Month: June 2019

  • Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb

    Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

    Median.Az report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Məmmədov Rauf Rafiq oğlu Salatın Əsgərova, 108 və Rəsul Rza, 88 ünvanlarının kəsişməsində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Renkadan ETIRAF: “Kişi olsaydım, özüm kimi qadını…”

    Rəqqasə Renka Ağamuradova əyləncəli sualları cavablandırıb.

    Median.Az Axşam.az-a istinadən sənətçinin qısa müsahibəsini təqdim edir:

    – Kişi olsaydınız, Renka ilə sevgili olardınız?

    – Yox! Qətiyyən özümlə sevgili olmazdım.

    – Niyə?

    – Ərköyün, sözəbaxmayan, azadlığı hər şeydən çox sevən qadınla sevgili olmazdım.

    – Qeybət edirsiniz?

    – Yox, qeybət etməyi sevmirəm.

    – Qarşı cinsdən gözləntiləriniz nələrdir?

    – Kişi romantik olmalıdır.


    – İndiyədək eşitdiyiniz ən yaxşı kompliment hansıdır?

    – Axır ki, səni paltarda gördük (gülür).

    – Sabah öləcəyinizi bilsəniz neyləyərsiniz?

    – Qorxumdan ağlayaram.

    – Niyə restoranlarda hesabı ən çox kişilər ödəyir?

    – Hesabı da biz ödəsək, daha nə oldu?

    – Etdikləriniz günah olmasa, hansı addımları atarsınız?

    – İndiyədək günah sayılan nələr etmişəmsə, yenidən təkrarlayaram.


    – Kosmosda tək olsanız, nə edərsiniz?

    – Kosmosda ancaq rəqs edə bilərəm (gülür).

    – Atdığınız ən cəsarətli addım hansıdır?

    – Azərbaycanda oriental rəqs etmək elə cəsarətdir…

    – Həyatınızda nə olmasa, yaşaya bilmərsiniz?

    – Uşaqlarım olmasa, yaşaya bilmərəm.

  • Ильхам Алиев подписал указ в связи с безопасностью полетов

    Президент Азербайджана Ильхам Алиев подписал указ об утверждении «Государственной программы по безопасности полетов» и «Правил обеспечения безопасности полетов», передает Азертадж.

    Согласно указу, Кабинету министров поручено в трехмесячный срок подготовить и представить Президенту Азербайджана предложения о приведении актов Президента в соответствие с настоящим указом; подготовить и представить Президенту Азербайджана новый проект закона «Об авиации» с учетом международных норм и принципов, а также передового международного опыта; утвердить порядок организации системы управления безопасностью полетов, предусмотренный в статье 2.1.6 «Правил обеспечения безопасности полетов», при согласовании с Президентом Азербайджана; утвердить порядок осуществления контроля безопасности полетов, предусмотренный в пункте 5.2.2 Правил, при согласовании с Президентом Азербайджана; утвердить порядок расследования авиационных инцидентов, предусмотренный пунктом 9.2 указанных Правил, при согласовании с Президентом Азербайджана; утвердить правила организации профессиональной подготовки инспекционной группы и порядок повышения их квалификации, предусмотренный пунктом 10.2 Правил, согласовав с Президентом Азербайджана; в соответствии с пунктом 10.1.1 «Государственной программы по безопасности полетов» утвердить правила регистрации воздушных судов, а также правила эксплуатации систем беспилотных летательных аппаратов, при согласовании с Президентом Азербайджана; проконтролировать приведение нормативно-правовых актов центральных органов исполнительной власти в соответствие с настоящим указом и в пятимесячный срок проинформировать Президента Азербайджана об исполнении; принять необходимые меры для обеспечения реализации «Государственной программы по безопасности полетов», утвержденной частью 1 настоящего указа, и «Правил обеспечения безопасности полетов», утвержденных частью 2 настоящего указа; решить другие вопросы, вытекающие из настоящего указа.

    Министерству транспорта, связи и высоких технологий поручается принять необходимые меры для обеспечения реализации «Государственной программы по безопасности полетов», а также «Правил обеспечения безопасности полетов», утвержденных частью 2 настоящего указа; раз в год информировать Президента Азербайджана о ходе реализации государственной программы.

    Министерству юстиции поручено обеспечить приведение нормативно-правовых актов центральных органов исполнительной власти и актов нормативного характера в соответствие с настоящим указом и проинформировать Кабинет министров.

  • İtkin düşmüş 9 yaşlı qız tapılıb – FOTO – YENİLƏNİB

    Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.

    APA xəbər verir ki, 9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsininəməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub.

    Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır.

    ***

    Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib.

    İ.Əhmədova itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək olub.

    Onu görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya (055) 859-12-82 nömrəsinə məlumat vermələri xahiş olunur. (APA)

  • Bakıda bu yerlərdən ƏT ALMAYIN!

    Kəsilmiş heyvanın içalatı hara gəldi atılıb.Ətrafa yayılan üfunətdən isə ərazidə dayanmaq mümkün deyil.

    Bəzi kəsim məntəqələrində isə mənşəyi məlum olmayanheyvan ətinin satıldığı ortaya çıxdı. Görüntülər Qida Təhlükəsizliyi Agentliyinin Nizami və Xətai rayonlarında keçirdiyi nöbəti reyddəndir.

    Agentlik tərəfindən təşkil olunmuş reydlərdə yerli İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Reyd zamanı satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Nizami rayonuRüstəm Rüsətmov küçəsi 72 a və76 ünvanlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində , qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

    Xətai rayonunda yol kənarında fəaliyyət göstərən bu kəsim məntəqəsində isəanisanitariya hökm sürürdü.Kəsilmiş heyvanların içalatı hara gəldi atıldığıondan ətrafı həşəratlar və üfunət bürümüşdü.

    Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəis müavini Elməddin Quliyevin sözlərinə görə, reyd zamanı Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, onlara bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib.

    Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Qeyd edək ki,Nizami rayonunda 3,Xətai rayonunda isə 1 müasir ət kəsimi məntəqələri fəaliyyət göstərir.

  • Azərbaycanlı cüdoçu Polşada Avropa çempionu oldu

    Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

    60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Cüdoçumuza qızıl medal təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

    Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində üçüncü yeri tutub.

    Beləliklə Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə bir qızıl və iki bürünc medal qazanıb.

    Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.

  • Стрельба у мечети во Франции: есть раненые

    Два человека получили ранения в результате стрельбы у мечети в городе Брест на западе Франции, передает РИА Новости со ссылкой на радиостанцию RTL.

    Отмечается, что стрельба произошла после 16.00 (18.00 по бакинскому времени) возле мечети, расположенной в квартале Понтанезен.

    Как сообщает Ouest-France, ранения получили два человека, в том числе имам. Стрелок сбежал, полиция ведет операцию по его поиску.

  • DƏHŞƏT: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var – VİDEO

    Madaqaskarın paytaxtı Antananarivoda azadlıq bayramı münasibətiylə təşkil olunmuş tədbir zamanı faciə baş verib.

    Redaktor.az BBC-yə istinadən xəbər verir ki, stadionda baş verən izdiham zamanı 20-yə qədər insan həyatını itirib. Çox sayda insan xəsarət alıb. Məlumata görə, polis əvvəlcə qapıları açaraq, insanların çıxmasına icazə verib.

    Lakin sonra nədənsə asayiş keşikçiləri qapıları bağlayıb. Qapı qarşısına toplaşan insanlar bir-birilərini əzib. Əlavə edək ki, Madaqaskar Fransadan ayrılmasının 59-cu ildönümünü qeyd edir.

  • Kazanda ilk MDB Oyunları keçiriləcək

    Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ilk idman oyunları 2020-ci ilin avqustunda Kazanda keçiriləcək.

    Bu barədə məlumatı Tatarıstan İdman Nazirliyi yayıb. RF İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan yarışlar 2020-ci il avqustun 20-27-də keçiriləcək. Kazan 2 mindən çox idmançı və 600 rəsmi şəxsi qəbul edəcək.

    Oyunlar Kazanda keçiriləndən sonra ənənəvi olacaq və hər iki ildən bir MDB ölkələrindən birində keçiriləcək.

    MDB ölkələri oyunlarında Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər. Bundan əlavə, təşkilat komitəsi başqa ölkələri də oyunlara dəvət edə bilər.

    Oyunların proqramına cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armsterlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol (3×3) kimi idman növləri daxil edilib.

  • Азербайджан завоевал очередную золотую медаль на Евроиграх

    Азербайджанский спортсмен по вольной борьбе Гаджи Алиев стал золотым призером II Европейских игр «Минск-2019», передает Report.

    В финале 28-летний азербайджанский борец в весовой категории 65 кг обыграл Владимира Хинчегашвили.

    Применив подряд два приема, он вышел вперед (4:0) и до протеста соперника дополнил свой актив еще одним очком.

    Хотя во второй половине встречи Хинчегашвили получил два очка, еще 5 очками Алиев довел разницу до 8. В результате он стал победителем соревнований со счетом 10:2.

    Отметим, что ранее выступающий в весовой категории 57 кг наш спортсмен по вольной борьбе Махир Амирасланов завоевал золотую медаль.