Month: May 2019

  • Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 21-ci günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 26-da Bakıda imsak saat 03:30, iftar isə saat 20:16-dadır.

    Ramazan ayının 21-ci gününün duası:

    “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • Ağdama dolu düşdü

    Ağdam rayonunun bir neçə yaşayış məntəqəsinə dolu düşüb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, bu gün rayon ərazisində yağışlı hava şəraiti hökm sürüb.

    Axşam saatlarında rayonun Quzanlı qəsəbəsi və ətraf kəndlərə dolu düşüb. Nəticədə təsərrüfata ziyan dəyib.

    Rayon icra hakimiyyətinin Fövqaladə hallar komissiyası araşdırma aparır.

  • Нефутбольные игры вокруг Баку. Реплика Сергея Строканя – ВИДЕО

    Историю с неучастием игрока английского «Арсенала» Генриха Мхитаряна в матче финала Лиги Европы в Баку, запланированном на 29 мая, разбирает политический обозреватель Сергей Строкань – специально для портала «Москва-Баку».

  • Külək Qaxın kəndlərini işıqsız qoydu – FOTO

    Qaxda güclü külək fəsadlar törədib.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, təxminən 10 dəqiqə davam edən külək irigövdəli ağacları aşıraraq elektrik naqillərini qırıb. Nəticədə rayonun Turaclı, Tasmalı, Lələli, Zəyəm və Qorağan kəndləri işıqsız qalıb.

    Hazırda həmin ərazilərdə Qax Elektrik Şəbəkənin əməkdaşları tərəfindən elektrik enerjisinin bərpası üçün işlər aparılır.

  • “Азеришыг” принимает опережающие меры в связи с плохими погодными условиями в северном регионе

    С учетом резкого изменения погодных условий в северном регионе Азербайджана ОАО “Азеришыг” предпринимает опережающие и необходимые меры с целью предотвращения возможных происшествий.

    Как передает Median.Az, об этом сообщил Report глава пресс-службы ОАО Танрыверди Мустафаев.

    Он отметил, что данные меры предусматривают обеспечение нормального рабочего режима электросети, усиление контроля над дежурством, созданным в региональных управлениях электроснабжения и региональных электросетях в Губинском, Гусарском и Хачмазском районах.

  • Sergey Strokanın replikası: Bakı ətrafındakı qeyri-futbol oyunları – VİDEO

    Siyasi şərhçi Sergey Strokan “Moskva-Bakı” portalı üçün İngiltərənin “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının finalında iştirak etməməsi məsələsini şərh edib.

    Mxitaryanın karyerası ərzində Azərbaycan klublarının iştirakı ilə keçirilən Avropa kuboku oyunlarını buraxdığını xatırladan Strokan futbolçunun mayın 29-da Bakıda keçiriləcək oyuna gəlməməsinin arxasında Ermənistan Xarici İşlər Nazirliyinin tövsiyələrinin gizləndiyinə işarə edərək Yerevanın Azərbaycanının hansısa siyasi dividendlər qazana biləcəyindən ehtiyat etdiyini qeyd edib.

    O bildirib ki, rəsmi Bakının Mxitaryana təhlükəsizlik təminatı verməsinə rəğmən, erməni şərhçiləri və azarkeşləri internet səhifələrində futbolçunun Azərbaycana getməsinə qarşı çıxır, onu bu cür riskə atmağın yolverilməz olduğunu bildirir. Fikirlərinə davam edən Strokan qeyd edib ki, Mxitaryan ətrafında ajiotajın davam etdiyi bir vaxtda Bakıya aerobika çempionatına Canazayanlar (qardaş və bacı) gəlib və səfərlərindən məmnun qalıblar.

    Strokan rusiyalı idman şərhçisi Vasili Utkinin Avropa Liqasının finalına getməyəcəyi ilə bağlı bəyanatını da unutmayıb. O, Utkinin internetdə Mxitaryanla bağlı şərhinin məntiqdən uzaq olduğuna işarə edərək bu cızma-qaranın Mxitaryanın Bakıya gəlməməsi məsələsində paranoyanın səviyyəsini göstərdiyini vurğulayıb.

