Month: May 2019

  • Şabranda məktəbli qız itkin düşdü

    Şabran rayonunda 12 yaşlı qız itkin düşüb.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, rayonun Dağbilici kənd sakini, 1997-ci il təvəllüdlü Daşdıyeva Dürdanə Balaşah qızı bu gün səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

  • BNA sədri dispetçerlər və xətt dəstə rəisləriylə görüşdü – Final oyununa görə

    Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri, dispetçerlər və xətt dəstə rəisləri ilə görüş keçirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli final oyunu ilə bağlı planlaşdırılan tədbirlərin icrası istiqamətində zəruri addımların atıldığını deyib. Vurğuladı ki, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh prosesə cəlb edilən dispetçerlər, xətt dəstə rəisləri və sürücülərin müəyyən edilən vəzifə və funksiyalarını tam məsuliyyətli, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır.

    Tövsiyə olundu ki, nəqliyyat xidmətlərinə cəlb edilən hər bir əməkdaş, eyni zamanda, xalqımıza xas qonaqpərvərliyi nümayiş etdirməli, ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsi üçün səylərini səfərbər etməlidir.

  • Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq

    Azərbaycan Mərkəzi Bankı (AMB) satışda olan yubiley və xatirə pul nişanları barədə məlumat yayıb. FED.az xəbər verir ki, AMB-nin rəsmi internet səhifəsinin “Milli pul nişanları” bölməsində satışda olan yubiley və xatirə pul nişanları, o cümlədən onların satış qiymətləri barədə məlumatlar gündəlik olaraq yerləşdirilir.

    Qeyd edək ki, bu pullar ödəniş vasitəsi üçün deyil və kolleksiya məqsədilə istifadə edilir.

    Satışda olan yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə (link: https://contact.e-cbar.az/) daxil olaraq əldə etmək istədiyi yubiley və xatirə pul nişanlarının adı və sayını qeyd etməklə sifariş edə bilərlər.

    Qeyd edək ki, hazırda Mərkəzi Bankdan bir sıra tarixi hadisələr, Azərbaycan üçün önəmli yeniliklər və tarixi şəxsiyyətlərin şərəfinə buraxılan xatirə nişanları və pullar almaq olar.

    Xatirə nişanları qiymətli metallardan – qızıl, platin və gümüşdən hazırlanıb. Bunlar Heydər Əliyevin 95 və 90 illiyinə, Naxçıvan MR-in 90 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, TANAP qaz kəməri və «Azerispace» kosmik peykinin buraxılması şərəfinə, eləcə də Nizami Gəncəvi, Məhəmməd Füzulinin şərəfinə və sair hadisələrə görə buraxılıb.

    Xatirə nişanlarının qiymətləri və göstəriciləri ilə BURADAN tanış olmaq mümkündür.

  • Alt paltarında saat-telefon keçirmək istədi, amma… – FOTO

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Məmmədov Murad Həmzə oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd mobil telefon funksiyalı “Smart-Watch” markalı qol saatı və 1 ədəd danışıq kartı aşkar edilib.

    Cinayət Məcəlləsinin 181.3.2; 177.2.2; 66.3; 317.2.1 və 67.1-ci maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseynov İlham Nəbi oğluna qohumu Bakı şəhər sakini Lələyev İlqar Şirqasım oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman 1 ədəd şampun qabının içərisində gizlədilmiş 11 ədəd rəngli şəffaf selofan bükülüdə 9,207 qram narkotik maddə “Heroin” aşkar edilib.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Bakı-Tver avtobus reysi açıldı – FOTO

    Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin istifadəsinə verilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, BBAK-dan verilən məlumata görə, mayın 28-dən etibarən həftənin 2-ci və 5-ci günləri Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Tver-Bakı istiqaməti üzrə yeni reys fəaliyyətə başlayacaq.

    Avtobus Bakıdan saat 13:00-da hərəkət edəcək. Səfər müddəti təxminən 36 saatdır. Avtobus digər istiqamətdən də həftənin 2-ci və 5-ci günləri saat 13:00-da yola düşür. Biletin bir istiqamət üzrə qiyməti 100 AZN təşkil edir. Avtobus Rostov, Voronej, Tula, Moskva şəhərlərindən keçəcək.

    Bakı-Tver-Bakı reysinə biletləri “avtovagzal.az” saytına daxil olmaqla onlayn qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə etmək olar. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur, 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

    Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür:

    “Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yol boyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

    Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!”

  • Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə 15 il cəza verildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə M.Balayev 15 il azadlıqdan məhrum edilib.

    İttihama görə, bu il yanvarın əvvəlində Bakının Xəzər rayonu ərazisində Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü M.Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü C.Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

  • Prezident: “Müharibə hələ bitməyib

    “Bu gün biz beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparırıq. Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir”.

    Bunu Prezident İlham ƏliyevAzərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

    “Görülmüş bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir.

    Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin.

    Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq”, – dövlət başçısı vurğulayıb.

  • Azərbaycanla Pakistan arasında birbaşa aviareys açıla bilər

    Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistanın mülki aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.

    Görüş zamanı tərəflər aviasiya sahəsində münasibətlərin inkişafı barədə razılıq əldə ediblər.

    Qeyd olunub ki, son illərdə Azərbaycana biznes və istirahət üçün gələn pakistanlıların sayında artım müşahidə olunur.

  • Biləsuvarda taxıl sahələri yanıb

    Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun İran İslam Respublikası ilə sərhədi yaxınlığında baş verib.

    İlkin məlumata görə, bir neçə yerli sakinə məxsus 40 hektar biçilməmiş və 10 hektar biçilmiş taxıl sahələri yanıb.

    Dərhal əraziyə Biləsuvar Yanğından Mühafizə Hissəsinin 4 avtomobili cəlb edilərək yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку пройдет первый фестиваль латиноамериканской музыки – ФОТО

    В Баку пройдет первый фестиваль латиноамериканской музыки.

    Как передает Median.Az со ссылкой на Report, фестиваль пройдет с 30 мая по 9 июня.

    “Баку очень красочный и мультикультуральный город, где происходит много интересного. Для нас было очень интересно внести свой вклад в это разнообразие. Это будет первый фестиваль латиноамериканской музыки. И мы надеемся расширить его масштаб в будущем”, – сказал один из организаторов фестиваля Клаудио Франко.

    Фестивалю будет дан старт с шоу на станции метро Ичеришехер 30 мая. 5 июня также будет показано второе шоу.

    Основными днями фестиваля будут 6, 7 и 8 июня. В эти дни будут показаны грандиозные шоу латиноамериканской музыки на берегу моря.

    Кроме того, 4, 5 и 6 июня в YARAT будут организованы мастер-классы по латиноамериканской музыке, вход на которые будет свободным.

    Отметим, на фестиваль приедут мастера латиноамериканской музыки со всего мира.

    Билеты на основные дни шоу можно приобрести на сайте iticket.az либо на месте.