Month: May 2019

  • Nazarbayevə daha bir status verildi

    Qazaxıstan Parlamenti Senatının bürosunun iclasında bu ölkənin fəxri senatoru statusu məsələsi nəzərdən keçirilib.

    Median.Az xəbər verir ki, iclasda ilk fəxri senator statusunun Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayevə verilməsi qərara alınıb.

    Qeyd edilib ki, statusun birinci Prezidentə təyin edilməsi onun Qazaxıstan dövlətçiliyinin qurucusu, insan və vətəndaş hüquq və azadlıqlarını qoruyan, ölkənin strateji kursunu müəyyənləşdirən, cəmiyyətdə birliyi təmin edən şəxs kimi tanınmasının ifadəsidir.

  • Salyanda 10 yaşlı oğlanı maşın vurub

    Salyanda yol-nəqliyyat hadisəsibaş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəkərli kənd ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil Şəkərli kənd sakini, 2009-cu il təvəllüdlü Şahbazov Ramil Mansur oğlunu vurub.

    Yüngül bədən xəsarətləri alan uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Beynəlxalq axtarışda olan “Lexus” Azərbaycanda ələ keçdi – FOTO

    Sənədlərdən və gömrük eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə edərək xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə nəqliyyat vasitələrinin gətirilməsi və satışının təşkil edilməsi barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə əməliyyat məlumatı daxil olub.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, 2009-cu il buraxılışlı, şassi nömrəsi “JTJHY00W104040870” olan “Lexus LX 570” markalı avtonəqliyyat vasitəsinin üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması şübhə doğurduğu üçün “Lexus Bakı Mərkəzi” MMC-ə məktubla müraciət edilib.

    Yoxlama zamanı “Lexus LX 570” markalı avtonəqliyyat vasitəsinin beynəlxalq axtarışda olduğu, kompüter müayinəsindən sonra həmin nəqliyyat vasitəsinin ban nömrəsinin qeyri istehsalçı müdaxiləsi nəticəsində silindiyi, avtomobilə məxsus qanuni ban nömrənin “JTJHY00W204024709” olduğu müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • «Скорая» с ребенком сгорела в Турции – ВИДЕО

    В Турции сгорела карета скорой помощи с больным ребенком в салоне.

    По сообщению турецких СМИ, инцидент произошел на шоссе Стамбул-Эдирна.

    Отмечается, что в автомобиле взорвался кислородный баллон, что привело к сильному возгоранию.

    В результате пожара погиб трехлетний больной ребенок. Врачам удалось выбраться невредимыми из охваченного пламенем автомобиля.

    Выясняются обстоятельства происшествия.

  • Bir xurma və bir stəkan süd gündəlik qida tələbatını ödəyirmiş…

    Hazırda alimlər insanın yalnız xurma və su ilə uzun illər yaşaya biləcəyini təsdiq edirlər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, qida mütəxəsissləri qeyd edir ki, bir ədəd xurma və bir stəkan süd insanın qidaya olan gündəlik tələbatını ödəyə bilər.

    Tərkibində təxminən 20% nəmlik olan təzə xurmalarda 60-65% şəkər və 2% zülal, quru xurmalarda isə 75-85% şəkər mövcuddur. 100 qr təbii şəkildə qurudulmuş xurmanın enerji dəyəri 274 kilokaloridir.

    Ümumiyyətlə xurmanın tərkibində orqanizm üçün faydalı olan zülal, karbohidrat, yağ, əhəmiyyətli mineral elementlərdən olan fosfor, kalsium, dəmir, kalium, magnezium, həmçinin A və B qrup vitaminləri (B1, B2, B3, B6, B12 ) mövcuddur. Xurma yüksək lifli məhsul olduğu üçün xüsusilə mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir edərək, bağırsaqların fəaliyyətini tənzimləyir. Həmçinin, xurmadakı şəkər qanda şəkərin miqdarını artıran qlükoza deyil, orqanizmin aktivliyini gücləndirən, onu hərəkət və bol miqdarda istilik enerjisi ilə təmin edən, asanlıqla mənimsənilən fruktozadır. Elə bu səbəbdən də istənilən miqdarda xurma istehlakı orqanizmə artıq çəki (piylənmə) problemi yaratmır.

    Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rolu oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurma istehlakı həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. Xurmanın tərkibindəki dəmir anemiya xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, B1 və B2 vitaminlərinin olması qaraciyərin fəaliyyətini gücləndirir. Süd verən anaların xurma qəbul etməsi onlarda süd hormonlarını aktivləşdirir və südün çoxalmasını təmin edir.

  • UEFA final oyunu üçün Bakını niyə seçdi? – Çeferin açıqladı

    UEFA prezidenti Aleksandr Çeferin “Der Şpigel” nəşrinə müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakının seçdiklərini açıqlayıb.

    Median.Az xəbər verir ki, Çeferin bunu Azərbaycanda yaşayan insanların futbolu sevməsi ilə əlaqələndirib.

    “”Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, – Çeferi bildirib.

    UEFA prezidenti qeyd edib ki, əlbəttə Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən, finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

    Çeferi erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub.

    “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”, – deyə UEFA prezidenti vurğulayıb.

  • В России мужчина устроил резню в редакции газеты

    В Ставропольском крае России произошла резня в редакции газеты. В редакцию газеты «Родина» ворвался вооруженный ножом человек. Он нанес ножевые ранения четырем сотрудникам газеты.

    Причиной нападения стала обида мужчины, который хотел, чтобы опубликовали его статью. Получив отказ, он напал на сотрудников. Всем пострадавшим медики уже оказали необходимую помощь.

    Сотрудники полиции задержали налетчика и доставили его в отделение. Как оказалось, злоумышленник уже много лет состоит на учете в психоневрологическом диспансере.

    Возбуждено уголовное дело.

  • Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 23-cü günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 28-də Bakıda imsak saat 03:28, iftar isə saat 20:17-dədir.

    Ramazan ayının 23-cü gününün duası:

    “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • Tovuzda usta damdan yıxılaraq ağır xəsarət alıb

    Tovuzda hündürlükdən yıxılan kişi ağır xəsarət alıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, evin damında təmir işləri aparan usta ehtiyatsızlıqdan yerə düşüb. Ağır bədən xəsarətləri alan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini,1964-cu il təvəllüdlü Şahvələd Əliyev öncə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    İlkin tibbi yardım aldıqdan sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Diri Baba” türbəsi bərpa olunacaq – FOTO

    Mədəniyyət naziri Əbülfəs Qarayev “Diri Baba” türbəsindəki vəziyyətlə tanış olub.

    Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər. Mayın 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən “Diri Baba” türbəsində olublar.

    Türbənin hazırkı vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir.

    “Diri Baba” türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub. Əbülfəs Qarayev “Diri Baba” türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbənin abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.

    Qeyd edək ki, hazırda abidənin bərpa olunması layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanır. Türbə bərpa olunduqdan sonra ərazidə ziyarətçilərin rahatlığını təmin etmək üçün infrastruktur yaradılacaq. Abidənin yerləşdiyi ərazi abadlşadırılacaq.//milli.az