Month: May 2019

  • Gəncədə 29 yaşlı gənc qızı avtomobil vurub

    Gəncə şəhərində 29 yaşlı gənc qızı avtomobil vurub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Günel Məmmədova yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Poroşenkoya qarşı 6-cı cinayət işi açıldı

    Ukraynanın eks-prezidenti Petro Poroşenkoya qarşı açılan cinayət işlərinin sayı 6 oldu.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə o, hakimiyyəti qəsb etməkdə günahlandırılır. Bu barədə vəkil Andrey Portnov bildirib.

    Hazırda Poroşenkoya qarşı dövlət çevrilişi, çirkli pulların yuyulması, xidməti vəziyyətindən sui-istifadə etmək və məhkəmə hakimiyyətinin ələ keçirilməsi maddələri üzrə ittiham qaldırılıb.

    Eks-prezidentə qarşı hazırlanmış daha 10 cinayət işi olduğu bildirilir.

  • Биткоин признали бесполезным


    Стремительный рост курса биткоина за последний месяц отвлекает внимание от главного — его почти никто не использует как платежное средство, сообщает Bloomberg.

    Согласно данным, полученным от нью-йоркского блокчейн-стартапа Chainalysis, в первые четыре месяца 2019 года было совершено лишь 1,3 процента покупок от общего числа финансовых транзакций с использованием биткоина.

    То есть за время бума и спада предыдущих двух лет практически ничего не изменилось. Отмечается, что во время пика крипто-пузыря в конце 2017 года на торговую активность биткоина пришлось лишь 1,5 процента.

    «В экономической активности биткоина по-прежнему преобладают биржевые торги. Это говорит о том, что основной сценарий использования биткоина остается спекулятивным», — считает Ким Грауэр, старший экономист Chainalysis.

    Ранее сообщалось, что курс биткоина достиг максимума с мая 2018 года. На пике торгов 30 мая стоимость криптовалюты превысила 9 тысяч долларов.

    С ноября по декабрь 2017 года стоимость биткоина выросла с 8 тысяч долларов (13 560 манатов) до 20 тысяч (33 900 манатов), однако к концу мая 2018-го курс вернулся к отметке 7,5-8 тысяч долларов. В декабре 2018 года криптовалюта установила годовой минимум, опустившись до отметки 3,2 тысячи доллара (5 424 манатов).

  • Aydın Mirzəzadə: “Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm”

    Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi.

    Median.Az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu bəyanatla millət vəkili Aydın Mirzəzadə çıxış edib.

    Deputat deyib: “Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim.

    Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olmuşam və parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm.

    Dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəkləyirəm və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab edirəm”.

  • Telefonda 6 saat oyun oynayan oğlan öldü

    Hindistanın Madya Pradeş əyalətində 16 yaşlı Furkan Kureyşi adlı yeniyetmə 6 saat “PUBG” oyunu oynadıqdan sonra dünyasını dəyişib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, fasiləsiz telefonda oyun oynayan Kureyşinin ölüm səbəbi infarkt keçirməsidir. Atası Harun Rəşidin sözlərinə görə, oğlu oyun zamanı tez-tez əsəbiləşir və digər oyunçuları söyürmüş. Furkanın ölümünə yaşadığı adrenalin ilə stressin ürək ritmini artırması və bunun da infarka çevrilməsi səbəb olub.

    Oğlanın qardaşı onun əvvəl də saatlarla bu oyunu oynadığını, hətta bir dəfə 18 saat fasiləsiz telefondan istifadə etdiyini bildirib.

  • Bu da Nigarın 45 minlik klipi – VİDEO

    Ötən gün “Eurovision – 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal yeni layihəsini təqdim edib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bir neçə ay bundan əvvəl “Get həyatımdan” adlı klipinin premyerasını edən müğənni bu dəfə ritmik mahnısını ekranlaşdırmaq qərarına gəlib.


