Month: May 2019

  • Türkiyənin tanınmış aktyoru vəfat etdi

    Türkiyənin tanınmış kino aktyoru Əşrəf Kolçak vəfat edib.

    Bursanın Gemlik qəsəbəsində yaşayan 92 yaşlı Yeşilçam ulduzu özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb.

    Aktyor bu axşam Gemlik Dövlət Xəstəxanasında vəfat edib.

    Qeyd edək ki, Əşrəf Kolçak mərhum müğənni Harun Kolçağın atası idi.

  • В Геранбое подросток захлебнулся в бассейне

    В Геранбойском районе произошел несчастный случай.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, 15-летний Валех Аллахвердиев захлебнулся в бассейне.

    Несмотря на то, что подростка срочно доставили в больницу, жизнь его спасти не удалось.

    По предварительной информации, инцидент произошел в бассейне в доме соседа.

    В настоящее время причины происшествия расследуются.

  • Yeniyetmə hovuzda boğularaq öldü

    Goranboy rayonunda bədbəxt hadisə baş verib.

    15 yaşlı Valeh Allahverdiyev hovuzda üzərkən boğulub.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    İlkin məlumatlara görə, hadisə qonşunun su hovuzunda baş verib. Hazırda hadisənin səbəbləri araşdırılır.

  • Делегация “Арсенала” прибыла в Азербайджан

    Делегация “Арсенала” прибыла в Азербайджан на финал Лиги Европы с “Челси”.

    В Баку вместе с командой прилетели 24 игрока, в заявку в день матча попадут 23 футболиста.

    Состав “Арсенала”: Обамеянг, Чех, Эль-Ненни, Гендузи, Ивоби, Дженкинсон, Колашинац, Косьельни, Ляказетт, Лено, Лихтштайнер, Мэйтленд-Найлз, Монреаль, Мустафи, Нкетиа, Озил, Папастатопулос, Торрейра, Уиллок, Джака, Уэлбек, Сака, Амаечи, Илиев.

    Матч “Челси” – “Арсенал” пройдет 29 мая.

  • “Arsenal” komandası Bakıya gəlib

    İngiltərənin “Arsenal” klubunun nümayəndə heyəti Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşmaq üçün Bakıya gəlib.

    Median.Az report-a istinadən xəbər verir ki, komanda Azərbaycan paytaxtına 24 futbolçu ilə gəlib və matç günü iştirak ərizəsinə 23 oyunçunun adı daxil ediləcək.

    “Arsenal”ın heyəti: Obameyanq, Çex, Əl-Nenni, Genduzi, İvobi, Cenkinson, Kolaşinats, Kosyelni, Lyakazett, Leno, Lixtştayner, Meytlend-Naylz, Monreal, Mustafi, Nketia, Özil, Papastatopulos, Torreyra, Uillok, Caka, Uelbek, Saka, Amayeçi, İliyev.

    “Çelsi” – “Arsenal” matçı mayın 29-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.

  • Bakıda qadını maşın vuraraq qaçıb

    Bakının Nəsimi rayonunun 4-cü mikrorayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızı saat 21:00 radələrində yolu keçərkən minik avtomobili tərəfindən vurulub.

    Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəstə kəllə-beyin silkələnməsi diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

  • Переутомление признали болезнью

    Всемирная организация здравоохранения (ВОЗ) одобрила новую версию Международной классификации болезней (МКБ), передает РИА «Новости».

    Министры здравоохранения стран, входящих в ВОЗ признали, что переутомление является психологическим расстройством. В классификации эта болезнь включена в раздел по синдрому эмоционального выгорания (СЭВ).

    Согласно ВОЗ, переутомлением является физическое и психическое истощение из-за хронического стресса, связанного с работой.

    Ранее всемирная организация здравоохранения (ВОЗ) включила зависимость от видеоигр в перечень болезней и расстройств.

  • İlham Əliyev gürcüstanlı həmkarına məktub ünvanlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb. Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli xanım Prezident,

    Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.

    İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Поножовщина между братьями в Имишли

    В Имишлинском районе произошла поножовщина.

    Как передает Median.Az со ссылкой на Report, инцидент произошел между двумя братьями – Джаббаром и Талехом Джаббарлы.

    Ножевое ранение в результате инцидента получил Джаббар. Раненый был доставлен в местную больницу и прооперирован.

    В связи с фактом ведется расследование.

  • Qaradağda yeniyetmə oğlan bıçaqlanıb

    Bakının Qaradağ rayonunun Buta qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, 2002-ci il təvəllüdlü Xəlilov Rəhman İlqar oğlu qarın boşluğundan aldığı iki kəsilmiş-deşilmiş yara ilə 1 saylı Şəhər Klinik Mərkəzə yerləşdirilib.

    Xəstə əməliyyat olunub.

    Faktla bağlı araşdırma aparılır.