Month: May 2019

  • Bakıda ilk dəfə latino musiqisi festivalı keçiriləcək – FOTO

    Bakıda mayın 30-dan iyunun 9-dək ilk dəfə Latın Amerikası musiqisi festivalı keçiriləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, festival çərçivəsindəki möhtəşəm şoular 30 may, 5 iyun tarixlərində metronun “İçərişəhər” stansiyası yaxınlığında, 6, 7, 8 iyun tarixlərində də bulvarda keçiriləcək. Həmçinin 4, 5, 6 iyun tarixlərində YARAT sənət mərkəzində latino musiqisinə dair açıq usta sinifləri də təşkil olunacaq.

    “Bakı olduqca rəngarəng, çoxmədəniyyətli, maraqlı hadisələrlə zəngin şəhərdir. Bizim üçün də bu müxtəlifliyə töhfə vermək maraqlı oldu. Latın Amerikası musiqisinin birinci festivalı keçiriləcək və gələcəkdə bu tədbirin miqyasını genişləndirməyə ümidvarıq” – deyə tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudio Franko qeyd edib.

    Festivala bütün dünyadan Latın Amerikası musiqisi sənətkarları təşrif gətirəcəklər.

  • Dənizkənarı Bulvarda balıq ovlayan həbs edildi

    Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dənizkənarı Bulvar İdarəsinin ərazisində torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb.

    İdarədən verilən məlumata görə, tədbir nəticəsində Mirmehdi Mansurov dənizə tor atmaq istəyən zaman polislər tərəfindən tutulub.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları M.Mansurova bu cür balıq tutmağın qanunsuz olduğunu, həmçinin may-sentyabr ayları arasında balıq ovunun qanunvericiliklə qadağan olduğunu vətəndaşın diqqətinə çatdırıblar.

    Qeyd edək ki, son günlər Bakı Buxtasının bir neçə nöqtəsində balıq ovlamaq üçün yararsız tor hissələri aşkar olunub. Bu isə guya Dənizkənarı Bulvar İdarəsi ərazisində qanunsuz balıq ovunun təşkil edildiyi barədə qeyri-dəqiq informasiyaların yayılmasına səbəb olub. Su Nəqliyyatında Polis İdarəsinin vətəndaşların nəzərinə çatdırır ki, həmin torlar Xəzər dənizinin digər hissələrinə tullantı kimi atılan və külək vasitəsilə Dənizkənarı Bulvar ərazisinə gəlib çıxan balıqovlama vasitələridir. Bununla yanaşı, əhalidən Dənizkənarı Bulvar ərazisində balıqçı torları ilə rastlaşdıqları təqdirdə, Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02 və 012-433-38-12 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir. Bununla yanaşı, idarə əməkdaşları tərəfindən dənizə ölü balıqlar buraxan şəxslərə də qarşı mübarizə gücləndirilib. Bəzi dırnaqarası balıqçılar bilərəkdən insanlar arasında dənizə zəhərli maddələr atıldığını və bu səbəbdən balıqların öldüyü barədə həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar. Buna səbəb isə həmin şəxslərin qanunsuz balıq ovlamağa cəhdlərinin qarşısının vaxtında alınmasıdır.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz balıq tutan və adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.//qaynarinfo.az

  • Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq

    Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar.

    Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur.

    “Yol Hərəkəti Haqqında qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər yəqin. Kimsə mövsümü pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər.

    Yol hərəkəti Haqqında qanuna edilən 1 saylı əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu artıq qanunun tələbinin pozulmasıdır”, – deyə Vaqif Əsədov bildirib.

    Qeyd edək ki, hazırda maşınların yan şüşələrinə plyonka vuranlar qayda pozuntusuna yol vermiş hesab edilirlər.

  • Avroliqanın finalına 52 mindən artıq bilet satılıb – RƏSMİ

    UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.

    Median.Az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Trend-ə danışıb.

    F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

    “Biletlər “28 Mall”, “Port Baku” və “Gənclik Mall” ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil”.

    Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda“Çelsi” ilə “Arsenal” komandaları arasında keçiriləcək.

  • Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə – Məktəbli bıçaqlandı

    Bakıda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

    Buta qəsəbə sakini, 2002-ci il təvəllüdlü Xəlilov Rəhim İlqar oğlu ilə həmyaşıdı Şəmiyev Sənan Əlimurad oğlu Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbin yaxınlığında mübahisə edib. Mübahisə davaya çevrilib və hadisə nəticəsində S.Şəmiyev R.Xəlilova üzərində gəzdirdiyi bıçaqla bir neçə zərbə endirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

  • НАТО перехватила российские самолеты

    Генштаб Испании показал фотографии самолетов военно-воздушных сил (ВВС) России, которые перехватила воздушная полиция НАТО. Фотографии опубликованы в Twitter испанского военного ведомства.

    Представители армии рассказали, что самолеты ВВС Испании EF-18M из воздушной полиции Балтики НАТО перехватили российские истребители после того, как те вошли в воздушное пространство организации.

  • Задержан водитель, скрывшийся после летального наезда в Бейлагане

    Как сообщает Median.Az, сотрудники Бейлаганского РУП в результате оператиавно-розыскных мер задержали жителя Агджабединского района Х.Сарыева, который 14-го мая на автомобиле марки “Mercedes” сбил насмерть жителя Агджабединского района М.Мамедова и скрылся с места происшествия.

    В Следственном отделе Бейлаганского РОП по факту возбуждено уголовное дело.

  • Beyəqanda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Ağcabədi rayon sakini M.Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib, hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini X.Sarıyev saxlanılıb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Dəfələrlə çempion olan qadın polisimiz – VİDEO

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən “Polis idmançıları yaxından tanıyaq” adlı rubrikaya başlanılıb.

    Layihənin ilk qonağı Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır.

    Xanım idmançımız karate üzrə 2 dəfə dünya kubokunun sahibi, səkkizqat respublika çempionu, pauerliftinq üzrə isə Avropa və üçqat respublika çempionudur.

    Videoçarxda Ə.Qurbanova ilk baxışda əks qütblü görünə biləcək idman növlərində qazandığı uğurların sirrini açır, həçminin xanımlara idmanla məşğul olmağın faydalarından bəhs edir.

    Polis zabitinin xidmətdə və idman arenalarında əldə etdiyi uğurlar haqqında daha ətraflı videsüjetdə məlumat verilir.

  • В Шамкире задержаны лица, совершившие разбойный налет на дом

    Как сообщает Median.Az, сотрудники Шамкирского РОП в результате оперативно-розыскных мер задержали жителей Самухского района В.Шафиева и ранее судимого Я.Кязымова.

    Установлено что, они 20-го мая совершили разбойное нападение на дом, вследствии чего связали хозяйку веревкой и скотчем, а затем забрали 3000 рублей, мобильный телефон и золотые украшения на сумму 3000 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 181.2.1 (разбой, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.