Bakı polislər ana və körpəsini xilas etdilər – FOTO

Səbail RPİ-nin Post-Patrul Xidməti və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yılxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar.

Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməkliyi ilə 2 saylı Poliklinikaya çatdırlıb.

Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *