Month: June 2019

  • Mədət Quliyevdən ilk əmr – Rəhbər şəxsi işdən çıxardı

    Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

    Report-un əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

    Digər əmrlə Zaur Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib.

    Bundan başqa, hazırda nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi də boşdur. Həmin şöbənin müdiri Hüseyn Zeynalov bir müddət əvvəl işdən çıxarılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

    Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib.

  • Жуткая авария в Баку: женщине оторвало ногу – ВИДЕО

    Наезд на пешехода в Баку попал на камеру.

    Как передаёт Median.Az со ссылкой на Avtosfer.az, случай произошел на аэропортовской дороге.

    Женщина, пытавшаяся перейти дорогу вблизи Бакинского экспоцентра, где скорость движения составляет 120 км, сумела избежать нескольких машин, но ее сбил ВАЗ 2107.

    Водитель пытался свернуть, чтобы избежать аварии, но все-таки задел пешехода. В результате женщину подбросило в воздух, ей оторвало одну ногу.

    Впечатлительным не рекомендуется смотреть видео:

  • Bakıda dəhşətli qəza: qadının ayağı qopdu – VİDEO

    Bakıda piyadanın vurulması anı kameraya düşüb.

    Hadisə aeroport yolunda baş verib.

    Bakı Ekspo Mərkəzinin yaxınlığında sürətin 120 km/saat təyin olunduğu yolu keçməyə çalışan qadın bir neçə maşının yanından qaçıb gedə bilsə də, “VAZ 2107” markalı avtomobil onu vurub.

    Sürücü piyadanı vurmamaq üçün avtomobili sağa çəksə də, maşının tini onun ayağını tutub. Nəticədə, havaya qalxaraq, bir neçə metr kənara düşən piyadanın ayağının biri qopub.

    Ürəyi zəif olanların videoya baxması məsləhət deyil:

    /Avtosfer.az/

  • Директоров школ могут оштрафовать на 300 манатов

    Государственный экзаменационный центр Азербайджана запустил процесс итогового оценивания знаний выпускников общеобразовательных учреждений за 2018/2019 учебный год.

    Как сообщает ГЭЦ, общеобразовательные учреждения должны вовремя, полностью и правильно ввести в государственную электронную информационную систему «Учащийся-выпускник» годовые оценки выпускников и подтвердить их.

    Отмечается, что, согласно статье 599 Кодекса об административных проступках, за неприсоединение общеобразовательных и профессиональных учебных заведений к государственной электронной информационной системе или несвоевременный, неполный или неправильный ввод данных в эту систему в отношении должностных лиц будет применяться штраф в размере от 200 до 300 манатов, юридических лиц – от 2 500 до 3 000 манатов.

  • Məktəb direktorları 300 manat cərimələnə bilər – XƏBƏRDARLIQ

    Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb.

    Mərkəzin məlumatında bildirilir ki, ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

    Qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

  • Зеленский намерен перенести столицу Украины

    Депутат Верховной рады Украины Вадим Рабинович в эфире телеканала «112 Украина» заявил, что сотрудники администрации президента Владимира Зеленского предложили перенести украинскую столицу в другой город.

    «Сегодня еще гениальную вещь сказала администрация президента, хотя шутки должны когда-то закончиться, – столицу надо перенести. Киев, столицу Украины Киев надо перенести в другое место», – заявил он.

    По его словам, это «официальное заявление партии Зеленского».

    При этом В.Рабинович назвал сложившуюся ситуацию «анекдотом».

  • Завершилась встреча Путина и Трампа – ОБНОВЛЕНО + ВИДЕО

    Переговоры президента России Владимира Путина и его американского коллеги Дональда Трампа завершились в японской Осаке на полях саммита G20.

    Встреча, как планировалась, прошла в пятницу, 28 июня, в перерыве между заседаниями. Она продлилась 1 час и 20 минут.

    Как заявили в Белом доме, в ходе переговоров лидеры обсудили темы Ирана, Сирии, Украины и Венесуэлы. Кроме того, они согласились продолжить дискуссии о современной модели системы контроля над вооружениями. Трамп указал на необходимость включить в нее Китай. Также президенты подчеркнули, что улучшение отношений Вашингтона и Москвы — в интересах обеих стран и всего мира, пишет Gazeta.ru.

    * * * * *

    Президент России Владимир Путин и американский лидер Дональд Трамп перекинулись парой слов в ходе церемонии фотографирования на старте саммита «Большой двадцатки» в японской Осаке.

    Как передаёт Median.Az со ссылкой на Life.ru, затем началась встреча лидеров двух стран тет-а-тет.

    На встрече обсуждаются вопросы стабильности и региональных конфликтов.

  • Putinlə Trampın görüşü başa çatdı – YENİLƏNİB + VİDEO

    G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş başa çatıb.

    Ağ evin “Twitter” hesabında yer alan xəbərə görə, görüş saat yarım davam edib.

    Prezidentlər bəyan ediblər ki, tərəflər, o cümlədən bütün dünya ölkələri əlaqələrin yaxşılaşmasında maraqlıdır.

    “Onlar, həmçinin İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər”, – məlumatda bildirilir.

    * * * * *

    ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində əvvəlcə ayaqüstü söhbət ediblər.

    Life.ru xəbər verir ki, iki lider sammitin başlanğıcında xatirə fotoları çəkdirib.

    Sonra iki ölkənin liderlərinin görüşü başlayıb. Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak edirlər.

    Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq.

  • Азербайджанские военнослужащие примут участие в параде в Минске

    Знаменная группа азербайджанской армии находится в Минске для участия в военном параде, посвященном Дню независимости Республики Беларусь, который состоится 3 июля.

    Об этом сообщается на сайте Министерства обороны Азербайджана.

    Азербайджанские военнослужащие вместе с парадными расчетами других стран приступили к тренировкам.

    Следует отметить, что, наряду со знаменной группой азербайджанской армии, в военном параде примут участие парадные расчеты вооруженных сил Республики Беларусь и Российской Федерации, а также Народно-освободительной армии Китая.

  • Hərbçilərimiz Belarusdakı hərbi parada qatılacaqlar

    Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarusun Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, hərbi qulluqçularımız artıq digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

    Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı, Belarus, Rusiya və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.