Month: June 2019

  • Bakıda 3 uşaq anası sevgilisi tərəfindən öldürüldü

    Bakıda 3 uşaq anası qətlə yetirilib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Bakının Bayıl qəsəbəsində baş verib.

    1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

    Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri dünən Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi-1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasıyca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

    F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq 8-ci Polis Bölməsinə aparılıb.

  • Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? – RƏSMİ AÇIQLAMA

    Son günlər ölkə ərazisində seysmoloji aktivlik müşahidə olunur. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Median.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan təkanların çoxu hiss olunmayan, zəif təkanlardır.

    Xəzər dənizində qeydə alınan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir. Odur ki, qorxulu bir şey yoxdur.

    Qurban Yetirmişlinin sözlərinə görə, tektonik hərəkətlər daimi var və onların nəticəsində zəif təkanlar olur. Hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni, nisbi olaraq bu və digər bölgələrdə tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil.

    Direktor qeyd edib ki, mərkəzin stansiyaları gündəlik, mütəmadi, fasiləsiz müşahidələr aparır

  • В Закатале перевернулся “Nissan”, погиб пассажир

    Как сообщает Median.Az, 6-го июня примерно в 14 часов перевернулся автомобиль марки “Nissan”, управляемый жителем района У.Алиевым.

    В результате пассажир Бахтияр Аббасов скончался на месте происшествия, водителю была оказана необходимая медецинская помощь в больнице.

    В Закатальском РОП по факту ведется расследование.

  • Zaqatalada “Nissan” aşıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, iyunun 6-ı saat 14 radələrində Mosul kəndi ərazisində, rayon sakini Ü.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb.

    Nəticədə sərnişin Bəxtiyar Abbasov hadisə yerində ölüb, sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

    Zaqatala RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Həftəsonu çimərliklərdə hava belə olacaq

    İyunun 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

    Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

    Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

  • Азербайджанские спортсмены против россиян в финале ЧЕ

    В испанском городе Понтеведра продолжается чемпионат Европы по борьбе среди молодежи.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, сегодня в соревнованиях по вольной борьбе примут участие два члена сборной Азербайджана.

    Олимпийский чемпион, чемпион мира и Европы среди подростков Туран Байрамов (65 кг) и дагестанский легионер, чемпион мира среди подростков Абубакр Абакаров (79 кг) пробились в финал. Соперниками обоих борцов будут российские спортсмены.

    Соперником Т.Байрамова, одержавшего верх над борцами из Грузии, Франции и Молдовы, стал Муслим Садулаев. Противником А.Абакарова, положившего на лопатки беларуса, литовца и эстонца, стал его земляк Амхад Ташухаджиев.

    Отметим, что Эльмар Кязымов (70 кг) в первой встрече в 1/8 финала проиграл представителю Молдовы Василию Дьякону со счетом 4:9, однако у него есть возможность завоевать бронзу. Э.Кязымов встретится в утешительной схватке с немцем Тино Ретингером.

  • Dünya çempionlarımız Avropa çempionatının finalında rusiyalılara qarşı

    İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

    Sərbəst güləşçilərin mübarizəsində bu gün millimizin iki üzvü finalda çıxış edəcək.

    Belə ki, 65 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya, dünya və Avropa çempionu Turan Bayramov və 79 kq-da çıxış edən dağıstanlı legionerimiz, yeniyetmələrin dünya çempionu Əbubəkr Abakarov finala çıxıb. Hər iki idmançımızın rəqibi rusiyalı güləşçilər olacaq.

    Gürcüstan, Fransa, Moldovadan olan rəqiblərinə qalib gəlmiş Turan Bayramovun rəqibi Müslüm Səidullayevdir. Belarus, Litva, Estoniyadan olan güləşçiləri məğlub etmiş Əbubəkr Abakarovun rəqibi isə həmyerlisi Amxad Taşuhacıyev olacaq.

    Qeyd edək ki, Elmar Kazımov (-70 kq) ilk görüşündə – 1/8 finalda moldovalı Vasili Dyakona 4:9 hesabı ilə uduzsa da, həmin idmançı finala çıxdığından, bürünc medal qazanmaq şansı əldə edib. Belə ki, Elmar təsəlliverici görüşdə almaniyalı Tino Retinqeri məğlub etməyə çalışacaq.

    //oxu.az

  • Пожар на платформе «Хазар-3»

    На морской нефтяной платформе на Каспии произошел пожар.

    Как сообщает Министерство по чрезвычайным ситуациям Азербайджана, возгорание произошло в Сабаильском районе Баку на платформе «Хазар-3» на Каспии (вблизи берега) в ходе работ по сносу.

    В результате пожара сгорели остатки нефти и мазута на участке площадью 50 квадратных метров.

    Пострадавших нет. Пожар потушен.

  • “Xəzər-3” qurğusunda yanğın olub

    Bakıda neft qurğusunda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman baş verib.

    Yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb.

    Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Новое назначение в органах внутренних дел

    В органах внутренних дел Азербайджана состоялось новое назначение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, министр внутренних дел генерал-полковник Рамиль Усубов подписал приказ об освобождении от занимаемой должности заместителя начальника Балакенского районного отдела полиции полковника-лейтенанта Гадима Гасанова.

    Другим приказом министра Г.Гасанов был назначен начальником Заямского отделения полиции Шамкирского РОП.