Month: May 2019

  • Avropa Oyunlarında iştirak edəcək idmançılarımız – ADLAR

    Azərbaycanı gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında təmsil edəcək idmançıların adlarına aydınlıq gəlib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 11 idman növü üzrə 80 idmançı ilə II Avropa Oyunlarında təmsil olunacağıq.

    Heyətdə bəzi dəyişikliklər var. Belə ki, 62 kq-da qadın güləşində belaruslu legionerimiz Tatyana Omelçenkonu Elmira Qəmbərova, şosse velosipedində Kərim Şirəliyevi Mikayıl Səfərli əvəzləyib. Bədii gimnastika millimizdə isə yığmamızın bolqarıstanlı baş məşqçisi Mariana Vasilevanın qızı Siyana Vasilevanın zədə üzündən iştirak etməyəcəyi müəyyənləşib.

    Siyahıda uzun müddətdən sonra güləşə qayıdan Olimpiya çempionumuz Toğrul Əsgərov da var. O dönüşünü məhz Minskdə rəsmiləşdirəcək. Beləliklə, siyahını təqdim edirik:

    Atıcılıq – Emin Cəfərov, Nurlana Cəfərova, Əli Hüseynli (hər üçü stend açıcılığı), Riqina Meftahəddinova (dairəvi stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (hər ikisi güllə atıcılığı)

    Badminton – Azmi Kovimuramadhoni

    Cüdo – Kişilər: Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq); Qadınlar: Aişə Qurbanlı (-48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İçinxorlu Munxtsedev (-57 kq), İrina Kindzerskaya (+78 kq)

    Güləş – Sərbəst güləş: Mahir Əmiraslanov (-57 kq), Hacı Əliyev (-65 kq), Toğrul Əsgərov (-74 kq), Cəbrayıl Həsənov (-86 kq), Nurməhəmməd Hacıyev (-97 kq), Cəmaləddin Məhəmmədov (-125 kq); Yunan-Roma güləşi: Sakit Əliyev (-60 kq), Kərim Cəfərov (-67 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti (-130 kq); Qadın güləşi: Mariya Stadnik (-50 kq), Alyona Kolesnik (-57 kq), Elmira Qəmbərova (-62 kq), İrina Netreba (-68 kq), Səbirə Əliyeva (-76 kq)

    Boks – Kişilər: Rüfət Hüseynov (-49 kq), Məsud Yusifzadə (-52 kq), Tayfur Əliyev (-56 kq), Cavid Çələbiyev (-60 kq), Bəxtiyar Qazıbəyov (-64 kq), Lorenso Sotomayor (-69 kq), Kamran Şahsuvarlı (-75 kq), Loren Alfonso (-81 kq), Rahil Məmmədli (-91 kq), Məhəmməd Abdullayev (+91 kq); Qadın boksu: Məryəm Cəbrayılova

    Kamandan oxatma – Ozay Qasımova

    Velosiped idmanı – Sergey Omelçenko (trek velosipedi), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (şosse velosipedi)

    Kanoe – Maria-Lorena Manolike

    Karate – Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (-50 kq), İrina Zaretskaya (-68 kq)

    Sambo – Kişilər: Ağasif Səmədov (-52 kq), Mehman Xəlilov (-57 kq), Cavidan Qarayev (-62 kq), Emil Həsənov (-68 kq), Abdulla Abdullayev (-74 kq), Ceyhun Hüseynov (-82 kq); Qadın sambosu: Gözəl Zutova (-74 kq)

    Gimnastika – Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (hamısı bədii gimnastika), İlya Qrişunin, Ruslan Ağamirov (hər ikisi batut gimnastikası), Ruhidil Qurbanlı, Abdulla Əl-Maşeyxi (hərə ikisi akrobatika gimnastikası), İvan Tixonov, Marina Nekrasova (hər ikisi idman gimnastikası).

    Qeyd edək ki, iyunun 1-dək adlarda müəyyən dəyişikliklər ola bilər.

  • ABŞ Dövlət katibindən Azərbaycan xalqına təbrik

    Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    “Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hökuməti adından Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

    Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir. Qarşılıqlı ticarətin artırılması, demokratik və iqtisadi inkişafın daha da gücləndirilməsi, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi naminə əməkdaşlığımızın qarşıdakı ildə genişlənəcəyinə ümidvarıq. Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq.

    ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk. Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik”.

  • Türkiyədə FACİƏ: ambulans içindəki uşaqla birgə yandı – VİDEO

    İstanbuldan Ədirnəyə gedən tibbi yardım maşını içərisindəki oksigen balonunun partlaması səbəbi ilə yol gedərkən yanıb.

