Month: May 2019

  • В Сумгайыте за квартирные кражи задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Управления Криминалистических расследований МВД и 3-го отделения полиции Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителей города, ранее судимых А.Зарбализаде и Х.Багирова, которые 13-го апреля и 22-го мая украли из двух квартир деньги и золотые украшения.

    В Следственном отделе Сумгайытского ГУП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Sumqayıtda 2 evdən oğurluq edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də və mayın 22-də şəhər ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlayan Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – A.Zərbəlizadə və H.Bağırov saxlanılıblar.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bu azərbaycanlı qız 4 yaşında birinci sinfə gedib, 18 yaşında BDU-nu bitirir

    Azərbaycanda 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu, Turana Tağıyevadır.

    T.Tağıyeva bildirib ki, bu yaşda belə bir uğur çox qürurvericidir: “Uşaq vaxtı qardaşım və xalam oğlu məktəbə gedəndə ağlayırdım ki, mən də oxumaq istəyirəm. Valideynlərim də bu israrımı görüb məni məktəbə apardı. Məktəbdə məni sorğu-sual etdilər. Dedilər ki, yaşıdlarından və sinifdə olanlardan savadlı, eləcə də yaddaşın yaxşıdır. Nəticədə 4 yaşımda imtahan verərək məktəbə daxil oldum. Məktəbdə əlaçı olmuşam. Hazırda da ali təhsil aldığım Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər fakültəsini də fərqlənmə diplomu ilə bitirəcəyəm”.

    O, magistraturaya ixtisas seçimi zamanı da məhz BDU-nun Beynəlxalq münasibətlər və diplomatiya ixtisasını seçəcək: “IV kurs tələbəsi olduğumdan hazırda Xarici İşlər Nazirliyində (XİN) praktika keçirəm və elə arzum da burada qalıb işləməkdir”.

    Qeyd edək ki, Turana Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 4 yaşında 193 nömrəli məktəbə gedib. 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib. 14 yaşında BDU-ya qəbul olub.

  • Bakıda məhkəmənin qarşısında QANLI HADİSƏ – Damarlarını doğradı

    Bakıda məhkəmə binasının qarşısında incident baş verib.

    Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən Xətai rayon Məhkəməsinin önündə 1986-cı il təvəllüdlü Vəliyev Rozan Süleyman oğlu şüşə qırıntısı ilə damarını doğrayıb. Ona tibbi yardım göstərilib.

    Bildirilir ki, R.Vəliyev həyat yoldaşından bir müddət əvvəl boşanıb və məhkəmə aliment təyin edib. O, alimenti ödəyə bilmədiyini deyərək özünə qəsd edib.

    Faktla bağlı araşdırma aparılır.

    //publika.az

  • Женщина украла из дома иностранцев 2000 $

    Как сообщает Median.Az, сотрудники Главного управления полиции (ГУП) г.Баку и 41-го отделения полиции Сабаильского РУП в результате оперативно-розыскных мер задержали жительницу Огузского района Ш.Амирову, которая 25-го мая в поселке Бадамдар украла из съемного дома, где проживали иностранные граждане 2 мобильных телефона и 2000 $.

    По факту возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda əcnəbilərin mənzilindən 2000 $ oğurlayan qadın tutulub

    Median.Az xəbər verir ki, Səbail RPİ 41-ci polis bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində, kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 $ oğurlandığını bildiriblər.

    Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini Ş.Əmirova saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Görəndə qorxmayın – Avro simasını dəyişir

    Dünən Avropa İttifaqında fərqli xüsusiyyətləri olan 100 və 200 avro dəyərində yeni banknotlar dövriyyəyə daxil olub.

    Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, əsginaslar üzərində qədim yunan mifologiyasının qəhrəmanı olan Avropanın şəkilləri qeyd edilib.

    Digər fərqli əlamət banknotun aşağı sol küncündə 100 və ya 200 rəqəmlərinin rənglərinin dəyişməsidir. Rənglər müvafiq olaraq mavidən tünd yaşıl rəngə dəyişir. Bundan əlavə, əsginas öz ölçüsünə görə də sələflərindən fərqlənir. Toxunan zaman isə əsginas xışıldamır.

    Yeniliklər saxta pullara qarşı qorumanın dərəcəsini artırmalıdır.

    Avropa Mərkəzi Bankı bundan əvvəl 5, 10, 20 və 50 avro dəyərində əsginasları yeniləyib. Hələlik köhnə əsginaslarla yenə əvvəlki kimi ödəmələr qəbul edilir. Amma onlar tədricən dövriyyədən çıxarılaraq, məhv ediləcək.

  • В Низаминском районе задержан грабитель

    Как сообщает Median.Az, сотрудники 25-го отделения полиции Низаминского РУП в результате оперативно-розыскных мер задержали ранее судимого Н.Аллазова, который 28-го мая угрожая жителю столицы М.Мусаеву, отобрал у него 70 манатов и скрылся.

    В Следственном отделе Низаминского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-də Bakı şəhər sakini M.Musayevə zor tətbiq edərək, 70 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirən əvvəllər məhkum olunmuş N.Allazov saxlanılıb.

    Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Mnatsakanayan anons verdi: “Qarabağa dair razılaşmaların nəticələrini görəcəyik”

    Zöhrab Mnatsakanayan ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlərindən danışdı

    “Biz yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana və Moskvada müzakirə olunan bəzi razılaşmaların nəticələrini nümayiş edə biləcəyik”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanayan bu ölkənin İctimai radiosunun jurnalistlərinin suallarını cavablandırarkən bildirib.

    Nazir qeyd edib ki, hazırkı mərhələdə digər məsələlər də müzakirə olunur. ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Yerevan və Xankəndində görüşlər keçiriblər, Bakıda da görüşün keçirilməsi planlaşdırılır.

    “Bundan sonra, biz daha kompleks nəticəyə gələ bilərik. Çünki hazırkı mərhələdə bu proseslər davam edir” – deyə Mnatsakanyan vurğulayıb.

    Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun “Ermənistanın yeni rəhbərliyinə məsələnin öyrənilməsi üçün vaxt verilmişdi və hazırda o vaxt bitib” fikirlərinə münasibət bildirən erməni nazir qeyd edib ki, bu cür ritorika “danışıq ritorikası” deyil və bundan da əlavə danışıq aparan tərəfə yaraşmır”.

    Qeyd edək ki, mayın 27-i Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov yazılı formada Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirmişdi ki, Azərbaycanda Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncəli olacağına dair müəyyən ümidlər bəslənilir: “Biz onların Azərbaycanla münasibətləri nizama salmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan, aqressiya və işğal siyasəti yürütməklə özlərini saldıqları dalandan çıxa bilməyəcəklərini dərk edəcəklərinə ümid edirik. Öz tərəfimizdən Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olmaları üçün müəyyən müvəqqəti fasilə verdik. Bu keçid dövrü artıq bitib, danışıqlar həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyyəsində bərpa olunub. Belə ki, bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mən artıq öz erməni həmkarımla (Zöhrab Mnatsakanayan – red.) iki dəfə – yanvarda Parisdə, aprel də isə Moskvada görüşdüm. Son görüş üçtərəfli formatda – Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutdu. Dialoq mövcud gündəlik üzrə mövcud formatda aparılır ki, bu da müəyyən optimizm yaradır”.