Month: June 2019

  • Назван способ понизить артериальное давление

    «Неэффективный», а также недостаточный ночной сон приводит к повышению показателей артериального давления, считают ученые из Аризонского университета. Пресс-релиз исследования опубликован на сайте учебного заведения, сама работа появится в журнале Psychosomatic Medicine.

    К такому выводу ученые пришли, проведя эксперимент с участием 300 человек в возрасте 21-70 лет, не жаловавшихся на проблемы с сердцем. Участники в течение двух дней носили специальный прибор, который замерял их артериальное давление каждые 45 минут. На ночь они надевали на запястье устройство, определявшее «эффективность» фаз сна и подсчитывавшее его количество.

    По итогам опыта выяснилось, что у испытуемых, которые спали «хуже», на следующий день повышалось систолическое давление.

    Считается, что граница нормы артериального давления находится в районе 120/80 миллиметров ртутного столба. Оптимальным же количеством сна медики называют 6-9 часов в сутки.

    Как отмечают ученые, хронический недостаток сна может привести к развитию гипертонической болезни, стрессу и снижению уровня инсулина. Чтобы возможных последствий при наличии проблем со сном, авторы исследования советуют зашторивать окна на ночь и не держать в спальне смартфоны и другую технику с яркими дисплеями.

  • В Исмайыллы обрученная с кузеном девушка, сбежала с другим кузеном

    В селе Гушендже Исмайыллинского района произошел инцидент.

    Как передаёт Median.Az со ссылкой на Azvision.az, 25-летняя девушка, обрученная с двоюродным братом по отцовской линии, сбежала с другим молодым человеком. Оказалось, что человеком, с которым она сбежала, является ее двоюродный брат по материнской линии.

    По словам жителей села, в скором времени девушка должна были выйти замуж за двоюродного брата по отцовской линии, семьи даже назначили дату свадьбы.

    Председатель муниципалитета Гушендже Агаев Орхан Рамиз оглу подтвердил факт:

    «Я не могу с точностью сказать, выдавали ли девушку за двоюродного брата по отцовской линии насильно или нет. Но выяснилось, что она любит двоюродного брата по материнской линии. По этой причине 6 июня она сбежала с ним. Семья девушки нормальная. Все село находится в шоке от происшедшего».

  • Müəmmalı hadisənin təfərrüatı: “Dünyaya gətirdiyi uşaq “Medi lüks”də yoxa çıxdı (VİDEO)

    Bərdə rayon sakini Adıgözəlova Pəri Cahid qızı ökə.az-ın redaksiyasına müraciət edib. 

    Müraciətdə bildirilir ki, 2008-ci ildə “Medi lüks” xəstəxanasında dünyaya gətirdiyi oğlan uşağı müəmmalı şəkildə yoxa çıxıb. Əməkdaşımız səsləndirilən şok iddialarla bağlı P.Adıgözəlova ilə görüşüb. 

    – Pəri xanım, bizə müraciətinizdə bildirmişdiniz ki, övladınız naməlum şəkildə “Medi lüks” xəstəxanasından yoxa çıxıb…
    – 2005-ci ildə Həmidzadə Elnur Dilqəm oğlu ilə ailə qurmuşam. 2006-cı ildə ilk övladım dünyaya gəlib. 2008-ci ilin fevral ayının 15-də ikinci övladımı dünyaya gətirmək üçün Bakı şəhərinə gəlmişəm. Çünki Bərdədə həkimlər bildirdi ki, qan azlığınız olduğu üçün uşağı Bakıda dünyaya gətirsəniz daha yaxşı olar. Fevralın 15-də Bakıya – Nərimanov rayonunda yerləşən “Medi Lüks” xəstəxanasına getdik. İndi həmin xəstəxana “Baku Medikal Plaza-Medi Lyuks” tibb mərkəzi adlanır. Ginekoloq Rəna Qədimova məni yoxladı və bildirdi ki, hər şey qaydasındadır.  Axşamüstü saat beşdə xəstəxanaya daxil olmağıma və ağrılarıma baxmayaraq, məni gecə saat birdə əməliyyat etdilər. 