    Median.Az Oxu.az-a istinadən bildirir ki, ambulansın içindəki həkimlər özlərini yanğından bayıra ata bilsələr də, içəridə olan xəstənin – 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

    Uşaq avtomobillə birlikdə diri-diri yanıb.

  • Bakı-Qazax yolunda ağır yol qəzası: piyada öldü

    Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib.

    Kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlunu naməlum avtomobil vuraraq qaçıb.

    Piyada hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tünzalə maşın sürməyi indi öyrənir – VİDEO

    Əməkdar artist Tünzalə Ağayeva sürücülük kurslarına yazılıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı indəyək heç vaxt avtomobil idarə etməyib. İllər sonra isə maşın idarə etmək eşqinə düşüb.

    O, sosial media hesabında bu barədə fikirlərini dilə gətirib:

    “Heç vaxt ağlıma gəlməzdi ki, maşın sürərəm. Çünki həvəsində olmamışam. Fikirləşirdim görəsən, dərslərdə həvəsim artacaq? Əməlli-başlı yol sürürəm, qəza vəziyyəti yaratmamışam. Gec öyrənirəm, amma Bakının gözəl yollarına inanıram”.

    Qeyd edək ki, 42 yaşlı sənətçi indiyədək hər yerə sürücü ilə gedib.

  • Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

    ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini “Canser Spektrum” adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalının xərçəngə yoluxmasının əsas səbəbinin pis və qeyri-düzgün qidalanma olduğunu elan ediblər.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, tədqiqata orta yaş həddində amerikalıların 2013-2016-cı illər arasında xəstəlikləri və profilaktika tədbirlərinin Milli nəzarət mərkəzinin məlumatları daxil edilib.

    Alimlər xərçəngə səbəb kimi bu qidalanma amillərini sadalayıb:

    – Meyvə-tərəvəzin çox az qəbulu

    – Tam toxum, buğdanın azlığı

    – Süd məhsullarının azlığı və keyfiyyəti

    – Emal edilmiş ət, qırmızı ət, şirin qazlı içkilər

    Düzgün qidalanmamaq səbəbindən aşağıdakı xərçəng növləri yaranır:

    – Ən yüksək 38,3 % yoğun və düz bağırsağın xərçənginə səbəb olur. Eləcə də zərərli qidalar qırtlaq, qida borusu, ağız, uşaqlıq, süd vəziləri, mədə, qaraciyər xərçəngində yer tutur.

    – 16% hallarda piylənmə, aşırı köklük də bir çox xərçəng növlərinə səbəb olur.

    Hazırda qida rasionunda bütün dünyada 60% yeri emal edilmiş zərərli qidalar tutur. İnsanlar ucuz, asan, tez başa gələn hazır qidalara qaçır.

    Alimlər bildirir ki, ABŞ və digər ölkələrdə insanlar düzgün pəhrizə sövq edilsələr, əsas sağlam qidalar gündəlik menyuya daxil edilsə, ərzaqlarda faydalı maddələr artsa, xərçəngin qarşısını alıb, faizini azaltmaq olar.

  • Представители УЕФА дали высокую оценку Бакинскому олимпийскому стадиону – ФОТО

    В связи с предстоящим на Бакинском олимпийском стадионе финалом Лиги Европы представители УЕФА произвели перед матчем последний осмотр травяного покрытия.

    Как передает Median.Az со ссылкой на Report, специалисты дали нынешнему травяному покрытию высокую оценку – 5 звезд.

    Напомним, что предстоящий 29 мая финал Лиги Европы УЕФА между “Челси” и “Арсеналом” начнется в 23:00.

  • UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti veriblər – FOTO

    Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

    Median.Az-ın report-a istinadən məlumatına görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə – 5 ulduzla qiymətləndiriblər.

    Xatırladaq ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

  • Команда «Челси» ночью прибудет в Баку

    Команда ФК «Челси» вылетела из Лондона в Баку, где 29 мая сыграет в финальном матче Лиги Европы УЕФА с «Арсеналом».

    На странице команды в Twitter сообщается, что самолет приземлится в бакинском международном аэропорту Гейдар Алиев около 22:30.

    Напомним, что игроки «Арсенала» уже находятся в Баку.

    Финальная игра «Арсенал»-«Челси» пройдет 29 мая на Бакинском олимпийском стадионе. Матч стартует в 23:00.

  • “Çelsi” Bakıya gəlir – FOTO

    UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı – “Çelsi” klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.

    “Çelsi” klubunun “Twitter” səhifəsində xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.

    Xatırladaq ki, “Arsenal” komandası artıq Bakıdadır.

    “Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə “Arsenal” komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq.