Month: May 2019

  • İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

    İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda istirahət günlərində gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

    Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin mayın 26-da axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq.Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

    Paytaxtda havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

  • Facebook планирует запустить криптовалюту GlobalCoin

    Сетевые источники сообщают о планах компании Facebook по запуску собственной криптовалюты в следующем году.

    Новая платежная сеть, охватывающая 12 государств, будет развернута в первом квартале 2020 года. Также известно о том, что тестирование криптовалюты под названием GlobalCoin начнется в конце 2019 года, сообщает 3DNews.

    Ожидается, что более детальная информация о планах Facebook появится летом этого года. В настоящее время представители компании консультируются с чиновниками из Министерства финансов США и Банка Англии, обсуждая вопросы регулирования. Также ведутся переговоры с компаниями, занимающимися денежными переводами, в том числе с Western Union. Это говорит о том, что компания ищет доступные и быстрые способы отправки денежных средств, которые могут использоваться клиентами, не имеющими банковских счетов.

    Проект по созданию платежной сети и запуску собственной криптовалюты носит кодовое имя Libra. О его реализации впервые было объявлено в декабре прошлого года. Новая платежная система позволит людям обменивать международные валюты на криптовалюту. Соответствующая ассоциация, которая займется выполнением поставленных задач будет организована в Швейцарии в ближайшее время.

    Специалисты расходятся во мнении о том, насколько успешным может оказаться новый проект Facebook. К примеру, исследователь из Лондонской школы экономики Гаррик Хайлеман (Garrick Hileman) считает, что проект по созданию GlobalCoin может стать одним из важнейших событий за всю недолгую историю криптовалют. По некоторым данным, в настоящее время по всему миру порядка 30 млн человек используют криптовалюты.

  • Qəbiristanlıqda bibisini öldürən şəxsə 19 il cəza verildi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 19 il azadlıqdan məhrum edilib.

    İttihama görə, ötən il Qubanın Slaboda qəsəbəsində qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq xüsusi amansızlıqla döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

    Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

  • Ucarda yol qəzası baş verib, xəsarət alanlar var – FOTO

    Ucar rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun 212 km-də – rayonun Müsüslü kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Qazax rayon sakini, 54 yaşlı Əsgərov Ədalət Vahid oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.

    Nəticədə sürücü və avtomobildə olan bacısı, 52 yaşlı Əsgərova Yeganə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda kişi qadını bıçaqlayaraq öldürüb

    Ağdam rayonunda kişi qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.

    Belə ki, rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Sadıq qızı Vəliyeva həmyerlisi Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev tərəfindən bıçaqla öldürülüb. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var

    Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qohum evliliklərinin yayılması genetik xəstəliklərə daha çox rast gəlinməsinə səbəb olur. Bu səbəbdən uşaqlıq dövründə görmə pozğunluğunun sayının artması müşahidə edilir.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Oftomologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova bu gün keçirilən “Oftalmologiyanın bu günü və gələcəyi” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Ümumimdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilən zəifgörmə və korluq terminləri görmə itiliyi və görmə sahəsinə əsaslanır. Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq yaşayır:

    “Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1,5-2 milyon arasında dəyişir. Dünyadakı korluğun içərisində uşaqçağı korluğu iki faizdir. Zəif görən insanların 4-12 faizini isə uşaqlar təşkil edir”.

    A.Əkbərova onu da qeyd edib ki, körpəlik və uşaqlıq dövründə vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə katarakta, anadangəlmə qlaukoma, çəpgözlük və s. kimi xəstəliklər vaxtında müalicə olunarsa, bu xəstəliklərdən meydana gələ biləcək zəifgörmə və korluğun qarşısı alına bilər.

    Ümumilikdə uşaqlarda zəifgörmənin əsas səbəblərinə kortikal görmə pozğunluğu, optik sinir xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə anomaliyalar və s. aiddir.

    Böyüklərdə olduğu kimi, uşaqlarda da zəifgörmə və korluğun yayılması cəmiyyətlərin inkişaf səviyyəsindən asılıdır. Yetkin insanlarla müqayisədə, uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir”.

    Həkim hesab edir ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaq funksional görmənin təkmilləşdirilməsi üçün müsbət imkanlar verir:

    “Məktəbəqədər 4-6 yaş dövründə reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür. Uşaqlar bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Məktəb illəri zəifgörmə cihazlarından ən təsirli istifadə edildiyi müddətdir. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövrdür.

    Qeyd edilən yaş qruplarında uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu dərk edir, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayırlar. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftomoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir”.

