Month: May 2019

  • Fransada partlayış olub – Yaralılar var

    Fransanın Lion şəhərinin mərkəzində partlayış olub, yaralıların olduğu bildirilir.

    İnsident Belkur meydanı yaxınlığında baş verib. Partlayışa nəyin səbəb olduğu məlum deyil.

    “Le Parisien” 6 nəfərin yaralandığını bildirib. Onlardan ikisinin vəziyyəti ağırdır.

    İlkin məlumatlara görə, hadisə içərisi mıx, vint və digər metal qırıntıları ilə doldurulmuş əldəqayırma qurğunun partlaması nəticəsində baş verib.

  • “WhatsApp” istifadəçilərinin işini daha da asanlaşdıracaq

    Demək olar ki, hər gün bir yeniliyə imza atan “WhatsApp” platforması istifadəçilərin işini asanlaşdırmağa hazırlaşır.

    Median.Az axşam.az-a istinadən bildirir ki, artıq “WhatsApp”ın “Android” əməliyyat sistemindən olan yeni versiyasında paylaşdığını hekayələri avtomatik olaraq “Facebook”a bağlamaq mümkün olacaq.

    Beləliklə, siz istədiyiniz zaman eyni anda iki sosial şəbəkədə paylaşım edə biləcəksiniz.

    Qeyd edək ki, ötən gün sosial şəbəkə rəsmiləri 2020-ci ildən hekayələr bölməsində reklam yerləşdirəcəkləri barədə məlumat vermişdi.

  • İnterpol Bakıda qətl törədən azərbaycanlı barədə beynəlxalq axtarış elan etdi

    İnterpol Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsi axtarışa verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, axtarışa verilən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Xalid Tağıyev qəsdən adam öldürməkdə günahlandırılıb.

    X.Tağıyev barəsində cinayət işi başlansa da, o, istintaqdan yayınıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və barəsində axtarış elan edib.

    İnterpol həmin qərar əsasında X.Tağıyev barəsində beynəlxalq axtarış elan edib.

  • Хирурги исправили руки девочки с 14 пальцами

    В Китае прооперировали трехлетнюю девочку, родившуюся с 14 пальцами.

    У ребенка оказались по два лишних пальца на каждой руке. Кроме того, кисти друг от друга отличались: два левых пальца срослись, а правые – выросли из большого пальца. В ее семье такое отклонение наблюдалось на протяжении пяти поколений.

    Девочке провели операцию в центральной больнице медицинского колледжа Шэньяна в северо-восточной провинции Ляонин.

    Хирург Чжан Цзе признался, что пациенты с такими проблемами к нему поступают нечасто.

    «Операция осложнялась тем, что было непонятно, какие пальцы лучше сохранить, а какие – убрать», – рассказал он.

  • Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib – FOTO

    Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında komanda hesabı ilə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, komanda hesabı üzrə qaliblər 5 ən yaxşı çıxışa görə müəyyən edilib.

    Kürsünün yuxarı pilləsinə Rusiyanın gənclər komandası çıxıb. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Macarıstan komandaları qərarlaşıb.

    Qaliblərə mükafatları Avrop Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə texniki komitəsinin rəhbəri Mariya Kristina Kazentini, UEG-in aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Alina Draqan, Azərbaycan Gimnastika Federasiyasının meneceri Mehman Əliyev təqdim edib.

  • Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi xəbərdarlıq: “Sonrakı peşmançılıq fayda vermir”

    Qadınlar ailə qurmaq istədikləri əcnəbi şəxslər haqqında məlumat almaq üçün səfirliyə sorğu göndərməlidirlər.

    Son illər Azərbaycanda ölkə vətəndaşlarının xarici vətəndaşlarla nikaha girmə halları çoxalıb. Xüsusilə azərbaycanlı qadınlar əcnəbi kişilərlə ailə qururlar. Müxtəlif ölkə vətəndaşları ilə ailə quran qadınların əksəriyyəti, təbii ki, xoşbəxt, qayğısız həyat arzusu ilə izdivaca girir.

    Təəssüflər olsun ki, bəzi hallarda bu arzuları, necə deyərlər, “gözlərində qalır”, xoşbəxtlik ümidi ilə çıxdıqları yolda bədbəxtliklə üzləşirlər. Qısa müddətdən sonra məlum olur ki, nikaha girdikləri bəyin öz ölkəsində və ya başqa bir respublikada ailəsi, hətta övladları var. Nəticədə də problemlər böyüyür və qadın boşanmağa məcbur olur.

    Maraqlıdır, qadınlarımız belə xoşagəlməz halların baş verməməsi üçün əvvəlcədən nələrə diqqət etməlidirlər? Hər hansı bir qadın nikaha girəcəyi əcnəbinin ailəli olub-olmadığını necə öyrənə bilər? Bunun üçün hansı qurumlara müraciət etmək lazımdır? Milli.Az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı mütəxəssislərlə bu suallara cavab tapmağa, qadınlarımız üçün hələ də qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb.

    Vəkil olaraq belə hallarla ara-sıra qarşılaşdığını deyən hüquqşünas Elyar Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi bir şəxsin, eyni zamanda iki şəxslə nikaha daxil olmasını qadağan edir: “Əgər adam evli ola-ola ikinci şəxslə qeyri-qanuni yolla ailə qurubsa, ikinci nikah etibarsız sayılır. Beləliklə, ikinci nikah ləğv edilir”.

    E.Həsənov qeyd edib ki, əgər başqa ölkənin vətəndaşı Azərbaycana gələrək burada Azərbaycan vətəndaşı ilə nikaha girmək istəyirsə, o, vətəndaşı olduğu ölkədən subay olub-olması haqqında arayış gətirir. Və bundan sonra nikah bağlanılır.

