Month: May 2019

  • “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb

    “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Bankın uzunmüddətli defolt reytinqi (IDR) Sabit proqnozdan Pozitiv proqnoza dəyişdirilməklə “B-” səviyyəsində təsdiqlənib.

    Median.Az-ın banka istinadən verdiyi məlumata görə, “Fitch” hesab edir ki, növbəti 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankının kredit profili daha da yaxşılaşacaq. Agentliyin rəyinə görə, bankın uzun və qısamüddətli IDR reytinqləri, həmçinin dayanıqlılıq reytinqi bankın aktivlərinin aşağı risk səviyyəsində olmasını, yüksək likvidliyini və gəlirliliyinin artmasını əks etdirir.

    Açıqlamada o da göstərilir ki, 2018-ci ilin nəticələrinə görə bankın kredit portfeli 9% artmışdır. Agentlik ekspertlərinin fikrincə, yeni Strateji Planı üzərində işi başa çatdırıldıqdan sonra bankın kredit portfelinin artımı daha sürətlə davam edə bilər.

    Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, aşağı maliyyələşmə xərcləri, xərclərin optimallaşdırılması, mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərini daha da yüksəltmişdir. Beləliklə, Bankın əsas kapitalı “Fitch” agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib.

    “Fitch” ekspertlərinin təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyinin bağlanması halında bankın müvafiq reytinqləri yenidən yüksəldilə bilər.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.//ona.az

  • Məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı – YENİLƏNİB – FOTO

    21:48

    Sosial şəbəkə istifadəçiləri tərəfindən Qax rayonunda 1 saylı tam orta məktəbin sanitar qovşağının yararsız vəziyyətdə olduğuna dair fotolar paylaşılıb.

    Median.Az xəbər verir ki, iki yüzə yaxın şagirdin oxuduğu məktəbin direktoru Mədinə Heydərova oxu.az-a bildirib ki, sosial şəbəkələrdə məktəbə aid olduğu iddia edilən fotolar həqiqəti əks etdirmir:

    “Qeyd olunan məktəbin daxilində və həyətində təmir edilmiş tualet var. Şagirdlər əsasən məktəb daxilində olan tualtdən istifadə edirlər. Həyətdə yerləşən tualetin də fotoları yayılan tualetlə oxşarlığı ola bilməz”.

    ———
    16:22

    Sosial şəbəkələrdə Zaqatala rayonunda 1 saylı orta məktəbin yararsız vəziyyətdə olduğuna dair fotolar paylaşılıb. Məktəbdə yüzlərlə şagirdin oxuduğu, lakin istifadə edə biləcəkləri normal bir ayaqyolunun belə olmadığı iddia edilir.

    Median.Az xəbər verir ki, Zaqatala Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə məktəbə aid olduğu iddia edilən fotogörüntülər həqiqəti əks etdirmir:

    “Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin sanitar qovşağının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar tamamilə yalandır. Belə ki, qeyd olunan məktəb 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib, məktəbdə yeni istilik sistemi quraşdırılıb.

    Məktəbin sanitar qovşaqları tədris binasının daxilindədir və işlək vəziyyətdədir. Məktəbin həyətində sanitar qovşaq yoxdur. Yayılmış şəkillər və məlumatlar həqiqəti əks etdirmir”.

    Qeyd edək ki, sözügedən məktəbdə 528 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 77 müəllim məşğul olur.

    ——–

    11:54

    Zaqataladan olan İnqilab Soltanov adlı sosial şəbəkə istifadəçisi İnqilab Soltanov rayonun 1 saylı orta məktəbindən paylaşdığı fotolar daha bir biabırçı faktın üstünü açıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən məktəbdə ayaqyolu demək olar ki, yox vəziyyətdədir:

    “Yüzlərlə şagird bu ayaqyoludan istifadə edir. Görəsən məktəbin direktoru və müəllimlər bu ayaqyoludan istifadə edirlərmi. Çox acınacaqlı mənzərədir”.

    Maraqlıdır ki, İ.Soltanov bir neçə saat sonra fotoları silib.

  • Bakıda 2 dost küçədə tanışları tərəfindən qarət olundu

    Bakıda iki dost küçədə qarət olunub.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

    Bakı şəhər sakini Əhmədzadə Məhəmməd Şahin oğlu gecə saatlarında dostu Süleymanov Süleyman Akif oğlu ilə Nizami rayonu, Qara Qarayev prospekti 68 ünvanında olarkən əvvəllər tanıdığı Azər adlı şəxs onlara yaxınlaşaraq pul tələb edib.

    Dostlar ona pul verməkdən imtina edəndə Azər cibindəki bıçaqla S.Süleymanovu hədələyərək onun 105 manatını götürüb hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Aranda hava kəskin dəyişdi – “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

    “Azərişıq” ASC Mərkəzi Aran regionlarında güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür.

    Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-i axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

    Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

    “Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, – deyə qurum rəsmisi qeyd edib.

  • Bu meyvələri almayın! – Ekspertdən XƏBƏRDARLIQ

    Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.

    Median.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:

    “Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.

    Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.

    Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.

    Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir”.

    Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:

    “Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.

    Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur”.

    A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:

    “Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz”.

  • Azərbaycanda ilk dəfə banan yetişdirilib – VİDEO

    Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.

    Təsərrüfat sahibi “Report”un yerli bürosuna bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: “Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam. Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım. Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər”.

    Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.

  • Daşkəsənə dolu yağıb – FOTO

    Daşkəsən rayonuna güclü leysan və dolu yağıb.

    Daşkəsən rayonu leysan yağışının və dolunun güclü küləklə müşayiət olunması nəticəsində rayonunun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Küləyin təsirindən çoxlu sayda ağac aşıb.

    Havanın kəskin dəyişməsi səbəbi ilə əlaqədar qurumlara müvafiq tədbirlər görməyə başlayıb.
    Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Hazırda daxili imkanlar hesabına bərpa işləri görülür.

  • “Formula 2”: Mixael Şumaxerin oğlu Monakoda qəza törədib

    “Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer “Formula 2″nin Monakoda keçirilən 5-ci mərhələsində qəza törədib.

    Median.Az report-a istinadən xəbər verir ki, yarışın ilk bölümündə “5-lik”də yer alan 20 yaşlı sürücü pit-stopa ilk girənlərdən olub.

    Şumaxer bu zaman tıxacın yanından keçmək istəyib. Epizodların birində o, maşınını Tatyana Kalderonun avtomobilinə vurub və onun yolunu bağlayıb. Bu hadisəyə qırmızı bayraqa səbəb olub. Mik Şumaxer yarışı 14-cü pillədə bitirə bilib.

    Monako Qran-prisində “Formula-2” yarışının ilk qalibi ART komandasından Nik de Vris olub.

  • Полиция арестовала 30 человек на занятии йогой в Иране

    Полицейские Ирана произвели арест 30 мужчин и женщин во время частных занятий йогой.

    Спортивное мероприятие проходило в особняке в северной части города Горган. Одной из причин ареста стало отсутствие лицензии у преподавателя йоги, который проводил данный урок и активно рекламировал свои курсы в социальных сетях. Также, по данным прокуратуры, участники мероприятия вели себя неподобающе и не были одеты в подходящую для занятий одежду, что противоречило исламской идеологии

    Иранским законодательством запрещено проводить совместные уроки для мужчин и женщин. Преподавание йоги на профессиональном уровне также находится под запретом. Федерация «Спорт для всех» уже отправляла письмо в министерство молодежи и спорта страны с просьбой запретить занятие танцевальной аэробикой и зумбой.

    В стране существует практика публичных встреч любителей йоги и подпольных занятий данным видом спорта, что встречает неодобрение со стороны правительства.

    Прокуратура Ирана выразила недовольство недостаточному контролю за социальными сетями, через которые и происходит координация запрещенных занятий.

  • В центре Лиона прогремел взрыв

    Взрыв прогремел в центре французского города Лион (административный центр региона Овернь — Рона — Альпы).

    По информации BFM TV, инцидент произошел на улице неподалеку от площади Белькур. Указывается, что семь человек пострадали, в том числе ребенок. Чем именно вызван взрыв, пока точно неясно.

    В то же время Le Parisien отмечает, что пострадали шесть человек. Двое из них серьезно ранены.

    По непроверенной информации, сдетонировать могло небольшое взрывное устройство в свертке возле булочной на улице Виктора Гюго, пишет La Plume Libre на своей странице в Twitter. Отмечается, что оно могло быть начинено гвоздями, шурупами и болтами.

    В настоящее время район оцепили. На месте работают саперы и полицейские.