Month: June 2019

  • Azərbaycanda sakinlər evə hücum edib, baş həkimi döydülər

    Füzuli rayonunda kəndlilər baş həkimə hücum ediblər.

    Median.Az-ın”Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 1966-cı il təvəllüdlü Natiq Şükürov özü polisə şikayət edərək bu barədə məlumat verib. O bildirib ki, yaşadığı Böyük Bəhmənli kəndindəki evinə gələn bir qrup kənd sakini ona fiziki təzyiq göstərərək təhqir edərək nalayiq ifadələr işlədiblər. Daha sonra isə oğlu, 26 yaşlı Araz Şükürovu isə döyüblər.

    Şikayətlə bağlı araşdırma aparılır.

  • Мужчина пытавшийся убить знакомого из обреза осужден на 9 лет 6 месяцев

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя Агдамского района Эльнура Алиева (1979-го года рождения), обвиняемого по статье 29,120.1 (покушение на умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, 10-го ноября прошлого года в общежитии вынужденных переселенцев “Bakı Tikiş Evi”, расположенном на улице братьев Мардановых, 119 произошел вооруженный инцидент. Проживающий в Апшеронском районе Эльнур Алиев произвел выстрел из охотничьего ружья в Намика Наджафова, вследствии чего потерпевший был доставлен в Клинический Медецинский центр и прооперирован.

    Убежавший с места происшествия Эльнура Алиева вскоре задержали сотрудники патрульно-постовой службы (ППС) Насиминского РУП.

    Cуд приговорил обвиняемого к 9 годам 6 месяцам лишения свободы.

  • Bakıda tanışını oldu silahla öldürmək istəyən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Elnur Əliyevin (1979-cu il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, silahlı insident ötən il noyabrın 10-da Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsi, 119 yerləşən və məcburi köçkünlərin məskunlaşdığı “Bakı Tikiş Evi”nin yataqxanasında, Abşero rayonunda yaşayan Elnur Əliyev Namiq Nəcəfova, öldürmək məqsədilə lüləsi və qundağı kəsilmiş ov tüfəngindən atəş açıb. Ağır yaralanan Nəcəfov Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.

    Əliyev cinayəti törədib, hadisə yerindən qaçsa da, post-patrul xidmətinin (PPX) əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı o bildirib ki, Nəcəfov sözügedən yataqxananın yanındakı çayxananı işlədir, amma onu aralarındakı ədavətə görə ora buraxmır. Əliyev bir dəfə Nəcəfov və onun dostları tərəfindən təcavüzə məruz qalıb. Baş vermiş növbəti ixtilafdan sonra Elnur evə qaçaraq silahı götürüb və çayxanaya qayıdaraq, Namiqə atəş açıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

  • В Азербайджане откроются 5 региональных центров «ASAN Xidmət»

    «До конца этого года будут открыты еще 5 региональных центров «ASAN Xidmət».

    Как передает Median.Az, об этом АПА сообщил председатель Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики Ульви Мехтиев.

    По его словам, эти центры будут функционировать в Шамахы, Балакяне, Кюрдамире, Товузе и Агджабеди: «В тоже время по поручению президента Ильхама Алиева и в Баку будет открыто два центра. В связи с этим ведутся работы, в следующем году и эти центры начнут свою деятельность».

  • Restoranlar müştərini necə aldadır? – VİDEO

    Paytaxtdakı istirahət mərkəzlərindən birində xidmət haqqına görə əlavə pul alınıb. 51 manatlıq sifariş verən müştəriyə yekun olaraq 73 manatlıq hesab gəlib. Vətəndaşdan əlavə 22 manat pulun çıxılmasını əks etdirən hesabın fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    Sakin: “Məncə o restoranın müdiriyyətindən asılı olan bir şeydir. Yəni onu heç kim məcbur edə bilməz ki, bu xidmət haqqını ödəməlidir, yoxsa yox. Restoranda o xidmət haqqı ödənilməsi barədə məlumat verilərsə, ödənilməlidir”.

    Bəs Azərbaycanda müştəridən hesabdan əlavə xidmət haqqı çıxılması qanunla tənzimlənirmi? AİB sədri Eyyub hüseynov deyir ki, ölkəmizdə mal və xidmətlərin satışı üçün qiymətlərin tənzimlənməsi mexanizmi yoxdur. Dövlət müəssisələrində mal və xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən təznimlənir. Digər bazar iqtisadiyyatı subyektlərinin müəyyən etdiyi qiymətlərə dövlətin hansısa formada müdaxilə etmək imkanı yoxdur.

    Ekspertlərin sözlərinə görə hələ bu harasıdır. Bəzi kafe və restoranlarda ödənişlər oturduğun stolun olduğu yerə görə dəyişir. Bəli, əgər sənin oturduğun masa pəncərənin yanında dənizə baxırsa, sən sonda ödəniş edərkən, oturduğun stola görə də əlavə ödəniş etməlisən.

