Month: May 2019

  • Kürdəmirdə yanğın olub, 41 yaşlı kişi ölüb – FOTO – VİDEO – YENİLƏNİB

    Video əlavə olunub

    *** 16:58

    Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsi, ev 9 ünvanında qeydə alınıb.

    Belə ki, birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə ev sakini, 1978-ci il təvəllüdlü Namiq Rafiq oğlu Əliyev yanaraq ölüb.

    Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Прогноз туристов в Баку: «Арсенал» или «Челси»?

    До финального матча Лиги Европы УЕФА между «Арсеналом» и «Челси» в Баку остаются считанные часы.

    Корреспонденты Baku TV поинтересовались мнением туристов о предстоящем матче и впечатлениями о Баку.

    Представляем вниманию читателей проведенный видеоопрос:

  • Prezidentdən enerji sektorunda islahatlarla bağlı – Sərəncam

    Prezident İlham Əliyev energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam verib.

    Median.Az xəbər verir ki, sərəncam energetika sektorunda institusional islahatların sürətləndirilməsi, bu sahədəki fəaliyyətin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması məqsədi daşıyır.

    1. Azərbaycan Respublikasının Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla:

    1.1. energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.3. ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.4. bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.5. ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.6. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifləri əsasında:

    2.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.1.2. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll etsin;

    2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • “BBC Sport” Bakıdan videoreportaj yayımlayıb – VİDEO

    “BBC Sport” UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, jurnalist Devid Ornsteyn (David Ornstein) “Avropa Liqasının finalı: Nə üçün Bakıda” adlı reportajında Dağüstü Parkdan azarkeşlərə səslənərək Bakının final oyunu üçün möhtəşəm məkan olduğunu bildirib.

    “Salam, Azərbaycanın paytaxtı olan günəşli Bakıya xoş gəlmisiniz. Burada “Çelsi” və “Arsenal” komandaları Avropa Liqasını qazanmaq üçün qarşılaşacaq. Hər iki klub Londondan 5500 km-dən artıq məsafə qət edərək bu şəhərə gəlib. Finalın Bakıda keçiriləcəyi qərarı 2 il əvvəldən qəbul edilib. Burada insanlar bu böyük və fantastik matça mükəmməl stadionda baxmaq imkanı əldə edəcəklər”, – o qeyd edib.

  • Gürcüstanda dollar bahalaşmaqda davam edir

    Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması davam edir.

    Median.Az report-a istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının mayın 30-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7997 lari təşkil edir.

    Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0121 lari artıb.

    Dolların bahalaşmasını şərh edən Milli Bankın prezidenti Koba Qvenetadze bunu qısamüddətli tərəddüd adlandırıb. O, milli valyutanın ucuzlaşmasını, əsasən, xarici faktorlarla əlaqələndirib.

    Qeyd edək ki, qonşu ölkədə dolların sürətlə bahalaşması tendensiyası mayın əvvəllərindən etibarən müşahidə olunur.

  • Vaqif Əsədov plyonka haqqında: “Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!”

    “Biz niyə qanunu müzakirə etməliyik!? Qanunda nə tələb olunursa, ona da əməl etməliyik”.

    Median.Az-ın məlumatına görə, bu sözləri “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    O, sürücüləri qanunvericiliyin bütün müddəalarına, o cümlədən plyonka ilə bağlı tələblərə əməl etməyə çağırıb:

    “Əgər qanunla plyonkaların avtomobillərin yan şüşələrinə vurulması qadağan edilibsə, niyə həmin qanunun tələblərini pozmalıyıq?! Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!”

    Mövzu ilə bağlı “Report”un söhbət etdiyi ekspert isə bildirib ki, konstruksiya dəyişikliyi (pərdə və plyonkalar) ilə bağlı bəzi müddəalar dünya standartları ilə uyğun deyil: “Buna görə də yaxın vaxtlarda qanuna dəyişiklik edilməsi gözlənilir”.

    Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların və konstruksiya dəyişliklərinin siyahısı göstərilib.

    Siyahını olduğu kimi təqdim edirik:

    VII. Konstruksiyanın digər ünsürləri

    1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda;

    2) Səs siqnalı işləmədikdə;

    3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.

    Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

  • Bakı qırmızıya büründü – FOTO

    UEFA Avropa Liqasının finalına saatlar qalmış “Arsenal” fanatları Bakının mərkəzində toplaşıb.

    Median.Az xəbər verir ki, oxu.az-ın əməkdaşı şəhərdə matça getməyə hazırlaşan “Arsenal” və “Çelsi” fanatlarını görüntüyə alıb.

    Müşahidələr Bakıda daha çox “Arsenal” fanatlarının, “qırmızı-ağ” forma geyinən azarkeşlərin çox olduğu görünür.

    Qeyd edək ki, bu gün “Arsenal” və “Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq. Oyuna 50 minə yaxın bilet satıldığı deyilir.

  • Bakıda dələduzluq edən ər-arvada hökm oxundu

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, E.Babayev səkkiz il azadlıqdan məhrum edilib.

    E.Babayevanın cəzası isə 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

    İttihama görə, ər-arvad olan E.Babayevlə E.Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir.

    E.Babayeva və E.Babayev onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

  • “Çelsi”-“Arsenal” oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq

    Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, indiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq.

    Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoİP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.

    Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.

  • Ali məktəblərə imtahansız qəbul olacaq şagirdlərə daha bir – ŞAD XƏBƏR

    “Beynəlxalq və ya respublika fənn olimpiadalarının qalibləri müsabiqədən kənar qəbul olunmaq üçün ali təhsil müəssisələrinə ərizə qəbulu aparıldığı müddətdə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində “abituriyentin elektron ərizəsini” doldurduqdan sonra müvafiq sənədləri sənəd qəbulu komissiyalarına təqdim edəcəklər”.

    Median.Az ONA-nya istinadla xəbər verir ki, bunu Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev deyib.

    O qeyd edib ki, beynəlxalq və ya respublika fənn olimpiadasının qaliblərinə üzərində Təhsil Nazirliyinin möhürü və təhsil nazirinin imzası olan diplomlar veriləcək: “Bundan əlavə, beynəlxalq və ya respublika fənn olimpiadasının qalibləri qaliblərin adlı siyahısını təsdiq edən Təhsil Nazirliyinin müvafiq əmrini DİM-ə təqdim etməklə, olimpiadalarda qalib olduqlarını sübut edə biləcəklər”.

    Xatırladaq ki, qaliblər “Təhsil haqqında” Qanuna edilən yeni dəyişikliklərə əsasən, beynəlxalq və ya respublika fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.