Month: June 2019

  • Gürcüstanın daxili işlər naziri istefa verməyəcəyini bildirib

    “Polis əməkdaşlarının tətbiq etdiyi gücün proporsionallığı ilə bağlı məsələyə nöqtə qoyulmayana qədər, mən vəzifəmdə qalacağam”.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərlə görüşdə bildirib.

    Nazir hər bir polis əməkdaşını müdafiə edəcəyini deyib: “Bu gün vətəndaşlarımız polis əməkdaşlarına “bullinq”ə bənzər xalq məhkəməsi qururlar. Bu, yolverilməzdir”.

    DİN rəhbəri qeyd edib ki, polis gücünün proporsionallığı ilə bağlı müəyyən suallar var və onlar araşdırılmalıdır.

  • Дамла стала самой популярной в Instagram

    Популярная певица Дамла стала самой популярной в Instagram в Азербайджане с 1,8 миллиона подписчиков, сообщает Day.Az.

    Обогнав заслуженную артистку Ройю, на странице которой более 1,7 миллиона подписчиков, Дамла взяла первенство и стала самой популярной в этой социальной сети.

    Добавим, что такое количество фолловеров говорит о любви публики к певице.

  • Gürcüstandakı hadisələr azərbaycanlı turistlərin səfərinə təsir edib?

    Gürcüstanda gedən siyasi proseslər fonunda Azərbaycandan həmin ölkəyə istirahətə gedənlərin statistikasında dəyişiklik yoxdur.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

    O bildirib ki, azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkə Gürcüstandır:

    “Əcnəbi turistləri ölkəmizə cəlb etməklə yanaşı, yerli turistlərin də bölgələrimizdə istirahət etməsini istərdik. Bunun üçün də regionlarımızda turizmi inkişaf etdirməyə çalışırıq”.

    Baş icraçı direktor Rusiyadan Azərbaycana gələn turistlərdən də danışıb. O qeyd edib ki, Gürcüstandakı vəziyyətdən istifadə etməklə Rusiya turistlərini ölkəmizə çəkə bilərik:

    “Bunun üçün müxtəlif kampaniyalar keçirməyi düşünürük. Məsələn, Bakı səfərləri, işgüzar görüşlər, konfranslar və şərab marşrutları”.

    F.Zenqstşmid ilin sonuna qədər Azərbaycana gələn rusiyalı turistlərin sayının artacağına ümidvar olduğunu deyib:

    “Rusiyalı turist Batumidə istirahət planlaşdırıbsa, bu o demək deyil ki, o, Gürcüstan əvəzinə Azərbaycana gələcək. Onlar Türkiyəni və ya regionun digər ölkəsini seçə bilərlər. Elə istiqamət qurmalıyıq ki, Gürcüstanda istirahətini planlaşdıran şəxslər Azərbaycana da üz tutsunlar”.

  • Hacı Əliyev: Dünən ermənilərə, bu gün Olimpiya çempionuna qalib gəlmək sevindiricidir – FOTO

    Əlbəttə, çox sevinirəm ki, qalib oldum. Bu dəfə Avropa Oyunlarında da qızıl medal qazandım. Rəqiblərim arasında ən önəmlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. Rio-2016 Yay Olimpiya Oyunlarında da ona uduzmuşdum.

    Median.Az-ın məlumatına görə, bunu II Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

    65 kq çəki dərəcəsində finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə qalib gələn 28 yaşlı pəhləvan Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdığını bildirib:

    “Mənə elə gəlir ki, artıq tilsimi qırdım. Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Avropa Oyunlarında mübarizəyə başlamazdan öncə səhhətimdə bir qədər problem olduğu üçün döyüşlərdə çətinlik çəkdim. Amma, bu gün vəziyyətim 99 faiz müsbətə doğru dəyişmişdi. İnanın ki, qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. O, son dünya çempionatında üçüncü olmuşdu. Bununla belə Minskdə rusiyalı güləşçiyə qalib gəldi”.

    I Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, növbəti Avropa Oyunlarında da uğurlu çıxışını davam etdirmək arzusundadır:

    “İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Oyunlar ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım. Bundan sonra da analoji yarış keçirildikcə Bakı yada düşəcək. Gələcəkdə də Avropa Oyunlarında çıxış etsəm, qələbə qazanmağa çalışacağam”.

  • Ограбленный на Ибице молодой человек – не сын Фархада Ахмедова

    В четверг была распространена информация о том, что молодой человек, у которого на испанском острове Ибица украли часы за миллион фунтов, приходится сыном бизнесмену Фархаду Ахмедову.

    Опубликованная информация не отражает действительности, сообщает olke.az и приносит извинения Ф.Ахмедову.

  • 1 ay şəkərdən imtina etsəniz, bədəninizdə nə baş verəcək? – Möcüzə dəyişim

    Şəkər, qəndə bağlılıq narkotik asılılığa bərabərdir. Mütəxəssislər sübut edib ki, müvəqqəti olaraq, minimum 1 ay şəkərdən-ağ, şirin tozdan imtina etdikdə, bədəndə, orqanizmdə möcüzə dəyişikliklər baş verir.

    Median.Az medicina.az-a istinadən şəkərdən imtinanın faydalarını təqdim edir.

    1. Güc, enerji artacaq

    Şokolad, konfet, tort, şirniyyatı və şəkəri bir kənara qoysanız, cəmi 1 həftə sonra yeməkdən daha tez və çox müddətə doyduğunuzun, enerjili və güclü olduğunuzun, yorulmadığınızın şahidi olacaqsız.

    2.Beyin yaxşı işləyir, əhval yüksəlir

    Neyrobioloqlar hesab edir ki, ilk günlər şəkərdən imtina edəndə beyində siqaret, narkotika, içkiyə alışan nöqtələr eynilə onlar çatışmadıqda verdiyi reaksiya kimi əks reaksiya verəcək və sizi məcbur edəcək ki, daha çox dozada şəkər qəbul edəsiz. Əgər 3 gün dözsəniz, həmin nöqtələr sönəcək və görəcəksiz ki, şirniyyat tərəfə heç baxmaq istəmirsiz.

    İlk 1 həftədə əsəbilik, qıcıqlanma, əhvalsızlıq üstün gələcək, hətta ağlamaq istəyəcəksiz. Amma sonra yüngülləşmə, rahatlıq, əhvalın yaxşılaşması, sanki beyninizin daha təmiz olmasını görəcəksiz.

    3.Rahat və dərin yuxu

    Şəkər stres hormonu olan kortizolu sintez edir. Burdan da yuxusuzluq və yuxudan doymamaq baş verir. Şəkərdən imtina 15 gün sonra sağlam yuxunu bərpa edəcək. Burdan da sizin həyatınız dəyişəcək.

    4.Dəriniz təmizlənəcək, gözəlləşəcək

    Şəkər dəridə alne, civzə, quruluq və şişkinlik yaradır. Şəkərdən imtina etdikdə dəridə iltihab azalacaq, 15 günə dəriniz daha təmiz, hamar, parlaq, canlı olacaq.

    5.İncə bədən

    1 ayın tamamında artıq piy və kiloqramlar azalacaq, bel, omba, qarın, qollar incələcək. Əgər şəkəri minimuma endirsəniz, bədən formanız daim incə və qamətli qalacaq.

  • Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı

    Türkiyənin Trabzon bölgəsində fahişəliklə məşğul olan yeddi qadın saxlanılıb.

    “Beyazgazete” xəbər verir ki, onlardan üçü Azərbaycan, üçü Türkiyə, biri isə Gürcüstan vətəndaşıdır.
    Məlumatlara görə, həmin şəxslər Çömlekçi məhəlləsində yerləşən hotellərdən birində fahişəliklə məşğul olub.

    Əməliyyat zaman hotel sahibi də saxlanılıb. Ona qarşı qadınları fahişəliyə cəlb etmə maddəsi ilə cinayət işi başlanıb.