    O, problemlərin hansı səbəbdən qaynaqlandığına da aydınlıq gətirib: “Dünyada 300-ə yaxın ölkə mövcuddur, hər ölkənin də bir qanunu var. Ən çox problemlər də buna görə yaranır. Məsələn, ABŞ vətəndaşı gedib başqa ölkədə nikaha girir, amma bu barədə ABŞ-a məlumat vermir. Ona görə də ABŞ sənədlərində subay görünür. Daha sonra gəlir Azərbaycana, buraya da ABŞ-dan subay olması barədə arayış gətirir və evlənir”.

    Hüquqşünas Azərbaycan vətəndaşının evli olduğu halda, xaricə gedib əcnəbi ilə ailə qurmasından da danışıb: “Hər bir dövlətin öz qanunları var. Təbii ki, evli olan azərbaycanlı subaylıq barədə arayış tələb olunan ölkələrdə yenidən evlənə bilməz. Amma hansı ölkədə ki, qanununda bu nəzərdə tutulmayıb, orada evlənə bilər”.

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi rəhbəri Mehriban Zeynalova da buna bənzər halla qarşılaşdığını bildirib: “Qadınlara xarici vətəndaş evlilik təklif edəndə çox sevinirlər. Elə bilirlər ki, getsələr, dünya onların olacaq. Heç nəyi araşdırmadan ailə qururlar, sonra problemlər yaranır”.

    O qeyd edib ki, qadınlar ailə qurmaq istədikləri əcnəbi şəxslər haqqında məlumat almaq üçün səfirliyə sorğu göndərməlidirlər: “Bu zaman onlar kiminlə ailə qurduqlarını anlayacaqlar. Bir qadına Türkiyə vətəndaşı elçi düşmüşdü. Bizim təkidimizlə səfirliyə sorğu göndərdi. Məlum oldu ki, adam cinayətkar olub. Qadın onun evlilik təklifinə rədd cavabı verdi”.

    Zeynalova onu da əlavə edib ki, əcnəbilərlə nikaha girməkdən əlavə, onlarla qeyri-rəsmi şəkildə ailə quran qadınlarımız da var: “Onlar problemlərlə üzləşirlər. Ona görə də qadınları bu məsələ barədə maarifləndirmək lazımdır. Qadınlar öz hüquqlarını bilməyənə qədər həyatları ilə risk edəcəklər”.

  • Сын Бриллиант Дадашевой обратился к Генриху Мхитаряну – ВИДЕО

    Сын известной азербайджанской певицы Бриллиант Дадашевой Джахад Гаджиев опубликовал видеообращение к армянскому футболисту «Арсенала» Генриху Мхитаряну.

    «Мхитарян, что же ты всем решил праздник испортить? Посол Таир Тагизаде лично тебе гарантировал безопасность. До тебя множество армянских спортсменов приезжали в Баку и целыми и невредимыми возвращались домой. Ты хочешь быть в центре внимания? Но в центре внимания финал Лиги Европы. Я видел в Манчестере рекламные щиты, на которых было написано «армянский герой». Основная черта героя – храбрость. Ее у тебя нет. Ты – трус», – cказал Д.Гаджиев.

  • Новый поезд “Махачкала – Баку” будет запущен осенью

    Новый поезд по маршруту Махачкала – Баку запустят осенью 2019 года. Планируется, что это будет ночной экспресс.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила пресс-служба администрации главы и правительства Дагестана со ссылкой на начальника Северо-Кавказской железной дороги (СКЖД) Владимира Пястолова.

    “В этом году у нас будет абсолютно новое расписание движения в Баку. Мы договорились осенью открыть международный маршрут “Махачкала – Баку, ночной экспресс”, где будут новые комфортабельные вагоны СВ и удобное расписание. Мы создадим комфортные условия, чтобы жители республики могли сесть в комфортабельный вагон, например, в 20:00 в Махачкале и выйти около 7:00 утра в Баку”, – цитирует пресс-служба Пястолова.

    По его словам, ночной экспресс свяжет две столицы и повысит комфорт переезда в Баку и обратно.

    Ранее ТАСС сообщал, что власти Дагестана рассчитывают в 2019 году начать организацию скоростного пассажирского сообщения по маршруту Махачкала – Дербент – Баку с оформлением таможенного досмотра в пункте отправления.

    Вопрос нового железнодорожного сообщения по маршруту Махачкала – Баку рассматривался властями Дагестана и РЖД в начале апреля 2018 года. В конце октября 2018 года сообщалось, что Дагестан и Азербайджан свяжет постоянное железнодорожное сообщение. Кроме того, ранее сообщалось, что между Махачкалой и Баку планируется запустить прямой авиарейс.

  • Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər

    Bu ilin payızında Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz Dəmir Yolu İdarəsinin rəisi Vladimir Piastolov məlumat verib.

    Bildirilib ki, payızdan etibarən iki şəhər arasında rahat SV vaqonlarından ibarət qatarın sərnişinlər üçün əlverişli cədvəl əsasında hərəkəti nəzərdə tutulur. Belə ki, qatar axşam yola düşüb səhər tezdən mənzil başına çatacaq.

    Qeyd edək ki, Mahaçqala ilə Bakı arasında qatar reysinin açılması məsələsi hələ 2018-ci ilin aprel ayından gündəmdədir. Həmçinin Azərbaycanla Dağıstan paytaxtları arasında birbaşa təyyarə reysinin də açılması bir müddət əvvəl gündəmə gətirilmişdi.

  • Kürdəmirdə 78 yaşlı qadını it dişləyib

    Kürdəmir rayonunda 78 yaşlı qadını it dişləyib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Səbirə Soltan qızı Dadaşovanı it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.