Month: May 2019

  • Güclü külək Şəkidə fəsadlar törətdi -FOTO

    Şəki şəhərində müşahidə edilən güclü külək fəsadlar törədib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Rəsulzadə küçəsi, ev 333B ünvanında yerləşən evə ciddi ziyan dəyib.

    Şəki şəhər icra nümayəndəsi Rasim Həsənov hadisə zamanı evdə insanların olmadığını deyib. O bildirib ki, hadisə nəticəsində evin hasarına, çardağa, qaz və elektrik xətlərinə ziyan dəyib.


    Şəki şəhərində ağac aşması ilə bağlı bir neçə müraciət daxil olub. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur.

    R.Həsənov bildirib ki, hazırda “Azəriqaz” və “Azərişıq”ın nümayəndələri ərazidədir, hadisənin fəsadları aradan qaldırılır.

  • Çingizin başına “tale quşu” qondu – Almaniyadan elə bir təklif gəldi ki… – VİDEO

    “Eurovision 2019″da Azərbaycana 8-ciliyi qazandıran Çingiz Mustafayevdən yeni xəbərlər var.

    Median.Az xəbər verir ki, Təl-Əvivdə keçirilən 64-cü “Eurovision” müsabiqəsində ölkəmizi təmsil edən gənc müğənninin başına tale quşu qonub. Belə ki, müğənninin prodüserinin nömrəsinə yarışın finalı gecəsi 1200-dən çox zəng daxil olub. Onların əksəriyyətinin xarici şirkət nümayəndələri olduğu məlum olub.


    Çingiz “Zaurla Günaydın”da sabah Avstriya və ardınca Almaniyaya getməyə hazırlaşdığını bildirib. Müğənni səfərinin məqsədinin şirkətlərdən gələn təklifləri dəyərləndirmək olduğunu da açıq etiraf edib.

    Ətraflı videoda:

  • Ağdaşda kafe yandı

    Ağdaşda kafedə yanğın olub.

    Median.Az xəbər verir ki, rayonun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • МИД Азербайджана: Армения использует спорт как политический инструмент

    Армения использует спорт как политический инструмент, сказала глава пресс-службы МИД Азербайджана Лейла Абдуллаева, отвечая на вопрос спортивного корреспондента телеканала CNN по поводу неучастия игрока “Арсенала” армянского происхождения в финале Европейской лиги УЕФА в Баку и позиции МИД Армении в связи с этим, сообщает в субботу Trend.

    Она напомнила о гарантиях обеспечения безопасности всех участников соревнований и их болельщиков, данных УЕФА официальными структурами Азербайджана и Ассоциацией футбольных федераций страны, а также о неоднократно озвученной на уровне пресс-службы позиции МИД о несовместимости политики и спорта. Абдуллаева отметила, что заявление по этому вопросу МИД Армении – показатель того, что по причине внутренних проблем руководство этой страны использует спорт как политический инструмент. Она также назвала абсурдным обвинение Азербайджана в расизме со стороны моноэтничной Армении, осуществившей этнические чистки на оккупированных азербайджанских территориях. Абдуллаева напомнила, что Азербайджан известен во всем мире своими традициями терпимости и мультикультурализма.

    Глава пресс-службы МИД Азербайджана подчеркнула, что заявление Армении по поводу футбольного матча в Баку говорит о намерении использовать любые средства для оказания негативного воздействия на ход переговоров по мирному урегулированию нагорно-карабахского конфликта и желании даже добиться их отсрочки.

  • Azərbaycanda nadir idman obyekti tikilir (FOTOLAR)

    Gəncədə Olimpiya İdman Parkının inşası geniş vüsət alıb.

    Mövcud layihəyə əsasən Gəncə Olimpiya İdman Parkı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaq.

    Burada idmanın bir çox növləri ilə məşğul olmaq mümkün olacaq. Əsas idman sarayında 1500 nəfər tamaşaçı tutumlu idman salonu yerləşəcək. Həmçinin kompleks böyük üzgüçülük hovuzuna malik olacaq.

    Kompleksin əsas idman qurğusu 4 mərtəbəli olacaq. Binanın alt hissəsində 10 metrədək hündürlüyü olan zirzəmi otaqları yerləşəcək.

    Gəncə Olimpiya İdman Parkında beynəlxalq standartlara uyğun böyük futbol stadionu, basketbol, voleybol və tennis meydançaları inşa ediləcək. Kompleksin inşasının təməl işləri artıq başa çatıb. Obyektin hazır olacağı tarix növbəti mərhələlər başa çatdıqdan sonra bəlli olacaq. (oxu.az)

  • Külək Qusarda evlərin damını uçurub, rayon işıqsız qalıb

    Güclü külək Qusarda fəsadlara səbəb olub.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, nəticədə Qusar şəhər 2 saylı məktəbin dam örtüyü uçub.

