Month: June 2019

  • Marketə girən kişinin maşını oğurlandı

    Bərdə rayonunda marketə girən kişinin avtomobili oğurlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Mürşüd Məmmədov rayonun Lək kəndi ərazisində fəaliyyət göstərən marketdə alış-veriş edən zaman sözügedən hadisə baş verib. Onun sözlərinə görə, “VAZ-2106” markalı minik maşınını marketin qarşısında saxlayaraq, içəri daxil olub. Lakin marketdən çıxarkən şəxsi avtomobilini saxladığı yerdə görməyib.

    M. Məmmədov bildirib ki, hadisə ilə əlaqədar polisə müraciət edib.

    Avtomobilin sahibinin sözlərinə görə, həmin vaxt ərazidə sıxlıq olsa da, ona məxsus əmlakın hansı şəraitdə aparıldığını kimsə görməyib.

    Bərdə rayon Polis Şöbəsindən isə bildirilib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.

  • В регионе Азербайджана столкнулись два автомобиля – ФОТО

    В Имишлинском районе Азербайджана произошло ДТП.

    Как передаёт Median.Az со ссылкой на Report, инцидент произошёл вечером на участке автомобильной дороги Агсу-Кюрдамир-Бахрамтепе, проходящем по территории села Шахвердили.

    Автомобиль марки “ВАЗ-2106” столкнулся с легковой машиной марки “Москвич”. В результате житель села Сарханлы Имишлинского района Гулиев Самир Агабала оглу (1986-го года рождения) получил травмы тела различной степени тяжести. Пострадавший был помещён в Имишлинскую районную центральную болницу.

    По факту ведётся расследование.

    Ранее в Имишлинском районе произошла поножовщина.

  • İmişlidə yol qəzası olub, xəsarət alan var – FOTO

    İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə saat 21 radələrində, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı avtomobil “Moskviç”lə toqquşub. Qəza zamanı İmişli rayon Sərxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Samir Ağabala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

  • BMT saytında Qarabağa dair ifşaedici hesabat dərc edilib

    “Azərkosmos” ASC-nin və Azərbaycan XİN-in “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsi Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb və BMT-nin saytında yerləşdirilib.

    Trendin məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibinə, Baş Assambleyanın sədrinə və Təhlükəsizlik Şurasının sədrinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən hərbi işğalının təfərrüatlarını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozmasına münasibətdə beynəlxalq birliyin mövqeyini əks etdirən, həmçinin “Azərkosmos” ASC-nin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsini BMT-yə üzv dövlətlərin diqqətinə çatdıran məktub ünvanlayıb.

    Yaşar Əliyevin birgə məruzəyə, BMT TŞ-nin qətnamələrinə və ATƏT-in Azərbaycanın işğal edilmiş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyasının hesabatlarına istinadların daxil edildiyi məktubu Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilib (https://undocs.org/A/73/881).
    Y.Əliyev BMT-nin struktur rəhbərlərinə müraciətində yazır ki, yuxarıda xatırladılan məruzədə Ermənistanın işğal etdiyi Azərbaycan Respublikası ərazilərində dayandırılmayan fəaliyyətindən, azərbaycanlıların çıxarıldıqları ərazilərdə mühacirlərin yerləşdirilməsi; təbii, kənd təsərrüfatı və su ehtiyatlarının talanması və istismarı, infrastrukturun dəyişdirilməsi, tarixi və mədəni irs abidələrinin dağıdılması və təhqir edilməsi haqqında təkzibedilməz sübutlar göstərilir.

    Qeyd olunur ki, Ermənistanın bu qeyri-qanuni fəaliyyəti beynəlxalq hüquq normalarına əsasən qadağan edilməsinə, beynəlxalq birlik tərəfindən bundan əvvəlki xəbərdarlıqlara, tələblərə və qınaqlara baxmayaraq, sülh prosesi pərdəsi altında həyata keçirilir.

    Azərbaycanlı diplomat qeyd edir ki, Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin ələ keçirilməsi üçün güc tətbiq edilməsinin yolverilməz olduğunu təsdiqləyib.
    Ermənistanın ərazi iddialarına və güc tətbiq etməklə bağlı hərəkətlərinə cavab olaraq, TŞ Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Məktubda deyilir ki, digər beynəlxalq təşkilatlar da analoji mövqeni tutublar.

    Beynəlxalq birlik azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnu dəfələrlə təsdiqləyib. Bu hüququn erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxarılması ilə bir sırada həyata keçirilməsi münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmasının əsas elementi və mütləq şərtidir.

    Azərbaycan Hökumətinin xahişi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2005-ci və 2010-cu illərdə Azərbaycanın işğal olunmuş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyalar keçirib. Bu missiyaların apardıqları işin yekununa görə ATƏT-in Minsk qrupunun həmsədrləri “Azərbaycanın işğal olunmuş ərazilərinin bundan sonra hər hansı şəkildə məskunlaşdırılmasına qarşı çıxış ediblər” və “tərəfləri təkidlə …regionun strukturunda demoqrafik dəyişikliklərdən” və “bu rayonların son nizamlanmasına və ya xarakterinin dəyişdirilməsinə ziyan vuracaq hər hansı fəaliyyətdən çəkinməyə çağırıblar”. ATƏT-in rəhbərliyi ilə sonuncu missiyanın keçirilməsindən doqquz il ötür.

    Azərbaycanın BMT yanında daimi nümayəndəsi qeyd edir ki, lakin yuxarıda xatırladılan birgə məruzədən və digər mənbələrdən göründüyü kimi, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət nəinki davam edib, hətta bu dövr ərzində fəallaşaraq genişləndirilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin koloniyalaşdırılmasına və ilhaqına yönəlmiş bu siyasəti və praktikası beynəlxalq hüququn açıq-aşkar pozulmasını ifadə edir, öz yurd-yuvasından qovulmuş yüz minlərlə insanın hüquq və azadlıqlarını tapdalayır, regionda sülhə, təhlükəsizliyə və sabitliyə bilavasitə təhdid yaradır.

    Yaşar Əliyevin sözlərinə görə, aşkardır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayını süni şəkildə artırmaqla orada əhalinin demoqrafik tərkibini dəyişmək və azərbaycanlı məcburi köçkünləri öz doğma yurd-yuvalarına qayıtmalarına imkan verməmək cəhdləri, həmçinin bu ərazilərdə təbii və digər ehtiyatların istismarı, əmlakın məhv edilməsi və mənimsənilməsi münaqişənin sülh yolu ilə həllinə nail olmaq hədəflərinə əsla uyğun gəlmir.
    Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq birlik Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, xüsusən də işğal etdiyi Azərbaycan ərazilərində birtərəfli şəkildə demoqrafik, iqtisadi, sosial və mədəni xarakterli dəyişikliklərə istiqamətlənmiş qeyri-qanuni fəaliyyətinin dərhal, tamamilə və qeyd-şərtsiz dayandırılmasına və bu ərazilərdən geri çəkilməsinə ciddi şəkildə riayət etməsinin təminatına görə ümumilikdə məsuliyyət daşıyırlar.

    “Qeyri-qanuni gücün tətbiqi və onun müvəqqəti və qeyri-sabit hərbi nəticələri problemin həlli deyildir, Ermənistan öz təcavüzünü dayandırmağa və Dağlıq Qarabağ regionundan və ölkəmizin işğal edilmiş digər ərazilərindən getməyə məcbur olacaq”, – deyə Azərbaycanlı diplomat qeyd edir.
    Sonda Y.Əliyev məktubu Baş Assambleyanın gündəliyinin 35-ci və 41-ci bəndləri üzrə sənədi kimi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasını xahiş edir.

  • Rusiya ilə sərhəddə əməliyyat – Polis postları quruldu

    Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanılıb.

    Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal-qərb və şimalında, Rusiya dövləti ilə həmsərhəd rayonlarda keçirilir.  Artıq rayonların girişində polis postları qurulub. İyun ayının 3-dən start verilən əməliyyatların ümumilikdə 10 gün  davam etməsi planlaşdırılır.

    Əməliyyatlar Rusiya ilə Azərbaycan Daxili İşlər Nazirlikləri arasında qəbul olunan razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

  • Стоимость нефти рухнула ниже 60 долларов

    Цена нефти марки Brent впервые с 29 января опустилась ниже 60 долларов за баррель.  

    По данным агентства, стоимость августовских фьючерсов на североморскую нефтяную смесь марки Brent упала на 3,37%, до 59,91 долларов.

    Как отмечается, цена июльских фьючерсов на WTI снижалась на 4,96%, до 50,83 долларов.

  • На сайте ООН размещен разоблачительный доклад по Карабаху

    Постоянный представитель Азербайджанской Республики при ООН Яшар Алиев направил идентичное письмо генеральному секретарю ООН, председателю Генеральной Ассамблеи и председателю Совета Безопасности, отражающее подробности продолжающейся вооруженной оккупации Арменией территорий Азербайджана, позиции международного сообщества в отношении нарушения Арменией принципов и норм международного права и представляющее вниманию членов-государств ООН совместный доклад ОАО «Азеркосмос» и Министерства иностранных дел Азербайджанской Республики, под названием «Незаконная деятельность на территориях Азербайджана, находящихся под оккупацией Армении: данные спутниковой съемки».

    Как сообщает АЗЕРТАДЖ, письмо Я.Алиева, включающее в себя ссылки на совместный доклад, резолюции СБ ООН и отчеты миссии ОБСЕ по установлению и оценке фактов на оккупированных территориях Азербайджана, было размещено на сайте Организации Объединенных Наций (https://undocs.org/A/73/881).

    В обращении к руководству структур Организации Объединенных Наций, Я.Алиев пишет, что в вышеупомянутом докладе приводятся неопровержимые доказательства непрекращающейся деятельности Армении на оккупированных территориях Азербайджанской Республики, включая размещение поселенцев на территориях, с которых были выселены проживавшие там азербайджанцы; разграбление и эксплуатацию природных, сельскохозяйственных и водных ресурсов; изменение инфраструктуры и разрушение и осквернение объектов исторического и культурного наследия.

    Отмечается, что данная незаконная деятельность Армении осуществляется под прикрытием мирного процесса, несмотря на то, что она запрещена нормами международного права, и несмотря на предыдущие предупреждения, требования и осуждение со стороны международного сообщества.

    Азербайджанский дипломат подчеркивает, что в своих резолюциях, Совет Безопасности осудил применение силы против Азербайджана и подтвердил его суверенитет и территориальную целостность, а также нерушимость международных границ и недопустимость применения силы для приобретения территории. В ответ на территориальные притязания и силовые действия Армении, Совет вновь подтвердил, что Нагорно-Карабахский регион является неотъемлемой частью Азербайджанской Республики, и потребовал немедленного, полного и безоговорочного вывода оккупационных сил со всех оккупированных территорий. Аналогичную позицию заняли и другие международные организации, говорится в письме.

    Международное сообщество неоднократно подтверждало право азербайджанских внутренне перемещенных лиц на возвращение в свои дома. Осуществление этого права наряду с полным выводом армянских вооруженных сил с оккупированных территорий Азербайджана является ключевым элементом и непреложным условием урегулирования конфликта путем переговоров в соответствии с положениями международного права.
    По просьбе правительства Азербайджана, Организация по безопасности и сотрудничеству в Европе (ОБСЕ) провела в 2005 и 2010 годах миссии по установлению и оценке фактов на оккупированных территориях Азербайджана. По итогам работы этих миссий сопредседатели Минской группы ОБСЕ «выступили против любого дальнейшего заселения оккупированных территорий Азербайджана» и «настоятельно призвали стороны … избегать изменений демографической структуры региона» и «любых действий … которые могли бы нанести ущерб окончательному урегулированию или изменить характер этих районов». Со времени проведения последней миссии под руководством ОБСЕ прошло девять лет. Однако, как свидетельствуют вышеупомянутый совместный доклад и другие источники, незаконная деятельность на оккупированных территориях не только продолжалась, но и активизировалась и расширилась за этот период, отмечает постоянный представитель Азербайджана при ООН.

    Такая политика и практика Армении, направленные на колонизацию и аннексию оккупированных территорий Азербайджана, представляют собой явное нарушение международного права, ущемляют права и свободы сотен тысяч людей, изгнанных из своих домов, и создают непосредственную угрозу миру, безопасности и стабильности в регионе. Совершенно очевидно, что попытки изменить демографический состав населения на оккупированных территориях Азербайджана путем искусственного увеличения числа проживающих там армян и недопущения возвращения в свои дома и к своему имуществу азербайджанских внутренне перемещенных лиц, а также эксплуатация природных и других ресурсов на этих территориях и уничтожение или присвоение имущества никоим образом не согласуются с целями достижения мирного урегулирования конфликта, отмечает Я.Алиев.

    Организация Объединенных Наций и международное сообщество в целом несут ответственность за обеспечение строгого соблюдения Арменией своих международных обязательств, в частности за немедленное, полное и безоговорочное прекращение и обращение вспять ее незаконных действий на оккупированных территориях Азербайджана, направленных на изменение в одностороннем порядке их демографического, экономического, социального и культурного характера.
    «Незаконное применение силы и его временные и неустойчивые военные последствия не являются решением проблемы, и Армения будет вынуждена прекратить свою агрессию и уйти из Нагорно-Карабахского региона и всех других оккупированных территорий нашей страны,» – отмечает азербайджанский дипломат.
    В заключение Я.Алиев просит распространить письмо в качестве документа Генеральной Ассамблеи по пунктам 35 и 41 повестки дня и документа Совета Безопасности.

  • Elinanın atası barədə ŞOK TƏFƏRRÜATLAR: “Elinanı altı aylıq lüt çölə atdılar…”

    Bakıda 162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın atası Ədalət Hacıyev barədə bəzi inanılmaz faktlar ortaya çıxıb.

    Elina Hacıyevanın atası Ədalət Hacıyevin mediaya verdiyi açıqlamalar onun eks-qayınanası, Elinanın ana nənəsi Solmaz Hacıyevanı özündən çıxarıb.
    Məhz bu səbəblə News24.az-a zəng edərək açıqlama verən S.Hacıyeva eks kürəkəni haqda gizli faktların üstünü açıb: “Elinanın atası həddini aşıb. Öncə onu deyim ki, o, uşaq üçün heç bir şey etməyib. Uşaq altı aylıq olarkən qızım Sevildən ayrılıblar. Onlar vətəndaş nikahında yaşayıblar. Hətta, Elina doğulanda onu öz adına belə keçirməyib. Uşağın beş yaşı olanda qızım əl-ayağa düşdü. Ədalət isə qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsiz gəldi. Sadəcə olaraq Sevillə Elinanın atasının soyadları eynidir. Elina anasının soyadını daşıyıb”.

    Solmaz Hacıyeva Ə.Hacıyevin qızı Elinaya heç zaman qayğı göstərmədiyini bildirib: “Hər yerdə mənəm, mənəm deyir, lakin Elinanın qəbir daşını anası düzəltdirib. Ədalət Hacıyev bir qəpik də xərcləməyib. Dünən qalmaqal yaratmaq istəmədim. Amma, o, üzsüzlüyünə salıb, çəkiliş edənlərə kənarda dayanan və beşinci həyat yoldaşının övladını yəni, ögey qızını çəkməməyi dedi. Sən öz övladın üçün heç bir şey etməmisən. Dünən Elinanın ad günüydü. Ədalət çəkib ki, uşaqlar evində ehsan veriblər. Soruşun o heç pul xərcləyib? Delya adlı xanım onların bütün xərclərini ödəyir. Həmin xanım müğənnidir. Elina beşinci sinifdə oxuyanda Ədalət Hacıyev onun məktəbinə yaxın yerdə işləyirdi. Elina yolüstü onun yanına gedib on qəpik istəmişdi, o isə həmişəki kimi demişdi “yoxdur balası” və on qəpiyi belə verməmişdi. Lakin həmin vaxt masada spirtli içki və məzə var idi. Mən bu gün sizə əsəbimdən dözməyib zəng etmişəm. Sadəcə əsəbdən partlayıram ki, hər şeyi anası edir və o, yalandan çıxıb danışır. Elinanın atası Ədalətdir düzdür, amma onun üçün heç bir şey etməyib. Bu gün hər yerə gedən Elinanın atalığı Seymurdur. Bütün rəsmi işlərlə o maraqlanır”.

    S.Hacıyeva deyib ki, Ə.Hacıyev Elinanın intiharından sonra, son beş aydır ki, ortalığa çıxıb: “Düz bir il Elinanı hər yerdə bloka qoymuşdu. Çünki uşaq ondan forma almaq üçün 50 manat istəmişdi. Atasından telefon istəmişdi, o isə həmin telefonu ögey qızına hədiyyə etmişdi. Elina çox pis olmuşdu. On dörd ili idi harada idin? Hansı ad gününü uşaqla birlikdə keçirmisən? İndi deyirsən ki, Elinasız ilk ad günüdür… Son üç ildə anan Elinanı heç yadına belə salmırdı. Çünki nəvələri doğulmuşdu. Ədalət və Sevil ayrılanda qayınanası otağa girib və uşağın üstündə olanları, yəni onların aldığı hər şeyi çıxarıb evdə qoymağı tələb edib. Onlar 6 aylıq Elinanı çılpaq yola salmışdılar”.

    Solmaz Hacıyeva qızı Sevilin Elinanı böyütmək üçün gecə və gündüz dayanmadan çalışdğını qeyd edib: “Üç, dörd ayda bir neçə günlük onu yanınıza aparıb saxlamısınızsa, bu ona baxdığınız mənasına gəlmir. Sən Ədalət 6 aylıq körpəni çölə atanda mənim qızım balasını saxlamaq üçün hər gün işləyirdi. Gün ərzində bir neçə saat yatıb yenidən işə qaçırdı. Elina sətəlcəm olanda az qalmışdı ki, ölsün. O zaman harada idiniz? Onun atası gecə yarısı 8-ci kilometrdən Elinanı taksiyə oturdub Yasamala evə tək yola salıb. Bunu uşağa hansı ata edər? O ata deyil! Belə ata olmur… Elinaya atalığı Seymur edib, Ədalət yox! Onun danışmağa haqqı yoxdur!”  

    Elina Hacıyevanın nənəsi nəvəsinin ölümündə günahkar olanların kimliyini də açıqlayıb: “Elinanın ölümündə atasını günahlandırmıram. Amma bir ata övladını o hadisədən sonra xəstəxanada qoyub telefonla zəng edib halını soruşmaz. Sonuna qədər xəstəxanada olar. rosedurlardan keçirib uşağı. Həkimə zəng edib danışıb. Zəng etmək lazım deyildi. Orada oturub gözləmək lazım idi. Axşam saat 18:00-da bizə dedi ki, burada oturmağın mənası yoxdur. Gedək evə sabah gəlib uşağı görərik. Həkimlər səhlənkarlığından Elina öldü”.

    Solmaz Hacıyeva News24.az vasitəsi ilə Ədalət Hacıyeva səslənərək Elinanın adından istifadə edərək özünü gündəmdə saxlamamasını sərt şəkildə tələb edib: “Ədalət, uşağın adından istifadə edib hər yerdə özünü reklam etmə! Ömrün boyu yalan danışmısan. Dayan artıq! Qızım Sevil başdaşı üçün altı yüz manat pul verib Ədalətə. Görün necə məzar daşı düzəltdirib. Utanmırsan? Qızım ağ mərmərin nə qədər başa gələcəyini soruşub, o da bu qiyməti deyib. Hətta ona deyib ki, əgər ağ mərmər bahadırsa, o zaman aqlay edək. Ədalət isə hansısa rənglənmiş daşdan hazırladıb bizə mərmər olduğunu deyir. Əl vurdum və anladım ki, mərmər deyil. Elinanın başdaşı elə bil kimsəsiz biri üçün hazırlanıb”.