    “Gəlin təsəvvür edək ki, Bakıda kimsə Henrix Mxitaryanı sevməsə belə, Azərbaycan tərəfi təhlükəsizliklə bağlı səhvə yol verərmi?” deyən Strokan qeyd edib ki, istənilən xırda insident mətbuat tərəfindən yayılaraq Azərbaycanın imicinə ciddi təsir göstərə bilərdi.

    Siyasi şərhçi “Borussiya”nın baş məşqçisi Yurqen Kloppun Avropa Liqası finalının Bakıda keçirilməsi ilə bağlı dediklərinə də toxunub. O, Kloppun Bakıya necə getməyinin bilməməsinə təəccüblənərək bu cür “fikirləri” səsləndirməkdən öncə məşqçinin nə yediyi, nə içdiyi sualının ortaya çıxdığını bildirir:

    “Ötən il Rusiyada futbol üzrə çempionat keçiriləndə, Britaniya mətbuatı yazırdı ki, Moskva küçələrində az qala ayılar gəzir. Belə halda Yurqen Kloppun Bakının harada yerləşdiyini və oraya təyyarələrin uçduğunu bilməməsinə təəccüblənmək lazım deyil”.

    Stroqan Azərbaycan tərəfinin Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak etməsi üçün əlindən gələni etdiyini, lakin buna qarşı olanların belə futbolun onlara lazım olmadığını göstərdiyini, üstəlik əslində futbolun onlar üçün maraqlı olmadığını sübut etdiklərini vurğulayıb.

  • Сильный ветер оставил без света район на севере Азербайджана

    Сильный ветер нанес серьезный ущерб электрическому хозяйству в Гусаре.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, подача электроэнергии в районе приостановлена.

    В результате сильного ветра также нанесен ущерб кровле жилых домов, а также школы №2. Сильный ветер повалил деревья, из-за чего ограничено движение автомобилей по некоторым направлениям.

    В настоящее время ведутся работы по устранению нанесенного ущерба. Дополнительная информация будет предоставлена.

  • Ağstafada avtomobil ağaca çırpılıb

    Bakı-Qazax yolunda qəza baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, idarəetmədən çıxan avtomobil yol kənarında olan ağaca çırpılıb.

    Qəza nəticəsində bir nəfər yüngül xəsarət alsa da, onun şoka düşdüyü bildirilir və xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İmişlidə iki qardaş arasında bıçaqlanma olub

    İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, axşam saatlarında Cabbar Cabbarlı və Taleh Cabbarlı adlı qardaşlar arasında münaqişə baş verib.

    Hadisə zamanı qardaşların davası bıçaqlanma ilə nəticələnib. Xəsarət alan qardaşlar İmişli xəstəxanasına yerləşdirilib.

    Fakt araşdırılır.

  • Китайцы перестали покупать iPhone

    Интерес китайских пользователей к iPhone упал до рекордно минимальных значений. Всего 17% думают о покупке американского смартфона в ближайшие 12 месяцев.

    Как передает агентство Sputnik, исследование проводила компания UBS.

    Она спрашивала китайских пользователей, намерены ли они приобрести iPhone в ближайшие два месяца. По сравнению с октябрем, когда утвердительно ответили 22%, сейчас желающих стало на 5% меньше.

    «Мы полагаем, что националистическое движение в Китае, аналогичное тому, что мы видели в момент ареста финдиректора китайской Huawei, вполне возможно, и, вероятно, скажется на продажах iPhone», – прокомментировал результаты опроса аналитик UBS Тимоти Аркури.

    По словам эксперта, результаты на 12 месяцев «очень точные».

    Аркури понизил прогнозную цену акций Apple до 225 долларов с 235 долларов, но сохранил рекомендации не продавать пока бумаги американской компании.