“Arsenal”ın oyunçusu azərbaycanlılara səsləndi – QARDAŞLARIM…

“Arsenal” klubunun aparıcı oyunçusu Məsut Özil rəsmi Twitter hesabından azərbaycanlılara müraciət edib.

Median.Az xəbər verir ki, futbolçu, “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”, – deyə sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, mayın 29-da Bakının Olimpiya Stadionunda Arsenal-Çelsi futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *