Month: June 2019

  • Ağstafada ağır qəza – 2 ölü, 2 yaralı

    Ağstafa rayonunda ağır yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri – 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov və 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıblar.

    Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

    Ölənlərin isə Cəsur İbrahim oğlu Ağayev və Fərhad İsmayıl oğlu Əliyev olduğu müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.

  • Erməni girovluğundan azad olunan Qazax sakini yaxın günlərdə xəstəxanadan evə buraxılacaq – FOTO – VİDEO – YENİLƏNİB

    Girovluqdan azad olunan azərbaycanlı Elvin İbrahimov hazırda Qazax Müalicə Diaqnostika Mərkəzindədir.

    Oxu.az-ın bölgə müxbiri Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimovdan onun vəziyyətini öyrənib.

    Baş həkim deyib ki, onun durumu kafi qiymətləndirilir:

    “Qazax rayon Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu girovluqdan azad olunaraq bu gün buraya gətirilib. Vəziyyəti kafidir, hazırda həkimlərimizin nəzarəti altında tibbi müayinə aparılır. Həyatı üçün heç bir təhlükə yoxdur. Yaxın zamanlarda evinə buraxılacaq”.

    Xatırladaq ki, cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazaxın Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq, qarşı tərəfə keçən E.İbrahimov erməni hərbçilər tərəfindən açılan atəşlə yaralanıb girov götürülmüşdü.

    Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı o, geri qaytarılıb.

  • Xəstəxana ruhi xəstədən imtina etdi: nazirlik işə qarışdı – VİDEO

    Bakıda ruhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb.

    Median.Az xəbər verir ki, bununla bağlı Oxu.Az məlumat yayıb.

    Məlumata görə, səhhəti pisləşən qadın akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib.

    Bu zaman xəstəxanada qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, insidentdən dərhal sonra xəstəxana rəhbərliyi ilə əlaqə yaradılıb.

    Məlum olub ki, həmin qadın demensiya xəstəliyindən əziyyət çəkir.

    Nazirlikdən bildirilib ki, o, xəstəxanaya qəbul edilib və hazırda Nevroloji şöbədə müalicə alır.

    Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.

  • Hər il 10 gəncə on min manat veriləcək

    Azərbaycanda ildə bir dəfə 10 gəncə Prezident Mükafatı veriləcək.

    Median.Az-ın məlumatına görə, bununla bağlı Prezident ilham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

    Mövcud sənəddə qeyd edilib ki, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilir.
    Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.

  • Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı

    Azərbaycan qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.

    Median.Az xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə həmyerlisi ukraynalı Oksana Livaçla üz-üzə gəlib və ona 7:1 qalib gəlib.

    Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər – Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl medal əldə edə bilib.

    Bu gün həmçinin Elmira Qəmbərova final, Alyona Kolesnik və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.

  • Nazirlik Oğuzdakı canavara görə dərhal hərəkətə keçdi

    Oğuzda canavarın insanlara hücumu ilə əlaqədar işçi qrupu yaradılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, Oğuz rayonunun Xaçmaz kəndində canavarın hücum etməsi ilə bağlı nazirlik tərəfindən həvəskar ovçulardan ibarət işçi qrupu yaradılıb.

    Hazırda sözügedən ərazidə işçi qrupu tərəfindən vəhşi heyvanın zərərləşdirilməsi məqsədilə tədbirlər görülür.

    Qeyd edək ki, bu gün günorta saatlarında Xaçmaz kəndində canavar əvvəlcə iri və xırdabuynuzlu heyvanlara, daha sonra qarşısına çıxan kənd sakinlərinə hücum çəkib.

    Nəticədə, ikisi uşaq olmaqla dörd nəfər ağır xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

  • Bakıda itkin düşən şəxsin 2 aydan sonra meyiti tapıldı

    Bakıda iki ay əvvəl itkn düşən şəxsin meyiti tapılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, paytaxtın Sabunçu rayon sakini Pəncəliyev Elşən Əliheydər oğlu bu il aprelin 19-da itkin düşüb.

    İyun ayının 10-da isə Abşeron rayonu, Novxanı kəndi ərazisində meyit tapılıb. Araşdırmalar zamanı məlum olub ki, tapılan meyit E.Pəncəliyevindir.

    Meyit ailəyə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

  • Demə, görmə qabiliyyətinin zəifləməsinin səbəbi bağırsaqlar imiş

    Təəssüf ki, günümüzdə kompüter və smartfonların təsiri nəticəsində görmə problemi geniş yayılıb, erkən yaşlardan gənclərin gözü zəifləməyə başlayır.

    Ayuverdaya (sanskritcə, “ayur” – uzunömürlülük və “veda” – bilik, hərfi mənada – uzunömürlülük haqqında elm deməkdir. Hinduizm çərçivəsində formalaşmış və Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemidir) görə, görmə qabiliyyətinin zəifləməsinin kökü xüsusilə gənc yaşlarda bağırsaqlarda yerləşir.