    Sənətçi “Я в твоём плену” (“Mən sənin əsirliyindəyəm”) mahnısının klipini Ukraynadan olan heyətə çəkdirib. Layihənin rejissoru Aleks Lamakhdır və Nigar bu klip üçün 45 min AZN pul xərcləyib. Mahnının sözləri Fərid Pənahova, musiqisi Flaminque Recordsa məxsusdur.


    Klipdə müğənni bir-birindən fərqli 5 obrazda kamera qarşısına keçib. N. Camalın stili üzərində Jenya Kiriyenko çalışıb, xoreoqrafiyanın müəllifi isə Ann Azarovadır.


    Nigar təqdimat mərasimində çəkilişlər zamanı çətinliklə üzləşdiyini bildirib: “Çəkilişlər bir gün ərzində başa çatdı. Bəxtimdən hava soyuq idi, xeyli üşüdüm. Çünki suda olduğum səhnələr var idi. Bundan başqa bədənimin rəngli olduğu səhnələrdə də xeyli əziyyət çəkdik. Çünki boyalar çətin silinirdi”.

  • Fərdi təhsilə cəlb edilənlərin sayı açıqlandı

    Azərbaycanda il ərzində fərdi təhsilə cəlb edilən şagirdlərin sayı açıqlanıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən təlimdə Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda təqdimatla çıxışı zamanı bildirib ki, ölkədə fərdi təhsilə cəlb edilən 15 yaşa qədər şəxslər I sinfə başlayan şagirdlərin 0,01 faizini təşkil edir.

    Sektor müdiri qeyd edib ki, il ərzində fərdi təhsilə cəlb edilən şagirdlər ölkə üzrə təxminən 150-300 nəfərdir:

    “Fərdi təhsilə cəlb edilən gecikmiş şəxsə 12-13 saat gün ərzində dərs keçirilir. Onlar səkkizinci sinfə gələndə artıq eksternat qaydada imtahan verir və attestatını alır. Fərdi təhsilə cəlb edilən şəxslərin təhsil müddəti 25 yaşa qədər davam edir”.

    “Bu şəxslər, əsasən valideyn səhlənkarlığı, işləmələri, yaşayış yerlərini dəyişmələri nəticəsində təhsildən yayınırlar”, – deyə nazirlik rəsmisi qeyd edib.

  • Kərimi döyən şəxs Tacirin qohumudur: 5000 veririk, şikayəti geri götür – VİDEO

    Müğənni Kərim Abbasov onu döyən şəxsin həmkarı Tacir Şahmalıoğlunun qohumu olduğunu iddia edib.

    Median.Az xəbər verir ki, bu iddia ilə o, ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində çıxış edib.

    Deyib ki, ona şikayət ərizəsini geri çəkməsi üçün 5000 manat pul təklif olunub:

    “Deyirlər 5000 manat verək, getsin polisə yazdığı ərzəni geri götürsün. İki-üç gündür ki, Tacir Şahmalıoğlu mənə zəng edir, söyləyir ki, səni döyənlər mənim qohumlarımdır. Onlar da məndən xaiş edirlər ki, sən gedib ərizəni geri götürəsən.

    Mən isə ona bircə kəlmə söz dedim. Əgər həmin şəxs çıxıb hamının qarşısında məndən üzr istəsə, ərizəmi geri götürərəm”.

  • Yerevanda etiraz: Soros ölkədən çıxsın

    Yerevanda etiraz aksiyası keçirilib.

    “RİA Novosti” xəbər verir ki, Ermənistan polisi Yerevanın mərkəzində Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ofisini “Veto” ictimai-siyasi hərəkatının etiraz edən üzvlərindən mühafizə etmək üçün ərazini mühasirəyə alıb.

    Təşkilatın üzvləri ölkədə fondun və onunla əlaqəli qurumların fəaliyyətinin qadağan edilməsini tələb ediblər.

    “Veto”nun rəhbəri Narek Malayan aksiyada bəyan edib ki, Ermənistan hökuməti fonddan göstərişlər alır, buradan media vasitəsilə ən çirkin hücumlar edilir, hüquq-mühafizə orqanlarına qara yaxılır.

    O iddia edir ki, fond Ermənistanda vətəndaş müharibəsi və qanlı qarşıdurmalara təhrik edir.

  • В Агстафе зрелость девочки все еще определяют с помощью папахи

    Азербайджан – правовое государство, но, несмотря на это, запрещенные традиции здесь берут верх над законами. Азербайджанцы продолжают выдавать своих дочерей-подростков замуж, невзирая на запреты, установленные законом.

    Конечно, проблема ранних браков – не новость, но это не значит, что о ней не нужно говорить. Скажу больше – о ранних браках надо трубить во все трубы, особенно тогда, когда они приобретают массовый характер.

    В Агстафинском районе в больницу за медицинской помощью за последние дни обратились четыре несовершеннолетние девушки, которые готовятся в столь юном возрасте познать радость материнства. Все они находятся на поздних сроках беременности.

    Об этом Oxu.Az сообщила председатель Союза детей Азербайджана, правозащитница Кямаля Агазаде. Она выехала в Агстафинский район, чтобы лично изучить ситуацию. Несовершеннолетние – жители сел Татлы, Гырылы и Пирили. Отцы выдали дочерей за мужчин старше на 9-13 лет.

    «Я говорила и с представителями правоохранительных органов, и с родными девушек. Хоть родители и утверждают, что выдали дочерей в 16 лет, есть все основания полагать, что это случилось раньше», – сказала К.Агазаде.

    Поражает отношение родителей к судьбам дочерей. Они хотят поскорее избавиться от дочерей, полагая, что после этого вздохнут свободно. Но спустя несколько лет родители хватаются за голову, потому что их необразованная дочь несчастна, она согнулась под грузом, который на нее взвалил муж и его родня. Теперь она в ответе не только за себя, но и за детей. В этих ситуациях далеко не все родители готовы помочь дочерям найти выход из положения. Они и сами его не видят. Вот и получается, что семьи разрушаются, сердца разбиваются.

    «Вы знаете, что говорят родители? Она уже не ребенок, она созрела давно. То есть, если выросла грудь, значит готова к замужеству. Кстати, один из родителей – представитель сельского муниципалитета. Так он вообще заявил: «Мы чтим традиции. Мы папаху в нее кинули, она устояла», – говорит правозащитница.

    По словам К.Агазаде, за день в социальной сети к ней обращаются с просьбами помочь до 50-60 женщин. Они просят разместить их в приюте. 29 мая девушка из региона связалась с правозащитницей и рассказала, что ее хотят насильно выдать замуж. Она молила о помощи, заявила, что если ее выдадут замуж, то покончит с собой.

    В связи с этим К.Агазаде обратилась в Исполнительную власть района. В итоге они вмешались и не допустили насильственного замужества.

    «Пробелы, имеющиеся в законодательстве, сильно связывают нас по рукам и ограничивают наши возможности. На все эти факты мы реагируем по мере возможности», – говорит она.

    Граждане должны, наконец, понять, что 15 лет -17 лет – это рано для замужества. Нельзя строить семью в этом возрасте.

    В полиции в ответ на возмущение беспомощно разводят руками, тогда как закон предусматривает уголовное наказание за половое сношение с лицом, не достигшим 16 лет, и там нет оговорки, добровольно это или нет. Это – преступление, это – педофилия, и точка.

    При выявлении ранней беременности медицинские учреждения оповещают полицию. А что толку? Правоохранители все равно бездействуют.

    «Они чтут традиции, а я опираюсь на закон, принятый Президентом», – отметила К.Агазаде.

    Буквально на днях к председателю Союза детей Азербайджана обратилась 33-летняя женщина. Ее выдали замуж в 13 лет. В 14 она стала матерью. Ее старшему сыну 17 лет, а дочери 12. У женщины нет одной почки. Она лишилась ее в результате систематических побоев со стороны мужа, который старшее ее на 14 лет. Сегодня она хочет развестись и ищет поддержкм у К.Агазаде.