Month: May 2019

  • Peskov: “Türkiyə “S-400”-ləri vaxtından əvvəl əldə edəcək”

    “S-400” zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək

    “S-400” zenit raket komplekslərinin Türkiyəyə tədarükü Türkiyə tərəfinin xahişi ilə əvvəlcədən planlaşdırılan vaxtdan daha tez həyata keçirilir. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Komplekslərin tədarükü Türkiyə tərəfinin xahişi ilə əvvəlcədən planlaşdırılandan daha tez bir zamanda həyata keçirilir. Gün, ay kimi nüanslara gəldikdə isə bu sual bizə ünvanlanmalı deyil. Biz bununla məşğul olmuruq. Orada hər şey plana uyğun gedir. Orada heç bir gecikmə yoxdur. Hər şey normaldır” – deyə Peskov vurğulayıb.

    Qeyd edək ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin “ciddi mənfi nəticələrinin olacağı” barədə xəbərdarlıq edib.

    O, əlavə edib ki, “S-400” zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

    Mayın 22-də ABŞ-ın “CNBC” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə “S-400” zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35” proqramından çıxaracaq.

    Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də “reaksiyaya” səbəb ola bilər.

    Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan “S-400” alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

    ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan “S-400” almasına münasibət bildirib. O, ABŞ-ın “S-400” məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

    “Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün “Patriot” və digər sistemləri təklif edirik. Türkiyənin “S-400” alması Ankaranın “F-35″ qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək” – deyə amerikalı sözçü vurğulayıb.

  • Футбольных болельщиков в Бакинском аэропорту встретили подарками – ФОТО

    Сотрудники Государственной пограничной службы в Международном аэропорту Гейдар Алиев встретили болельщиков, которые прибыли в Баку на финальный матч Лиги Европы УЕФА, с подарками.

    Пограничники дарят болельщицам розу, а болельщикам – брелок с надписью «Тофик Бахрамов – 1966».

    Отметим, что сегодня на Бакинском олимпийском стадионе сойдутся «Арсенал» и «Челси». Финальный матч стартует в 23:00.






  • Bakı aeroportunda turistlərə xüsusi hədiyyə – FOTO

    Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün azarkeşlər ölkəmizə gəlməyə davam edirlər.

    Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə Heydər Əliyev Hava Limanında turistləri hədiyyə ilə qarşılayırlar.

    DSX əməkdaşları xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov – 1966” sözləri yazılmış brelok hədiyyə edirlər.

    Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında Avropa Liqasının final matçı keçiriləcək.

    Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.






  • Müddət başa çatır: Kompensasiya ala bilməyənlərin taleyi necə olacaq

    Ekspert: “Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir”

    Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?

    İqtisadçı-ekspert Vüqar Bayramov “Facebook”dakı səhifəsində məsələ ilə bağlı yazıb ki, kompensasiya almaq hüququ olan, amma fərqli səbəblərdən, o cümlədən texniki səbəblərdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər: “Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onun hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaşımız may ayında kompensasiya ala bilməsə də ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. O baxımdan, may ayında kompensasiya ala bilməyənlər, amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək”.

    Ekspert problemli kreditlərin restrukturizasiyasının nə üçün yubanması məsələsinə də aydınlıq gətirib: “Kompensasiyaların sürətli verilməsinə rəğmən problemli kreditlərin restrukturizasiyası prosesi nisbətən gec başlayıb. 600 mindən artıq vətəndaşımızın kompensasiya hüququ yaranıb və 300 minədək vətəndaşlarımızın problemli kreditlərin restrukturizasiya olunacaq. Bu baxımdan, birinci mərhələdə diqqət kompensasiyaların verilməsinə yönəldildi və gələn aydan etibarən problemli kreditlərin restrukturizasiyası daha intensiv həyata keçiriləcək. O baxımdan, krediti restrukturizasiyası olunacaq, amma hələ də bu güzəştdən istifadə edə bilməyənlər gələn aydan etibarən güzəştli kredit şərtləri əldə edəcəklər”.

    Onun sözlərinə görə, kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir: “Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar”.

    Apellyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər sualına cavab olaraq ekspert yazıb ki, Azərbaycan qanunvericiliyinə əsasən vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər: “Məhkəmə vətəndaşımızın xeyrinə qərar qəbul etdiyi və bütün instansiyalar keçildiyi halda həmin şəxsə kompensasiya ödəniləcək”.

  • Biri “olar” deyir, digəri “cinayət” adlandırır – Sual isə açıq qalır

    “Qarşısı alınacaq tədbirlər görülərsə, bəzi sürüşmə ərazilərində ev tikmək olar” – Qurban Yetirmişli

    Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bir neçə gün öncə açıqlama ilə çıxış edərək bildirib ki, tikinti normativlərinə əməl edilərsə, hətta sürüşmə ərazisində də ev tikmək olar.

    Q.Yetirmişlinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları insanlar, o cümlədən mütəxəssislər onun açıqlamasının başa düşülmədiyini, sürüşmə zonasında ev tikməyə icazə verilməsinin düzgün olmadığını bildiriblər. Hətta bu açıqlamanın arxasında başqa məqamlar axtaranlar da olub.

    Cəmiyyətin reaksiyasını nəzərə alaraq, açıqlamasına aydınlıq gətirmək üçün yenidən Qurban Yetirmişliyə müraciət etdik. Baş seysmoloq Sputnik Azərbaycan-a açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini bildirib: “Burada tikinti normativlərindən söhbət gedir. Bunun üçün seysmik aktivliyi olan rayonlarda tikintinin normativlərinə baxmaq, beynəlxalq standartlara uyğun olub-olmamasını öyrənmək lazımdır. Biz bununla bağlı Amerika, Kanadadan olan tanınmış mütəxəssislərlə görüşüb, müzakirələr aparmışıq. Buna əməl olunarsa, qarşısı alınacaq tədbirlər görülərsə, bəzi sürüşmə ərazilərində də ev tikmək olar. Əlbəttə, bu o demək deyil ki, belə yerlərdə 60 mərtəbəli binalar tikilmək olar”.

    Q.Yetirmişli eyni zamanda aktiv sürüşmə ərazilərindən biri olan Bayıl yamacı ilə bağlı da danışaraq qeyd edib ki, adıçəkilən ərazidə hansı istiqamətdə sürüşmələrin olması izlənilir və bununla bağlı müvafiq rəy hazırlanıb.

    Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında sürüşmə ərazilərində evlərin tikilməsinin birmənalı olaraq yolverilməz olduğunu bildirib: “Sürüşmə ərazisində tikintiyə icazə verən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki belə olmazsa, faciə baş verə bilər”.

    O, bununla bağlı olaraq digər vacib məsələyə də diqqət çəkib: “Bakı və Abşeronun geoloji xəritəsi olması, öyrənilməsi çox vacibdir. Çünki bu gün bir çox binalar var ki, onların altından gecə-gündüz motorla su vururlar. Bakı maili ərazidir. Burada yeraltı sular, qrunt suları var ki, axaraq dənizə tökülür. Tikinti işlərini aparanlar isə yerin altını bilmirlər. Olur ki, sonradan həmin yerdən su çıxmağa başlayır. Bu isə çox böyük təhlükə mənbəyidir”.

    //sputnik.az

  • İlham Əliyev UEFA nümayəndə heyətini qəbul edib

    Dövlət başçısı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlət başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA Avropa İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib.

    Prezident İlham Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

    Avropa Futbol Assosiasiyaları Birliyinin prezidenti Aleksandr Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, Bakının çox gözəl şəhər olduğunu, müasir inkişafı və tarixi ənənələri özündə birləşdirdiyini vurğulayıb, onların paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib. UEFA-nın Prezidenti Aleksandr Çeferin Avropa Futbol Assosiasiyaları Birliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edərək yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

    Sonda xatirə şəkli çəkdirilib.

  • Qəbələdə ayı çobanlara hücum etdi – VİDEO

    Çobanlar itləri ayının üstünə qısqırdaraq, yırtıcı heyvanı qova biliblər

    Qəbələ rayonun Laza kəndində qoruq adlanan ərazidə yaylağa köç edən çobanlara ayı hücum edib.

    Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı çobanlara və heyvanlara heç bir xəsarət dəyməyib.

    Hadisə çobanlar tərəfindən videoya çəkilib. Onlar çoban itlərini ayının üstünə qısqırdaraq, yırtıcı heyvanı qova biliblər. Çobanlar deyirlər ki, hücum edən ayı bala olub, bu səbəbdən də itlər onu qova biliblər.

    Qeyd edək ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında bir neçə istirahət mərkəzi var.

    Həmin videogörüntünü sizə təqdim edirik:

  • Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var

    Ekspert: “Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb”

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları məbləğində 518 min 704 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65%), həcm baxımından isə 111 min 862 ton (27,5%) çoxdur. Ötən dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

    Buğda idxalında artım ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yerli buğda növləri tələbatı ödəmək üçün kifayət deyil: “Burada keyfiyyət və məhsuldarlıq problemi var. Ona görə də daha keyfiyyətli məhsulların Rusiyadan, Ukraynadan, Qazaxıstandan idxal edib un üyütmə prosesində onlardan istifadə etmək məcburiyyəti yaranır. Dəyirmanlarda 100 kiloqram buğdanı keyfiyyətli una çevirmək üçün ona maksimum 30 kiloqram əlavə Azərbaycan buğdası qatılır. Bu, Azərbaycan buğdasının keyfiyyətinin aşağı olmasından qaynaqlanır”.

    “Azərbaycanda əhalinin, ölkəyə gələn turistlərin sayı artdıqca istehlak da artır. İstehlak artdıqca un və un məmulatları üçün xaricdən daha çox keyfiyyətli buğda gətirmək zərurəti yaranır. Ona görə də Azərbaycana xaricdən gətirilən buğdanın həcmi hər il artır. Bu ilin 4 ayında da ciddi artım qeydə alınıb” – deyə ekspert qeyd edib.

    Onun sözlərinə görə, buğda idxalında artımın qiymətlərə müəyyən təsiri olub: “Bir müddət öncə un məmulatların qiymətində artım müşahidə olunurdu. İdxaldan asılılıq olduğu üçün xaricdə qiymət dəyişikliyi baş verən zaman bu, Azərbaycanda qiymətlərə təsir edir. Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb. Çünki istehsalçılar çörəyə bir az spesifik yanaşır. Əhalinin qiymətlərə həssas olduğunu nəzərə alan istehsalçılar qiyməti artırmır, çörəyin çəkisini azaldır. İdxaldan asılılıq yüksək olduqca xaricdə qiymət dəyişkənliyi istər-istəməz bir müddət sonra Azərbaycanda da qiymətlərə təsir edir”.

    Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunub. Bununla bağlı Azərbaycan Prezidenti Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu mart ayında imzalayıb. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.
    //sputnik.az

  • Задержаны лица, укравшие 2000 манатов из офиса в Хатаинском районе

    Как сообщает Median.Az, сотрудники 35-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали жителей столицы, ранее судимых Т.Шукюрова и А.Алекперзаде, которые 27-го мая украли из офиса на территории района 2000 манатов.

    При личном осмотре у Т.Шукюрова изъяли героин.

    Возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Xətai rayonunda ofisdən 2000 manat oğurlayan şəxslər tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də rayon ərazisindəki ofisdən 2000 manat oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar T.Şükürov və E.Ələkbərzadə saxlanılıblar.

    Şəxsi axtarış zamanı T.Şükürovdan heroin götürülüb.

    Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.