    Rayonun bəzi kəndlərində külək yaşayış evlərinin damına ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.

    Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

  • Азербайджанский дзюдоист выиграл Гран-при Китая

    Азербайджанский дзюдоист Гидаят Гейдаров выиграл Гран-при Китая.

    Как передает Median.Az со ссылкой на Report, 22-летний спортсмен в весовой категории 73 кг одержал победу над всеми соперниками и поднялся на вершину пьедестала.

    Отметим, что в Китае борьбу ведут 298 дзюдоистов из 43 стран. Азербайджан представлен 6 мастерами татами на международном турнире.

  • Gündə nə qədər su içmək lazımdır?

    Gün ərzində az maye qəbulu özümüz də hiss etmədən bir çox problemlərə yol açır.

    Hətta ən azacıq susuzluq zamanı halsızlıq, yorğunluq kimi şikayətlər ortaya çıxır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, susuzluq dərəcəsi artdıqca orqanizmin bir sıra funksiyalarında pozulma yaranır.

    Gündə nə qədər su içmək lazımdır? Mütəxəssislərə görə, yetkin insanların su ehtiyacı normal halda ən azı 1600 ml olmalıdır.

    Sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir.

    Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, sağlam insan təxminən 2,7-3,7 litr su qəbul edə bilər. Çox isti bölgələrdə bu norma 5 litrə qədər dəyişir.

    Hesab olunur ki, çox isti havalarda, yayda su qəbuluna daha diqqətlə yanaşmaq lazımdır. Su əvəzinə qəbul edilən mayelər isə necə gəldi içilməməlidir, burada ölçünü itirmək olmaz.

    Suya alternativ olaraq tərkibi su ilə daha zəngin olan meyvə-tərəvəzlər, göyərtilər, məsələn, qarpız, yemiş, ispanaq tövsiyə olunur.

    Onlardan başqa, süd, meyvə suyu, mineral su da istifadə oluna bilər.

    Yüksək təzyiq, diabet, böyrək xəstəlikləri, ürək problemindən müalicə olunan xəstələr həkimlərin dediyi miqdarda su içməlidirlər.

    Bundan başqa, gərgin vəziyyətdə bir saat boyunca və daha çox idman edən şəxslər daha çox su və mineralla zəngin olan idman içkiləri qəbul etməlidirlər.

    Daha çox tərləyən şəxslər çox isti havalarda su qəbulunu artırmalıdırlar.

    Yüksək temperatur, ürək bulanma-qusma, ishal kimi hallarda bədəninin itirdiyi suyun yerinə daha çox içmək gərəkdir.

    Hamiləlik dövründə gündəlik qəbul edilən su miqdarı 2,5 litr, əmizdirmə zamanı 3 litr civarında olmalıdır.

  • “Azərişıq” Şimal regionunda pis hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlər görür

    Şimal regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 25-də axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

    Median.Az-ın məlumatına görə, bunu “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Quba, Qusar və Xaçmaz rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

    “Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, – deyə qurum rəsmisi qeyd edib.

  • Названы европейские страны с самыми дорогими и дешевыми отелями

    Эксперты проанализировали стоимость проживания в отелях Европы. Дешевле всего туристам обойдется ночь на Балканах, а вот за номер в отеле в Монако или в странах Северной Европы придется заплатить значительную сумму, сообщает OneTwoTrip.

    Для составления рейтинга эксперты сервиса посчитали среднюю стоимость одной ночи в отелях категории «четыре звезды». При этом учитывались все локации, где доступны варианты проживания заданной категории, а не только столицы.

    В список стран, где за проживание нужно отдать не более 3 500 рублей (54 AZN), попали не самые популярные у туристов направления – Северная Македония, Албания, Босния и Герцеговина. Также относительно недорого обойдется номер в гостинице в Молдавии, Чехии, Венгрии, Румынии, Болгарии.

    На первом месте среди стран с самой высокой стоимостью проживания – княжество Монако. За ночь в отеле категории «четыре звезды» здесь придется заплатить в среднем 23 тысячи рублей (355 AZN).

    Одна ночь в отелях Исландии, в основном сосредоточенных в столице, стоит около 11 тысяч рублей (170 AZN).

    На третьем месте расположилось небольшое княжество Лихтенштейн. Ночь в местном отеле обойдется в среднем в 10 тысяч рублей (155 AZN).

    В список стран, где средняя стоимость проживания в отеле довольно высока, вошли Дания, Швейцария, Финляндия, Нидерланды, Норвегия и Ирландия.