Month: June 2019

  • Gürcüstanda azərbaycanlı ər-arvad vəhşicəsinə öldürüldü – Müəmmalı qətl mesajı

    Bu gün Gürcüstanın Qardabani rayonunda azərbaycanlı ər və arvad xüsusi amansızlıqla qətlə yetirilib.

    Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

    Onlar küt alətlə qətlə yetirilib və tanınmaz hala salınıb, hətta qohumları həmin şəxsləri tanıya bilməyib.

    Kişi və həyat yoldaşı Qardabanidə kiçik bizneslə məşğul olurmuş, lakin cinayətkarlar evdən heç nə götürməyib.

    Bildirilir ki, qətlə yetirilmiş ailənin oğlu Rusiyada yaşayır.

    Qohumlar qətlin qisas məqsədilə törədildiyini hesab edirlər. Deyirlər ki, qatillər evin divarlarına bu sözləri yazıblar: “Vaxtında gəl, səninlə hesablaşaq”.

    Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar və ya şübhəlilər yoxdur.

  • İsmayıllıda əmisi oğlu ilə nişanlı qız dayısı oğluna qoşulub qaçdı

    İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib.

    Azvision.az-ın xəbərinə görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb.

    Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.

    Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblər.

    Quşencə bələdiyyəsinin sədri Ramiz Ağayev faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə ötən gün baş verib.

    “Dəqiq deyə bilmərəm ki, qız əmisi oğluna məcburi verilmişdi, ya yox. Ancaq dayısı oğlunu sevdiyi bəlli oldu. Buna görə də iyunun 6-sı dayısı oğlu ilə birgə qaçıb. Qızın ailəsi çox normal ailədir. Bütün kənd baş verən hadisədən şoka düşüb”.

  • В Гейчае обнаружено 167 кг мертвечины

    В Гейчае обнаружена 167-килограммовая туша животного, непригодная для употребления.

    Об этом сообщило Агентство продовольственной безопасности Азербайджана (АПБА).

    По информации, на улице А.Мамедханлы был проведен осмотр автомобиля, принадлежащего Гаджиеву Солтану Агаали оглу.

    В ходе осмотра в кузове была обнаружена туша мертвого крупного рогатого животного с отрубленной головой общим весом 167 кг.

    Сотрудники АПБА взяли образцы и отправили на экспертизу. Выяснилось, что мясо такого животного не пригодно.

    Сотрудники агентства приняли необходимые меры по утилизации туши.

    По факту продолжается расследование.

  • Göyçayda 167 kiloqram ölmüş heyvan cəmdəyi aşkarlandı – FOTO

    Göyçayda diri çəkisi 167 kiloqram olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsində Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçirilib.

    Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kiloqram olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.

    Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb.

    Faktla bağlı araşdırma davam edir.

  • Paytaxtda 54 yaşlı kişi meyiti tapıldı

    Paytaxtda mənzildən kişi meyiti tapılıb.

    Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • “Ümumdünya Qida Təhlükəsizliyi Günü”dür

    7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə qeyd olunur.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bu gün ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis olunub.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il dünyada təxminən 600 milyon insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir. Nəticədə, dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur.

    Qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya böyük miqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.

    “Ümumdünya Qida Təhlükəsizliyi Günü”nün qeyd olunması sözügedən təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə həyata keçirilir.

    Bu il “Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

    Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

    29 aprel 2019-cu il tarixində isə ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

    Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

  • Zəhranı oğurlayan qadın ifadə verdi – “Uşağı mən yox başqası oğurlayıb”

    Bakının Sabunçu qəsəbəsində üç yaşlı Zəhra Bağırzadəni oğurlamaqda ittiham olunan 39 yaşlı Masallı rayon sakini Təzəgül Nəzərova istintaqa ifadə verib.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.

    O, ifadəsində uşağı oğurlamadığını, bunu ayrı adamın etdiyini deyib.

    Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş Z.Bağırzadə iyunun 6-da paytaxtın Nizami rayonu ərazisində tapılıb.

    Qeyd edək ki, Zəhranın valideyni Rəsul Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.

    Uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib.

    Hadisənin təfərrüatı və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakı çimərliklərindəki “od tutub yanan” qiymətlər

    Havaların günü-gündən isti keçməsi çimərlik biznesinin canlanmasına səbəb olub. İstirahət üçün yüksək standartlara cavab verməyən çimərliklərimizin xidmət və dizaynında bir dəyişiklik edilməsə də, qiymətlər kəllə-çarxa qalxıb.

    Median.Az Axşam.az-a istinadən çimərliklərin “od tutub yanan” qiymətlərini təqdim edir:

    Mərdəkanda yerləşən “Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 AZN, şənbə-bazar günləri isə 50 AZN-dir. 7-12 yaşa kimi uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftəiçi giriş 50 manat, həftəsonu 70 manatdır. Qiymətdə ötən illə müqayisədə heç bir dəyişiklik edilməyib.

    Nardaranda yerləşən “Sea Breeze hotel” qiymətlər həftənin bütün günü üçün 20 manatdır. Bura “lejanka”, çətir və dəsmal da daxildir.

    Hövsanda yerləşən “Halikarnas Balıkçısı”na giriş 10 manatdır. Buraya dəsmal, “lejanka” və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir. 6 yaşa qədər uşaqlara giriş pulsuz, 7-12 yaş uşaqlara isə 5 manatdır.

    Bilgəh qəsəbəsində yerləşən “Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Həftəiçi giriş 30 manatdır. Həftəsonu isə 35 manat ödənilməlidir. 12 yaşadək və boyu 150 sm. olan uşaqlar üçün giriş pulsuzdur. Ötən il isə bazar ertəsi 20 AZN, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 23 AZN, həftəsonu isə 28 AZN idi. Bu qiymətə hovuz, dəsmal, adi “lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25-30 manat ödəməlidirlər.

    “My Beach Novkhani”da böyüklər üçün giriş həftəiçi 20 manat, 5 yaşadək uşaqlara pulsuzdur. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə dəniz kənarı daxildir. “Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. “Bisetka”ların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir.

    “Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 25 manatdır. Ötən illə müqayisədə qiymətlərdə ucuzlaşma var.

    “Mambo beach club”da isə qiymətlər bahalaşıb. Həftəiçi giriş 25, həftəsonu isə 30 manatdır. Ötən il həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manat idi. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, “lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.

    Uzağa getmək istəməyənlər şəhərin içində də hovuza girib, günəş vannası qəbul edə bilərlər. “Excelsior Hotel Spa Baku”da həftəiçi qiymət 30 manatdır. Həftəsonu və bayram günləri isə 40 manat verib, hovuzda dincələ bilərsiniz.

  • Трамп обвинил Китай: Так нельзя поступать

    Президент США Дональд Трамп выразил уверенность в том, что ему удастся добиться заключения торгового соглашения с Китаем.

    Как передаёт Median.Az со ссылкой на ТАСС, с таким заявлением президент США выступил в интервью телеканалу Fox News, которое было показано 6 июня вечером.

    «Я точно добьюсь соглашения с Китаем. Они хотят заключить сделку уже сейчас», – сказал он.

    «Я бы сказал, что хочу заключить соглашение с Китаем, но то, что они сделали, было очень плохо. У нас было соглашение, но они попытались изменить условия договоренности. Так нельзя поступать», – подчеркнул Д.Трамп.

    Отметим, что власти Китая 1 июня ввели импортные пошлины в отношении более пяти тысяч товарных позиций из США на 60 миллиардов долларов. Этот шаг стал ответом на повышение 10 мая правительством США пошлин в отношении китайской продукции на 200 миллиардов долларов с 10% до 25%.

    Ранее Китай и США на протяжении нескольких месяцев вели переговоры по урегулированию торговых споров. Последний раунд таких консультаций проходил в мае в Вашингтоне, однако после этого они зашли в тупик.

    Д.Трамп неоднократно выражал недовольство колоссальным дефицитом в торговле с КНР. После повышения 10 мая американских пошлин Д.Трамп поручил начать процесс повышения пошлин на продукцию из КНР еще на 300 миллиардов долларов. Свои действия американская сторона объяснила тем, что Пекин отходит от договоренностей, достигнутых ранее на консультациях по торговым вопросам.

  • В Баку мужчина зарезал любимую и взобрался на кран

    В поселке Баил Сабаильского района Баку мужчина зарезал женщину.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Сабаильского района.

    Убийство было совершено седьмого июня приблизительно в полдень на улице Арифа Исмайлова. Мужчина, имя которого пока неизвестно, напал с ножом на 38-летнюю Микаилову Кямалю Хуммат гызы. Убийца нанес женщине несколько ножевых ранений, в том числе проникающее в грудь. Жертва пыталась спастись от рук преступника в доме у незнакомой женщины, где спустя некоторое время скончалась от потери крови.

    Затем в 8-ое отделение полиции поступила информация, что на 20-ом участке молодой мужчина взобрался на башенный кран на строительной площадке и пытается совершить суицид. Мужчина кричал, что убил возлюбленную и теперь не хочет жить. Оперативники выехали на место происшествия и в настоящее время находятся там, пытаются снять с крана подозреваемого.

    По предварительным данным, убийство совершено на почве ревности.