Month: May 2019

  • Çin dünyanın ən sürətli qatarını nümayiş etdirdi

    Çinin “CRRC” korporasiyası, sürəti saatda 600 kilometr olan “Maglev” qatar prototipini nümayiş etdirib.

    Median.Az Fins.az-a istinadən xəbər verir ki, bu, belə tip qatarlar arasında ən yüksək göstəricidir.

    Maglev – elektromaqnit sahə hesabına yolun üstündə hərəkət edə bilən qatar növüdür. Hərəkət zamanı qatar relslərə toxunmur və hərəkətini aerodinamik müqavimət hesabına dayandırır. “CRRC” korporasiyasının hazırladığı prototip, Çinin Sindao şəhərində nümayiş etdirilmişdir. Yaxın gələcəkdə qatarın sınaqdan keçirilməsi, 2021-ci ildə isə istifadə verilməsi planlaşdırılır.

    Hal-hazırda ən surətli qatar Şanxaydadır, o, Pudun hava limanından Lunyan metro stansiyası istiqamətində hərəkət edir. qatarın surəti saatda 431 kilometr təşkil edir.

  • Donald Tramp: Azərbaycanın uğurlarını genişləndirməyin əsl vaxtıdır

    Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

    Median.Az xəbər verir ki, bu fikirlər ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alır.

    Məktubda daha sonra deyilir: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

    Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”.

    ABŞ prezidentinin məktubu belə tamamlanır: “Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.

  • Cəlilabadda bacı-qardaş döyülüb

    Cəlilabad rayonunda bacı-qardaş döyülüb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, rayon sakinləri – 1986-cı il təvəllüdlü Şükürova Günel Adil qızı və 1999-cu il təvəllüdlü Şükürov İsmayıl Adil oğlu döyülüblər.

    Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib. Məlumata görə, onları tanıdığı şəxslər döyüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент УЕФА: Меня не интересуют публикации армянских СМИ

    В Баку состоялось заседание Исполнительного комитета УЕФА.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, после заседания глава организации Александер Чеферин ответил на вопросы журналистов:

    – Готов ли Баку к сегодняшнему финальному матчу?

    – Конечно. По состоянию на текущее время Баку полностью готов. Все организовано на хорошем уровне.

    – Вчера в Баку был задержан фанат в форме Генриха Мхитаряна.

    – Я узнал об этом лишь после конференции. После завершения мероприятия будет представлена подробная информация.

    – Расстояние от Лондона до Баку немалое. Как вы думаете, это проблематично для болельщиков?

    – Если взять расстояние, от Баку до Дублина тоже неблизко. Необходимо расширить карту футбола. Я против высказанных мнений. Для футбола границ быть не должно.

    – Армянская пресса пишет, что Мхитарян совершил дипломатическую атаку, а армянские депутаты перехватили эту эстафету. Что вы можете сказать об этом?

    – Я не хочу комментировать данный вопрос. Меня не интересуют публикации армянских СМИ. Азербайджанское государство предоставило все гарантии. Отказ от приезда в Баку – личное решение Мхитаряна. Для него никаких проблем не существовало.

  • UEFA prezidenti: Erməni mətbuatının yazdığı məni maraqlandırmır

    Bakıda UEFA İcraiyyə Komitəsinin iclası baş tutub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun sloveniyalı rəhbəri Aleksander Çeferin jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün baş tutacaq finala Bakı tamamilə hazırdırmı?

    – Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.

    – Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.

    – Mən ancaq konfransdan sonra bundan xəbər tutmuşam. Konfrans bitdikdən sonra ətraflı məlumat veriləcək.

    – Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir?

    – Məsafə ilə götürsəniz, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr.

    – Ermənistan mətbuatı yazır ki, Mxitaryan diplomatik hücum etdi, sonra estafet erməni depuatatlara keçdi. Siz bu barədə dəqiq nə deyə bilərsiniz?

    – Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.

  • BBC: Сегодня в Баку пройдет фантастический матч – ВИДЕО

    Сегодня в Баку пройдет фантастический матч между «Челси» и «Арсеналом».

    Об этом сказал в своем видеоматериале спортивный репортер BBC Дэвид Орнштейн, сообщает Trend.

    «Добро пожаловать в солнечный Баку, столицу Азербайджана, в город, где будет проходить финал Лиги Европы между «Челси» и «Арсеналом». Вы можете подумать, почему эти два клуба из Лондона отправляются в страну, которая почти в Азии. 5500 миль туда-обратно, чтобы поиграть в футбол. Организаторы приняли два года назад это решение, исходя из желания проводить такие матчи, эти большие игры для стран и людей, которые обычно их не видят. Это должен быть фантастический матч, и стадион выглядит блестяще», – сказал он.

    Отметим, что сегодня на 68-тысячном Бакинском олимпийском стадионе пройдет финальный матч Лиги Европы УЕФА между английскими клубами «Челси» и «Арсенал».

    Финальная встреча начнется в 23:00.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda dəyişiklik edilib

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna aşağıdakılar daxildir:

    “1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı (şöbələr və sektorlar)

    2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

    3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti

    4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti

    5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

    6. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

    7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanları və yerli bölmələri”.

  • Florent Malouda: Bakı çox gözəldir, insanları mehribandır – VİDEO

    Məşhur futbolçu, “Çelsi”nin keçmiş oyunçusu Florent Malouda bu gün Bakıda keçirləcək Avropa Liqasının final oyunlarından öncə paytaxtımızı gəzib.