  • İnsanlar şəkildən silinə biləcək – YENİ PROQRAM

    “iPhone” sahibləri üçün əlçatan olan “Bye Bye Camera” adlı mobil proqram şəkildən insanları silmək xüsusiyyətinə malikdir. Bu haqda “Tech Crunch” portalı yazıb.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Do Something Good” şirkətinin proqramçıları bildiriblər ki, bu proqramın köməyi ilə istənilən şəkildən insanları silmək mümkündür. Xüsusi alqoritmlər şəkildəki insan fiqurunun konturunu hesablayır, onu kəsir, sonra isə boş qalmış hissəsini düzəldirlər.

    Məlumata görə, sözügedən proqram şəkildən heyvan fiqurlarını silmir.

  • Azərbaycanda YENİ İXTİRA – Toyuqlar çox yumurtlayacaq

    Azərbaycanlı mikrobioloq alimin tədqiqatlarının nəticəsi kənd təsərrüfatında istifadə olunacaq.

    Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, akademiyanın müxbir üzvüPənah Muradovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində əldə edilən nəticələrdən biri bioloji aktiv maddələrlə zəngin “MBB-77” yem əlavəsi ilə bağlı olub və onun istehsalata tətbiqi mümkün hesab edilib.

    “MBB-77” yem əlavəsinin heyvandarlıq və quşçuluq sahəsində tətbiq edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Nazirlikdən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna (BETİ) göstəriş verilib və qeyd edilən məhsulun heyvandarlıq və quşçuluq təsərrüfatlarında yoxlanılmasını məqsəduyğun hesab edib.
    Buna müvafiq olaraq Mikrobiologiya İnstitutu yem əlavəsindən 3 kiloqram hazırlayaraq AMEA YTP-nin nümayəndələrinin iştirakı ilə BETİ-yə təqdim edib. Təqdim edilən məhsul iribaşlı mal-qara və toyuqlar üzərində sınaqdan keçirilib. 30 gün müdətinə davam etdirilən işlər artıq başa çatıb və yem əlavəsinin iribuynuzlu mal-qarada südün miqdarının yüksəlməsinə, toyuqlarda isə yumurtlamaya müsbət təsir etməsi müəyyən olunub. Belə ki, 2,52 kq yemin istifadəsi əlavə olaraq 270 litr süd və 120 ədəd yumurta əldə edilməsinə imkan verib. Yem əlavəsinin tətbiqi nəticəsində əldə edilən məhsullar əsas göstəricilərinə görə də analiz edilib və onların da tələblərə cavab verməsi müəyyən olunub.

    Hazırlanan yem əlavəsi kənd təsərrüfatı məhsullarının istehsalında faydalı olmaqla yanaşı, praktikaya yönəlik elmi tədqiqatlara diqqətin artırılmasının zəruriliyini bir daha qeyd etməyə imkan verir.

  • Yaddan çıxmış sənətkarlar: Səhnəmizin fəxri ad almayan əhli-kef məşhuru…

    Gözləri qəm dəryası olan, yaddaşımızda insanlıq nümunəsi göstərən bir obraz – “Qırçı Məhəmməd” kimi qalan aktyor Fazil Salayev…

    Bu günlərdə onun anım günü idi… İyunun 20-də dünyadan köçmüşdü. Həm də doyunca yaşamadan…

    Median.Az
    bildirir ki, Modern.az aktyor Fazil Salayev haqda xatirələri təqdim edib.

    Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. Fazil evin vur-tut bircə uşağı olub.

    Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək xanımın üzünü görməyən Fazil evlənənədək cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələndə Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib.

    Fazil Salayev Rəssamlıq Məktəbini bitirəndən sonra “Azərnəşr”də tərtibatçı-rəssam kimi işləsə də, bu sənətdə duruş gətirə bilmədi, aktyorluğa getdi.

    Həyat yoldaşı Fazil Salayevin rəssam olacağını düşünürmüş


    On səkkiz yaşında ər evinə köçən Fəridə xanım ömür-gün yoldaşının rəssam olacağını zənn edirmiş. Dövrünün sayılan kişilərindən olan, müxtəlif vəzifələrdə çalışan İdris Salayev də oğlu barədə bu gümanda idi. Amma aktyor peşəsi yamanca sehrləmişdi Fazili. Rəssam kimi işlədiyi “Azərnəşr”lə vidalaşıb Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsində oxuyanda da əsl aktyor olacağı günü səbirsizliklə gözlədi. Adi rəssam olduğu vaxtlarda Fazil məşhur italyan aktyoru Totoya oxşamaq istəmişdi. Dostlarının əksəriyyəti də onu Totoya bənzədirdi. Aktyorluqla bərabər Fazil Salayev bir müddət müəllim kimi də fəaliyyət göstərib. Oxuduğu ixtisasa uyğun olaraq Fazil Salayev rəsm müəllimi kimi çalışıb. Aktyor hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə də rəsm dərsi keçib.