    A.Əkbərova son olaraq onu da əlavə edib ki, pedaqoq təhsil verməklə yanaşı, onun uşağın mövcud görmə funksiyaları və mümkün proqnoz haqqında ətraflı məlumatı olmalıdır:

    “Valideynlərin uşaqların reabilitasiya prosesini dəstəkləməsi, zəifgörmə cihazlarından necə istifadə etməsi, şəxsi qayğı və həyatlarının davam etdirilməsi istiqamətində bütün zəruri olan məlumatlar mütəmadi olaraq verilməlidir”.

  • Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib

    Yaponiyanın İmperatoru Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

    Sizə xoşbəxtlik, ölkənizin xalqına isə rifah arzulayıram”.

  • 200 manat almaq üçün hansı sənədlər lazımdır?

    Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün hansı sənədlər lazımdır?

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir:

    Yaşayış yerindən ailə tərkibi barədə arayış:
    Uşağın doğumu haqqında arayış:
    Doğum haqqında şəhadətnamə:
    Valideynlərin və uşağın şəxsiyyət vəsiqələri:
    Nikah haqqında şəhadətnamə:

    Xatırladaq ki, fevral ayından uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub.

  • Ekspert: Bəzi dərmanların qəbulundan sonra dənizə girmək olmaz – VİDEO

    İstirahət yerlərində təhlükəsizlik tədbirləri mövsüm başlamadan əvvəl görülməlidir. Respublikanın bütün çimərliklərində mütləq şəkildə maarifləndirici nişanlar qoyulmalıdır.

    Bu sözləri Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

    Onun sözlərinə görə, istirahət yerlərində qidalara da diqqət etmək lazımdır. Əks halda insanlar zəhərlənmə halları ilə qarşılaşa bilərlər.

    Ekspert deyir ki, çimərliklərdə boğulma halları tez-tez baş verir. Müsahibimiz bu cür vəziyyətlərdə insanların hansı təlimatları yerinə yetirməli olduğu barədə məlumat verib.

    Mütəxəssis bildirir ki, istirahət yerlərində azyaşlılarla böyüklərin eyni hovuzdan istifadə etməsi təhlükəlidir. Elmar Nurəliyev dənizdən çıxandan sonra yenidən hovuza girməyi məsləhət görmür.

    Daha ətraflı videosüjetdə:

  • FHN əməkdaşını həmkarlarının gözü qarşısında öldürüblər

    Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin xilasedicisi, 35 yaşlı serjant Emin Vəli oğlu Kərimovun qətlində 2 nəfər iştirak edib. Bu barədə Oxu.Az-a mərhumun qohumu məlumat verib.

    Qeyd edək ki, mayın 8-də Sumqayıt Regional İdarəsinin qarşısında Şəmsəddin İbrahimov Emin Kərimova hücum edərək onu qətlə yetirib.

    Bu gün qətlin təfərrüatları məlum olub. Belə ki, Şəmsəddin İbrahimov qətli tək başına həyata keçirməyib, kiçik qardaşı Yaşar İbrahimov da hadisə yerində olub. Qardaşlar FHN-in binasına yaxınlaşanda E. Kərimov işdə olub. Şamil İbrahimov serjanta zəng vuraraq, onu danışmaq üçün küçəyə çağırıb.

    Küçədə onlar arasında dava düşüb və mərhum müqavimət göstərərkən Yaşarın qolunu qırıb, lakin özünü bıçaq zərbəsindən qoruya bilməyib. Qətli törətdikdən sonra qardaşlar qaçaraq yolu keçiblər və onları gözləyən avtomobilə minərək aradan çıxıblar.

    Hadisəyə şahid olan FHN əməkdaşları avtomobili izləyərək onları saxlaya biliblər. Qardaşlardan biri FHN əməkdaşlarına da hücum etmək üçün bıçaq çəksə də, onu zərərsizləşdirmək mümkün olub.

    “Saxlanılan şəxs qətli namus üstündə törətdiyini bildirib. Lakin bu yalandır, mövzu tamamilə başqadır. Lakin biz istintaq sirrini yaymamaq üçün hələlik bu barədə danışa bilmirik. Qatil belə deməklə özünə haqq qazandırmaq istəyib”,- deyə Oxu.Az-ın müsahibi bildirib.

    Verilən məlumata görə, böyük qardaş qətli kiçik qardaşın təhriki ilə törədib. E. Kərimovla qatil qardaşlar arasında şəxsi zəmində uzun müddətdir ədavət olub.

    Maraqlıdır ki, qolu sınan Yaşar İbrahimovun aldığı xəsarət yüngül olsa da, o hələ də xəstəxanada yatır.