    Gəzinti zamanı fanatlarının və müxbirlərin sevgisi ilə əhatə olunan məşhur futbolçu şəhərimiz barəsində gözəl fikirlər səsləndirib:

    “Bakı çox gözəl şəhərdir. İnsanları çox mehriban və dostcanlıdır. İlk dəfə bu şəhərə gəlmişəm, çox bəyəndim və təşkilati işlər də gördüyümə görə əla səviyyədə yerinə yetirilib. Ümid edirəm bu gecə final oyunu da eyni ilə gözəl keçəcək və gözəl bir oyundan ləzzət alacağıq”.

    Finaldakı favoritinin “Çelsi” olduğunu söyləyən oyunçu, 2013-cü ildə oynadığı “Trabzonspor” komandasını da zarafatla xatırlayaraq “bizə hər yer Trabzon” ifadəsini işlədib.

  • Пошутившая над трансгендером сотрудница AZAL извинилась

    На днях публикация сотрудницы ЗАО «Азербайджанские авиалинии» в Facebook вызвала бурную реакцию.

    Так, сотрудница AZAL Назиля Мурадова выставила фото паспорта, принадлежащего трансгендеру, и пошутила над ним.

    На публикацию за короткое время обрушился шквал критики.

    После инцидента ЗАО «Азербайджанские авиалинии» распространило заявление:

    «Публикация сотрудницы ЗАО «Азербайджанские авиалинии» Назили Мурадовой в социальных сетях вызвала резонанс в обществе и в связи с этим авиакомпания незамедлительно провела разбирательство.

    Выяснилось, что сотрудница ЗАО «Азербайджанские авиалинии» Назиля Мурадова и два других сотрудника допустили ошибку, опубликовав личные данные пассажира.

    В связи с инцидентом все трое сотрудников уволены. ЗАО принесло извинения пассажиру и азербайджанскому обществу за опубликованное фото».

    Уволенная сегодня сотрудница Н.Мурадова также принесла извинения за распространение личных данных пассажира.//oxu.az

  • Transgenderi lağa qoyan AZAL əməkdaşı üzr istədi

    Bu günlərdə “Facebook” sosial şəbəkəsində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşının paylaşımı narazılığa səbəb olub.

    Belə ki, Nazilə Muradova adlı AZAL əməkdaşı transgender şəxsə məxsus pasportun şəklini paylaşıb və onu lağa qoyub.

    Paylaşım qısa müddətdə sosial şəbəkə istifadəçilərinin etirazı ilə qarşılanıb.

    Hadisədən dərhal sonra “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb:

    “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

    Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

    Bununla əlaqədar olaraq, hər üç əməkdaş dərhal işdən azad olunub:

    QSC fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istəyib:

    “Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk”.

    Bu gün isə aviaşirkətin işdən çıxarılan əməkdaşı Nazilə Muradova sərnişinin şəxsi informasiyasını yaydığı üçün üzr istəyib:

    “25 may 2019-cu ildə “Facebook” səhifəmdə bir vətəndaşın şəxsiyyət vəsiqəsi mənim tərəfimdən paylaşılıb və bir müddət sonra onu silmişəm. Qəbul edirəm ki, mənim tərəfimdən edilmiş bu davranış etik baxımdan düzgün deyildi, bunu etməkdə heç bir hüquqa sahib deyildim.

    Səbəb olduğum bu xoşagəlməz hadisədə öncəliklə o insandan, cəmiyyətimizdən və həmçinin, Azərbaycan Hava Yolları şirkətindən çox üzr istəyirəm. Düşünülməmiş bu yanlış davranışıma görə cəzamı aldım.

    Qeyd etmək istəyirəm ki, heç vaxt buna oxşar, ya bu şəkildə paylaşımlar etməmiş və cinsi azlıqlara qarşı çıxış etməmişəm. Məni tanıyan insanlar bilirlər ki, cinsi azlıqda olan insanlara qarşı həmişə müsbət yanaşmışam.

    Bu məsələni bu şəkildə sosiallaşdıran, o vaxt üçün dostluğumda olan, adını çəkmək istəmədiyim şəxsə müraciət etmək istəyirəm. Şəxsi məlumatı paylaşdığım insanı qorumaq sənin vətəndaşlıq haqqındır və əgər sənin niyyətin mənim bu davranışımı qınamaq idisə, bunu başqa yolla edə bilərdin. Lakin bundan sensasiya yaratmağı seçdin.

    Nəticədə məndən başqa iki insan işdən azad edildi və “Azərbaycan Hava Yolları”nın reputasiyası qaralandı. Ümumi cəmiyyətimiz, hər birimiz qəbul edilmiş və müvəffəqiyyətli şəxsiyyət olmaq istəyirik. Lakin necə və hansı yollarla? Bugünkü günümüzdə yaxşıya da, pisə də yer var, həyat belə qurulub. Təəssüf ki, bu insan yaxşılığı tez unudub, hansı ki mənim ailəm onun çətin vaxtında ona dəstək olmuşdu. Tanrı hər birimizin hakimidir.

    O ki qaldı müxtəlif xəbər portallarında ve “Facebook” səhifələrində mənim şəxsi şəkillərimin paylaşılmasına, sizin bu davranışınızın mənim etdiyimlə nə fərqi oldu? Siz bir insanın hüquqlarını qorumaq məqsədilə başqa insanın hüquqlarını heçə saydınız. Bu cür paylaşımlardan sonra mənə və ailəmə təhdid və təhqiredici mesajlar almağa başladım. Bu məsələni bu dərəcəyə gətirən “dost”, sənə ayrıca “minnətdaram”.

    P.S. Bir daha üzümü tutub hər birinizin anlayışınıza sığınaraq, qeyd etmək istəyirəm ki, hər kəs səhv edə bilər”.//oxu.az