafdakılar təkid etdiyi üçün razılaşdım.

    “Bir qadın, 2 yeniyetmə qızla bizə elçiliyə gəldilər”

    Bacısı adlandırdığı şəxs və bacısı uşaqları adlandırdığı 2 yeniyetmə qızla bizə gəldi. Qardaşım, bacım evdə idi. Razılığa gəlib aldım-verdim etdik. Rəsmi nikaha girmədik.

    Sonralar, daha doğrusu, bu günlərdə bəlli oldu ki, bacısı adı ilə gələn qadın onun 1-ci həyat yoldaşı, yeniyetmələr isə öz qızları imiş. Yəni, əvvəlki arvadı və öz qızları ilə bizə elçiliyə gəlib.

    Avamlığımdan, savadsızlığımdan bilməmişəm. Dərindən araşdırmadan, həyat yolunu ətraflı öyrənmədən əslən Cəlilabad rayonundan olan Elçin adlı bu oğlanla ailə həyatı qurmağa razılıq verdim.

    Toyun bütün xərcini özüm çəkdim.

    Deyirdi ki, kasıb oğlanam, heç nəyim yoxdur. 3 bacım, 3 qardaşım var. Heç biri ilə aram yoxdur. Anam da yoxdur (sən demə, var imiş). Ona görə onlar toya gəlməyəcək. Buna görə geyim-keçimindən, toyun yemək-içməyindən tutmuş, ən xırda xərcinə qədər mən etdim.

    Toyumuz 2009-cu il, mayın 19-da Şərəfə kəndindəki “Kamran” şadlıq sarayında oldu.

    10 ilə yaxın bir yerdə yaşadıq. Maşın aldım, pal-paltar, yemək-içmək, dərman-həkim pulu, benzininə qədər… qısası, nə xərci var idisə, mənim çiynimdə idi.

    “Pul qopartma oyunları isə toydan təxminən 3 ay sonra – 30 min manat istəməklə başladı”

    Ailə həyatı qurmağımızdan təxminən 3 ay keçmişdi ki, Elçin dedi, mən əvvəllər Gəncədə maşınla adam vurmuşdum. Həmin adam da ölmüşdü. İndi həmin işi yenidən tərpədiblər. Mənə 30 min manat lazımdır ki, həmin işi bağlayım. Bir az tərəddüd etsəm də, düşündüm ki, yeni ailə qurmuşam, hələ ki, imkanım var, pulu verim, bu iş bitsin. Beləliklə, 30 min manatı ona verdim”.

  • Bu il Azərbaycana daha çox ərəb gələcək

    Azərbaycan nəqliyyat və ticarət əlaqələrinin güclənməsilə Körfəz ölkələrindən gələn turistlərin sayında 20 faiz artıma nail olmağı hədəfləyir.

    Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “The National” saytına müsahibəsində deyib.

    F.Zenqstşmid bildirib ki, 2018-ci ildə Azərbaycana gələn ərəb turistlərin sayı 30 faiz artaraq 200 min nəfərə çatıb:

    “Bu, ümumilikdə ölkəyə gələn 2,8 milyon turistin 8 faizi deməkdir. Ərəb körfəzi ölkələri Azərbaycana turist axınına görə Rusiya və Gürcüstandan sonra üçüncü yerdədir. Ərəb turistlərin sayının 2019-cu ildə daha da artacağı və 240 minə çatacağı təxmin edilir”.

    Baş icraçı direktor qeyd edib ki, Körfəz ölkələri Azərbaycan üçün olduqca vacib bazardır. Güclü mədəni əlaqələr və birbaşa aviareyslər turist axınına əsas verir:

    “Son iki ildə Körfəz ölkələrinin “Emirates”, “Etihad Airways”, “Flydubai” və “Air Arabia” kimi aviaşirkətləri Bakı və Qəbələyə birbaşa xəttlər açıb. Azərbaycan sürətlə böyüyən daşınmaz əmlak, istehsal və xidmət sənayelərinə investisiya yatıran potensial müştərilər də daxil olmaqla Körfəz ölkələrindən biznes turizmi də cəlb etməyi planlaşdırır”.

  • Yol polisi Goranboy rayon sakinini belə xilas etdi – VİDEO

    Goranboyda yol kənarında halı pisləşən rayon sakini Bilalov İsmayıl Məhəmməd oğlunu yol polisləri xilas edib.


    Median.Az-ın məlumatına görə, bu barədə BAKU.WS-in bölgə müxbiri xəbər verib. Məlumata əsasən, İsmayıl Bilalovun qəfil halı pisləşib.

    Bunu müşahidə edən yaxınlıqdakı yol polisləri onun köməyinə çatıblar.

    Polis əməkdşaları onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində rayon sakini həyatda qala bilib.

  • Məşhur qapıçı xəstəxanaya yerləşdirildi

    Portuqaliyanın “Portu” futbol klubunun qapıçısı, məşhur futbolçu İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    37 yaşlı idmançının sağlamlığı üçün hazırda təhlükə olmadığı bildirilir. Bununla belə futbolçunun hazırkı mövsümdə yarışlara qatılması qadağan edilib.

  • Нотр-Дам предложили восстановить с помощью 3D-принтера

    Французский собор Нотр-Дам-де-Пари можно восстановить с помощью 3D-принтера.

    Как передает Газета.ру, об этом сообщает Le Figaro со ссылкой на нидерландскую компанию Concr3De.

    Как отмечается, такая технология позволит быстро восстановить собор, а также станет выгоднее в финансовом плане.

    По словам голландцев, статую горгульи можно восстановить за сутки, потратив при этом всего от 2500 до 5 тыс Евро, что дешевле в несколько раз, чем вырезать ее из камня в мастерской.

    Уточняется, что нидерландская компания намеревается использовать смесь золы, измельченного известняка, чернил и неорганических соединений для производства деталей собора.

    В результате пожара 15 апреля в соборе Нотр-Дам обрушилось две трети крыши, полностью сгорел готический шпиль. В настоящее время сотрудники правоохранительных органов Франции расследуют дело о неумышленном причинении ущерба. По предварительной версии, причиной воспламенения стала неосторожность во время восстановительных работ.