    O, hər bir obraza həyat verməyi bacarırdı

    Mədəniyyət sahəsi üzrə tədqiqatçı jurnalist Seymur Elsevər deyir ki, 1963-1964-cü illər Fazil Salayevin həyatında dönüş nöqtəsi hesab olunur:

    “Görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazili “Möcüzələr adası” filmində kiçik bir rola çəkdi. Eyni vaxtda Ağarza Quliyevin lentə aldığı “Ulduz” filmində müxbir rolunu oynadı. Bir müddət paralel olaraq teatrda və kinoda çalışan aktyor “Azdrama”dan Musiqili Komediya Teatrına yerini dəyişsə də, yaxşı bilirdi ki, gec-tez kino onu teatrdan, sevimli sənət ocağından əməlli-başlı ayıracaq. Oynadığı şən və ciddi rolun hamısının canına incə yumor qatdığını, kinonun dili ilə təqdim etməyin daha asan olduğunu da bilirdi. Kiçik bir jest, eləcə də qeyri-adi olmayan mizan ekranda teatrdan fərqli, tamam başqa təsir bağışlayır. Necə ki, F.Salayevin obrazlar qalereyasında hər şeydən əvvəl bu cəhətlə qarşılaşırsan. İstər qırçı Məhəmməd (“Şərikli çörək”), istər Qulaməli (“Dərviş Parisi partladır”), istərsə də alverçi (“Bizim Cəbiş müəllim”), çilingər (“Ürək…Ürək”) və zontik Mehdi (“Alma almaya bənzər”) olsun, fərqi yoxdu, onların heç birində aktyorun yerişi, duruşu, baxışı bir-birini təkrarlamır. Ona görə ki, Fazil incə nüanslar, nəcib məqsədlər, hərtərəfli təhlil ustası, tədqiqatçı-aktyor idi”.

    S.Elsevərin sözlərinə görə, aktyorun ifasında qəlibçilikdən uzaq, heç kimə bənzəməyən rollarla, həyatda çoxların qarşısına çıxan tipajlarla ekranda bir daha rastlaşarkən bezikmirik, onlara tamaşa etməkdən doymuruq.

    “Bütün bunların səbəbi Fazil Salayevin real həyat lövhələrinə, canlı insan talelərinə bələdliyi və bu sahədə ən incə qatlara nüfuz etmək bacarığı ilə əlaqədardı. Bu rollar nə qədər satirik, yumoristik səpkidə həll olunsa da, aktyorun ifasında əndazəni aşan şitlik, saxta gülüş sezilmir.

    Fazil Salayevin filmlərdəki qəhrəmanları ilə yanaşı, “Mozalan” satirik kinojurnalında yaratdığı obrazlar da yaddan çıxmır. Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət olunmaqdan əldən düşən və axırda şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez iclaslara, görüşlərə çağırılıb yarıtmaz işçiyə çevrilən qəhrəmanları ilə hər dəfə ekranda görüşməyə imkan tapanda gah gülür, gah halına acıyır, gah da təəssüf hissi keçiririk. İnanmaq olmur ki, tək bircə nəfər bu qədər bənzərsiz obrazlar düzümü yaradıb”.


    Sənətkarın yaxın dostu olmuş Xalq artisti Rafiq Əzimov deyir ki, Fazil həyatda da çox şən, məzəli insan idi.