    – Əməliyyat zamanı “Medi lüks”də ailə üzvlərinizdən kimsə var idimi?
    – Atam, anam, həyat yoldaşım, həyat yoldaşımın xalası həmin vaxt “Medi lüks”də olublar. Uşaq olandan sonra anam həkimə deyib ki, Pəri ilə danışmaq istəyirik. Həkim deyib ki, axı Pəri sizə zəng vurub və yaxşı olduğunu deyib. Anam bildirib ki, bizə zəng olmayıb, heç kimlə danışmamışıq. Rəna Qədimova deyib ki, Pərini yenidən oyada bilmərik.  Fevralın16-na keçən gecə saat üçün yarısında uşağı kənardan həyat yoldaşıma göstəriblər. Yoldaşım deyib ki, uşağın şəklinin çəkmək istəyirəm, amma icazə verməyiblər. Anam israr edib ki, mən də uşağı görmək istəyirəm. Ona da uşağı bir az kənardan göstəriblər. Anam deyir ki, göygöz, saçları qara uşaq idi. Səhəri gün anamgil xəstəxanaya qayıdanda Rəna Qədimova bildirib ki, Pərinin vəziyyəti yaxşı deyil, ayılmır. Ailə üzvlərim narahat olublar. Həkimlər anama deyib ki, siz gedəndən yarım saat sonra uşaq öldü. Anamgil də mənim hayıma qalıblar ki, heç olmasa qızımız sağ qalsın. Fevralın 16-da axşamüstü ayılmışdım. Anamgil deyiblər ki, uşağı verin, aparıb dəfn edək. Bildirilib ki, daha iki uşaq da vəfat edib və hamısını morqa aparıblar.

    – Hansı morq?
    – Bir saylı morqa aparıldığını deyiblər.

    – Bunu sizin ananıza kim deyib?
    – Rəna Qədimova. Anam deyir ki, mən heç uşaq həkimini görməmişəm, ancaq Rəna həkimi görmüşəm. Bildiriblər ki, uşaq morqa aparılıb, ordan da aparıb dəfn ediblər. Anamgil uzun müddət Rusiyada yaşadıqlarına görə buranın qayda-qanununu bilmirlər. Ona görə də israr etməyiblər. 

    – Bizə təqdim etdiyiniz buraxılış kağızı sizə nə vaxt verilib?
    – Evə buraxıldığım gün kağızı mənə verdilər. Elə vəziyyətdə idim ki, hətta xəstəxanadan ayaqlayın çıxdım. Ana olan hər kəs nə dediyimi yaxşı başa düşər. 

    – Həmin kağızda nə yazılıb?
    – Kağızın bir tərəfində mənim barəmdə məlumatlardı, digər tərəfdə isə uşağın boyu, çəkisi 6.6 balla qiymətləndirilib. Yəni, bu göstərici normal hesab edilir. Göstərilir ki, kafi vəziyyətdə uşaq da evə buraxılır. 

    – Bəs nə zaman başa düşdünüz ki, bu məsələdə şübhəli məqamlar var?
    – Əslində, xəstəxanada qulağım buna bənzər söhbətlər eşidirdi. Amma ağlıma gəlmirdi ki, söhbət məndən gedə bilər. Bu ilin yanvar ayının 27-də telekanalların birində buna oxşar mövzu işıqlandırılmışdı. Orada anaya sual verdilər ki, sizə övladınızın ölüm haqqında kağızı, yaxud meyiti verilmişdimi? Ana bildirdi ki, verilməmişdi. Veriliş gedə-gedə tez sənədlərimizə baxdım və həmin kağızı götürüb Bərdədə xəstəxanaya-ginekoloqun yanına getdim. Ginekoloq kağıza baxdı və hətta ağladı. Dedilər ki, burada uşağın ölməyi barədə heç bir əsas yoxdur. Sonra “Medi lüks”ün mənə verdiyi kağızı Bakının digər klinikalarında da yoxlatdırdım. Eyni cavabı aldım ki, uşaq sağdır. Öyrəndim ki, valideynlərin icazəsi olmadan uaq morqa aparıla bilməz və valideynlərə göstərilməlidir. 