    Qəbzlikdə bağırsaqların gec və ya yarımçıq boşalması gözlərin görmə qabiliyyətini zəiflədir. Bu problemin digər səbəbləri Ayurveda baxımından xroniki hipotermiya və sinir yorğunluğudur.

    Median.Az publika.az-a istinadən oxuyucuları Ayuverdaya əsasən, gözlərin görmə qabiliyyətini yaxşılaşdıran üsullarla tanış edir.

    Görmə kəskinliyini qorumaq üçün gündə 2 dəfə 20 ml təzə embilka (Dərman fillantusu) meyvə şirəsi qəbul edilməlidir.

    Bal ilə qarışdırılmış istiotun daxilə müntəzəm qəbulu görmə qabiliyyətini tez bərpa edən unikal bir vasitədir.

    Gözləriniz zəifləyibsə, ayağınızı xardal və ərinmiş kərə yağı ilə ovun.

    A vitamini ilə zəngin olan manqo meyvələri görməyə faydalı təsir göstərir. Gözlərdə gərginlik yaranıbsa, bu halda mövsüm boyunca manqo meyvəsi yemək tövsiyə olunur.

    Qızılgül yarpaqlarından əldə edilən təzə meyvə suyu görmə qabiliyyətini yaxşılaşdırır. Gül suyunun kompresi də gözlərə yaxşı təsir edir.

    Əgər gözlər zəifləyibsə, gündə iki dəfə qaşığı inək südüylə birlikdə bir çay biyan bitkisini qəbul etmək lazımdır. Həmçinin biyanı balla və ya ərinmiş kərə yağıyla qarışdırmaq olar. Bu, gözlərin sağlamlığı üçün çox güclü vasitədir.

    Ayurveda göz qulluğu

    Qədim dövrlərdə görmə qabiliyyətini gücləndirmək üçün ayuvedalar məsləhət görürdü ki, gözləri tez-tez yuyun. Gözləri hər gün soyuq suyla yumaq dişləri fırçalamaq kimi eyni prosedur olmalıdır.

    Ayurveda məsləhət görür: gözlərinizi yumağa başlamazdan əvvəl ağzınızı su ilə doldurun. Bu, gözlərin şişməsinə səbəb olur və daha yaxşı yuyulur. Gözlərinizi yumaq üçün üzünüzə və gözlərinizə 10-15 dəfə sərin və ya ılıq su çiləyin. İşdən və ya məktəbdən evə qayıtdıqda gözlərin yuyulması proseduru axşam saatlarında təkrarlanmalıdır.

    Və əlbəttə ki, Ayurveda bu tədbirləri gözlər zəiflədikdən sonra deyil, əvvəlcədən profilaktika üçün etməyi məsləhət görür. Yadda saxlayın ki, gözlər zəifləyibsə, bunun üçün ciddi həkim müalicəsi tələb olunur. Yuxarıda sadalananlar sizə sadəcə gözlərin zəifləməsinin qarşısını almağa və bu prosesi ləngitməyə kömək edə bilər.

    Ayuverdaya görə, göz problemlərinin qarşısını almaq üçün sadə təlimlər aparmaq lazımdır.

    Göz məşqləri

    1. Kresloda düz oturun. Kürək, boyun və baş eyni xətt üzrə olmalıdır. Düz baxın, düz nəfəs alın. Bu bir hazırlıq pozasıdır.

    2. Gözlərinizi tavana doğru qaldırın və 2 saniyə saxlayın. Aşağıya baxın və 2 saniyə belə qalın. Başlanğıc mövqeyə qayıdın, gözlərinizi 2 saniyə bağlayın.

    3. Gözünüzü mümkün qədər uzağa zilləyərək 2 saniyə sağa baxın. Sonra 2 saniyə sola baxın. Düz yola baxın.

    4. 6-8 saniyə gözləri bağlayın.

    5. Bu bir kurs təşkil edir. 2-3 kurs ilə başlayın və 4 kursa qaldırın.

  • Məşhur istirahət mərkəzlərinin sahibləri cəzalandırıldı – FOTO

    Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçirib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən ” 1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

    Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.//milli.az

  • Rəqqasə Renka həmkarını məhkəməyə verir

    Rəqqasə Renka və Aygün arasındakı mübahisə yenidən alovlanıb.

    Median.Az-ın lent.az-a istinadən məlumatına görə, rəqqasə Elgiz Əkbərin “Səhər-Səhər” verilişində həmkarı Aygünün onun haqqında “məndən bir manat pul istəyirdi, acından ölürdü” sözlərinə sərt şəkildə cavab verib.

    O, rəqqasə Aygün haqqında bu sözləri deyib:

    “Mən heç vaxt o xanımdan pul istəməmişəm. Onun psixi problemləri var. Harada oturur məndən danışır. Keçmişini yaxşı bilirəm, ağzımı açsam onun üçün pis olar. O xanımı məhkəməyə verəcəm”.