    “Evləri teatrın yanında idi. Həm bu səbəbdən, həm də dəhşət qonaqpərvər olduğundan tez-tez onun evində yığışardıq. Həyat yoldaşı Fəridə xanım bizi həmişə gülərüzlə qarşılayardı. Fazil çox gözəl pianino çalardı. Hətta deyərdim ki, pianinoda onun kimi ifa edən yox idi. Hər dəfə yığışanda ifaları ilə iki qat şənləndirərdi bizi. Teatrda o qədər də çox işləmədi. Çıxıb getdi məktəbdə müəllim kimi işləməyə. Rəssamlıq məktəbini bitirmişdi, ixtisası üzrə də dərs deyirdi. 3 qızı var idi. İstedadlı aktyor idi, lakin ondan lazımi qədər istifadə olunmadı. Çox təəssüf olsun ki, ona heç bir ad verilmədi. Lakin o qədər əməyin qarşılığında ən azından Əməkdar artist adını almalı idi.
    O dövrdə çox komik aktyor var idi, lakin Fazil kimisi yox idi. Fazil təkcə səhnədə yox, həyatda da çox şən, deyib-gülməyi sevən biri idi. Əhvalımızı açmaq, bizi güldürmək üçün həmişə məzəli söhbətləri hazır olardı. Şən, zarafatcıl olması gendən gələn bir şey idi. Babası Bakıda “Lotu Cəfər” adı ilə tanınırdı. O da camaat arasında çox məzəli, şən insan kimi yadda qalmışdı. Fazilin dayısı da kinostudiyada çalışırdı, dublyaj şöbəsinin müdiri idi”.

    “Yoldaşı Fəridə xanım ilə münasibətləri ara-sıra pozulurdu”

    Rafiq Əzimov: “Yadımdadır, bir dəfə məndən belə bir xahiş etdi: “Fəridə ilə küsmüşəm, gedək evə, bizi barışdır”. İşdən sonra evlərinə getdik. Fəridə mənim qarşıma çay qoydu, ona yox. Mən də başladım qadını yola gətirməyə ki, bəs elə bilirsiniz biz Fazildən yaxşıyıq? Tamaşa bitir, dostlarla yığışırıq çay içməyə, bir də görürük gecədir. Bunu deməyimə bənd idim, Fəridə məni də Fazili də tənbeh elədi ki, düzgün etmirsiniz, evə vaxtında gəlmək lazımdır ki, ailəyə də vaxt ayırasan. Bir az sonra Fazil həmişəki kimi məzəli zarafatlarından elədi, barışdılar. Bir də gördüm Fəridənin ürəyi dözmədi, Fazilə də çay gətirdi. Bildim ki, barışdılar, Fazili evinə tez gəlsin deyə tənbeh etdim. Kefi açıldı, qalxdı pianino çaldı, oynadıq, şadlıqla yekunlaşdırdıq küsülülüyü”.


    “Son arzusu kiçik qızı ilə bağlı oldu…”

    Rafiq Əzimov: “Üç qızı olan aktyorun sonbeşiyi Ofelyanın doğum günü idi. İyunun 19-da onun ad gününü xəstəxanada yataqda keçirməli oldu. Qızının yanında olmağına çox sevinirdi. Xəstə olmağına, danışmaqda çətinlik çəkməyinə baxmayaraq, taqətini toplayıb, övladı üçün son arzusunu dilədi. Cəmi bir gün sonra 1978-ci il iyun ayının 20-də xəstəliyi ilə əlaqədar elə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi”.

    Fazil Salayev rəhmətə gedəndə 47 yaşı vardı, qızları hələ ailə qurmamışdı. Sonralar onlar ailə qurdular, nəvələr dünyaya gəldi… Biz bu yazını hazırlayarkən Fazil Salayevin həyat yoldaşı, qızları ilə də görüşüb söhbətləşməyə çalışdıq. Lakin sənət dostları, onu tanıyanlar aktyorun ailə üzvləri ilə əlaqələri itirdiyindən cəhdlərimiz uğursuz sonuclandı. Hətta eşitdik ki, sənətkarın həyat yoldaşı Fəridə xanım dünyasını dəyişib, qızlarından biri ailəsi ilə yaşamaq üçün Almaniyaya köçüb və s… Bunların nə qədər düz, nə qədər yalan olduğunu isə tam dəqiqləşdirə bilmədik.

    İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları,gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib,bu gün də sevilə-sevilə baxılır.