    – Bu ilin yanvar ayından sonra “Medi lüks” xəsətəxanasında olmusunuzmu? 
    – Bəli, Rəna xanımla görüşdük. Əvvəlcə məni tanımadığını bildirdi. Sonradan arxivin açılması üçün ərizəylə müraciət etdiyimi biləndə məni qucaqladı, dedi ki, gəl, bu işdən əl çək, sonda pis olarsan. Dedim ki, əgər uşağım ölübsə, ananın adı və nömrəylə dəfn edilməlidir. Əgər siz mənim uşağımı dəfn etmisinsə, yerini deyin, çıxartdırım, DNT analizi götürülsün, bilim ki, uşağım doğrudan da tələf olub. Rəna Qədimova mənə psixoloji təzyiq göstərməyə başladı. 

    – Hansı formada?
    – Bildirdi ki, burada bir uşaq da tələf olmuşdu, ana üstümə hücum çəkdi, iki il keçməmiş ana da dünyasını dəyişdi. 

    – Arxivə müraciət etmişdiniz. Oradan sizə hansı cavab verildi?
    – Ayyarım arxiv sənədini ortalığa çıxara bilmədilər. Ayyarımdan sonra bizə sanki dünənə aid olan bir kağız göstərildi. Elə bil ki, heç 11 ilin kağızı deyil. Şübhəli məqamlardan biri budur ki, anamgilə uşağın gecə təxminən 3-də vəfat etdiyi bildirilib. Amma arxivdən çıxan sənəddə uşağın ölüm saatı səhər saat 10-da qeyd edilib. Guya uşaq şüşənin altında saxlanılırmış, aparata qoşulubmuş. Əgər uşaq aparata qoşulmuşdusa, niyə anamgilə çarpayıda göstərmisən? Elə uşağı şüşənin altında, aparata qoşulu vəziyyətdə göstərərdin də. Bəlkə valideynlərim başqa xəstəxanadan həkim gətirib uşağın həyatını xilas edəcəkdi. Guya uşaq nəfəs almağa çətinlik çəkdiyi üçün aparata qoşulub. Əgər çətinlik çəkirdisə, həyati riski var idisə niyə bizi məlumatlandırmırdız? “Medi lüks”ün baş həkimi Nazim Həsənov bildirdi ki, ola bilsin uşaq morqda yandırılıb. Dedim, bu nə deməkdir, məgər biz Hindistanda yaşayırıq? 

    – Nazim Həsənov həmin vaxt “Medi lüks”də baş həkim idimi?
    – O deyir ki, guya mart-aprel aylarında baş həkim təyin edilib. Rəna Qədimova bildirirdi ki, uşaq 6 saylı morqa aparılıb, Nazim həkim isə sənədləri çıxardıb oxudu. Orada yazılmışdı ki, uşaq 1 saylı morqa aparılıb. Dedim ki, özüm neçə ilin müəllimiyəm, kağızın da təzə, yaxud köhnə olduğunu yaxşı bilirəm. Bizə arxiv adı ilə təqdim edilən kağızın mürəkkəbi də qurumamışdı. Heç kağıza əlimizlə toxunmağa da icazə vermədilər. Dedim, heç olmasa bu kağızın üzərində azca toz çəkəydiniz ki, inandırıcı olardı. Nərimanov Rayon Prokurorluğuna təqdim edilən kağızın üzərində isə üç yerdən ayaqqabı izi var idi. Yenidən bir saylı morqa getdik. Bir xanım dedi ki, qızım, üç gündür bütün sənədləri araşdırırıq. 2008-ci ilə aid olan üç qovluğun hamısına baxmışıq, bura Adıgözəlova Pərinin adıyla heç bir uşaq daxil olmayıb. Bu o deməkdir ki, mənim uşağım sağdır. Sonra morqun rəhbəri Ədalət müəllimlə görüşdüm. Dedim, bilirəm ki, sizin arxiv sənədlər tapılıb və orada mənim adım yoxdur. Siz də atasınız, babasınız, niyə prokurorluğa yazırsınız ki, heç bir sənəd tapılmayıb. Sonradan məcbur olub etiraf etdi ki, 2008-ci ilə aid olan qovluqlar tapılıb, iş masamın üzərindədir, bu gün özüm baxacağam. Bu məqamda Ədalət müəllimə zəng gəldi. Hansısa həmkarı ondan məsləhət alırdı. Telefonda həmkarına dedi ki, yola ver getsin, mən bu boyda adamı necə yola verirəm. Əgər yalan danışıramsa, həmin günün kamera görüntülərinə də baxa bilərlər. Çünki onun otağında kamera da var. Dedim ki, Ədalət müəllim, deməli, siz də indi məni burada yola verirsiz? Sözümü deyib oradan çıxdım. “Medi lüks”ün uşaq həkimi Zeynəb İbrahimova prokurorluğa izahatında göstərib ki, guya mən uşağın öldüyünü görmüşəm və imtina etmişəm. Əgər uşağımın öldüyünü görmüşəmsə, imtina etmişəmsə, imtina haqqında sənəd olmalıdır. Övladımın olduğunu bilə-bilə niyə 11 il sonra uşağımı axtarıram? Oğlumu həyat yoldaşım da, anam da sağ vəziyyətdə görüb. Amma mən uşağımın səsini eşitməmişəm, üzünü görməmişəm. Halbuki qeysəriyyə üsulu uşaq dünyaya gətiriləndə onu anaya göstərirlər. Sonra da uşağı sənin böyründə bələyib aparırlar. 