    O, Elinanın anası ilə hər zaman xoşbəxt yaşadığını dilə gətirib: “Bu uşaq anası ilə xoşbəxt idi. Hətta anasının aldığı telefonu itirəndə belə, qızım onu acılamadı. Yenisini alacağını dedi. Qızım dayanmadan işləyirdi. Çünki Elinanın nədənsə korluq çəkməsini istəmirdi. Uşağın istədiyi hər şeyi alırdı”.

    S.Hacıyeva qızı Sevilin erkən yaşda ailə qurduğunu və Elinanın da rəsmi nikah olmadan dünyaya göz açdığını da ilk dəfə açıqlayıb: “Qızımın on altı yaşı olanda Ədalətlə toyları oldu. Sevilin yaşının çatmaması, Ədalətin isə vəsiqəsinin olmamasına görə, onların nikahı baş tutmadı. Elina qızımın on yeddi yaşı olanda dünyaya gəldi. Onlar ayrılandan sonra Ədalət hərbi xidmətə getdi, daha sonra isə Moskvaya yollandı. Orada da evləndi. Hazırda Moskvada da iki oğlu var. Elina kimi onlara da aliment ödəmir. Həmin qadınla da rəsmi nikahı yoxdur. Düzdür, sənədlərdə Elinanın atası kimi Ədalət Hacıyev göstərilib, lakin onun Elinanı uşaqlığa götürmək sənədi mövcud deyil. O qeydiyyat şöbəsinə qəsdən aliment ödəməmək üçün şəxsiyyət vəsiqəsiz gəlmişdi və Elina ölənə kimi də bir dəfə olsun alimetn ödəməyib”.

  • “Bakının Qız qalası” əsəri Sotheby’s hərracında yüksək qiymətə satıldı

    Alman rəssam Paul fon Frankenin “Bakının Qız qalası” əsəri Londonda Sotheby’s hərracında 225 min funt sterlinqə satılıb.

    Oxu.Az-ın məlumatına görə, əsərin başlanğıc qiyməti 60 min funt sterlinq olsa da, əqd zamanı qiyməti 3,75 dəfə yüksəlib. Şəklin alıcısı naməlumdur.

    Bu Azərbaycana həsr olunan və məşhur Sotheby’s hərracında satılan ilk lot deyil. Müxtəlif illərdə bu hərracda Azərbaycana aid xalılar, heykəlciklər və digər sənət əsərləri satılıb.
    Alman rəssam Paul fon Franken Qafqazı tərənnüm edən rəssam kimi tanınır. Onun 1853-1862-ci illərdə Qafqaza səfəri bir çox rəngkarlıq əsərlərinin yaranması ilə nəticələnib.

    Son romantiklər nəslinin nümayəndəsi olan Frankeni Yaxın Şərqin ekzotik gözəlliyi cəlb edirdi. Rəssam bu əsərdə tarixi dəqiqliyi əks etdirməyə özünə məqsəd qoymamışdı, Şərqin sirli atmosferini əks etdirmək çalışmışdı. 
    Əsirlər boyu əfsanə və nağılların baş qəhrəmanı olan Qız qalası rəssamın da marağını cəlb edib və o dəniz sahilindəki bu möhtəşəm gözəlliyi xəyal dünyasından süzərək, ay işığının fonunda təsvir edib.

  • YouTube объявил о запрете шовинистических видео

    Видеосервис YouTube объявил об усилении борьбы с шовинистическими материалами на своей площадке.

    В заявлении отмечается, что компания еще в 2017 году ввела жесткие меры в отношении роликов с шовинистическим контентом, включающие ограничение рекомендаций и комментариев. По данным YouTube, в результате просмотр данных материалов сократился в среднем на 80%.

    «Сегодня (5 июня – ред.) мы делаем новый шаг, запрещая видео, предполагающие превосходство какой-либо группы… базирующееся на таких качествах, как возраст, пол, раса, каста, религия, сексуальная ориентация или статус ветерана», – заявила компания.

    Видеохостинг YouTube был запущен в 2005 году. Основным источником дохода сервиса является реклама, которая демонстрируется пользователям до или во время просмотра видеоролика.