Month: June 2019

  • Uşağı qıc olan ata üzərinə benzin tökərək özünü yandırdı – Azərbaycanda şok hadisə

    Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

    Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Bakıda ana iki uşağı ilə birlikdə yoxa çıxıb

    Bakıda ana iki uşağı ilə birlikdə yoxa çıxıb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Binəqədi rayon sakini Mahir Qamboyev rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1986-cı il təvəllüdlü Həlimə Qamboyeva, övladları – 2007-ci il təvəllüdlü Günay və 2010-cu il təvəllüdlü Yusiflə birlikdə evdən çıxıb geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qız internetdə tanış olduğu oğlanı stula bağladı və … – BAKIDA FİLM KİMİ OLAY

    İnternetdə tanış olduğu oğlana qarşı quldurluqda və hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən Maya Qasımova və onun tanışları Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın məhkəməsi başa çatıb.

    Median.Az “Bakupost”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə görə, M. Qasımova 10 il 6 ay, O. Hüseynov, İ. Kərimov, E. Osmanov 11 il, S. Heydərova isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, ötən il yanvarın 25-də Yasamal rayon Polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb.

    Cibindəki 150 manatı və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov “isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

    Daha sonra dəstənin digər üzvləri – M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.

    Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib.

    Bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.

    M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

    Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

  • Əli Kərimli həbs olundu

    Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.

    Musavat.com-un məlumatına görə, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

    Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

  • Özəl pensiya fondları nə vaxt yaradılacaq?

    Hazırda Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına böyük tələbat hiss etmirik.

    Bunu Oxu.Az-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

    Nazir müavini qeyd edib ki, hazırda ölkədə ilk özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində işlər gedir:

    “Çünki bu məsələnin hüquqi çərçivəsi olmalıdır və üzərində iş gedir. Digər tərəfdən, ölkədə bunun üçün müəyyən münbit tələbat olmalıdır. Hazırda biz buna böyük tələbatın olmasını ciddi şəkildə hiss etmirik.

    Proqnozlarımıza görə, təxminən bir neçə il ərzində bazarda qeyri-dövlət pensiya fondlarının yaradılmasının şahidi ola bilərik”.

    A.Kərimovun sözlərinə görə, sosial islahatların ana xəttindən biri o idi ki, gəlirlər çoxalsın:

    “Əhalinin gəlirləri artdıqca könüllü sistemə marağı da artır. Buna görə də könüllü yığım komponenti daha da canlansa, özəl fondların yaradılmasına daha böyük ehtiyac olacaq və əhali bu komponentə maraq göstərəcək”.

    Qeyd edək ki, qeyri-dövlət təqaüd fondları sosial-sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurumdur. Dövlət pensiya fondlarından fərqli olaraq, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.

    Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər əldə edir, sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

    Bu cür fondlar vasitəsilə bir çox ölkələr pensiya təminatının yüksəldilməsinə nail olub. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir.

  • Ağsuda 14 baş heyvan ölüb – Örüşdə kütləvi zəhərlənmə

    Ağsu rayonunda iri buynuzlu heyvanlar arasında kütləvi ölüm hadisəsi baş verib

    Hadisə rayonun Padar kəndində qeydə alınıb.

    Kənd sakinlərinin sözlərinə görə, iribuynuzlu heyvanlar örüş sahəsində otlayan zaman kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı kənd sakinlərinə məxsus 14 baş iribuynuzlu heyvan ölüb. Yerli sakinlərin sözlərinə görə, onlara ümumilikdə 25 min manata yaxın ziyan dəyib.

    Hadisə ilə bağlı rayon Baytarlıq İdarəsinin həkimləri əraziyə baxış keçiriblər. Ölmüş heyvanlardan nümunələr götürülərək araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib.

    Heyvanların hansı səbəbdən zəhərlənməsi laboratoriyanın rəyindən sonra müəyyən olunacaq.

  • Bakıda sərxoş gənci küt alətlə döydülər

    Nizami rayonunda 26 yaşlı gənc ağır xəsarət alıb.

    “Laçın” ticarət mərkəzinin yaxınlığında 1993-cü il təvəllüdlü Vəliyev Elçin Bəşir oğlu naməlum şəraitdə başından ağır xəsarət alıb.

    Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması alan E.Vəliyev reanimasiya şöbəsinə yerləşdirilib.

    İlkin məlumata görə, E.Vəliyev küt alətlə döyülərək ağır xəsarət alıb. Hadisə zamanı onun içkili vəziyyətdə olduğu bildirilir.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
    /oxu.az/

  • В Госкомитете по градостроительству и архитектуре новые назначения

    В Государственном комитете Азербайджана по градостроительству и архитектуре состоялись новые назначения.

    Руководитель аппарата комитета Гулиев Анар Адиль оглу назначен на должность первого заместителя председателя комитета, директор Бакинского государственного проектного института Исбатов Ильгар Айдын оглу – заместителя председателя.

    Распоряжения о назначениях 19 июня подписал Президент Ильхам Алиев.

  • Prezidentdən yeni təyinatlar

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni təyinatlar olub.

    Belə ki, Komitənin Aparat rəhbəri Anar Adil oğlu Quliyev qurum sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatov isə sədr müavini vəzifələrinə təyin edilib.

    Hər iki təyinat barədə sərəncamları Prezident İlham Əliyev iyunun 19-da imzalayıb.

  • Первые кадровые перестановки Мадата Гулиева

    Глава аппарата Министерства оборонной промышленности Азербайджана Узеир Исмайлов освобожден от занимаемой должности.

    Как передаёт Median.Az со ссылкой на Report, соответствующий приказ подписал министр оборонной промышленности Мадат Гулиев.

    Другим приказом министра Шахин Алиев назначен начальником аппарата Министерства оборонной промышленности. Ранее он работал в другой госструктуре.

    Кроме того, должность начальника отдела финансов и бухгалтерского учета остается вакантной. Руководитель этого отдела Гусейн Зейналов некоторое время назад был освобожден от занимаемой должности.

    Отметим, что указом Президента Ильхама Алиева от 20 июня 2019 года генерал-полковник Мадат Гулиев был освобожден от должности начальника Службы государственной безопасности и назначен министром оборонной промышленности.

    Напомним, что Министерство оборонной промышленности было создано в 2005 году. Министр оборонной промышленности Явер Джамалов скончался 23 июня 2018 года в возрасте 68 лет после продолжительной болезни. На протяжении года обязанности министра оборонной промышленности исполнял замминистра Яхья Мусаев.