    – Bütün bu dediklərinizin məntiqi yekunu olaraq hansı ehtimallarınız var?
    – Mənə elə gəlir ki, uşağım xəstəxanda satılıb, morqa aparılmayıb. Guya kimin canı yanırdı ki, mənim uşağımı dəfn edirdi. Uşağı anaya verirlər ki, apar, özün dəfn et. Hətta yaxın qohumumun övladı da “Medi lüks”də tələf olub, iki gün sonra ailəsinə təhvil veriblər. Bəs niyə mənim icazə olmadan uşağım morqa aparılır? Bütün aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edirəm ki, bu məsələdə bizə yardım etsinlər. Mən övladımı tapmaq istəyirəm. Çünki uşağımın sağ olduğuna inanıram.

  • Генпрокуратура и МВД об убийстве криминального авторитета

    Пресс-службы Генпрокуратуры и МВД распространили официальную информацию о вчерашнем вооруженном инциденте в Бинагадинском районе Баку.

    Согласно информации, сотрудники органов полиции и прокуратуры задержали подозреваемых в совершении преступления и передали их следствию.

    Расследование установило, что накануне житель Тертерского района Вусал Гусейнов на автомобиле BMW-745 преследовал Mercedes-Benz, управляемый жителем Баку Надиром Гадировым. Пассажир BMW, ранее судимый житель Тертерского района Талех Джалалов открыл огонь и застрелил пассажира Mercedes-Benz, ранее судимого жителя столицы Мубариза Будаглы.

    Талех Джалалов и Вусал Гусейнов были задержаны и переданы следствию.

    У Т.Джалалова обнаружили и конфисковали орудие преступления – ружье «ИЖ-16» с отпиленным стволом.

    По факту возбуждено уголовное дело, проводятся необходимые следственные и оперативно-разыскные мероприятия.

  • Экстренная посадка самолета AZAL в аэропорту Лянкярана

    В связи с неблагоприятными погодными условиями в аэропорту Нахчывана (гроза и сильный ливень), капитан корабля рейса AZAL J2-253 Баку (GYD) – Нахчыван (NAJ) принял решение совершить посадку в аэропорту Лянкярана (LLK), сообщает Trend. Самолет благополучно приземлился в 15:08 по местному времени.

    Пассажиры рейса будут доставлены в Нахчыван после улучшения погодных условий.

    Отметим, что в случае необходимости, пассажиры задержанного рейса будут обеспечены всем необходимым согласно правилам авиакомпании.

    Информация будет обновлена по мере поступления новых сведений.

  • Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana təcili eniş edib

    “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib.
     
    Bu barədə məlumatı AZAL yayıb.
     
    Bildirilir ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) – Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.
     
    Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.
     
    Bildirilib ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

  • Азербайджанский школьник спас девочку от смерти – ФОТО – ВИДЕО

    Ученик 6-го класса сельской школы села Чими Губинского района Азербайджана Дайянат Исрафилов спас 4-летнюю односельчанку Гызбике.

    Увидев, что девочка и ее трехлетний брат Юсиф упали в быструю горную речку, он бросился спасать их и вытащил Гызбике из воды. К сожалению, спасти Юсифа мальчик уже не успел – тот утонул…

    Дайяната Исрафилова, совершившего геройский поступок, принял глава Исполнительной власти Губинского района Зияддин Алиев, который подарил мальчику портрет Национального героя Азербайджана Мубариза Ибрагимова.


    //1news.az

  • В центре Баку готовится к открытию новый парк – ФОТО

    На перекрестке улиц 28 Мая и Фикрета Амирова в Насиминском районе Баку (близ станции метро «28 Мая») открывается новый парк.

    Парк заложен на месте снесенной несколько лет назад гостиницы «Баку».

    Одно время были планы построить на месте снесенной гостиницы высотное здание, но геологи обнаружили здесь низкое залегание грунтовых вод, и было решено посадить тут деревья и открыть парк.

    Отметим, что новый парк является как бы продолжением двух парков, начинающихся от здания ЗАО «Азербайджанские железные дороги» и памятника Самеду Вургуну. Его создание позволит организовать в городе еще больше условий для досуга граждан и улучшит экологию в этой части столицы.

    //1news.az

  • Niyə tez-tez “yer ayağımızın altından qaçır”? – RƏY

    Son günlər Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanların sayı artıb. Əksər hallarda bu zəlzələlər hiss olunmasa da, müəyyən narahatlıqlar yaradır.

    Məsələnin aktuallığını nəzərə alaraq, Oxu.Az-ın əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlayıb.

    V.Rafiqqızı saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizində olan zəlzələnin maqnitudası yüksəkdir və ərazi seysmik baxımından aktiv zonadır:

    “Orada həmişə zəlzələ olur. Son zəlzələ zamanı maqnitudanın artması müşahidə olunur. Bu da oradakı zəlzələ ocaqlarındakı proseslərlə bağlıdır”.

    Vüsalə Rafiqqızının sözlərinə görə, dənizdə olan zəlzələ ocaqları sahildən uzaqda yerləşirsə, ətrafa elə də təsiri olmur.

    “Zəlzələ neft platformaları ətrafında olduqda hasilata təsir etməsi ehtimalı var. Bir neçə gün ərzində baş verən zəlzələlər isə sahilyanı ərazilərdə 3 bala yaxın hiss edilib.

    Azərbaycanda seymik baxımdan aktiv ərazilər çoxdur. Zəlzələ o ərazilərdə olur ki, orada seysmik aktivlik var. Zəlzələ ocaqları hərəkətə gələndə aktiv fazaya keçir və zəlzələ baş verir. Ocaq zəlzələdən sonra tədricən sönür və həmin ərazidə seysmiklik fon səviyyəsinə düşür.

    Son günlər əsasən Xəzər dənizində zəlzələ olur. Orada zəlzələ ocaqları çoxdur”, – deyə xidmət rəsmisi qeyd edib.

    Qeyd edək ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır. Ölkə ərazisində Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusilə cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir.

  • Bakıda kriminal avtoritetin güllələnməsi ilə bağlı – RƏSMİ MƏLUMAT

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri ötən gün Bakının Binəqədi rayonunda baş verən silahlı atışma barədə birgə məlumat yayıb.

    Məlumatda bildirilib ki, Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.

    “Belə ki, cari il iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində “BMW-745” markalı avtomobildəki naməlum şəxslərin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı digər avtomobilə atəş açmaları, nəticədə bir nəfərin ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi “BMW-745” markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili təqib edib. Bu zaman həmin avtomobilin sərnişini – Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq “Mercedes-Benz” markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirib.

    Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.

    T.Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.