    Eyyub Hüseynov – AİB Sədri: “Üzü dənizə tərəf oturmusansa, 20 manat pul ver. Biznes etikasına zidd olan bir məsələdir. Həmin ərazi biznes qurumun ərazisidir. Ola bilər ki, öncədən bunu istehlakçıya deməklə bəlkə də buna biraz haqq qazandırmaq olar. Düşünürəm ki, Azərbaycanda biznes qurumlar üçün yaradılmış kifayət qədər rahat şəraitdən biznes qurumlar sui-istifadə edirlər”.

    Ekspertlərin sözlərinə görə, dünya təcrübəsində, adətən, xidmət haqqı ümumi hesabın 10 faiz dəyəri ilə ölçülür. Xüsusilə də iaşə obyektlərində təklif edilən məhsullara qiymət və xidmət haqqı mövcuddur. Məsələn, menyunun dəyəri 30 manatdırsa, bu zaman əlavə 3 manat xidmət haqqı müəyyənləşdirilir. Amma bu, qanunvericiliklə tənzimlənə bilən bir qiymət deyil. Ölkəmizdə isə qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarların sayı kifayət qədərdir. Bu da təklifin azlığından, biznes təfəkkürünün tam təşəkkül tapmamasından, uzunmüddətli inkişaf strategiyasının olmamasından qaynaqlanır.

  • У жителя Ленкорани и Шеки изъяли крупную партию наркотиков

    Как сообщает Median.Az, сотрудники Южного регионального отдела Главного управления по борьбе с наркотиками (ГУБН) МВД задержали жителя села Веравула Ленкораньского района Э.Шахбазова, у которого в дворовом участке обнаружили 67 кустов конопли, а в доме 290 грамм марихуаны.

    Кроме этого, сотрудники Имишлинского РОП в результате проведенной операции задержали жителя г.Шеки О.Мамедова, у которого обнаружили 1 кг 645 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела.

  • Lənkəran və Şəki sakinlərindən külli miqdarda narkotik götürülüb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayonun Veravul kənd sakini E.Şahbazova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu, yaşadığı evdən isə 290 qram marixuana aşkar edilib.

    Bundan başqa, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəki şəhər sakini O.Məmmədovdan 1 kq. 645 qram marixuana götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Мать парализованного 28-летнего парня обратилась к Президенту – ВИДЕО

    Мать Сеймура Ализаде, которого несколько месяцев назад парализовало после неудачной операции, проведенной в Центральной больнице Массалинского района, обратилась к Президенту Азербайджана Ильхаму Алиеву и к Первому вице-президенту Мехрибан Алиевой. Несмотря на то, что с момента операции прошло достаточно много времени, состояние Сеймура Ализаде не улучшается. Врач Фахраддин Назарли, оперировавший больного, не интересуется его состоянием и не отвечает на телефонные звонки. 28-летний Сеймур в следующем месяце станет отцом, сообщает baku.tv.

    Мать Сахиба Алиева жалуется на равнодушное отношение докторов и просит помощи у главы государства и у Мехрибан ханум:

    «Мой сын через 10 дней станет отцом. Я не могу больше переносить эту боль. Сеймур уже два месяца не может встать с постели. Врач Фахраддин Назарли ни разу не поинтересовался его состоянием. Я прошу Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиеву помочь моему сыну встать на ноги. Помогите вернуть к жизни этого молодого человека. Мы потратили на лечение более 30 тысяч манатов. Скоро мой сын станет отцом. Я прошу помочь моему сыну обрести здоровье».

  • Səhv əməliyyata görə iflic olan Seymurun son vəziyyəti: Prezidentə müraciət – VİDEO

    Bir müddət əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan yanlış əməliyyat nəticəsində iflic olan Seymur Əlizadə haqqında məlumat vermişdik.

    Hadisənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, xəstənin vəziyyətində heç bir dəyişiklik yoxdur. Çünki əməliyyat edən cərrah Fəxrəddin Nəzərli nə xəstənin vəziyyətinin normallaşmasına yardım edir, nə də telefonlara cavab verir. Çıxılmaz vəziyyətdə qalan xəstənin anası Sahibə Əliyeva da övladının sağalmasına hələ də ümidini üzməyib.

    Gələn ay ata olacaq Seymur Əlizadə isə uşağının səsini eşitmək, onunla oynamaq istəyir.

    Qeyd edək ki, əməkdaşlarımızın mövzu ilə bağlı hazırladıqları süjet sosial şəbəkələrdə də diqqət çəkib və paylaşılıb. Belə ki, Xalq artisti Brilliant Dadaşova “Instagram” hesabında foto paylaşaraq həkimlərdən şikayətlənib və Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

    Bu müraciətə qoşulan xəstənin anası Sahibə Əliyeva Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

  • В поселке Баил “КАМАЗ” задавил рабочего

    Как сообщает Median.Az, накануне в поселке Баил Сабаильского района на строительной территории автомашинга марки “КАМАЗ”, управляемая жителем столицы М.Абдуллаевым двигаясь в заднем направлении задавила рабочего, жителя г.Шеки Фазиля Сеидова.

    Из-за полученной тяжкой травмы потерпевший скончался на месте происшествия.

    По факту ведется расследование.